Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə116/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   112   113   114   115   116   117   118   119   ...   192

 

23



– Bu, Allahın özüydü. Bu O idi. Qoca Dok Hayns da Allaha yardımçı oldu. Nə etmək lazım 

olduğunu qoca Dok Haynsa Cənabı Allahın özü dedi, qoca Dok Hayns da Onun dediyini elədi. O 

vaxt  Cənabı  Allah  qoca  Dok  Haynsa  dedi:  “Ġndi  sən  izlə.  Ġzlə  gör,  Mənim  iradəm  necə  yerinə 

yetirilir.”    Qoca  Dok  Hayns  da  izlədi  və  körpə  uĢaqların,  Allahın  yetimlərinin  dilindən  eĢitdi, 

bunu  onların  dilinə,  ağlına  Allah  Özü  salmıĢdı,  çünki  onlar  hələ  pak  körpə  uĢaqlardı,  hətta 

aralarındakı  qızlar  belə  hələ  günah  və  rəzilliyin  tamını  dadmamıĢdılar:  “Zənci!  Zənci!”  Bu,  

günahsız  körpələrin  dilindən  faĢ  oldu.  “Mən  sənə  nə  demiĢdim?”  –  Cənabı  Allah  qoca  Dok 

Haynsa dedi. “Artıq mən Öz iradəmin icrasına qərar verdim, Mən artıq gedirəm. Artıq burda elə 

bir  günah  qalmayıb  ki,  Mən  onunla  məĢğul  olum,  çünki  pozğun  qadın  əxlaqsızlığından  Mənə 

nə?! Hərçənd elə  bu da Mənim  məqsədimə  xidmət edir”. Qoca Dok Hayns  isə  soruĢdu:  “Necə, 

bəyəm  pozğun  qadın  əxlaqsızlığı  da  Sizin  məqsədinizə  xidmət  edir?”  Allah  isə  dedi:  “Gözlə, 

görəcəksən.  Elə  bilirsən, Milad gecəsində  Mən o gənc  həkimi  artırmaya təsadüfən çıxarmıĢdım 

ki, Mənim nifrətimi, o adyala bükülmüĢü orada tapsın? Elə bilirsən, müdirə təsadüfən həmin gün 

iĢə  çıxmamıĢdı  ki,  cavan  pozğun  qadınlar  ona  Kristmas  adını  qoyub,  Mənim  oğlumu  təhqir 

etsinlər?  Ġndi  Mən  gedirəm,  çünki  Öz  iradəmi  artıq  iĢə  salmıĢam,  səni  isə  burda  buna  göz 

qoymaq  üçün  saxlayıram”.    Və  qoca  Dok  Hayns  gözlədi,  ona  göz  qoydu.  Allahın 

qazanxanasından  o  uĢaqlara,  onların  arasında  olan,  amma  onların  bilmədiyi,  torpağın  belə 

murdar bir ləkə kimi üz döndərdiyi, o sözlə damğalanmıĢ bu ikiayaqlı Ģeytan toxumuna daim göz 

qoydu.  Çünki  o  daha  baĢqa  uĢaqlarla  bir  yerdə  oynamırdı.  Tək-tənha,  sakitcə  bir  kənarda 

dayanırdı, bax onda qoca Dok Hayns hər Ģeyi baĢa düĢdü; baĢa düĢdü ki, o, Allah cəzası haqda 

gizli xəbərdarlığı dinləyir və qoca Dok Hayns ona dedi:  “Niyə sən əvvəlki kimi o biri uĢaqlarla 

bir yerdə oynamırsan?” O susub heç nə demədi, qoca Dok Hayns ona dedi: “Ona görə ki, sənə 

“zənci”  deyirlər?”  O,  yenə  susdu,  qoca  Dok  Hayns  dedi:  “Sən  ona  görə  özünü  zənci  hesab 

edirsən  ki,  Allah  sənin  sifətində  bunu  iĢarə  edib?”  O  isə  dedi:  “Allah  da  zəncidi?”  Bu  zaman 

qoca Dok Hayns ona  bunları dedi:  “O,   bütün qəzəbli  ağaların Cənabı  Allahıdır, Onun  iradəsi 

gerçəkləĢəcəkdir.  Nə  sənindir,  nə  mənim,  çünki  sən  də,  mən  də  Onun  məqsədinə,  Onun 

intiqamına xidmət edirik”. Və o çıxıb getdi, qoca Dok Hayns isə onun Allahın qisasçı iradəsini 

necə eĢitdiyinə, necə dinlədiyinə göz qoydu, qoca Dok Hayns onun həyətdə çalıĢan zəncini necə 

izlədiyini gördü; zənci iĢ vaxtı hara gedirdisə, o da dalınca düĢür, ona baxırdı, ta o vaxtacan ki, 

zənci  bezib  ona  dedi:  “Ay  oğlan, 

nədi

  mənə  gözətçilik  edirsən?”  O  isə  ondan  soruĢdu:  “Necə 



olub ki, sən zəncisən?” Zənci ona dedi: “Kim sənə deyib ki, mən zənciyəm, ağ küçük balası?” O 

isə  dedi:  “Mən  zənci  deyiləm”.    Zəncisə  dedi:  “Sən  ondan  da  pissən.  Çünki  kim  olduğunu 

bilmirsən. Ən betəri də budu ki, bunu heç vaxt bilməyəssən. YaĢayassan, öləssən, amma heç vaxt 

bilməyəssən”. O isə dedi: “Allah zənci deyil”. Zəncisə ona dedi: “Məncə, Allahın kim olduğunu 

sən daha yaxĢı bilərsən,  çünki sənin kim olduğunu tək bir Allah bilir”. Ancaq Allah demədi, O 



 

23



orda  yox  idi,  çünki  Öz  iradəsinin  icrasını  nizama  salıb,  ona  nəzarət  etməyi    qoca  Dok  Haynsa 

tapĢırmıĢdı. Öz Oğlunun müqəddəs ildönümündə bu iradənin icrasını nizama saldığı ilk gecədən 

ona nəzarəti qoca Dok Haynsa həvalə etmiĢdi. Çox soyuq gecəydi, qoca Dok Hayns artırmanı və 

Allahın  iradəsinin  icrasını  yaxĢı  görə  bilmək  üçün  qaranlıqda  lap  yaxın  tində  dayanmıĢdı,  

əxlaqsızlıq  və  Ģəhvət  girdabına  bulaĢmıĢ  o  gənc  həkimin  ayağa  qalxıb,  aĢağı  əyilib,  Allahın  o 

nifrətini  yerdən  götürüb  içəri  apardığını  gördü.  Qoca  Dok  Hayns    onun  dalınca  getdi,  hər  Ģeyi 

gördü,  eĢitdi.  Müdirə  gəlib  çıxmamıĢ,  Allahın  müqəddəs  ildönümünü  romlu,  Ģərablı  yumurta 

kökəsi və viskiylə murdarlayan həmin o əxlaqsız qadınların adyalı necə açdıqlarını da gördü. Və 

o  qadın  –    həkimlərin  Cezebeli,  Allahın  baĢqa  bir  aləti  olan  o  qadın  dedi:  “Adını  Kristmas 

qoyaq”.  Digəri  isə  dedi:  “Kristmas  –  sonra  nə?  Kristmas  –  sonra  nə?”    və  Allah  qoca  Dok 

Haynsa  buyurdu:  “Onlara  de”;  və  onların  hamısı  nəfəslərindən  rəzalət  yağa-yağa  qoca  Dok 

Haynsa baxdılar və çığırıĢdılar:  “Bu ki,  Dok dayıdı. Dok dayı, buna bax, gör Santa Klaus bizə 

nə  gətirib,  pilləkənin  üstündə  qoyub  gedib”.  Dok  dayı  isə  dedi:  “Onun  adı  Cozefdi”  və  onda 

hamısı gülməyini kəsdi, təəccüblə qoca Dok Haynsa baxdılar, o qadın, həkimlərin Cezebeli dedi: 

“Siz  hardan  bilirsiniz?”  Qoca  Dok  Hayns  isə  cavab  verdi:  “Allah  belə  buyurur”.  Onda  hamısı 

təzədən gülüĢməyə  baĢladı,  bağırıĢdılar:  “Elə  Kitabda da  belədir:  Conun oğlu  Kristmas, Conun 

oğlu  Co.  Co  Kristmas”.  Sonra  da  dedilər:  “Co  Kristmasın  Ģərəfinə”  və  qoca  Dok  Haynsı  da 

Allahın nifrəti Ģərəfinə içməyə məcbur etmək istədilər, amma o onların qədəhlərini geri itələdi. 

Ona  yalnız  gözləmək  və  göz  qoymaq  lazım  idi,  gözlədi  də;  Ģərin  Ģərdən  çıxması  üçün  Allahın 

təyin etdiyi vaxt gəlib çatdı. Həkimlərin Cezebeli öz Ģəhvət yatağından qalxan kimi  hələ günah 

və qorxu üfunətindən arınmamıĢ birbaĢ qaçıb üstümə gəldi. “O, çarpayının altında gizlənmiĢdi”, 

– dedi,  qoca Dok Hayns ona dedi: “Bu ətirli, Ģirnikdirici sabundan öz xoĢunla öz ziyanına özün 

istifadə  eləmisən,  Allahın  nifrətinə,  lənətinə tuĢ gəlmisən. Öz  cəzandı, çəkməlisən”; o  isə dedi: 

“Siz onunla danıĢa bilərsiniz. Onunla necə söhbət etdiyinizi özüm görmüĢəm. Siz onu yola gətirə 

bilərsiniz”;  qoca  Dok  Hayns  isə  ona  dedi:  “Sənin  zina  iĢlərinə  baĢ  qoĢmağa  nə  vaxtım,  nə  də 

həvəsim  var,  Allahın  isə  məndən  betər”.  O  isə  dedi:  “O  bunu  hamıya  yayacaq,  məni  iĢdən 

qovacaqlar.  Rüsvay  olacam”.  Qadın  Ģəhvət  və  zina  iyi  verə-verə  qoca  Dok  Haynsın  önündə 

dayanmıĢdı, Allahın ona qarĢı iradəsi icra olunurdu, çünki Allahın öz atasız və anasız yetimlərinə 

sığınacaq  verdiyi evi  murdarlamıĢdı.  “Sən  heç  nəsən,  – qoca Dok Hayns dedi,  – sən  və  bütün 

pozğun  qadınlar.  Siz  hamınız  Allahın  qəzəbli  məqsədi  üçün  adi  alətlərsiniz,  o  məqsədsiz  bir 

sərçə belə yerə qona bilməz. Sən, onsuz da, Allahın adi bir alətisən, Co Kristmas kimi, qoca Dok 

Hayns kimi”. O çıxıb getdi, qoca Dok Hayns isə gözləyir, göz qoyurdu və tezliklə o, yenə gəldi, 

sifəti  qəddar  səhra  vəhĢisinin  sifətinə  dönmüĢdü.  “Mən  ona  yer  tapdım,  burdan  göndərdim”,  – 

dedi, qoca Dok Hayns isə ona dedi:  “ Necə  yəni, mən göndərdim?” Çünki o, qoca Dok Haynsa 

heç bir yeni xəbər gətirməmiĢdi,  çünki Cənabı Allah Öz məqsədini Özü seçdiyi alətindən gizli 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə