Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə131/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   127   128   129   130   131   132   133   134   ...   192

 

26



tapa  bilmirdim.  Ayy,  yadımdan  çıxmıĢdı...  –  O,  yenə  at  kimi  fınxırıb,  çiyni  üstündən  geri 

qanrıldı. Lina ona baxmırdı. Dedi: 

– Burda bir keĢiĢ var. O bura, mənim yanıma da gəlmiĢdi.  

– Çox gözəl, – Braun dedi. Səsi yüksək, yanımcıl idi. Ancaq bu yanımcıllıq elə o ahəngin 

özü kimi tez də etibarsız çıxdı – səs kəsilən kimi o da kəsilib qurtardı, özündən sonraya heç nə, 

hətta  eĢidilə,  yaxud  həqiqət  kimi  qəbul  edilə  biləcək  aydın  ifadə  olunmuĢ  bir  fikir  belə 

saxlamadı. – Lap gözəl. Bircə bu iĢlərimi  yoluna qoyub qurtara bilsəydim...  –  Linanın üzünə 

baxarkən  əlləri  ilə,  sanki,  nəyisə  qucaqlamaq  istəyirmiĢ  kimi  qeyri-müəyyən  bir  hərəkət  elədi. 

Sifəti  bomboĢ  idi,  heç  bir  məna  ifadə  etmirdi.  Gözləri  səksəkə  içində  ona  baxa-baxa,  oğrun-

oğrun, gizlincə  nəsə axtarırdı; onların lap dərinliyində isə  yenə  həmin o küncə qısdırılmıĢ vəhĢi 

heyvan ümidsizliyi gizlənmiĢdi. 

– Ġndi sən nə iĢlə məĢğulsan? Yonqar sexində iĢləyirsən? 

O, gözlərini Linadan çəkmirdi. 

– Yox. Ordan çıxmıĢam. – Gözlərini hələ də ondan çəkməmiĢdi. Elə bil, bu gözlər onunku 

deyildi,  nə  özünə,  nə  də  indi  elədiyinə,  danıĢdığına  aidiyyəti  yox  idi.  –    Deyirsən  o  zırrama 

zəncilər kimi mən də gündə on saat qul kimi iĢləyim? Burda əlimə ondan da pullu bir iĢ düĢüb. 

Orda adama pul verməyə, elə  bil, canları çıxır – saatına cəmi on beĢ sent verirlər. Bir-iki xırda-

para  əngəli  də  aĢıb  bu  iĢi  bitirən  kimi  burdan  bir  yerdə...  –  Onun  gözləri  gizlincə,  gərginlik 

içində, diqqətlə  yan tərəfdən  Linanın aĢağı  əyilmiĢ sifətini  izləyirdi.  O, bir daha  fınxırıb  baĢını 

geri –yuxarıya atanda Lina yenə zəif, kəskin bir səs eĢitdi: – Ayy, yadımdan çıxmıĢdı... 

Lina yerindən heç qımıldanmadı da. Dedi: 

– Bu haçan olacaq, Lukas? – və ətrafa ölü sükut, ölü hərəkətsizlik çökdüyünü eĢitdi, duydu.  

– Nə haçan olacaq?  

– Özün bilirsən. O dediyin Ģey. Orda, bizim evdə. Əgər indi də tək, yalnız özüm olsaydım, 

bunun mənim üçün elə bir əhəmiyyəti olmazdı. Mən heç vaxt kimdənsə, nədənsə inciməmiĢəm. 

Ġndi isə hər Ģey baĢqa cürdü. Ġndi mənim narahat olmağa haqqım var.  

– Həə, onu deyirsən? – o dedi. –  Bildim, bildim. Sən narahat olma. Bircə aman ver, bu iĢi 

qurtarım,  o  pulu  ələ  keçirim.    Qanunla  o  pullar  mənimdi.  Əgər  o  əclaflar  nəsə...  –  Birdən  dili 

dolaĢdı.  Səsini  xeyli  ucaltdığını  hiss  etdi,  sanki,  harda  olduğunu  tamam  unutmuĢ,  ya  da 

fikirləĢdiyini dilinə gətirmiĢdi. Ġndi astadan danıĢmağa çalıĢdı: – Sən fikir eləmə, özüm hər Ģeyi 

eləyəcəm. Əsas odu ki, sən narahat olmayasan. Mən heç haçansa səni bircə dəfə də olsun narahat 

olmağa məcbur eləmiĢəm, hə?  Özün de də. 

–  Elədi,  mən  heç  vaxt  heç  nədən  narahat  olmamıĢam.  Bilirdim  ki,    məni  pis  vəziyyətdə 

qoymazsan.  




 

26



– Əlbəttə, bilirdin. Amma bu əclaflar... bu... – O, stuldan qalxdı. – Ayy, tamam yadımdan 

çıxmıĢdı...  –  Lina  ona  tərəf  baxmadı,  heç  nə  demədi,  o  isə  hələ  də  ayaq  üstə  dayanıb,  həmin 

küncə  qısdırılmıĢ,  ümidsiz  və  həyasız  baxıĢlarla  Linaya  baxırdı.  Sanki, 

qadın  Lina

  onu  tutub 

saxlamıĢdı; Lina özü də bunu bilirdi. Nəhayət, onu buraxdı – həm də Ģüurlu, könüllü surətdə.  

– Deməli, iĢin çoxdu.  

–  Düzünə  qalsa,  hə.  Hələ  özümün  də  nə  qədər  xırım-xırda,  zəhlətökən  iĢlərim  var,  bir 

yandan  da  bu  əclaflar...    –  Lina  indi  ona  baxırdı.  Onun  bir  gözünün  arxa  divardakı  pəncərədə 

olduğunu gördü. Sonra bu adam çevrilib geriyə, bağlı qapıya tərəf baxdı. Daha sonra baxıĢlarını 

Linaya, onun ciddi sifətinə tərəf döndərdi – bu sifətdə ya heç nə ifadə olunmamıĢdı, ya da əksinə, 

onda  bilinməsi  mümkün  olan  hər  Ģey  vardı.  O,  səsini  alçaltdı.  –  Burda  düĢmənlərim  var.  Bu 

adamlar qazandığım pulu mənə vermək istəmirlər. Buna görə də gərək... – Yenə də, sanki, Lina 

onu burda tutub saxlamıĢdı – onu son dəfə elə bir yalana, elə bir sınağa zorladı ki, hətta içindəki 

sonuncu  məğrurluq  qırıntıları  belə  buna  qarĢı  üsyan  etdi;  onu  kəndirlə,  qarmaqla  deyil,  elə  bir 

Ģeylə tutub saxlamıĢdı ki, söylədiyi yalan o Ģeyə toxunan kimi quru alaq otu, yaxud quru yarpaq 

kimi  asanlıqla,  öz-özünə  qopub  düĢdü.  Ancaq  Lina  ona  heç  nə  demədi.  Yalnız  bu  adamın 

barmaqlarının  ucunda  pəncərəyə  necə  yaxınlaĢdığına,  onu  səssizcə  necə  açdığına  tamaĢa  etdi. 

Sonra dönüb geri baxdı. Bəlkə də, indi özünü təhlükəsiz yerdə hesab edirdi: bu qadın əl atıb onu 

tutmağa  macal  tapmamıĢ  pəncərədən  bayıra  atıla  biləcəkdi.  Ya  da  içində  iliĢib  qalmıĢ  hansısa 

xırda bir həya qırığı dilə gəlmiĢdi – bir qədər əvvəl məğrurluq hissinin qırıntıları özünü büruzə 

verməyə çalıĢdığı kimi. Çünki dönüb Linaya tərəf baxanda onun qoruyucu yalan, 

gop

 qabığı bir 



andaca  sıyrılıb  yerə  düĢdü.  Az  qala,    pıçıltıyla  dedi:  –  Orda,  bayırda  bir  adam  var.  Qapıda 

dayanıb keĢik çəkir. – Səssizcə, bir həmlədə, uzun bir ilan kimi pəncərədən siviĢib özünü bayıra 

atdı.  Pəncərənin  arxasından  zəif  bir  səs  eĢidildi  –  o  qaçmağa  baĢlamıĢdı.  Yalnız  həmin  anda 

Linanın vücudu ilk dəfə hərəkətə gəldi – uzandığı yerdə bircə dəfə, dərindən köks ötürdü. 

– Ġndi mən yenə də yerimdən qalxmalı olacam, – ucadan dedi. 

 

Braun meĢədən çıxıb dəmir yolundakı yalqızlıq zolağına düĢür, zorla nəfəs alır. Ancaq bu 



cür tövĢüməsi yorğunluğa görə deyil, hərçənd iyirmi dəqiqəyə, az qala, iki mil yol qət edib və bu 

yol  heç də  asan olmayıb. Bu, daha çox qaçıb canını qurtarmağa çalıĢan  vəhĢi  heyvanın  hirs  və 

qəzəbdən ləhləməsinə  bənzəyir və indi, bomboĢ dəmir yolu zolağının önündə təĢviĢlə gah sağa, 

gah  da  sola  baxarkən  onun  sifəti  öz  həmcinslərindən  ayrı  düĢüb  təkbaĢına  qalan,  onların 

köməyinə  ehtiyac  duymayan,  yalnız  öz  əzələlərinə  güvənərək  xilas  olmağa  can  atan,  nəfəsini 

dərmək üçün  bir anlığa dayanan,  hər ağacda, gözünə dəyən  hər kolda  ən qatı düĢmənini görən, 

üstündə  yeridiyi  torpağın,  zorla  uda  bildiyi  havanın  özünə  belə  nifrət  edən  vəhĢi  heyvanı 

xatırladır. 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə