Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə124/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   120   121   122   123   124   125   126   127   ...   192

 

25



Haytauer çarpayının  baĢı üzərində dayanıb. Sanki, onu görmür. Sifəti çox ciddidir;  burda 

dayandığı  qısa  müddətdə,  elə  bil,  düz  on  il  qocalıb.  Ya  da  əksinə,  içəri  girəndə  özü  deyildi, 

baĢqa, özünə yad bir adamıdı, yalnız indi əslində necə var, o cür görünür.  

–  Deməli,  Ģəhərə  getdi,  –  o  deyir.  O  andaca  gözləri  dirilir,  yenidən  görməyə  baĢlayır.  – 

Hımm. Artıq heç nə eləyə bilməzsən, – o deyir. – Bir də, yəqin ki, Ģəhərdə... bir neçə normal... 

adam tapılar... Onların burdan getməyinə nə üçün sevindiniz?  

Qadın  baĢını  aĢağı  salır.  Əli  körpənin  baĢına  tərəf  uzanır,  amma  ona  toxunmur;  bu 

instinktiv, lüzumsuz  və çox güman ki, qeyri-Ģüuri bir hərəkətdi. 

– Qarı mənə qarĢı çox mehribandı. Hətta bundan da artıq... Mən dincələ bilim deyə körpəni 

öz  qucağında  saxlayırdı.  Bütün  günü  uĢaq  qucağında  bu  stulda  oturub...  BağıĢlayın.  Heç  sizə 

oturmağa yer də göstərmədim. – Haytauer stulu çarpayının böyrünə çəkib oturanacan qadın ona 

baxır. – ...Bu stulda oturub ona göz qoyurdu, o isə çarpayıda yalandan özünü elə göstərirdi ki, 

guya,  yatıb.  –  O,  diqqətlə,  sualdolu  nəzərlərlə    Haytauerə  baxır.  –  Elə  hey  körpəni  “Co”  deyə 

çağırır.  Axı  onun  adı  Co  deyil.  Elə  hey...  –    Haytauerin  sifətinə  baxır.  Gözlərində  nəsə  bir 

narahatlıq,  sual,  Ģübhə  var.  –  Elə  hey  qəribə  Ģeylər  danıĢır...  Nəyisə  qarıĢıq  salır.  Ona  qulaq 

asanda bəzən elə mən özüm də çaĢıram... qulaq asmaya da bilmirsən axı... – Gözləri, sözləri yenə 

də çaĢqın halda nəyisə arayır, nəyisə axtarır. 

– QarıĢıq salır? 

– Körpə barədə həmiĢə elə danıĢır ki, elə bil, onun atası o... həbsdə olan mister Kristmasdı. 

Elə  hey  belə  deyir,  mən  də  çaĢmağa  baĢlayıram,  bəzən  heç  özüm  də  bilmirəm  düz  nədi... 

çaĢıram,  elə  bilirəm  ki,  onun  atası  bu  mister...  mister  Kristmasdı...  –  Qadın  gözünü  ondan 

çəkmir; sanki, ağır bir iĢin öhdəsindən gəlməyə çalıĢır. – Özüm bilirəm ki, o deyil. BaĢa düĢürəm 

ki, bu, axmaqlıqdı. Amma qadın ara vermədən, elə hey belə dediyi üçün bu hala düĢürəm; yəqin, 

hələ tamam sağalmamıĢam, özümə gəlməmiĢəm, ona görə də çaĢmağa baĢlayıram... Qorxuram, 

dəhĢətə gəlirəm...  

– Nədən? 

–  Bu  cür  çaĢmağım  heç  xoĢuma  gəlmir.  Qorxuram  ki,  o  məni  tamam  çaĢ-baĢ  sala,  yəni, 

necə  deyərlər,  gözümü  çəpləyə-çəpləyə  axırda,  doğrudan  da,  çəpgöz  olam...  –    Üzünü  yana 

çevirir. Yerində qurcalanıb-eləmir. Amma Haytauerin ona baxdığını hiss eləyir.  

– Siz deyirsiniz ki, uĢağın adı Co deyil. Bəs onda nədi?  

Qadın  baxıĢlarını  dərhal  Haytauerə  tərəf  çevirmir.  BaĢını  sonra  qaldırır.  Və  həddən  artıq 

tez, həddən artıq asanlıqla cavab verir: 

– Mən ona hələ ad qoymamıĢam. 




 

25



Niyəsini Haytauer yaxĢı bilir. Sanki, o bu qadını içəri girdiyi andan bəri ilk dəfədir görür. 

Saçlarının daranmıĢ, sifətinin də xeyli gümrah olduğuna ilk dəfə diqqət yetirir və gözü, sanki, o, 

içəri girərkən tələm-tələsik mələfənin altına basılmıĢ darağa, güzgü qırığına sataĢır.  

– Mən içəri girəndə siz kimisə gözləyirdiniz. Özü də məni yox. Kimi gözləyirdiniz?  

Qadın baxıĢlarını ondan yayındırmır. Sifətində nə sünilik, nə də sadəlövhlük duyulur. Onda 

dinclik, sakitlik də yoxdur.  

– Gözləyirdim? 

– Bayron Bançımı gözləyirdiniz?  – O,  hələ də  baxıĢlarını ondan  yayındırmır.  Haytauerin 

sifəti  ciddi,  sərt  və  mehribandır.  Ancaq  bu  sifətdə  onun  qarĢısına  çıxan  yaxĢı  adamların  – 

xüsusilə də kiĢilərin sifətlərində gördüyü eyni amansızlıq var. Haytauer aĢağı əyilir, ovcunu onun 

körpəni tutan əlinin üstünə qoyur.  

– Bayron yaxĢı adamdır, – o deyir.  

– Elədi, baĢqaları kimi mən də bunu bilirəm. Hətta bəlkə, onlardan da yaxĢı... 

– Siz də yaxĢı qadınsınız. Elə bu cür də olun. Demək istəmirəm ki... – dərhal düzəltməyə 

çalıĢır. Sonra susur. – Demək istəmirəm ki... 

– BaĢa düĢürəm, bilirəm, – qadın deyir.  

 

Yox. Onu demirəm. Bu vacib deyil. Bunun hələ heç bir əhəmiyyəti yoxdur.  Hər Ģey sizin 



bundan  sonrakı  münasibətinizdən  asılıdır.  Özünüzə.  BaĢqalarına.  –  Onun  üzünə  baxır;  qadın 

yenə  də  gözlərini  kənara  çəkmir.  –  Onu  buraxın.  Qovun  getsin.  –  Hər  ikisi  bir-birinə  baxır.  – 

Qızım, onu rədd edin. Yəqin ki, siz ondan iki dəfə cavansınız. Amma ondan iki dəfə çox Ģeylər 

yaĢamısınız. O, heç vaxt sizə çata, yetiĢə bilməz, çünki çox vaxt itirib. Bayronun heç nə olması 

da  sizin  hər  Ģey  olmanız  kimi  təzədən  düzələn  deyil.  Ġndən  belə  onun  geriyə  qayıdıb  nəsə 

eləməyə gücü çatmaz, elə siz də o cür – geriyə qayıdıb indiyəcən elədiklərinizi həyatınızdan silib 

ata  bilməzsiniz.  Sizin  oğlunuz  var,  bu  uĢaq  onun  deyil;  ondan  yox,  baĢqa  kiĢidəndi.  Sizin 

ucbatınızdan  onun  həyatına  birdən-birə  iki  kiĢi,  bir  qadınınsa  yalnız  üçdəbiri  daxil  olacaq;  o 

yazığın  isə  ən  azı,  buna  haqqı  çatır  ki,  əgər  onun  otuz  beĢ  ildi  tək-tənha  yaĢadığı,  heç  nəylə 

ovunmamıĢ həyatına bu gün biri  girməlidirsə, belə bir müdaxilə hökmən olmalıdırsa, bu, o iki 

Ģahidsiz olmalıdır. Onu qovun getsin. 

 



 Bu,  mənim  iĢim  deyil.  O  azaddır.  Özündən  soruĢun.  Mən  heç  vaxt  onu  burada    tutub 

saxlamağa çalıĢmamıĢam. 

 

 Məsələ  də  elə  bundadı.  Bəlkə  də,  çalıĢsaydınız,  saxlaya  bilməzdiniz.  Məsələ    elə 



bundadı.  KaĢ  buna çalıĢmıĢ olaydınız. Əgər çalıĢsaydınız,  indi  bu südəmər körpəylə  burda,  bu 

çarpayıda olmazdınız. Deməli, siz onu qovmaq istəmirsiniz? Ona qəti deyə bilmirsiniz?   

 

 Dediyimdən  artıq  heç  nə  deyə  bilmərəm.  Mən  ona  beĢ  gün  bundan  qabaq  “Yox” 



demiĢəm.  


Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə