Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə107/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   103   104   105   106   107   108   109   110   ...   192

 

21



zorla aralaĢdırmağa məcbur olublar, gözləri axır, ağzından köpük tökülürmüĢ, əlindəki dəyənəklə 

hara  gəldi  iliĢdirirmiĢ,  sonra  birdən-birə  leĢ  düĢüb.  Nəsə,  iki  nəfər  maĢında  onu  evinə  aparıb, 

arvadı qapıya çıxıb, qoluna girib, onu içəri keçirib, o iki nəfər isə Ģəhərə qayıdıb. Onlar heç cür 

anlaya  bilməyiblər  ki,  bu  zənci  yaxalananda  o,    nə  üçün  bu  qədər  qəzəblənib;  fikirləĢiblər  ki, 

evdə  hirsi soyuyar. Amma  heç  yarım  saat keçməmiĢ o, yenidən  meydanda peyda olub. Tamam 

ağlını  itirib,  dəli  olubmuĢ:  tində  dayanıb  yoldan  ötənlərin  üstünə  çığırır,  onları  qorxaq 

adlandırırmıĢ;  deyirmiĢ  ki,  niyə  onlar  bu  qaradərili  əclafı  həbsxanadan  çıxarıb,  Ceffersonsuz-

zadsız,  yerindəcə  dar  ağacından  asmırlar.  Sifəti  elə  haldaymıĢ  ki,  dəlixanadan  qaçan  adama 

oxĢayırmıĢ,  sanki,  onu  uzun  müddət  bu  cür  sərbəst  buraxmayacaqlarını,  tezliklə  tutub  geriyə, 

dəlixanaya qaytaracaqlarını özü də bilirmiĢ. Hələ deyirlər ki, bu adam keĢiĢ olub. 

QıĢqırırmıĢ  ki,  onun  bu  zəncini  öldürməyə  tam  haqqı  var.  Ancaq  nə  səbəbə  –  bunu 

demirmiĢ;  qəzəbdən qızıĢıb o dərəcədə ağlını itiribmiĢ ki, nə danıĢdığını özü də bilmirmiĢ, onu 

bir  anlığa  susdurub,  nəyisə  soruĢub  aydınlaĢdırmaq  isə  çox  müĢkül  iĢ  imiĢ.  Artıq  baĢına  xeyli 

adam toplaĢıbmıĢ, o isə qıĢqıra-qıĢqıra elə hey deyirmiĢ ki, bu zəncinin sağ qalıb-qalmamasına 

yalnız o qərar verə bilər, buna yalnız onun haqqı çatır. Birdən adamlar fikirləĢməyə baĢlayırlar 

ki, bəlkə, elə bunun da yeri həbsxanadır, o da bu zənciylə birlikdə ora salınmalıdır; amma elə bu 

vaxt arvadı gəlib ora çıxıb.  

Oraya yığıĢan adamların arasında elələri vardı ki, Motstaunda otuz ildən çox yaĢasa da, bu 

qadının  üzünü  bircə  dəfə  də  olsun  görməmiĢdi.  Buna  görə  də  əvvəlcə  –  ta  ki  özü  ağzını  açıb 

danıĢmayanacan  –  heç  kəs  onu  tanımayıb,  çünki  əvvəllər  görənlər  belə  həmiĢə  onu  yaĢadığı 

zənci məhəlləsindəki kiçik daxmanın böyür-baĢında, qadın cübbəsində, baĢında da ərinin nimdaĢ 

həsir  Ģlyapası  xeyli  uzaqdan  görmüĢdülər.  Ġndi  isə  o,  əməlli-baĢlı  geyinib-kecinibmiĢ.  Əynində 

tünd-qırmızı rəngdə ipək don, baĢında lələkli Ģlyapa, əlində çətir varmıĢ – ərinin çığırıb-bağırdığı 

insan yığınına  yaxınlaĢıb deyib: “Yufus.” Əri dərhal səsini kəsib; dəyənək hələ də havadaymıĢ, 

əli tir-tir əsirmiĢ, açıq qalmıĢ ağzından köpük tökülürmüĢ. Ərinin qoluna girib. Çoxları  əlindəki 

dəyənəyin qorxusundan ona yaxın düĢmək belə istəməzdi: istənilən an o bu dəyənyi kimə desən 

iliĢdirə bilərdi – əlbəttə, qəsdən yox, özü də bilmədən. Arvadı isə birbaĢ özünü həmin dəyənəyin 

altına verib, ərinin əlindən tutub kənara çəkib, gətirib mağazanın önündəki stulda oturdub, sonra 

da deyib: “Mən qayıdanacan burada otur, gözlə. Heç yana tərpənmə. Özü də bəsdir qıĢqırdın”. 

Qoca Hayns dərhal qıĢqırığını kəsib. Lap körpə uĢaq kimi. Harda qoyublar, orda da oturub 

qalıb, arvad isə heç dönüb geriyə də baxmayıb.  Buna hamı məəttəl qalıb. Yəqin, ona görə ki, bu 

qadını öz evindən, ya da o evin yan-yörəsindən savayı heç vaxt heç yerdə görməmiĢdilər.  KiĢini 

isə  qəddar,  az  qala,  qudurmuĢ  bir  adam  kimi  tanıyırdılar  –  onun  əksinə  çıxmağa  cürət  eləyən 

adam  nə elədiyini  əvvəlcədən düĢünməliydi. Bir sözlə, hamı  bu  iĢə  mat-məəttəl qalıb. Heç kim 

ağlına belə gətirə bilməzdi ki, bu adama əmr etmək olar. FikirləĢiblər ki, yəqin, bu qadın onun 



 

21



haqqında  nəsə  bilir,  buna  görə  də  kiĢi  ondan  qorxur.  Qadının  tapĢırdığı  kimi,  o  stulda  oturub 

gözləyib,  əvvəlki qıy-qıĢqırığından,  hərbə-zorbasından  əsər-əlamət belə  qalmayıb;  baĢı  sinəsinə 

düĢüb – iri dəyənəkli əli tir-tir əsir, ağzı yavaĢ-yavaĢ köpüklənir, köynəyinin üstünə tökülürmüĢ.  

Qadın isə ordan birbaĢ həbsxanaya yollanıb. Ora daha çox adam toplaĢıbmıĢ, çünki xəbər 

veriblərmiĢ ki, Ceffersondan zəncini aparmağa gəliblər. Qadın birbaĢ onların arasından keçərək 

həbsxana binasına girib, Metkafa deyib:  

– Mən tutulan adamı görmək istəyirəm. 

– Onu nə üçün görmək istəyirsiniz? – Metkaf soruĢub. 

– Mən ona heç nə eləməyəcəm, – qadın deyib. – Yalnız ona baxmaq istəyirəm. 

Metkaf ona deyib ki, elə bura yığıĢan adamların hamısı ona baxmaq istəyir;  onun məhbusu 

qaçırmaq  niyyətində  olmadığını  da  yaxĢı  baĢa  düĢür,  amma  o,  burda  yalnız  nəzarətçidir,  buna 

görə də  Ģerifin icazəsi olmadan heç kimi içəri buraxa bilməz. Qadın isə öz tünd-qırmızı donunda 

sakitcə dayanaraq onun üzünə elə baxırmıĢ ki, heç Ģlyapasındakı lələk belə tərpənmirmiĢ. 

– Hardadır Ģerif? – soruĢub.  

– Yəqin ki, öz yerində, kabinetində, – Metkaf deyib. – Gedin onu tapın, icazə kağızı alın. 

Yalnız bundan sonra o zəncini görə bilərsiniz.   

 FikirləĢib  ki,  bunu  deməklə  iĢ  bitdi.  Qadının  geri  dönüb  otaqdan  çıxdığını,  həbsxana 

önündə toplaĢmıĢ adamların arasından  keçərək, küçəylə geriyə, meydana qayıtdığını görüb. Ġndi 

lələk tərpənirmiĢ. O, yəqin ki, lələyin necə tərpəndiyini hasarın üstündən görürmüĢ. Sonra qadın 

meydandan keçərək  məhkəmə  binasına üz tutub. Onun ora nə  üçün getdiyini küçədəki adamlar 

bilmirmiĢlər,  çünki,  Metkaf  həbsxanada  nələr  baĢ  verdiyini    hələ  onlara  danıĢmağa  macal 

tapmayıbmıĢ;  buna  görə  də  onlar,  sadəcə,  qadının  məhkəmə  binasına  necə  girdiyinə  tamaĢa 

ediblər. Sonra Rassel danıĢırmıĢ ki, öz kabinetində oturubmuĢ, təsadüfən baĢını qaldıranda xırda 

pəncərədən arakəsmənin arxasında həmin lələkli Ģlyapanı görüb. BaĢa düĢə bilməyib ki, o, baĢını 

qaldıranacan  bu  qadın  orda  çoxdan  dayanıb  gözləyirmiĢ,  ya  yox.  DeyirmiĢ  ki,  qadının  boyu 

arakəsmədən  azca  hündür  idi,  yalnız  baĢı  görünürdü,  elə  bil,  heç  bədəni  yox  idi.  Sanki,  kimsə 

xəlvətcə  ora gəlib, üstünə  sifət rəsmi  çəkilmiĢ  bir hava Ģarını ordan asıb,  baĢına da gülməli  bir 

Ģlyapa keçiribmiĢ , lap komikslərdəki Ģəkillər kimi. Qadın ona deyib: 

– Mən Ģerifi görmək istəyirəm 

–  O  burda  yoxdur,  –  Rassel  deyib.  –  Mən  onun  köməkçisiyəm.  Sizə  necə  yardım  edə 

bilərəm? 

Qadınsa dimdik dayanıb,  heç bir cavab verməyib. Sonra soruĢub: 

– Onu harda tapmaq olar?  

– Yəqin ki, evdədir, – Rassel deyib. – Bu həftə çox gərgin iĢləyib. Heç gecələr də yatmayıb 

– Cefferson polisinə kömək eləyirdi. Yəqin ki, indi bir az mürgüləmək üçün evə gedib. Bəlkə, 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə