Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə21/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   17   18   19   20   21   22   23   24   ...   192

 

44 


O  öz  gəlirinin  yarısını  hələ  də  onlara  göndərirdi,  halbuki  bu  gəlir  bütövlükdə  öz 

dolanıĢığına güclə bəs edərdi. “YaxĢı ki, əlimdən nəsə gəlir”, – o vaxt öz-özünə dedi. Lövhə də 

elə o vaxtdan qalıb – onu səliqəylə özü düzəltdi, üstünü özü yazdı, hərflər gecələr küçə fənərinin 

iĢığında  yeni  il  axĢamlarının  yolka  bəzəkləri  kimi    parıltı  saçsın  deyə  onları  yazarkən  rəngə 

bulaĢdırdığı ĢüĢə qırıntılarından istifadə etdi: 

                       

 

 

MÜQƏDDƏS GEYL HAYTAUER, Ġ. D. 



Rəsm dərsləri 

Yeni il və ad günü açıqcalarının hazırlanması 

Fotoşəkillərin aşkarlanması 

 

Ancaq bütün bunlar neçə il bundan qabaq olub və indi onun heç bir tələbəsi yoxdu, yeni il 



açıqcaları və foto plastinkaları çox az qalıb, rəng və ĢüĢə qırıqları artıq solmuĢ hərflərdən qopub 

düĢüb.  Düzdür,  onları  hələ  də  oxumaq  mümkündü,  hərçənd  Haytauerin  özü  kimi  Ģəhər 

sakinlərinin  əksəriyyətinin  buna  heç  bir ehtiyacı  yoxdu. Yalnız  çox  nadir  hallarda öz ağ  libaslı 

körpələrilə  buradan  keçən  zənci  dayə    o  lövhənin  önündə  ayaq  saxlayıb    az  savadlı,  boĢ-bikar 

adamlara xas intonasiya ilə onu ucadan, mənasız və lüzumsuz bir Ģey kimi höccələyər; ya da bu 

sakit,  kimsəsiz,  daĢ  döĢənməmiĢ  küçəyə  təsadüfən  yolu  düĢən  gəlmə    adam  onu  oxumaq  üçün 

burada ayaq saxlayar, demək olar ki, yaĢıllıq içərisində itib-batmıĢ bomboz, balaca evə qəribə bir 

maraq içində nəzər salıb yoluna davam edər, sonra da yerli  tanıĢlarının biri ilə söhbət zamanı o 

lövhəni  xatırlaya  bilərdi.  “Həə,  bildim,  –  tanıĢı  deyərdi.  –  Haytaueri  deyirsən.  O,  orda  tək 

yaĢayır. Buraya prosviterian kilsəsinin keĢiĢi kimi gəlmiĢdi, arvadı onu pis günə qoydu. Gizlincə 

Memfisə əkilib, orda kefi istəyən kimi əylənərmiĢ. Bu hadisə iyirmi il bundan qabaq olub, onda 

onlar  təzəcə  köçmüĢdülər.  Bəziləri  deyirdi  ki,  o  özü  bunu  bilirmiĢ.  Guya,  onu  təmin  edə 

bilmirmiĢ, yaxud da təmin etmək istəmirmiĢ, amma özü bunu bilirmiĢ. Nəhayət, bir Ģənbə gecəsi 

onu  Memfisdə  –  fahiĢəxanadamı,  yoxsa  hardasamı  öldürdülər.  Bütün  qəzetlər  ondan  yazdı. 

Kilsədən  istefa  verməli  oldu,  amma  nədənsə  Ceffersondan  getmək  istəmədi.    Elə  öz  xeyri, 

Ģəhərin,  kilsənin  xeyri  üçün  onu  burdan  çıxıb  getməyə  məcbur  etməyə  çalıĢdılar.  Bilirsən  də, 

belə Ģeylər kilsə üçün çox ağırdır. Adamlar bu Ģəhərə gəlir, belə Ģeylər barədə eĢidir, üstəlik o da 

köçüb  getmək  istəmir.  Heç  yerə.  O  vaxtdan  orda  tək-tənha  yaĢayır,  o  zaman  o  küçə  Ģəhərin 

mərkəzi  küçəsiydi.  YaxĢı  ki,  indi  elə  deyil.  ġükür  Allaha.  Düzdü,  indi  onun  heç  kimə  heç  bir 

ziyanı yoxdu və elə bilirəm ki, camaatın çoxu onu tamam unudub. Ev iĢlərini də özü görür. Son 

iyirmi beĢ ildə çətin ki, kimsə o qapıdan içəri girmiĢ olsun. Heç bilmirik o burda niyə qalıb. Gün 

əyiləndə,  yaxud  axĢamlar  ordan  keçsən,  hökmən  onu  pəncərənin  qabağında  oturmuĢ  görərsən. 




 

45 


Eləcə oturub qalır. Yoxsa onu, ümumiyyətlə, görmək mümkün deyil, demirəm bəlkə, təsadüfən 

bağçada iĢləyən görəsən”. 

Buna  görə  də  özü  düzəltdiyi,  üstünü  özü  yazdığı  o  lövhənin  nəinki  Ģəhər,  heç  onun  özü 

üçün  də  elə  bir  əhəmiyyəti  yoxdur;    o  artıq  heç  onu  bir  niĢanə,  bir  ismarıc  kimi  də  qavraya 

bilmir. AxĢamçağı gün batanda keçib öz kabinetindəki pəncərənin önündə oturmayanacan  heç o 

lövhənin  mövcudluğunu  da  xatırlamır.  Orda  oturub  onu  xatırlayanda  da  bu  lövhə  onun  üçün 

çəmənliyin o baĢında, küçə tərəfdə çox da hündür olmayan, heç bir əhəmiyyət kəsb etməyən adi, 

uzunsov  bir  əĢyadan  baĢqa  bir  Ģey  deyil  –  bəlkə  də,  özünün  köməyi  və  yaxud  maneçiliyi 

olmadan  bitib  böyüyən  kollar,  alçaqboy,  Ģax-Ģəvəlli  ağcaqayınlar  kimi,    o  da  faciəvi,  izi  itməz 

torpağın bir törəməsidi. O, artıq heç ona tərəf baxmır da; əslində  burda oturub gecə qaranlığının, 

o  gecə  anının  haçan  düĢəcəyini  gözləyərkən,  budaqları  arasından  küçəyə  göz  qoyduğu  ağacları 

da  görmür.  Arxa  tərəfdə  –  evin,  kabinetin  içində  artıq  zülmət  çöküb,  o  isə  göy  üzündə  son 

iĢartının  haçan  sönəcəyi,  gecənin  haçan  düĢəcəyi  anı  gözləyir  –  gündüzün  doyurduğu  çayır, 

yarpaq  indi  tamam  zəifləmiĢ,  öləzimiĢ    iĢıqda  zorla  nəfəs  ala-ala  o  sakit,  dinc  iĢığı  inadla  yer 

üzərində  saxlamağa  çalıĢır;  hərçənd  gecə  artıq  çoxdan  düĢüb.  İndi  az  qalıb,  düĢünür,  lap  az  

Hətta öz-özünə olsa da demir: “Qürur və Ģərəfdən, həyatdan hələ nəsə bir Ģey qalıb”. 

 

Yeddi il bundan  əvvəl, Bayron Banç Ceffersona gəlib üstünə: Geyl Haytauter, İ. D. Rəsm 



dərsləri.  Yeni  il    açıqcaları.  Fotoşəkillərin  aşkarlanması  yazılmıĢ  həmin  kiçik  lövhəni  ilk  dəfə 

görəndə  fikirləĢmiĢdi:  “Ġ.  D.  Görəsən  bu  Ġ.  D.  nə  deməkdir”  və  bu  haqda  soruĢanda  ona 

demiĢdilər ki, Ġmansız Divanə. Geyl Haytauer  – Ġmansız Divanə,   ən azı,  ceffersonlular üçün, 

ona  dedilər.  Sonra  da  Haytauerin  digər  prixodlardan

1

  imtina  edərək,  seminariyadan  birbaĢ 



Ceffersona gəldiyini, buraya göndərilmək üçün bütün əlaqələrini iĢə  saldığını danıĢdılar. Cavan 

arvadıyla  bir  yerdə  ilk  dəfə  Ceffersona  qədəm  qoyanda,    elə  vaqondan  düĢüb  ayağını  yerə 

basarkən  qoca  kiĢilərə  və  qarılara  –  kiləsinin  bel  sütunlarına  xeyli  həyəcanlanmıĢ  halda,  lap 

əvvəldən,  hələ keĢiĢ olmağa qərar verdiyi  vaxtdan  nə üçün  məhz Ceffersonu seçdiyini,  buraya 

düĢmək üçün haralara  məktublar yazdığını, insanların zəhləsini  tökdüyünü, hansı əlaqələrini iĢə 

saldığını  necə  böyük  Ģövqlə  anlatdığını,  izah  etdiyini  söylədilər.  O  vaxt  yerli  adamlar  onun 

səsində sərfəli sövdələĢmədən sonra dəllal sevincinə bənzər bir Ģey hiss etmiĢdilər. Yəqin, bunu 

ağsaqqallar da duymuĢdular. Çünki onlar onun dediklərini  somsoyuq,  heyrət  içində,  inamsız 

qarĢıladılar, elə bil, ona bu kilsə, bu kilsəni təĢkil edən və onun qulluq etməli olduğu bu adamlar 

yox,  yaĢayıĢ  yeri  kimi  məhz  bu  Ģəhərin  özü  lazım  idi.  Sanki,  insanlar  –  canlı  insanlar  və  bu 

insanların  onu  istəyib-istəmədikləri  heç  onun  vecinə  də  deyildi.  Bir  də  o  hələ  çox  cavan  idi; 

yaĢlılar ciddi kilsə  iĢləri  barədə, öz kilsələrinin  və Ģəxsən onun öz vəzifələri  barədə danıĢaraq, 

                                                

1

 



 Prixod – xristianlarda aĢağı kilsə təĢkilatı və bu təĢkilat üzvlərinin yaĢadığı yer, məhəllə 


Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə