Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə147/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   143   144   145   146   147   148   149   150   ...   192

 

29



ehtiraslı bir səbirsizliklə qulaqardına vurdu, sanki, öz-özünə danıĢırmıĢ kimi, kimlərisə görmək, 

kimlərinsə könlünü almaq, kimlərəsə hədə-qorxu gəlməkdən bəhs etdi, ona geniĢ bir yaltaqlıq və 

fitnə-fəsad  planından  söz  açdı.  O,  diqqətlə  qulaq  asdı.  Hətta  sifətindəki  yüngül  –  düĢüncəsiz, 

istehzalı, bəlkə də, çaĢqın – təbəssüm belə silinmədi. Qız danıĢdıqca onun dediklərini təsdiq etdi: 

–  Hə.  Elədi.  Aydındı.  BaĢa  düĢürəm,  –  əslində  isə,  sanki,  baĢqa  Ģey  demək  istəyirdi  Hə. 

Başa  düşürəm.  İndi  başa  düşürəm.  Elə  hamı  belə  eləyir,  öz  məqsədinə  bu  yolla  çatır.  Qayda 

belədir. İndi başa düşürəm           

Demaqoqluq, alçalma, xırda yalan kilsə iyerarxiyasının hər pilləsində əks-səda verib sorğu 

və  təklif  Ģəklində  təkrar  yeni  xırda  yalanlara  və  ciddi  təhdidlərə  çevriləndən  və  nəhayət, 

Ceffersona təyinat alınandan  sonra o,  əvvəlcə  buna  hansı  yolla  nail olduğunu unutdu. O Ģəhərə 

köçüb,  orda  yerləĢənə  qədər  də  xatırlamadı  –  hər  halda,  həyatının  baĢlıca  məqsədinə  doğru 

Ģığıyan  qatar  doğulduğu  əyaləti  xatırladan  yerlərdən  keçib  onu  bu  səfərin  son  mənzilinə 

çatdıranadək  belə  oldu.  Ancaq  bu  yerlər  tamam  baĢqa  cür  görünürdü;  hərçənd  özü  də  yaxĢı 

bilirdi ki, bu baĢqalıq, uĢaq kimi, az qala, sifətini yapıĢdırdığı vaqon pəncərəsinin o tayında yox, 

bu tayındadır; elə  yanında oturmuĢ arvadının da sifətinə, adi istək və ümidsizlikdən savayı nəsə 

marağa  bənzər  bir Ģey  yazılmıĢdı. Evləndikləri altı aydan da az olardı. O, seminariyanı  bitirən 

kimi  toyları  olmuĢdu.  O  vaxtdan  bəri  arvadının  sifətində  bir  dəfə  də  olsun  bu  cür  çılpaq 

ümidsizlik  görməmiĢdi.  Ancaq  bu  cür  ehtiras  da  görməmiĢdi.  Yenə  fikrə  getdi,  sakitcə, 

təəccübsüz-filansız, hətta inciklik hissi belə keçirmədən düĢündü: Başa düşürəm. Demək,  bu da 

belə olurmuş. Evlilik. İndi başa düşürəm           

Qatar irəli  Ģığıyırdı. Pəncərənin üstünə əyilib, sürətlə geri qaçan  mənzərələrə tamaĢa edir, 

həyəcanla, uĢaqcasına xoĢbəxt bir coĢqu ilə danıĢırdı:   

– Mən çoxdan, istədiyim vaxt Ceffersona gedə bilərdim. Amma getmədim. Ġstədiyim vaxt 

gedə bilərdim. Bilirsən, dinc həyatdakı təsadüflə  müharibədəki təsadüf arasında böyük fərq var. 

Müharibədəki  təsadüf?  Əslində,  bu,  ümidsiz,  sərsəm  bir  igidlik  olub.  Bir  ovuc  sıravi  əsgər  (o, 

zabit  olmayıb:  məncə,  atamla  Sinti  qarının  sözü  təkcə  bunda  bir-biriylə  düz  gəlirdi:  babam 

üstündə  qılınc  gəzdirməyib,  at  belində  dördnala  irəli  cumarkən  kimisə,  nəyisə  sağa-sola 

qılınclamayıb) çılğın  uĢaq dəlisovluğu ilə elə bir fəndgir əməliyyat təĢkil edib ki, dörd il üz-üzə 

döyüĢdükləri nizami ordu belə onlardan bunu gözləməyib. Yankilərin hər kolluqda, hər kənddə 

düĢərgə  saldığı  yüz  millik  ərazidən  at  belində  çapa-çap  keçəsən,  Ģəhər  qarnizonuna  hücum 

edəsən... mən hətta onların hücum etdikləri, sonra da geri çəkildikləri küçəni də yaxĢı tanıyıram. 

O  küçəni  heç  vaxt  görməmiĢəm,  amma  necə  olduğunu  dəqiq  təsəvvür  edirəm.  Ġndi  bizim  o 

küçədə  alacağımız,  içində  yaĢayacağımız  evin  də  necə  olacağını  dəqiq  bilirəm.  Əlbəttə,  onu 

dərhal,  ora  çatan  kimi  ala  bilməyəcəyik.  Əvvəlcə  bir  müddət  kilsə  keĢiĢi  üçün  ayrılan  evdə 

yaĢamalı olacağıq. Amma imkan yaranan kimi... Sonra pəncərədən baxıb o küçəni, ola bilsin ki, 




 

29



hətta o atların nal izlərini, o insanların havada qalmıĢ siluet cizgilərini görəcəyik, axı hava necə 

var  elə  də  qalıb  –  ovaxtkı  toz-torpaq, ovaxtkı  zığ-palçıq  itib-batsa  belə...  Ac-yalavac,  arıqlayıb 

çöpə  dönmüĢ  əsgərlər  cidd-cəhdlə  planlaĢdırılan  irimiqyaslı  hərbi  əməliyyat  üçün  toplanmıĢ 

sursatların  saxlandığı  anbarlara  çığıra-çığıra  hücum  edir,  onlara  od  vurub,  aradan  çıxırlar.  Heç 

nəyi  qarət  eləmirlər:  heç  ordan  ayaqqabı,  tütün  də  götürmürlər.  Sənə  demiĢəm  axı,  bu  insanlar 

qənimət, Ģöhrət axtarmırdılar; onlar, sadəcə, ümidsiz həyatın nəhəng dalğasına tuĢ gəlmiĢ çılğın 

yeniyetmə uĢaqlar idi. Yeniyetmə oğlanlar. Buna görə... Bunun gözəlliyi də elə bundadır. Qulaq 

as. Təsəvvürünə gətirməyə çalıĢ. Əbədi gəncliyin, bakirə, pak insan ehtirasının ən gerçək obrazı 

məhz  bu  cürdür,  qəhrəmanları  da  məhz  bu  obraz  yaradır.  Məhz  bu  obraz  onların  Ģücaətini  na-

mümkünlüyün  fövqünə  qaldırır;  buna  görə  də  təəccüblü  deyil  ki,  bu  cür  qəhrəmanlıqlar,  barıt 

tüstüsü arasında hərdənbir iĢaran atəĢ qığılcımları kimi, yalnız zaman-zaman parlayıb ətrafa iĢıq 

saçmalıdır;  təəccüblü  deyil  ki,  bu  qəhrəmanların  cismani  ölümünün  özü,  hələ  onların  nəfəsləri 

canlarından  çıxmamıĢ  ağızdan-ağıza  gəzən  əfsanəyə  çevrilir;  çevrilir  ki,  paradoksal  həqiqət 

özüözünü ləkələməsin. Sinti  bax bunları mənə danıĢıb. Və mən buna inanıram. Doğru olduğunu 

bilirəm.  Ağ adam  belə  bir Ģey uydura  bilməzdi, çünki o zaman  bu,  həddən artıq gözəl,  həddən 

artıq  adi  bir  Ģey  olardı.  Belə  bir  Ģeyi  yalnız  zənci  uydura  bilərdi.  Ola  bilsin  ki,  Sinti  də  bütün 

bunların  hamısını  özündən  uydurub,  amma  mən  yenə  də  inanıram.  Çünki  fakt  özü  bunun 

qarĢısında  acizdir.  Babamgilin  eskadronu  geri  çəkilərkən  yolda  azıbmı-azmayıbmı,  dəqiq 

bilmirəm. Məncə, azmayıb. Məncə,  onlar bunu  qəsdən  –  düĢmən tövləsinə  od vurub  yandıran, 

sonra isə onun damından bir qamqalaq belə qoparmadan, qapısının cəftəsini belə qırıb atmadan 

ordan qaçıb uzaqlaĢan və birdən yolda ayaq saxlayıb qonĢunun, dostun bağından bir neçə alma 

oğurlamaq istəyən uĢaqlar kimi bilərəkdən eləyiblər. Unutma ki, onlar ac olublar. Düz üç il ac-

yalavac qalıblar. Bəlkə də,  buna öyrəĢiblərmiĢ. Hər halda,  içərisində tonlarla azuqə, pal-paltar, 

tütün,  spirtli  içki  olan  anbarlara  bir  az  əvvəl  od  vurub  yandırmıĢdılar,  “Qarət  etməyin!”  əmri 

verilməsə  də,  ordan  heç  nə  götürməmiĢdilər;  indi  isə  qaçıb  uzaqlaĢmağa  çalıĢırdılar;  geridə 

dəhĢətli  vahimə,  od-alov  buraxmıĢdılar,  yəqin  ki,  göy  üzünün  özü  də  od  tutub  yanırdı.  Sanki, 

indinin özündə belə bunu öz gözünlə görür, öz qulağınla eĢidirsən: hay-küy, atəĢ səsləri, təntənə 

və  qorxu  çığırtıları,  dördnala  çapan  atların  nal 

taqqıltıları,

  qıpqırmızı  dan  Ģəfəqində,  sanki, 

qorxudan  donub  qalıblarmıĢ  kimi  dimdik  göyə  ucalan  ağaclar,  ilkin  torpağın  təĢnəsindən  aĢıb-

daĢan qıcqırıqlarına bənzəyən üçbucaq ev frontonları

27

... Ġndi lap yaxındadılar: qaranlıqda, qəfil 



cilovu  çəkilib  dayandırılan  qızğın  atların  qəzəbli  fınxırtısını,  silah  Ģaqqıltısını,  gur  pıçıltıları, 

tövĢüyən nəfəsləri, hələ də qalibiyyətlə cingildəyən insan çığırtılarını indi lap yaxından hiss edir, 

eĢidirsən; arxada isə nizami ordu hövlnak onların ardınca çapır, Ģeypur sədaları əsgərləri döyüĢə 

səsləyir. Bunu əvvəlcə hiss etmək, eĢitmək lazımdı: yalnız bundan sonra görə bilərsən. AtəĢ səsi 

                                                

27

 



 Fronton – bina fasadının iki maili damla məhdudlaĢmıĢ üçbucaq və ya pərgarĢəkilli yuxarı hissəsi 


Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə