Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə130/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   126   127   128   129   130   131   132   133   ...   192

 

26



– Aydındır – dedi. – Mənə kələk gəlmək istəyir. Deməli, istəyir ki, qaçıb aradan çıxım, min 

dolları özü qamarlasın. Sənə nə qədər vəd eləyib? 

– Mənə? Biz səninlə onu qardaĢ malı kimi, sentinəcən yarı böləcəyik.   

Bir an keçməmiĢ Braun köməkçiyə elə nifrətlə baxmağa baĢladı ki, sanki, bu adam onun ən 

qatı düĢməniydi. Sonra çarəsiz halda, hirslə kobud söyüĢ söydü – kimin ünvanına, bilinmədi. 

– YaxĢı, daha nəyi gözləyirik, – dedi. –  Əgər getməliyiksə, sür gedək. 

ġəhərdən çıxıb  yanğın  və qətl  hadisəsinin  baĢ  verdiyi  səmtə tərəf üz tutdular. Braun, dar 

yolda avtomobilin qabağına qaçan yiyəsiz qatır kimi, tez-tez, eyni ritm və ahənglə fınxırıb baĢını 

yanpörtü yuxarı atırdı. 

– Biz nə üçün bu tərəfə gedirik? 

– Sənin mükafatını almaq üçün, – köməkçi dedi.  

– Burda onu hardan alacam? 

– Odur, bax, o daxmada. Orda o, səni gözləyir. 

Braun  haçansa  mülk  evi  olmuĢ  qapqara  kösövlərə,  içində  dörd  ay  yaĢadığı,  illərin  isti-

soyuğundan soluxub nimdaĢlaĢan, indi isə günəĢ altında sakitcə mürgüləyən daxmaya ötəri nəzər 

saldı. QaĢqabağını tökmüĢ, 

döyükə-döyükə

 qalmıĢdı. 

–  Yox,  burda  nəsə  fırıldaq  var.  Bu  Kennedi  elə  bilir  ki,  dəmir  niĢanı  döĢünə  vurubsa, 

deməli, mənim hüquqlarımı kefi istədiyi kimi tapdalaya bilər... 

– Yeri, yeri, – köməkçi dedi. – Əgər mükafat xoĢuna gəlməsə, onsuz da,  burda gözləyirəm, 

haçan  istəsən,  səni  geri,  həbsxanaya  qaytaracam.  Kefin  haçan  istəsə,  istənilən  an.  –  O,  Braunu 

qabağa  itələdi,  daxmanın  qapısını  açıb,  onu  zorla  içəri  saldı,  sonra  da  qapını  örtüb,  pilləkənin 

üstündə oturdu.   

Braun  qapının  arxasınca  necə  örtüldüyünü  eĢitdi.  Qeyri-ixtiyari  bir  az  da  irəli  getdi.    Və 

birdən,  hələ  bu  otağın  içini  iti,  əndiĢəli,  hər  bir  küncü  eyni  anda  görməyə  çalıĢan  çaĢqın 

nəzərlərlə  –  sanki,  gözlərinin  otağa  öyrəĢməyə  heç  cür  hövsələsi  çatmırdı  –  yoxlamağa  macal 

tapmamıĢ  yerindəcə  donub  qaldı.  Lina  çarpayıda  uzandığı  yerdən  onun  ağzının  qırağındakı 

çapığın  dərhal  silinib  yox  olduğunu  aydın  gördü,  elə  bil,  təlatümə  gəlmiĢ  qan  onu  kəndirdən 

asılmıĢ  paltar  kimi  ordan  dartıb  qopardı.  Lina  cınqırını  belə  çıxarmadı.  O,  belini  balınca 

söykəyib uzanmıĢdı,  ayıq nəzərlərlə ona baxırdı;  bu baxıĢlarda heç nə  ifadə olunmamıĢdı –  nə 

sevinc, nə təəccüb, nə təhər-töhür, nə də sevgi; Braunun sifətində isə çaĢqınlıq, qəzəb və nəhayət, 

dəhĢətli  bir  qorxu  –  sanki,  satqın  ağ  çapığa  riĢxənd  edirlərmiĢ  kimi  –  bir-birini  əvəzləyir, 

hövlnak,  küncə  qısdırılmıĢ  gözlər  boĢ  otağı  ələk-vələk  etməyə  çalıĢırdı.  Lina  onun  bu  gözləri, 

qəfil ürkmüĢ bir cüt at kimi, nəhayət, zorla da

 

olsa, birtəhər cilovlaya bildiyini, göz-gözə gəlmək 



üçün ona tərəf döndərməyə çalıĢdığını gördü. 


 

26



– Belə-belə iĢlər, – o dedi. – Belə-belə iĢlər. Bir buna bax, bu  ki, Linadı. –Braunun onun 

baxıĢlarına  tab  gətirə  bilmək  üçün  öz  gözlərini  ürküb  qaçmağa  can  atan  bir  cüt  at  kimi  zorla 

cilovlayıb  saxlamağa,  onları  qaçmağa  qoymamağa  çalıĢdığını  Lina  aydın  görürdü  –  sanki,  bu 

adam  yaxĢı  baĢa  düĢürdü  ki,  əgər  onların  cilovunu  əlindən  buraxsa,  məhv  olacaq,  ikinci  dəfə 

onları geri döndərə, qaytara bilməyəcək. Lina, az qala, indi, bu saat onun Ģüurunun əndiĢə, təlaĢ, 

qorxu  içində  dilinə,  səsinə  ötürmək  üçün  nəsə  bir  Ģey  axtarırmıĢ  kimi  oyan-buyana  necə 

səkdiyini də aydınca görürdü. – Allah haqqı, bu, Linadı. Vallah, belədi, ser. Deməli, sən mənim 

məktubumu  almısan.  Mən  bura  gələn  kimi  sənə  yazmıĢdım,  keçən  ay,  burda  iĢlərimi  qaydaya 

salan  kimi  elə  bilirdim  yolda  itib-batıb,  gedib  sənə  çatmayıb...  Bir  oğlan  vardı,    heç  adını  da 

bilmirəm,  o  dedi  ki,  aparıb  çatdıra  bilər...    Belə  baxanda  o  qədər  də  etibarlı  adama  oxĢamırdı, 

amma baĢqa əlacım yox idi; sonra fikirləĢdim, yol pulun olsun deyə sənə onunla on dollar pul da 

göndərdim... –  Onun səsi qırıldı, yalnız gözlərindəki ümidsizlik heç cür səngimək bilmirdi. Lina, 

onun Ģüurunun aramsız olaraq necə çək-çevir etdiyini hələ də aydın görür və amansızcasına, heç 

bir  hissə  qapılmadan  ciddi,  qırpılmayan,  dözülməz  baxıĢlarla  onun  necə  çağaladığına,  necə  

gicəlləndiyinə,  ora-bura  vurnuxduğuna  tamaĢa  edirdi;  nəhayət,  məğrurluq  tamamilə  gücdən 

düĢüb  bəraət  istəyi  səviyyəsinə endi, sonra  isə onun son  və acı qalıqları  bu adamı tərk edərək, 

onu axırıncı sığınacaqdan da məhrum etdi. Məhz onda Lina danıĢmağa baĢladı. Səsi asta, sakit 

və soyuq idi.  

– Bura gəl, – dedi. – Yaxın gəl. Qorxma, o səni diĢləməz. – Nəhayət, o, yerindən tərpəndi, 

amma  barmaqlarının  ucunda  yeridi.  Lina  artıq  ona  tərəf  baxmasa  da,  bunu  gördü.  Ona  tərəf 

baxmasa  da,  bunu  da,  indi  onun  yöndəmsiz,  qorxa-qorxa,  demək  olar  ki,  məhrəmanə  bir 

ehtiyatlılıqla    ona  və  yuxulu  körpəyə  yaxınlaĢdığını  da  bilirdi.  Ancaq  onu  da  bilirdi  ki,  bu 

ehtiyatlılıq nə körpə önündə olduğuna, nə də bu körpənin özünə görə deyildi. Bilirdi ki, bu saat 

onun gözünə  körpə-filan görünmür.  

Və 

Lina  hələ də  onun  Ģüurunun necə  vurnuxduğunu, çək-



çevir  etdiyini  yaxĢı  görürdü.  Özünü  elə  göstərməyə  çalışacaq  ki,  guya,  heç  nədən  qorxmur  o 

fikirləĢdi  Bu  adam  yalandan  qorxuram  deyəcək  qədər  həyasızdı,  bir  vaxtlar  qorxmadan  yalan 



danışdığı kimi 

– Belə-belə iĢlər, –  Braun dedi. – Bir buna bax, doğrudan da uĢaqmıĢ. 

– Hə, – Lina dedi. – Bəlkə, oturasan. – Haytauerin yaxına çəkdiyi stul hələ də çarpayının 

böyründəydi. Braun ona çoxdan diqqət yetirmiĢdi. Hər şeyi mənim üçün qabaqcadan hazırlayıb 

o  fikirləĢdi  və  yenə  söyüĢ  söydü  –  kimsə  arxadan  onu  qovurmuĢ  kimi  səssizcə,  ürəyində, 

qəzəblə.  Ax,  əclaflar.  Ax,  əclaflar  Ancaq  stula  oturanda  sifətində  bunların  heç  birindən  əsər-

əlamət belə yox idi. 

– Bəli, ser. Bax, yenə bir yerdəyik. Lap elə mən fikirləĢdiyim kimi. Özüm sənin üçün hər 

Ģeyi  hazırlayacaqdım, amma  son vaxtlar  iĢ-gücüm  yaman çox oldu, baĢımı qaĢımağa belə  vaxt 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə