Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə149/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   145   146   147   148   149   150   151   152   ...   192

 

30



təkcə  içimdəki  yanğının  bütün  gücünü  deyil,  həm  də  bu  yanğını  heç  vaxt,  heç  vaxt  yatıra, 

söndürə bilməyəcəyini ona açıb göstərdiyim an, bəlkə də, məhz həmin an onu yoldan çıxardım, 

onun  qatilinə,  rüsvayçılığının  və  ölümünün  silahına,  günahkarına  çevrildim.  Axı  bu  dünyada 

insanın  bütün  günahı,  bütün  məsuliyyəti  Allahın  üstünə  yıxa  bilmədiyi  hallar  da  olmalıdır. 

Hökmən  olmalıdır”.  DüĢüncə  yavaĢımağa  baĢlayır.  Quma  düĢmüĢ  təkər  kimi  yavaĢıyır,  sanki, 

onu yavaĢımağa məcbur edən müqavimət gücünün təsiri hələ oxa, arabanın özünə çatmayıb. 

Sanki,  özünü  sifətlər  arasında  görür:  daim  onların  arasında,    dövrəsində,  mühasirəsində, 

əhatəsindədir;  sanki,  kilsənin  arxa  sırasında  dayanıb  kafedrada  özünə  baxır,  ya  da,  elə  bil, 

akvariuma  düĢmüĢ  balıqdır.  Bundan  da  əfzəl:  ona  elə  gəlir  ki,  bu  sifətlər  güzgüdülər,  onlara 

baxıb  özünü  görür.  Onların  hamısını  yaxĢı  tanıyır;  bu  güzgülərdə  öz  əməllərini  bir-bir  oxuya 

bilər. Ona elə gəlir ki, bu güzgülərdə antik təlxək kimi oyunbazlıq edən, bir qədər də sərsəm bir 

adam  –  küfrdən  də  pis  Ģeyləri  təbliğ  edən  əsl  Ģarlatan,  fırıldaqçı  əks  olunub:  bu  Ģarlatan, 

kürsülərini zorla qəsb etdiyi insanlara çarmıx çəkilənə qarĢı mərhəmət, sevgi duyğuları aĢılamaq 

əvəzinə, onlara təkəbbürlü, dəlisov bir qoçaqdan – gündəlik, adi iĢ-gücdən sonra istirahət anında 

davasız-Ģavasız, dinc bir toyuq hinində quĢ gülləsi ilə öldürülən quldurdan, onun qətlindən dəm 

vurur.  DüĢüncə  təkəri  bir  az  da  yavaĢıyır,  artıq  müqavimət  gücü  onun  oxuna  da  sirayət  edib, 

amma hələ arabanın özünə keçməyib.  

Onu əhatə edən sifətlərdə nə qədər böyük təəccüb, çaĢqınlıq, sonra qəzəb, daha sonra qorxu 

əks  olunduğunu  görür;  sanki  onlar  onun  sərsəm  təlxəkliyinin  arxasına  boylanıb,  ordan  ona 

dikilən, onun özünə  görünməyən,  ən  fövqəl,  ən ali,  hər Ģeyi görən, qərəzsiz olduğu qədər som-

soyuq, dəhĢətli Çöhrənin Özünü görürlər. Və bilir ki, onlar bundan da artığını – gücü çatmadığı 

bir öhdəliyin son nəticədə onun cəzasına necə çevrildiyini də görürlər; indi ona elə gəlir ki, o özü 

bu Çöhrə ilə danıĢır:  “Yəqin ki, mən öz üzərimə  gücüm çatdığından da ağır yük götürmüĢdüm. 

Bəyəm  bu,  cinayətdir?  Mən  buna  görə  cəza  almalıyam?  Gücüm  çatmayan  bir  Ģeyə  görə  cavab 

verməliyəm?”  Çöhrə  isə  cavab  verir:  “Sən  öz  vədini  yerinə  yetirmək  üçün  o  qadını  qəbul 

etməmiĢdin.  Sən  onu  öz  xeyrinə  görə  almıĢdın.  Ceffersona  çağırılmaq  aləti  kimi;  Mənim 

buyurduğum deyil, öz məqsədlərin üçün”.    

“Doğrudanmı  belədi?  –  o  fikirləĢir.  –  Yəni,  doğrudanmı  belə  olub?”  Yenə  də  özünü 

rüsvayçılığın  faĢ  olduğu  dövrdə  görür.  Hələ  doğulmamıĢdan  əvvəl  hiss  etdiyi,  öz  Ģüurundan 

gizlətdiyi Ģeyi xatırlayır. Öz iradəsini, dözümünü, ləyaqətini, sanki, sədəqəymiĢ kimi pay verərək 

günahını  necə  bağıĢlatmaq  istədiyini  yadına  salır:  özünü,  guya,  bir  Ģəhid  fədakarlığı  ilə 

rütbəsindən  imtina  etmiĢ  kimi  göstərməyə  çalıĢır,  halbuki  elə  həmin  an  daxilən  bu  imtinaya 

ürəkdən  sevinir,  ancaq  üzünü  Zəbur  kitabının  arxasında  gizlədib  özünü  təhlükəsiz  yerdə  hesab 

eləyəndə, fotoqraf isə fürsət tapıb onun yandan Ģəklini çəkəndə öz sifəti onun bu gizli sevincini 

faĢ eləyir.  



 

30



Sanki,  bir  kənarda  dayanıb  özünə  baxır:  o  öz  kartlarını  necə  diqqətlə,  səbirlə,  məharətlə 

oynayır, özünü elə göstərir ki, guya, bütün bu olanlarla dinməz-söyləməz barıĢıb; indi özünə belə 

etiraf  edə  bilməsə  də,  əslində,  hələ  seminariyaya  daxil  olmamıĢdan  qabaq  bunun  arzusunda 

olmuĢdu. Və hər Ģeyini atır, donuz sürüsünün qabağına tullanılan çürük alma kimi sədəqə verir: 

atadanqalma  varidatın  cüzi  gəlirini  Memfisdəki  islah  koloniyalarıyla  bölüĢməkdə  davam  edir, 

özünün  təqib  olunmağına,  gecə  vaxtı  yatağından  çıxarılıb  meĢəyə  aparılmağına,  orada  ağacla, 

dəyənəklə  möhkəm  döyülməyinə  imkan  yaradır;    utanmadan,  xəcalət  çəkmədən,  öz  Ģirin  və 

səbirli  Ģəhid  eqosunu  xoĢnud  etmək  üçün  öz  yazıq,  məzlum  görkəmi  və    İlahi,  bu  nə  qədər 



davam  edəcək?  sıtqısı  ilə  özünü  Ģəhərin  gözünə  soxur,  yalnız  evdə,  örtülü  qapı  arxasında 

sevincindən göyə atılıb düĢərək, sifətindəki yalançı maskanı çıxarıb atır, sevinci ərĢə qalxır:  Off. 



Axır ki, buna son qoyuldu. Artıq bu keçmişdə qaldı. Satın alındı və haqqı ödənildi  

“Ancaq mən o vaxt çox cavan idim, – o düĢünür. – Bəzən mən də  çətin, lazım olan Ģeyləri 

yox,  yalnız  asan,  bacardığım  Ģeyləri  eləmiĢəm”.  Ġndi  düĢüncə  lap  ləng  axır,  o,  bunu  anlamalı, 

hiss etməliydi.  Amma araba  hələ  nəyə  yaxınlaĢdığından   xəbərsizdi.  “Bir də  axı  mən  hər Ģeyin 

haqqını ödəmiĢəm. O ruhu satın almıĢam – haqqını öz həyatım bahasına ödəmiĢ olsam belə. Kim 

bunu mənə qadağan edə bilər? Ġnsanın öz həyatını məhv etmək imtiyazı var, əgər bu, baĢqalarına 

ziyan  gətirmirsə,  o  yalnız  özüylə,  öz-özünə  yaĢayırsa...”  Birdən  dayanır.  Yerində  donur, 

qorxudan,  yaxınlaĢmaqda olan dəhĢətdən  nəfəsi daralır. Ġndi anlayır ki, quma  batıb;  bunu dərk 

edəndən  sonra  daxilən  bütün  gücünün  sonuncu,  ağır  bir  həmlə  üçün  bir  yerə  yığılıb  yay  kimi 

necə  gərildiyini  hiss  edir.  Hələ  dayanmayıb,  hələ  hərəkət  var,  amma  indi  yeni  köhnədən  heç 

nəylə seçilmir; indicə üstündən keçilən, təkərə yapıĢmıĢ qumlar quru bir xıĢıltı ilə qopub tökülür; 

bu  xıĢıltını  o  daha  əvvəl  xəbərdarlıq  kimi  qəbul  etməliydi:  “...  arvadıma  öz  ehtirasımı,  öz 

“eqo”mu… ümidsizlik və rüsvayçılıq alətini… açıb göstərdim…”  və hələ bu barədə düĢünməyə 

baĢlamamıĢ, sanki, beyin sümüyündə, gözlərinin arxa tərəfində baĢqa bir cümlə, baĢqa bir fikir 

bütöv  halda  doğulur,  formalaĢır:  Mən  bu  cür  düşünmək  istəmirəm.    Mən  bu  cür 

düşünməməliyəm.  Bu  cür  düşünməyə  cəsarət  etməməliyəm  Tərpənməz,  hərəkətsiz  əllərinin 

üstünə  əyilərək  pəncərənin  önündə  oturmuĢ  halda  möhkəm  tərləməyə  baĢlayır;  tər  bədənindən 

yaradan fıĢqıran qan kimi axır. Qumluqda gücə düĢmüĢ düĢüncə təkəri, onun ruhunun, həyatının 

burum-burum  eĢilib  parça-parça  olmuĢ  hissələrini  özündə  bir-birinə  calaya-calaya,  bu  anın 

məngənəsindən yavaĢ-yavaĢ, orta əsrlərin iĢgəncə alətinə  xas ləng bir əzmlə qurtulmağa çalıĢır: 

“Əgər bu beləydisə, əgər mən ona ümidsizlik və ölüm gətirən bir alət idimsə, deməli, kiminsə, 

bir baĢqasının əlində iĢlədilən alət olmuĢam. Onu bilirəm ki, əlli il ərzində heç kül də, torpaq da 

olmamıĢam: mən yalnız qaranlıqda bir atın dördnala çapdığı, bir atəĢin qəfil gurladığı yeganə bir 

an  olmuĢam.  Əgər  mən  həmin  ölüm  anındakı  ölü  babamamsa,  onda  mənim  arvadım,  onun 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə