Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə132/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   128   129   130   131   132   133   134   135   ...   192

 

26



Bələdlədiyi  yerə  hələ  bir  neçə  yüz  metr qalmıĢ dəmir  yoluna çıxmıĢdı.  O  yer  yoxuĢun  ən 

yüksək zirvəsindəydi

;

 Ģimala gedən yük qatarları onu zorla – ölə-ölə, az qala, piyadadan da zəif 



sürətlə  qalxırdılar.  Durduğu  yerdən  bir  az  aralıda  iki  parlaq  xətti,  sanki,  qayçıyla  kəsib 

atmıĢdılar.  

MeĢə  kənarındakı  adda-budda  ağaclardan  birinin  arxasında  gizlənib  bir  müddət  orda  – 

yalqızlıq  zolağının  önündə  dayanır. 

Sur-sumbatından

  artıq  uduzulmuĢ  bir  oyunda  son  ümidsiz 

gediĢi  fikirləĢib  tapmaq  üçün  beynində  tələm-tələsik,  ümidsiz  hesablamalar  aparan  oyunçuya 

bənzəyir.  Nəyisə  lənətləyirmiĢ  kimi  bir  az  da  orda  dayandıqdan  sonra  dönüb  təzədən  meĢənin 

içiylə, dəmir yolu boyunca qaçmağa  baĢlayır. Elə bil, hara qaçmaq lazım olduğunu dəqiq bilir; 

tezliklə yaxınlıqda bir cığır görür, elə qaça-qaça da o çığıra dönür, nəhayət, açıqlığa çıxır: burda 

bir  zənci  daxması  var.  Ön  tərəfdən,  artıq  qaçmadan,  yeriyə-yeriyə  həmin  daxmaya  yaxınlaĢır. 

Qoca zənci  qarı artırmada oturub qəlyan çəkir,  baĢına ağ  əsgi  sarıyıb.  Braun artıq qaçmasa da, 

hələ də ağır-ağır, tövĢüyə-tövĢüyə nəfəs alır. Nəfəsini sakitləĢdirməyə çalıĢır, üzünü qarıya tutur: 

– Salam, xalacan, – o deyir. – Burda kimsə var? 

Qarı qəlyanı ağzından çıxarır. 

– Mən varam. Sizə kim lazımdı? 

– ġəhərə məktub göndərməliyəm. Həm də təcili.  – DanıĢarkən, sanki, nəfəsini zorla tutub 

saxlamağa çalıĢır. – Pulunu da verəcəm. Burda elə bir adam var? 

– Belə tələsikdisə, onu özün aparsan yaxĢıdı.  

– Dedim axı, pulunu verəcəm! – nəfəsini, səsini cilovlamağa çalıĢaraq, qəzəbli bir səbirlə 

təkrar  edir.  –  Ġndi,  bu  dəqiqə  aparana  bir  dollar  verəcəm.  Bəyəm  burda  pul  qazanmaq  istəyən 

yoxdu?  UĢaqdan-zaddan? 

Qarı ona baxa-baxa qəlyanını sümürür. Onun qədimi, qara, heç nə bilinməyən sifətindəki 

bir cüt göz bu yad adamı, sanki, ilahi bir biganəliklə (amma heç də mərhəmətlə deyil)  baĢdan-

ayağa süzür.   

– Bir dollar deyirsən, hə? 

O  buna  səbirsizlik,  boğulmuĢ  qəzəb  və  nəsə,  ümidsizliyə  bənzər  bir  Ģeyi  andıran 

təsvirəgəlməz  jestlə  –  əlini  yellətməklə  cavab  verir.  Artıq  burdan  çıxıb  getmək  istəyir,  amma 

zənci qarının səsi onu tutub saxlayır.  

– Burda heç kim  yoxdu, bir  mənəm,  bir də  iki uĢaq. Onlar da sizin  bu  iĢ üçün çox kiçik 

olarlar. 

Braun geri çevrilir. 

–  Niyə  kiçik  olurlar?  Burda  nə  iĢ  var  ki,  sadəcə,  bir  məktubu  qaça-qaça  aparıb  Ģerifə 

çatdırmaq, sonra da... 




 

26



– ġerifə? Yox, siz yanlıĢ yerə gəlmisiniz. Mən onları Ģerifin yanına heç cür buraxmaram. 

Bizim zəncilərdən biri Ģeriflə o qədər yaxınlıq elədi ki, axırda həmiĢəlik orda qalmalı oldu. Bir 

daha evə qayıtmadı. Siz gedin o adamı baĢqa yerdə  axtarın. 

Braun, onsuz da, artıq ordan uzaqlaĢır. Hələ ki, qaçmır. Hələ qaçmağı fikirləĢməyib;  indi, 

ümumiyyətlə,  nəsə  düĢünmək  iqtidarında  deyil.  Onda  əlacsız  qəzəb,  az  qala,  ekstaz  həddinə 

çatıb. Sanki, o, təsadüfi uğursuzluqlarının  əcaib, fövqəltəbii çoxluğundan heyrətə gəlib. Bu cür 

müntəzəm  uğursuzluqlarla  qarĢılaĢmağın  özü,  sanki,  onu  cılız  insan  istəyi,  insan  ümidlərinin 

fövqünə qaldırır və o, bunların hamısını bir andaca ləğv edərək heçə endirə  bilir. Buna görə də 

yalnız zənci qadın arxadan iki dəfə səsləndikdən sonra onun səsini eĢidib, geri dönür. Qadın heç 

nə deməmiĢdi, heç oturduğu yerdən də tərpənməmiĢdi, sadəcə, iki dəfə onu arxadan haylamıĢdı. 

Ġndi isə o deyir:  

– Bax, bu, apara bilər.   

Artırmanın  qırağında,  sanki,  yerin  altından  çıxıbmıĢ  kimi  bir  zənci  dayanıb  –  ya  yaĢdan 

böyük,  ağıldankəmin,  ya  da  azyaĢlı  uzundrazın  biridir.  Sifəti  qapqara,  donuqdur,  onda  heç  nə 

ifadə olunmayıb. Onlar dayanıb bir-birinə baxırlar. Daha doğrusu, Braun ona baxır. Zəncinin ona 

baxıb-baxmadığını  Braun  heç  cür  anıĢdıra  bilmir.  Bu  da  onun  üçün  çox  əladı,  məntiqlidi  lap 

yerinə  düĢüb:  çünki  son  ümidgahı  və  xilaskarı  olacaq  bu  heyvərə,  deyəsən,  nəinki  lazım  olan 

adamı, heç Ģəhərin özünü belə gedib tapa biləcək qədər əqli qabiliyyətə malik deyil. Braun yenə 

anlaĢılmaz tərzdə əlini yellədir. Sonra onu köynəyinin cibinə atıb, var gücü ilə geriyə, artırmaya 

tərəf qaçır. 

– Bu məktubu təcili Ģəhərə apar, tez də mənə cavab gətir, – o deyir. – Bacararsan? – Amma 

onun  nə deyəcəyini gözləmir. Cibindən kirli  bir kağız parçası,  sınıq  bir karandaĢ qırığı çıxarıb, 

artırmanın kənarında aĢağı əyilir, qarının gözü qabağında cidd-cəhdlə, tələm-tələsik yazır: 

      Mistr Uat Kenediyə xaiş edrəm qatil Krsmas tutulmasın görə mənim         

      mükafat pulmu bu kağızı gətrən adma verin ama onu bir kağza bükn sizin      

Ġmza qoymur. Kağızı artırmanın üstündən götürüb, az qala, gözü ilə onu yeyir, qarı isə ona 

baxır. Bu adi, çirkli kağızı  – səylə, tələm-tələsik yazdığı, amma bütün ruhunu, bütün həyatının 

məğzini onda ifadə etdiyini sandığı cızma-qaranı acgözlüklə bir daha nəzərdən keçirir. Sonra onu 

yenə  artırmanın  üstünə  qoyur,  amma  ona  imza  qoymasam  da  Kim  olduğumu  Özünüz  yaxşı 

bilirsiz sözlərini yazmır, sadəcə, dördkünc qatlayır, sonra da zənciyə uzadır. 

– ġerifin özünə ver. BaĢqa heç kimə. Onu tapa 

biləssən

?  


–  Tapa  biləcək,  əgər  Ģerif  özü  onu  daha  tez  tapmasa,  –  qarı  müdaxilə  edir.  –  Verin  ona. 

Əgər o sağdısa,  hökmən tapacaq. Ay oğul, dollarını al, çıx get.  

Zənci  artıq  ordan  aralanmıĢdı.  Ġndi  ayaq  saxlayır.  Heç  nə  demədən,  heç  kimə  baxmadan, 

sadəcə,  dayanıb  gözləyir.  Zənci  qarı  artırmada  oturub,  qəlyanını  sümürə-sümürə  yuxarıdan 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə