Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə146/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   142   143   144   145   146   147   148   149   ...   192

 

29



göyə sovuran zəif, məsum bir küləyin uzaqdan gələn zümzüməsi altında ölə bilərdi. Onun üçün 

“seminariya” sözü məhz bu demək idi: dinc və etibarlı divarlar; libasların sıxdığı narahat ruh öz 

çılpaqlığını qorxu-ürküsüz, əndiĢəsiz seyr edə bilmək üçün məhz burada, bu divarların arasında 

yenidən dincliyə, rahatlığa qovuĢa bilərdi.  

“Ancaq  bu  göy  və  yer  üzündə  elə  Ģeylər  var  ki,  həqiqət  onların  yanında  heç  nədi,”,  –  o 

düĢünür,  fikrini  yenidən  baĢqa  Ģəkildə  –  istehzayla,  zarafatla  deyil,  amma  həm  də  istehza  və 

zarafat qarıĢıq, – sakitcə ifadə etməyə çalıĢır. QatılaĢan qaranlıqda sarıqlı baĢı, elə bil, getdikcə 

böyüyür,  Ģəffaf  bir  Ģeyə  çevrilir.  “Çox  Ģeylər  var,  lap  çox”,  –  ürəyində  təkrar  edir,  fikirləĢir: 

düĢüncə qabiliyyəti insana ona görə bəxĢ edilib ki, o, ən ağır anlarda belə özünü onu həqiqətdən 

qoruyan obrazlarla, səslərlə təmin edə bilsin, onları düĢünüb tapa bilsin. Hər halda, bir Ģeyə görə 

heç  vaxt  təəssüflənməyəcək:  o  vaxt  düĢündüklərini  böyüklərə  açıb  deməməkdə  heç  də  səhv 

eləməyib. Seminariyada bircə il oxumamıĢ bunun çox axmaq bir Ģey olacağını aydın baĢa düĢdü. 

Bundan da əfzəli, bundan da betəri o oldu ki, bunu baĢa  düĢəndən sonra o qazanmaq, əldə etmək 

istədiyi  Ģeyi  itirmədi,  əksinə, özü  nədənsə  qurtuldu, xilas oldu. Və  bu qazancı  sevgi,  məhəbbət 

deyilən Ģeyin həm çöhrəsini, həm də xarakterini onun üçün əlvan rəngə bürüdü. 

O,  keĢiĢlərdən  –  kollec  müəllimlərindən  birinin  qızıydı.  Özü  kimi,  o  qız  da  ailənin  tək 

övladıydı. Onun dünya gözəli olduğuna dərhal inandı, çünki üzünü görməmiĢdən əvvəl haqqında 

eĢitdi,  görəndə  isə  xəyalında  yaratdığı  sifət  ucbatından  onu  görə  bilmədi.  Ġnanmırdı  ki,  bütün 

ömrü boyu burda yaĢayan bir qız gözəl olmasın. Onun sifətini yalnız üç ildən sonra görə bildi. O 

vaxtacan  artıq  iki  il  idi  ki,  bir  ağac  koğuĢu  vardı  və  onlar  ora  bir-birinə  məktub  atırdılar.  Bu

 

barədə fikirləĢəndə elə bilirdi ki, bu ideya hər ikisinin ağlına eyni vaxtda, bədahətən gəlib; bunu 



kimin birinci düĢünüb tapdığının, dilə gətirdiyinin onun  üçün elə bir əhəmiyyəti yox idi. Əslində 

isə  ideya  nə  ondan,  nə  də  o  qızdan  gəlmiĢdi:  kitabdan  götürülmüĢdü.  Qızın  sifətini  isə, 

ümumiyyətlə, görməmiĢdi. Balaca, çənə  hissəsində  sərt Ģəkildə  daralan, qaĢqabaqlı,  narazı oval 

çöhrə (qız birmi, ikimi, ya üç ilmi ondan böyük idi, amma o bunu bilmirdi, heç vaxt da bilmədi) 

gözünə  görünməmiĢdi.  O  qızın,  çətin  vəziyyətə  düĢmüĢ  qumarbaz  gözlərinə  bənzəyən  əsəbi, 

daim nəyinsə hesabını aparan gözlərinin düz üç ildi onu izlədiyindən də xəbərsiz idi. 

Amma  bir  gecə  onu  gördü,  sifətinə  baxdı.  Qız  gözlənilmədən,  hirs  və  qəzəb  içərisində 

evlənməkdən danıĢdı. Birdən-birə, giriĢsiz-filansız. Əvvəllər  bu  mövzuya  heç toxunmamıĢdılar. 

Evlənmək  haqqında,  hətta  bu  sözün  özü  barədə  heç  düĢünməmiĢdi.  Əslində,  o,  belə  bir  Ģeyi 

mümkün sayırdı, çünki müəllimlərinin əksəriyyəti evli idi. Amma onun üçün nikah kiĢiylə qadın 

arasında müqəddəs və  gerçək cismani yaxınlıq deyil, yalnız canlılar arasında mövcud olan ölü – 

bir-birinə    xəyali  iplə  bağlanan  iki  kölgə  münasibəti  idi.  O  buna  öyrəĢmiĢdi:  ruhla  bir  yerdə 

böyümüĢdü. Nəsə, bir gecə o qız gözlənilmədən, hirs və qəzəblə danıĢdı. Onun indiki həyatdan 



 

29



qurtulmaq istədiyini söyləyərkən nəyi nəzərdə tutduğunu, axır ki, anlayanda buna təəccüblənib- 

eləmədi. Çünki həddən artıq sadəlövh idi.  

– Qurtulmaq istəyirsən? – o dedi. – Nədən qurtulmaq istəyirsən? 

– Bundan! – qız dedi. Ġlk dəfə onun əsl sifətini –  necə vardısa, o cür –  gördü;  bu sifət 

həris istək və qatı nifrət üzərinə çəkilmiĢ maska kimiydi:  qəzəbdən əyilib eybəcər hala düĢmüĢ, 

korlaĢmıĢ, ehtirasdan ağlını itirmiĢdi. Amma axmaq deyildi, sadəcə,  kor və ümidsiz idi. – Hər 

Ģeydən! Hər Ģeydən! Hər Ģeydən! 

Buna  təəccüblənmədi.  Dərhal  onun  haqlı  olduğunu,  özününsə  sadəlövhlükdən  bunu 

anlamadığını düĢündü. Bu qənaətə gəldi ki, seminariya haqqında təsəvvürü lap əvvəldən yanlıĢ 

olub.  Tamam  yanlıĢ  yox,  bir  qədər  səhv,  qeyri-dəqiq...  Bəlkə,  o özü  də  artıq  belə  bir  Ģübhəyə 

düĢübmüĢ,  amma  bu  anadək  onu    aydın  dərk  etməyib.  Elə  buna  görə  də  nə  üçün  Ceffersona 

getməli  olduğunu  böyüklərə  deməyib.  Qıza  isə  nə  üçün  ora  getmək  istədiyini,  hökmən  getməli 

olduğunu    və  bunu onlara  izah etməyə  hazırlaĢdığını  bir  il  əvvəl danıĢmıĢdı;  qız da onda  hələ 

görünməyən əsəbi gözləriylə onu tərs-tərs süzmüĢdü.  

– Səncə onlar məni buraxmazlar? – o dedi. – Ora göndərməzlər? Bunu kifayət qədər əsaslı 

hesab etməzlər? 

– Əlbəttə ki, yox, – qız dedi.  

– Nə üçün? Axı bu, həqiqətdir? Sarsaq görünsə də, həqiqətdir. Bəyəm kilsə, lap axmaq olsa 

belə, həqiqəti axtarıb-arayan adama kömək etməli deyil?  

– Onların yerində mən də olsaydım, belə bir səbəbə görə səni ora buraxmazdım. 

– Aha, – o dedi. – BaĢa düĢürəm. – Amma əslində, heç nəyi baĢa düĢməmiĢdi, yalnız bir 

Ģeyə əmin idi ki, qız haqlıdır, o isə səhv eləyə bilər. Buna görə də bir ildən sonra qız birdən-birə 

yenə eyni sözlərlə evlənməkdən və nədənsə qurtulmaqdan söz açanda buna  nə təəccübləndi, nə 

də  hirsləndi.  Sadəcə,  sakitcə  fikrə  getdi:  “Demək,  məhəbbət  belə  bir  ĢeymiĢ.  BaĢa  düĢürəm. 

Deməli, mən bu barədə də səhv eləyirmiĢəm”, – deyə əvvəlki kimi düĢündü və hər bir insan kimi 

bundan  sonra  da  belə  düĢünəcəkdi;  çünki  ən  dərin,  ən  doğru  kitabı  belə  gerçək  həyata  tətbiq 

etməyə çalıĢsan, onda onun nə qədər yalan olduğu dərhal üzə çıxar. 

Tamam dəyiĢdi. Evlənmək qərarına gəldilər. Ġndi anlayırdı ki, qızın gözlərindəki bu əsəbi, 

öz  xeyrinə  hesablamaları  elə  əvvəlcədən  görüb.  “Əsl  sevgi-məhəbbəti  yalnız  kitablarda  təsvir 

etməklə, görünür, düz iĢ görüblər, – o, sakitcə düĢündü. – Onun yeri elə oradı”. 

Qızın  gözlərindəki  o  əsəbi  ifadə  isə  necə  vardı,  eləcə  də  qalmıĢdı,  amma  indi,  planlar 

dəqiqləĢdikdən  və  toy  günü  təyin  edildikdən  sonra  bir  qədər  yumĢalmıĢdı;  hesab  əsəbiliyi 

üstələmiĢdi.  Ġndi  söhbət  yalnız  Ceffersona  necə  təyinat  ala  bilməkdən  gedirdi.  “Dərhal  bu  iĢlə 

məĢğul olmaq  lazımdı”,  – qız dedi. O  isə cavab  verdi ki, dörd  yaĢından  bəri  bu  iĢlə  məĢğuldu; 

bəlkə də o, bunu düĢünmədən, zarafatla demiĢdi. Qızsa onun bu zarafatını yumor hissindən uzaq, 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə