Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə94/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   90   91   92   93   94   95   96   97   ...   192

 

19



– Nə bilim,  bəlkə də, o qaçmayacaq. Əgər pulu, mükafatı ala  bilsə. Min dollara  o qədər 

vurub keflənə bilər ki, hər Ģeyə, hətta evlənməyə belə cəsarəti çatar.  

– Ah, Bayron, Bayron. 

– Nədi, sizcə, mən... nə etməliyəm? Nə məsləhət görürsünüz? 

– Ceffersondan çıxıb gedin. HəmiĢəlik. – Onlar  bir-birlərinə baxırlar. – Yox, – Haytauer 

deyir. – Sizə mənim köməyim lazım deyil. Sizə artıq məndən qat-qat güclü biri kömək eləyir.  

– Kim kömək eləyir?  

– ġeytan, – Haytauer deyir. 

 

“Bəli, Ģeytanın gözü onun da üstündədi”, – Haytauer fikirləĢir. Onu evə aparan yolu artıq 



yarı  eləyib,  dirsəyindən  içi  dolu  zənbil  asılıb.  “Onun  da.  Onun  da”,  –  addımlaya-addımlaya 

düĢünür.  Bərk  istidir.  Qollu  köynəkdə,  qara  Ģalvardadır,  uzun,  arıq  ayaqları,  iri  sümüklü  əlləri 

var, süst, sallaq qarnı eybəcər hamiləlik kimi qeyri-təbii görünür. Köynəyi ağ rəngdədir, amma 

təmiz deyil; ağ, pambıq parçadan olan, səliqəsiz bağlanmıĢ qalstuku kimi yaxalığı da kirlidi; üzü 

iki-üç  gündür  qırxılmayıb.  Panaması  da  kirlidi,  onun  altından  isə  istiyə  görə  baĢına  bağladığı 

kirli  yaylığın  qıraqları,  künc  düyünləri  görünür.  Bazarlıqdan    qayıdır;  bunun  üçün  həftədə  iki 

dəfə  Ģəhərə gedir; bu gün də orada özünün oturaq həyatdan və gec-gec yuyunmaqdan kəskin iy 

verən,  səliqəsiz,  tör-töküntülü,  çal  saçlı,  ölü  dırnaqlı  kiĢi  bədəni  ilə  birlikdə,  gözlərində  çirkli 

qara eynək həmiĢə bazarlıq elədiyi, aldığı Ģeylərin pulunu nağd ödədiyi, içi ərzaqla dolu dükana 

girmiĢdi. 

– Hə-ə, axır ki, bu zəncinin izinə düĢə bildilər, – dükan sahibi dedi.  

–  Zəncinin?  –  Haytauer  heyrətlə  soruĢdu.  Xırdasını  cibinə  soxmağa  çalıĢdığı  anda 

yerindəcə donub qaldı.  

–  Onu  deyirəm  də... o  qatili.  Mən  həmiĢə  deyirdim  ki,  onda  nəsə  var.  O,  ağ  deyil.  Yəni 

göründüyü kimi deyil. Amma bu camaata nəyisə sübut etmək mümkündü bəyəm, gərək...  

– Ġzinə düĢüblər? – Haytauer dedi. 

– Bəs necə, görüm onu lənətə gəlsin. Axmağın biriymiĢ, heç bu mahaldan qaçıb getməyi 

belə ağlına gətirməyib. ġerif onu axtarıb tapmaq üçün zəng vurub bütün mahalı ayağa qaldırıb, 

bu qara əc... hım, qatil isə onların lap qulağının dibindəymiĢ. 

–  Onlar  onu...  –  O  dolu  zənbilin  üstündən  piĢtaxtaya  söykəndi.  Onun  sivri  kənarının 

qarnının  ətinə  girdiyini  hiss  elədi.  PiĢtaxta  möhkəm  idi,  yerindən  tərpənmədi;  amma  elə  bil, 

ayağının  altındakı  yer  özü  harasa  qaçmağa  hazırlaĢmıĢdı,  yüngülcə  silkələndi.  Sonra  cilovu 

buraxılmıĢ kimi yavaĢ-yavaĢ, tələsmədən hərəkətə gəldi və sürətlə, sərt, amma fəndgir bir üsulla 

üzüaĢağı cumdu; halbuki üstünə milçək daraĢmıĢ konserv qutularının düzüldüyü rəflər, satıcının 

özü gözlə görüldüyü qədər  heç yerindən də tərpənməmiĢdi;  bu, məkrli, təhqiramiz, aldadıcı bir 



 

19



duyğu  idi.  O  isə  fikirləĢirdi:  “Yox,  eləməyəcəm!  Yox,  eləməyəcəm!  Mən  qarıĢmamaq  haqqını 

satın almıĢam. Onun haqqını ödəmiĢəm. Haqqını ödəmiĢəm”. 

– Onu hələ tuta bilməyiblər, – dükan sahibi dedi. – Ancaq tutacaqlar. Bu gün səhər tezdən, 

heç  hava  iĢıqlanmamıĢ  Ģerif  itləri  kilsəyə  aparıb.  Ondan  cəmisi  altı  saat  geridədilər.  Təsəvvür 

edirsiniz, bu gicbəsər ...yaxĢı Ģey ağlına gətirməyib; elə  bircə bu hərəkəti onun  zənci olduğuna 

dəlalət edir... – Sonra Haytauer bunu eĢitdi. – BaĢqa Ģey istəmirsiniz ki?   

– Nə? – o dedi. – Nə? 

– Ayrı heç nə götürməyəcəksiniz ki?   

– Hə. Hə. Ayrı bir Ģey... – Ciblərini qurdalamağa baĢladı, dükan sahibinin gözü onda idi. Əl 

bayıra çıxdı, hələ də qurdalanır, nəyisə axtarırdı. Birdən piĢtaxtaya toxundu, xırda, sikkə pullar 

yerə  töküldü.  Dükan  sahibi  piĢtaxtanın  o  biri  qırağına  diyirlənən  sikkələrdən  bir  neçəsini  tutub 

saxladı.  

– Bunlar nə üçündür? – dükan sahibi təəccübləndi. 

– ġey... –  Haytauerin əli dolu zənbilin içində qurdalanırdı. – ġey... 

–  Siz  hamısının  haqqını  ödəmisiniz.  –  Dükan  sahibi  maraq  içində  ona  baxırdı.  –  Bu 

xırdaları mən özüm indicə sizə qaytardım. Bir dolların qalığıdı.  

– Aa-a, – Haytauer dedi. – Elədi. Mən... mən, sadəcə... – Satıcı pulları yerdən yığdı. Ona 

uzatdı. Alıcının onun əlinə toxunan əli buz kimi soyuq idi.  

– Hamısı bu zəhrimar istidəndir, – dükan sahibi dedi. – Adamı lap əldən salır. Bəlkə, bir az 

oturub  dincələsiniz,  sonra  gedərsiniz.  –  Ancaq  deyəsən,  Haytauer  onu  eĢitmədi.  Artıq  qapıya 

doğru yönəlmiĢdi, satıcı onun arxasınca baxırdı. Əlində zənbil küçəyə çıxdı, sanki, buz üstündə 

yeriyirmiĢ kimi ürkək-ürkək, ehtiyatla hərəkət edirdi. Bərk istiydi; asfaltdan buğlanıb qalxan isti 

hava meydandakı tanıĢ binaları canlı və titrək iĢıq kölgələri kimi haləyə bürümüĢdü. Gedə-gedə 

düĢünürdü Onun da. Onun da  Artıq sürətlə yeriyirdi, buna görə də növbəti tinə çatıb, nəhayət, 

onu  gözləyən  kimsəsiz,  ölü  bir  evin  yerləĢdiyi  kimsəsiz,  ölü  bir  küçəyə  dönəndə  nəfəsi  tamam 

kəsildi. “Hamısı istidəndi”, – üst Ģüur ona deyir, təsdiqləyir, baĢa salırdı. Ancaq bir Ģey aramsız 

olaraq  –  hətta  bu  boĢ,  indi  heç  bir  kimsənin  o  lövhəyə  baxmaq,  nəyisə  xatırlamaq  üçün  ayaq 

saxlamadığı sakit küçədə, öz evinin, sığınacağının gözlə göründüyü yerdə belə – alt Ģüurunda elə 

hey  fırlanır,  aldadır,  təsəlli  verirdi:  “Yox,  eləməyəcəm.  Yox,  eləməyəcəm.  Mən  qarıĢmamaq 

haqqını  satın  almıĢam”.  Artıq  az  qala,  ucadan  inadla  təkrar  edir,  özünə  bəraət  qazandırmağa 

çalıĢır: “Onun haqqını ödəmiĢəm. Qiymət öldürməyə çalıĢmamıĢam. Heç kim bunu dana bilməz. 

Mən  yalnız  sakitlik  istəmiĢəm;  onların  haqqını  artıqlaması  ilə  ödəmiĢəm,  qiymət  öldürməyə 

çalıĢmamıĢam”.  Küçə  yırğalanır,  havada  üzürdü;  tər  bassa  da  günortanın  bu  qızmar  istisi  belə 

ona  soyuq  gəlirdi.  Sonra  tər,  qızmar  isti,  göz  önündəki  ilğım  –  hamısı  bir  andaca  bir-birinə 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə