Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə126/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   122   123   124   125   126   127   128   129   ...   192

 

25



 

Bayron  Ģəhərə  gəlib  çatanda  məlum  oldu  ki,  günortaya  qədər  Ģeriflə  görüĢə  bilməyəcək, 

çünki o, günortaya qədər məhkəmə iclasında olacaq. “Siz gərək o vaxtacan gözləyəsiniz”, – ona 

dedilər.  

– YaxĢı, – Bayron dedi. – Mən bilirəm nə eləyəcəm. 

–  Nə  eləyəcəksiniz?  –  Ancaq  o  cavab  vermədi.  ġerifin  otağından  çıxıb,  meydanın  cənub 

tərəfinə baxan sütunlu eyvanda dayandı. Neçə-neçə sərt fəslin, neçə-neçə tütün çeynəyən nəslin 

izi qalmıĢ hündür daĢ sütunlar daĢ döĢənmiĢ dar artırmadan üzüyuxarı qalxaraq tağlarla birləĢib. 

Onlardan  aĢağıda  kombinezonlu  kəndçilər  eyni  ahəngdə,  usanmadan,  monastır  həyətindəki 

rahiblər  kimi    məqsədsiz  bir  diqqətcilliklə  gəziĢir  (nisbətən  cavan  kiĢilər  –  Ģəhərlilər  isə  bir 

kənarda topa topa hərəkətsiz dayanıblar,  ya da  bir-birilərinə  nəsə deyir, ağızucu  söhbət edirlər;  

onların  bir  qismi  Bayrona  tanıĢ  olan  kontor  iĢçiləri,  vəkillər  və  hətta,  birdən-birə  hamısı  eyni 

anda  sifətlərinə eyni cür zabitəli  ifadə  verən və  bu səbəbdən  mülki geyimli polisləri  xatırladan, 

amma  polis  kimi  görünüb-görünmədiklərini  çox  da  veclərinə  almayan  ticarətçilərdi)  və  öz 

aralarında  sakitcə  puldan,  məhsuldan  danıĢır,  arabir  yuxarı  boylanıb,  məhkəmə  iclasçılarının 

örtülü qapılar arxasında, onların hansı birininsə çətin ki tanıdığı və ya üzünü görmüĢ olduğu bir 

adama, ondan da az tanıdıqları və ya üzünü görmüĢ olduqları bir qadının həyatına qəsd etdiyinə 

görə  ölüm  hökmü  çıxarmağa  hazırlaĢdıqları  otağın  pəncərəsinə  baxırlar.  Onları  buraya  gətirən 

arabalar, üstü toz-torpaqlı maĢınlar meydanda bir-birinin ardınca sıraya düzülüb, onlarla birlikdə 

Ģəhərə  gələn  arvadları,  qızları  isə  asta-asta,  heyvan  sürüsü  və  ya  bulud  topaları  kimi  eyni  cür 

məqsədsiz-filansız dəstə-dəstə  küçələri, dükanları  gəzirlər. Bayron orda, yerindən tərpənmədən, 

heç nəyə söykənmədən xeyli dayandı – bu Ģəhərdə yeddi il yaĢasa da, əksəri  nə qatili, nə də qətl 

edilən qadını tanıyan kəndçilər bu arıq, cılız adamın da nə adını, nə də kimliyini bilirdilər. 

Lakin  Bayron  bu  barədə  fikirləĢmirdi.  Ġndi  heç  nə  vecinə  deyildi,  hərçənd,  bu  bir  həftə 

əvvəl olsaydı, hər Ģey tamam baĢqa cür cərəyan edərdi. Onda o burda, hər kəsin onu görə, bəlkə 

də,  kiminsə  birdən  tanıya  biləcəyi  yerdə  dayanmazdı:  Bayron  Banç  –  heç  bir  xeyri  olmadan, 



başqa  birisinin  əkdiyini  biçən.  Bir  başqasının  fahişəsinin  qayğısına  qalan  adam;  halbuki  o 

başqası indi min dollar qazanmaqla məşğuldu. Əvəzində  heç nə qazanmayan adam.  Öz təmiz 

adını özünü də, təmiz adını da çirkaba tullayan əclafın birinə bəxş etmiş bir qadının təmiz adını 

qorumağa çalışan, həmin o əclafın bic övladını dinc və sakit bir yerdə dünyaya gətirməkdə bu 

qadına kömək edən, bunun üçün bütün məsrəfləri öz üzərinə götürən, əvəzində isə yalnız körpə 

çığırtısını eşidən Bayron Banç. Bütün bunların əvəzində heç nə, yalnızca həmin o başqasını  – 

özü  də  bu  adam  min  dolları  qamarlayıb  ələ  keçirən  kimi  –  bu  qadının  yanına  gətirməyə  icazə 

almaqdan  başqa  heç  nə  qazanmayan  və  bundan  sonra  artıq  heç  nəyə  lazım  olmayan  Bayron 

Banç. Bayron Banç  “Ġndi mən burdan çıxıb gedə bilərəm”, – o düĢündü.  Dərindən nəfəs almağa 


 

25



baĢladı.  Hiss  elədi  ki,  çətin,  ağır-ağır  nəfəs  alır,  sanki,  vücudu  hər  dəfə  udmağa  hava  tapa 

bilməyəcəyindən, nəsə dəhĢətli bir Ģey olacağından qorxurdu; ona elə gəldi ki, istənilən an  nəfəs 

alıb-almadığını  bilmək üçün öz sinəsinə baxa, sanki, artıq  içəridən alıĢmağa  baĢlayıb, getdikcə 

daha  da  gərginləĢən,  bax  elə  Ġndicə,  ĠNDĠCƏ  partlayıb  dağılacaq,  amma  o  anacan  öz  zahiri 

görkəmini, formasını zərrə qədər dəyiĢməyəcək dinamit gilizi kimi onda heç bir hərəkət  əlaməti 

hiss olunmadığını görə bilər;  buna görə də  yoldan keçənlər ona  baxanda ondakı  bu dəyiĢikliyi 

heç  cür  görə  bilmirdilər:  heç  kimin  diqqətini  bir  anlığa  belə  cəlb  etməyən,  kiminsə  bir  dəfə 

dönüb  baxsa  belə    onun  bu qədər  iĢ görə, bu qədər dərin  Ģeylər  hiss edə  biləcəyinə  inanmadığı 

cılız  bir  adam;  indən  belə  Ģənbə  günü  iĢ  vaxtı  bitəndən  sonra  orda,  yonqar  sexində  tək-tənha 

qalarkən  ona  dərd  gətirən  hər  hansı  bir  hadisəylə  bir  daha  üzləĢməyəcəyinə  içdən  inanan  bir 

adam...  

Adamların arasına qarıĢdı. “Mən harasa çıxıb getməliyəm” – deyə düĢündü. Addımlarını da 

bu  sözlərin  ahənginə  uyğun  atmağa  çalıĢdı:  “Mən  harasa  çıxıb  getməliyəm”.    Bir  xeyli  beləcə 

yeridi.  Pansiona  çatanda  o  sözləri  hələ  də  ürəyində  təkrar  edirdi.  YaĢadığı  otağın  pəncərəsi 

küçəyə  baxırdı. Ona tərəf  baxdığının  fərqinə  varmamıĢ gözlərini ondan çəkdi.    “UzaqbaĢı orda 

kiminsə pəncərə önündə oturub siqaret çəkdiyini, ya da kitab oxuduğunu görəcəm”, – fikirləĢdi. 

Dəhlizə girdi. Səhərçağının günəĢ iĢığından sonra gözləri heç nə görmürdü. Nəm linolum, sabun 

iyi  duydu.  “Hələ  bazar  ertəsidi,  –  düĢündü.  –  Mənsə  bunu  tamam  unutmuĢam.  Bəlkə  də,  bu, 

növbəti  bazar  ertəsidi.  Görünür,  elə  belə  də  olmalıdı”.    Heç  kimi  səsləmədi.  Artıq  gözləri 

qaranlığa bir az öyrəĢmiĢdi. Dəhlizin o biri baĢındanmı, yoxsa mətbəxdənmi süpürgə səsi gəldi.  

Sonra dördkünc iĢıqdan – açıq qalmıĢ arxa qapıdan miss Birdin əvvəlcə aĢağı əyilmiĢ baĢı, sonra 

isə siluet Ģəklində  ona tərəf gələn bütöv vücudu göründü.    

– Belə-belə iĢlər, – qadın dedi, – bu, mister Bayron Banç imiĢ. Mister Bayron Banç. 

– Hə, mənəm, – o dedi və fikirləĢdi: “Yalnız belə bir gonbul, həyatdakı bütün dərdi-səri bu 

vedrəyə  ancaq  sığıĢa  biləcək  bir  qadın  mənə  qarĢı  heç  vaxt  ...”    Yenə  də  istədiyi  sözü  tapa 

bilmədi, Haytauer isə onu bir an belə fikirləĢmədən dilinə gətirərdi.  “Görünür, mən onsuz heç nə 

eləyə  bilmirəm,  onsuz  heç  düĢünə  də  bilmirəm”.    –  Mənəm...  –  dedi.  DaĢ  kimi  süst  düĢüb 

qalmıĢdı, hətta bu qadınla vidalaĢmağa gəldiyini izah etməyə belə taqəti yox idi. “Bəlkə də, belə 

deyil,  –  o fikirləĢdi.  –   Bir otaqda yeddi  il  yaĢamıĢ  adamı  bir gündə ordan  çıxarmazlar. Amma 

bu, onun otağı baĢqa birinə kirayəyə verməsinə əngəl ola bilməz”. – Deyəsən, mənim sizə kirayə 

haqqından borcum qalıb, – o dedi. 

Qadın ona baxdı; ciddi, rahat sifəti vardı, acıqlı da deyildi. 

–  Nə  borcunuz  qalıb?  –  o  təəccübləndi.  –  Elə  bilirdim,  siz  artıq  özünüzə  baĢqa  yer 

tapmısınız. Yay üçün çadıra köçmüsünüz. – Qadın ona baxdı. Nəhayət, dillənəndə isə mümkün 

qədər mülayim, nəzakətli olmağa çalıĢdı. – Bu otağın kirayə haqqını artıq ödəyiblər.     



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə