Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə145/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   141   142   143   144   145   146   147   148   ...   192

 

29



təhlükəli  bir  adam  olan    ata  o  yuvada  yalnız  hərdənbir  görsənirdi:  cismani  sağlamlıq  insan 

ruhunu bu cür tez dəyiĢir və baĢqa Ģəklə salır. O, sadəcə, yad adam deyildi, həm də düĢmən idi. 

Ondan  baĢqa cür  iy gəlirdi. O,  baĢqa səslə, az qala,  baĢqa  sözlərlə danıĢırdı, elə  bil,  baĢqa  bir 

mühitin, baĢqa bir dünyanın adamıydı; çarpayının böyrünə çökmüĢ uĢaq yataqda yatmıĢ kiĢinin 

ətrafa kor-kobud sağlamlıq və məsuliyyətsiz nifrət püskürdüyünü aydın hiss edirdi, amma o da 

onlar qədər gücsüz və əlacsız idi. 

Üçüncü  xəyalat  bəylə  gəlinin  evə  gəldiyi  gün  onları  dördtəkərli  arabada  tərk  edib  gedən 

zənci, kölə qadın idi. O, kölə kimi getmiĢdi, altmıĢ altıncı ildə kölə kimi də geri qayıtdı, amma 

pay-piyada; iri, yekəpər bir arvad idi, sifətində eyni anda həm qəzəbli,  həm də sakit bir ifadə –  

pərdəarası  qara  faciə  maskası  vardı.  Sahibi  öləndən  sonra  onun  kənddəki  evini    tərk  etməkdən 

qəti boyun qaçırdı, çünki sahibi  evi ona tapĢırıb getmiĢdi və bu  fikrindən yalnız, nəhayət,  nə öz 

sahibini,  nə  də  onunla  birlikdə  müharibəyə  yollanıb  onun  kimi  geri  qayıtmayan  ərini  – 

“balaca”nı bir daha görə bilməyəcəyinə əmin olduqdan sonra daĢındı. Atasının ölümündən sonra 

oğul  həmin  evin  qapısını  birdəfəlik  bağlamaq  və  onun  əĢyalarını  öz  yanına  gətirmək  üçün  ora 

yollandı,  qadına  hər  cür  təminat  təklif  etdi.  Amma  o,  buna    razı  olmadı.  Oğulun  yanına 

köçməkdən  də  imtina  etdi.  Kiçik  bir  bostan  əkib,  orda  tək  yaĢadı,  ərinin  müharibədən 

qayıtmasını  gözlədi,  onun  ölümü  barədəki  Ģayiələrə  heç  cür  inanmaq  istəmədi.  Ancaq  bütün 

bunlar  yalnız  Ģayiə  idi,  özü  də  qatma-qarıĢıq,  dumanlı  bir  Ģayiə;  belə  ki,  Van  Dornun  süvari 

dəstəsi  general  Qrantın  Ceffersondakı  hərbi  sursat  anbarına  basqın  edərkən  sahibi  döyüĢdə 

öldükdən sonra, guya, zənci tamam çarəsiz qalıb. Sonra da bir gecə hərbi düĢərgədən yoxa çıxıb. 

Bir müddət sonra isə düz cəbhə xəttində tez-tez konfederatların keĢikçi dəstəsinin əlinə keçən və 

hər  dəfə  də  itkin  düĢmüĢ  sahibi  haqqında  eyni  Ģeyləri  sayıqlayan  (guya,  yankilər  əvəzində  pul 

almaq üçün onu əsir saxlayırdılar) ağlı yerindən oynamıĢ bir zənci barədə söz-söhbət yayılmağa 

baĢladı. O, sahibinin öldürüldüyünə heç cür inanmaq istəmirmiĢ. “Yox, ser, – deyirmiĢ, – onlar 

Mars  Geyli  öldürə  bilməzdilər.  Heç  cür  öldürə  bilməzdilər.  Haytaueri  öldürməyə  onların 

cəsarətləri çatmazdı. Buna cürət eləməzdilər. Mən bilirəm, onu hardasa gizlədiblər, ondan bizim 

xanımın qəhvədanının, qızıl məcməyisinin yerini öyrənmək istəyirlər, onları biz ikimiz bir yerdə 

gizlətmiĢik.  Onların  istədiyi  ancaq  budu”.    Hər  dəfə  də  bu  zənci  onların  əlindən  qaçıb  qurtara 

bilirmiĢ.  Ancaq  bir dəfə  federal qoĢunların cəbhə  xəttindən  belə  bir söz  yayıldı ki, zənci  əlində 

bel  bir  zabitin  üstünə  hücum  çəkib,  həmin  zabit  də  öz  həyatını  müdafiə  etmək  naminə  onu 

güllələmək məcburiyyətində qalıb. 

Zənci qadın uzun müddət buna inanmadı. “Onda bu qədər ağıl hardan idi, – dedi. – O qədər 

gicbəsər  idi  ki,  kimin  yanki,  kimin  özününkü  olduğunu,  beli  kimin  baĢına  vurmaq  lazım 

gəldiyini heç cür ayırd elə  bilməzdi”. Düz bir il bunu deyib durdu. Sonra günlərin bir günündə, 



 

29



on  il  əvvəl  tərk  etdiyi  və  bu  müddət  ərzində  bircə  dəfə  də  olsun  ayaq  basmadığı  evə,  oğulun 

yanına döndü; bütün var-yoxunu tək bir Ģala büküb gətirmiĢdi. Evə girən kimi dedi: 

– Bu da mən. ġam hazırlamaq üçün odununuz varmı?  

– Siz artıq azad adamsınız, – oğul dedi.  

–  Azad  adam?  –  zənci  qadın  təkrar  etdi.  O,  sakit,  qəmgin  bir  nifrətlə  danıĢırdı.  –  Azad 

adam? Bu azadlığın faydası nədi, Mars Geylin öldürülməsimi, yoxsa Pompun ağlını itirib, o cür 

dəli  halına  düĢməsimi?  Heç  Allahın  özü  də  onu  bu  hala  sala  bilməzdi.  Azad  adam?  Siz  mənə 

belə bir azadlıqdan dəm vurmasanız yaxĢıdır! 

Bu, üçüncü xəyalat idi. UĢaq bu xəyalatla  (“əslində, o vaxtlar elə o özü də xəyalat kimi Ģey 

idi”, –  deyə həmin uĢaq indi iĢığı sönmüĢ pəncərə önündə düĢünür) həmiĢə ruh barədə söhbət 

edərdi. Bundan  heç  yorulub-usanmazdılar:  uĢaq Ģövqlə,  yarıvəcd-yarıqorxu, qoca zənci qarı  isə 

dalğın,  qəzəbli  qüssə  və  fəxrlə  danıĢırdı.  Ancaq  bütün  bunlar  uĢağa,  sadəcə,  vəcdin  sakit  bir 

titrəyiĢi  kimi  görünürdü.  O,  ona  danıĢılan  və  həqiqət  olduğuna  ürəkdən  inandığı  Ģeyləri  – 

babasının  “yüzlərcə  düĢmən  öldürdüyünü”,  yaxud  zənci  Pompun  bir  insanı  öldürməyə  cəhd 

göstərərkən  özünün  qətlə  yetirildiyini  eĢidib-biləndə  qorxub-eləmədi.  Heç  əti  də  ürpəĢmədi, 

çünki onlar onun üçün yalnızca xəyalat, heç vaxt diri, ətli-qanlı halda görmədiyi sadə və çılğın 

qəhrəmanlar  idilər;  üz-üzə,  göz-gözə  gördüyü,  qorxub-çəkindiyi  atası  isə  onun  üçün  heç  vaxt 

ölməyəcək dipdiri xəyalat idi. “Elə  buna görə də, – o düĢünür, – təəccüblü deyil ki, mən bütöv 

bir nəslin üstündən adlamıĢam. Təəccüblü deyil ki, mənim atam olmayıb, mən artıq bir dəfə, hələ 

dünyaya gəlməmiĢdən iyirmi il əvvəl o gecə ölmüĢəm. Ġndi mənim üçün yeganə çıxıĢ yolu ölmək 

üçün ora – həyatımın baĢlamadan əvvəl bitdiyi yerə qayıtmaqdı”.   

Seminariyaya daxil olduqdan sonra o tez-tez bütün  bunları onlara  –  könüllü olaraq özünü 

ixtiyarına verdiyi kilsənin taleyini həll edən böyüklərə, ali və müqəddəs sayılan adamlara necə 

danıĢacağını  düĢünürdü.  Onların  yanına  necə  gedəcəkdi,  bütün  bunları  onlara  necə  deyəcəkdi: 

“Qulaq asın. Cənabı  Allah  məni  Ceffersona çağırmalıdı, çünki  mənim  həyatım orda bitib, hələ 

ana bətninə düĢməmiĢdən iyirmi il əvvəl, gecə vaxtı Ceffersonda bir küçədə at belində, dördnala 

çaparkən  bir  güllə  ilə  ona  son  qoyulub”.    Ġlk  vaxtlar  fikirləĢirdi  ki,  bunları  onlara  deyə  bilər. 

Ġnanırdı ki, baĢa düĢərlər. Axı o, məhz bu məqsədlə onlara pənah gətirmiĢ, kilsə yolunu seçmiĢdi. 

Ancaq  onun  inancı  təkcə  bununla  məhdudlaĢmırdı.  O,  kilsənin  özünə  də,  ondan  doğub- 

törəyənlərə, onun təlqin etdiklərinə  də – nə vardısa, hamısına – inanırdı. Dinc, həlim bir sevinc 

içərisində  inanırdı ki,  əgər dünyada sığınacaq deyilən bir Ģey varsa, o da kilsədi; əgər həqiqətin 

çılın-çılpaq, utanmadan, qorxmadan yaĢaya biləcəyi bir yer varsa, o da seminariyadı. Öz  yolunu 

artıq  tapdığına  əmin  olanda  isə  gələcək  həyatı  ona  möhkəm,  hər  cəhətdən  mükəmməl  və  tər-

təmiz,  klassik  Ģəffaf  güldan  kimi  ləkəsiz  göründü;  belə  bir  həyatda  insan  ruhu  təzədən,  bütün 

məiĢət fırtınalarından qorunmuĢ halda doğula, elə o cür də rahat – çürüyən nəĢin bir ovuc tozunu 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə