40
Qadın dərhal cavab vermir. Qapının girəcəyində dayanıb, diqqətlə, amma heç bir əndiĢə
keçirmədən, elə həmin həlim, bir az ürkək, bir az inamsız baxıĢlarla ona baxır. Gözləri tamam
gömgöydü. Ancaq bu gözlərə, bəlkə də, Bayronun onu aldatmağa çalıĢdığına inamın kölgəsi
düĢüb.
–Yolda mənə dedilər ki, Lukas Ceffersonda yonqar sexində iĢləyir. Çoxları deyirdi. Elə ki
Ceffersona gəlib çıxdım, mənə bu sexin harda olduğunu söylədilər, mən də onlardan Lukas Berçi
soruĢanda: “Bəlkə, sənə Banç lazımdı?” – dedilər. Mən də fikirləĢdim ki, yəqin, adını səhv
salıblar, bu adam, çox güman ki, elə odur. Ancaq onu da dedilər ki, o adamın sifəti qarabuğdayı
deyil. Bəlkə, siz deyəsiniz, buralarda Lukas Berç adında adam tanımırsınız ki?
Bayron çiynindəki taxta Ģələsini, sonra onların hamısını birdən qaldıra bilmək üçün səliqə
ilə yerə qoyur.
– Tanımıram. Bizdə Lukas Berç adında adam yoxdur. Burda iĢləyənlərin hamısını yaxĢı
tanıyıram. Bəlkə, Ģəhərdə hardasa baĢqa yerdə iĢləyir? Ya da baĢqa sexdə.
– Burada baĢqa bir yonqar sexi varmı?
– Yoxdu. Taxta-Ģalban zavodu isə var. Özü də çoxdu.
Qadın gözünü ondan çəkmir.
– Yolda mənə dedilər ki, o, yonqar sexində iĢləyir.
– Mən burda eləsini tanımıram, – Bayron deyir. – Məndən baĢqa burada Berçə oxĢar
soyadında kiminsə olduğunu da xatırlamıram, mənimki isə Bançdı.
Qadın hələ də əvvəlki – gələcək üçün əndiĢədən daha çox, indikinə inamsızlıq duyulan
baxıĢlarla onu süzməkdə davam edir. Sonra köks ötürür. Bu, hətta köks ötürmək də deyil,
dərindən rahatca nəfəs almaqdır.
– Demək belə, – o deyir. Geriyə dönərək, yonulub ağardılmıĢ taxtalara, səliqəylə düzülmüĢ
tir qalaqlarına göz gəzdirir. – Bir az burda oturum, deyirəm. Yoxsa daĢ küçələri gəzməkdən
ayaqlarım zoqquldayır. ġəhərdən bura gəlmək Alabamadan bu Ģəhərə gəlməkdən də ağırmıĢ,
burdan-bura ondan da betər yoruldum. – O, çox da hündür olmayan taxta qalağına tərəf gedir.
– Gözləyin bir az, – Bayron onun arxasınca tələsərək, qalın döĢəkçəni çiynindən götürür.
Artıq dizlərini qatlamaqda olan qadın yerində donub qalır və Bayron döĢəkçəni taxta qalağının
üstünə sərir. – Heç olmasa, bir az yumĢaq olar.
– Çox sağ olun, – Qadın əyləĢir.
– Ġndi o qədər də bərk olmaz, – Bayron deyir. GümüĢü saatını cibindən çıxarıb baxır, sonra
qalağın o biri baĢında oturur. – BeĢ dəqiqə, demək olar ki, lap yerinə düĢdü.
– BeĢ dəqiqəmi dincəlirsiniz? – qadın soruĢur.
– BeĢ dəqiqədir ki, siz gəlmisiniz. Deməli, mən də o vaxtdan dincəlirəm. ġənbə günləri
nahardan sonra iĢ vaxtıma özüm nəzarət eləyirəm, – o izah edir.
41
– Bəyəm bir dəqiqəlik oturanda da hər dəfə saata baxırsınız? Onlar hardan biləcəklər ki
oturmusunuz, ya oturmamısınız? Bir dəqiqə az, bir dəqiqə çox – nə fərqi var ki?
– Belə baĢa düĢürəm ki, mənə oturmağıma görə haqq ödəmirlər, – o deyir. – Deməli, siz
Alabamadan gəlirsiniz?
Qadın bütün ağırlığıyla döĢəkçənin üstünə çökür, Bayronun sakitcə göz qoyduğu sifətində
sakit, aydın bir ifadə öz hekayəsini ona da açıb danıĢmağa baĢlayır – indi də növbə ona çatıb.
Özü də onun güman etdiyindən də çox –fəsillərin bir-birini əvəzləməsinə xas dinc bir ləngərliklə
dörd həftədi aralarından keçib gəldiyi, tanımadığı, bilmədiyi neçə-neçə insana danıĢdığı kimi,
uzun danıĢır. Bayron isə öz növbəsində, aldadılmıĢ və atılmıĢ, hətta aldadıldığını belə dərk eləyə
bilməmiĢ, heç öz soyadını Berçə dəyiĢməyə belə macal tapmamıĢ bu cavan qadının tarixçəsini
təsəvvüründə canlandırmağa çalıĢır.
–Yox, deyəsən, mən onu tanımıram, – nəhayət o deyir. – Həm də indi burda məndən baĢqa
heç kim yoxdu. Hamı, yəqin ki, ora, yanğına baxmağa gedib. – O, ağaclardan çox-çox yüksəkdə,
sakit, küləksiz havadan asılıb qalan sapsarı tüstü sütununu göstərir.
– Biz Ģəhərə girəndə onu gördük, – qadın deyir. – Çox böyük yanğındır.
– Axı ev də çox böyükdür. Qədimi evdir. Orada bir xanım yaĢayır, tək-tənha. Elə bilirəm
ki, Ģəhərdə bəzi adamlar “Allah özü onu cəzalandırıb” deyəcəklər. O xanım Ģimallıdır. Onun
əcdadları Rekonstruksiya dövründə bura gəliblər – zənciləri qızıĢdırmaq üçün. Ġkisini elə buna
görə öldürüblər. Deyirlər, o qadın elə indinin özündə də zəncilərlə curluq eləyir. Onlar
xəstələnib-eləyəndə, ağ adamlarmıĢ kimi yoluxmağa gedir. Yanında qulluqçu da saxlamır,
zəncilərin baĢqalarına qulluqçuluq eləməyini istəmir. Deyirlər o, bu fikirdədir ki, zənci də ağ
adama bərabərdi. Buna görə də Ģəhərdə onun evinə ayaq basan yoxdur. Bir nəfərdən baĢqa. –
Qadın ona göz qoya-qoya qulaq asır. O isə indi qadına baxmır, onun baxıĢlarından yayınmaq
istəyir. – Bəlkə də, iki... Mən belə eĢitmiĢəm. Heç olmasa, onlar ora vaxtında çataydılar, evdəki
mebeli-zadı çıxarmaqda ona kömək edə biləydilər. Bəlkə də, çatıblar.
– Kim çatıb?
– Burda iki oğlan, iki Co vardı, onlar hardasa o tərəflərdə yaĢayırlar. Co Kristmasla Co
Braun.
– Co Kristmas? Nə qəribə addır.
– Elə o özü də qəribədir. – O yenə də qadının maraq içərisində ona dikilmiĢ baxıĢlarından
yayınmağa çalıĢır. – O birisi də elə onun bir tayıdır, amma bir az baĢqa formada. O da burda
iĢləyirdi. Amma çıxdılar – ikisi də. Onu da deyim ki, onların burdan getməyi bizim üçün o qədər
də böyük itki olmadı.