Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə114/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   110   111   112   113   114   115   116   117   ...   192

 

23



minəndə  səfər  çantasını  da  özüylə  götürübmüĢ.  Hayns  səfər  çantasını  görməyib.  Və  bu  da  – 

Bayron  daĢsifət  qadına  iĢarə  edir;  onun  onu  dinləyib-dinləmədiyini  anlamaq  çətindi,  –  bu  da 

deyir ki, Ģeytan onun beynini doldurmuĢdu, Ģeytan onu idarə eləyirdi. Deyir ki, qızın harda ola 

biləcəyini  onun  özü  kimi  əri  də  heç  cür  güman  edə  bilməzdi,  amma  evə  qayıtdı,  tapançasını 

götürdü, onu saxlamaq istəyəndə  məni də vurub çarpayıya yıxdı,  atı yəhərləyib onların ardınca 

çapdı. Deyir ki, onlara çatmaq üçün ən qısa yolu seçib, gecə qaranlığında beĢmi, altımı mümkün 

yoldan  ən  qısasını  seçə  bilib  –  özü  də  onların  hansı  yolla  getdiklərindən  tam  xəbərsiz  olduğu 

halda. Amma bunu bacarıb. Onları tapıb, sanki, harda olacaqlarını  əvvəlcədən bilirmiĢ; elə bil, 

qızın  meksikalı  dediyi  o  adamın  özüylə  orda  görüĢmək  üçün  qabaqcadan  ĢərtləĢibmiĢ.  Sanki, 

əvvəlcədən  bilirmiĢ.  Zil  qaranlıq  imiĢ,  buna  görə  də  o  arabanı  uzaqdan  görəndə  bunun  məhz 

axtardığı araba olduğunu, əslində, heç cür ayırd edə bilməzmiĢ. Ancaq birbaĢ onun – gecə vaxtı 

ilk  gördüyü  arabanın  ardınca  çapıb.  Sağ  tərəfdən  ona  yaxınlaĢıb,  zil  qaranlıqda,  bir  söz  belə 

demədən,  at  belində  çapa-çapa,  əyilib  ordakı  adamın  yaxasından  yapıĢıb;  halbuki  o,  yad  da, 

qonĢu da, tamamilə baĢqa bir adam da ola bilərdi – axı o, meksikalı deyilən adamın heç sifətini 

də  görməmiĢdi.  Ancaq  bir  əliylə  yaxasından  yapıĢıb,  o  biri  əliylə  də  tapançanı  baĢına  dirəyib 

və... atəĢ açıb, sonra qızı atın tərkinə mindirib evə gətirib. O arabanı, öldürdüyü adamı elə ordam 

– yolda qoyub. Yenə yağıĢ yağırmıĢ. 

O  susur.  Və  dərhal  qadın  danıĢmağa  baĢlayır,  elə  bil,  sarsılmaz  bir  təmkin    içərisində 

bayaqdan Bayronun  haçan  susacağını gözləyirmiĢ. Eyni ölgün, asta səslə danıĢır:  iki  yeknəsəq 

səs  deyiĢirmiĢ  kimi  bir-birini  əvəzləyir;  iki  qısır  səs,  sanki,  yuxudaymıĢ  kimi,  hüdudsuz  bir 

məmləkətdə qansız-cansız insanların törətdiyi bir hadisəni nəql edir: 

– Çarpayıda uzanılı qalmıĢdım, onun evdən necə çıxdığını, sonra isə atı tövlədən çıxarıb, 

dördnala  çaparaq  evin  yanından  necə  uzaqlaĢdığını  eĢitdim.  Orda  geyinili  halda  uzanılı  qalıb 

çırağa  baxırdım.  Nefti  qurtardı,  yerimdən  qalxdım,  onu  mətbəxə  apardım,  təzədən  doldurdum, 

pilətəsinin  qarasını  təmizlədim,  sonra  soyunub,  çıraq  iĢığında  çarpayıya  uzandım.      Hələ  də 

möhkəm  yağıĢ  yağırdı,  soyuq  idi,  sonra  atın  həyətə  qayıtdığını  eĢitdim,  artırmada  dayanmıĢdı; 

qalxıb Ģalımı çiynimə atdım, evə girdiklərini eĢitdim. Yufusun, Millinin ayaq səslərini duydum: 

dəhlizdən  keçib  qapıya  yaxınlaĢdılar;  Milli  qapının  ağzında  dayandı,  sifəti,  saçları  yağıĢdan  su 

içindəydi, təptəzə  paltarı təmiz palçığa  batmıĢdı, gözləri  yumuluydu, sonra Yufus ona  möhkəm 

bir Ģillə iliĢdirdi, döĢəməyə yıxıldı, orda uzanılı qaldı, sifəti azca da olsun, dəyiĢmədi, ayaq üstə 

necəydisə,  yerdə  də  eləydi.  Yufus  da  qapının  ağzında  dayanmıĢdı,  o  da  su  içindəydi,  hər  yeri 

palçığa  batmıĢdı,  üstümə  bağırdı:  “Bəs  deyirdin,  mən  Ģeytanın  sozüylə  durub-otururam.  Al, 

budu,  Ģeytanın  əkdiyini  sənə  gətirmiĢəm.  SoruĢ,  gör,  nəyi  var.  SoruĢ  ondan”.  Mənsə  elə 

yorulmuĢdum,  elə  üĢüyürdüm  ki...Ona  dedim:    “Nə  olub?”  O  isə  çığırdı:  “Get, o  çirkaba  bax, 

özün  görəcəksən.  Bəlkə  də,  o  bunu  aldadıb,  yalandan  deyib  meksikalıdı.  Məni  ki,  aldatmayıb. 



 

23



Yəqin  ki,  heç  bunu  da  aldatmayıb.  Buna  ehtiyac  da  olmayıb.  Sən  o  vaxt  demiĢdin  ki,  bir  gün 

Ģeytan məndən öz haqqını tələb etməyə gələcək. Bax o, indi gəlib. Mənim arvadım mənə fahiĢə 

doğub.  Ancaq  haqq-hesab  çəkmək  vaxtı  çatanda,  heç  olmasa,  Ģeytan  mənə  kömək  elədi.  Yolu 

göstərdi, gülləni hədəfə sərrast yönəltdi”. 

Bax elə buna görə də bəzən düĢünürdüm ki, Ģeytan Allahı üstələyib. Məlum oldu ki, Milli 

hamilədi, uĢağı olacaq, Yufus də ondan qurtulmaq üçün həkim axtarmağa baĢladı. Elə bilirdim, 

tapa biləcək, bəzən də mənə elə gəlirdi ki, əgər kiĢiylə qadın bu dünyada yaĢamalıdısa, onda elə 

belə  qalsa  yaxĢıdı. Bəzən də  ümid eləyirdim ki, tapacaq  –  məhkəmə uzanıb  bitənəcən  nə qədər 

əzab-əziyyət  çəkdim,  sirk  sahibi  isə  məhkəməyə  gəlib,  o  adamın,  həqiqətən,  meksikalı 

olmadığını, qanında zənci qarıĢığı olduğunu  bildirdi; Yufus da elə  həmiĢə  bunu deyirdi, sanki, 

Ģeytan  onun  qulağına  pıçıldamıĢdı  ki,  bu  adam  zəncidi.  Məhkəmə  bitəndən  sonra  Yufus  yenə 

tapançasını götürüb and içdi ki, hökmən həkim tapıb gətirəcək – ölüsü də olsa, dirisi də; evdən 

çıxıb  gedirdi,  həftələrlə  itib-batırdı,  artıq  hamı  bundan  xəbərdardı;  gecə-gündüz  Yufusu  baĢqa 

yerə  köçmək  üçün  yola  gətirməyə  çalıĢdım,  çünki  bircə  sirkdəki  o  adam  onun  zənci  olduğunu 

demiĢdi, bəlkə, heç o da dəqiq bilmirdi, həm də o artıq burdan çıxıb getmiĢdi, çətin bir də onunla 

rastlaĢaydıq. Ancaq Yufus heç yana köçmək istəmirdi; Millinin də vaxtı çatmaq üzrəydi, Yufus 

isə əli tapançalı hələ də  bu iĢə razı olacaq bir həkim axtarırdı. Sonra eĢitdim ki, onu yenə tutub 

həbsxanaya  salıblar;  həkim  axtardığı  yerlərdə,  ibadət  yığıncaqları  zamanı  kilsələrə  girib  həkim 

soraqlaĢırmıĢ,  bir  kilsədə  isə  kafedraya  çıxaraq  özü  moizə  oxumağa,  zəncilərin  əleyhinə 

danıĢmağa,  ağ  adamları  ayağa  qalxmağa,  onların  hamısını  qırmağa  çağırıb;  kilsədəki  adamlar 

onu susmağa, kafedradan aĢağı enməyə məcbur ediblər, o isə tapançasını düz kiləsinin içərisində 

çıxarıb,  polislər  gəlib  onu  tutub  aparanacan  hamını  tapançayla  hədələyib;  ilk  vaxtlar  lap  dəli 

kimiydi.  Orda  onun  baĢqa  Ģəhərdə  də  bir  həkimi  əziĢdirdiyini,  sonra  da  qaçıb  gizləndiyini 

öyrəniblər. Bu minvalla, o, həbsxanadan çıxıb evə qayıdanda  Millinin vaxtına lap az qalmıĢdı, 

bu gün-sabahlıq idi. FikirləĢdim ki, yəqin,  fikrindən dönüb, axır ki, Allah yoluna qayıdıb, çünki 

artıq evdə dava-dalaĢ salmırdı, hətta Milli ilə hazırladığımız körpə əĢyalarını tapanda da heç nə 

demədi,  təkcə  bunu  soruĢdu  ki,  az  qalıb?    Hər  gün  soruĢurdu,  biz  də  fikirləĢirdik  ki,  kilsələri 

gəzəndən,  həm  də  həbsxanada  yatandan  sonra,  o  gecə  Milli  doğulanda  olduğu  kimi,  artıq 

vəziyyətlə barıĢıb. Nəhayət, vaxt gəlib çatdı, bir gecə Milli məni oyadıb dedi ki, ağrısı baĢlayıb, 

durub geyindim, Yufusu həkim dalınca göndərdim, o da geyinib evdən çıxdı. Mənsə lazım olan 

Ģeyləri  yığıb  topladım,  gözləməyə  baĢladıq;  artıq  Yufus  həkimlə  çoxdan  qayıtmıĢ  olmalıydı, 

ancaq hələ də gəlib çıxmamıĢdı, bir az da gözlədim, elə bilirdim ki, həkim indicə  içəri girəcək, 

sonra artırmaya çıxdım,  nə görsəm  yaxĢıdı:  Yufus qucağında tüfəng pilləkənin  baĢında oturub. 

Üstümə çığırdı:  “Qayıt, gir içəri, fahiĢə anası”. Mən də ona ancaq “Yufus” deyə bildim. Tüfəngi 

üstümə  çəkib  bağırdı:  “Qayıt,  gir  içəri.  Qoy  Ģeytan  öz  barını  özü  yığıb  aparsın:  axı  o özü  əkib 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə