48
hələ də çığıra-çığıra kafedranı hədələyirdi, əri isə orada bir az qabağa əyilmiĢ halda, əlləri göydə,
at dırnaqlarının gurultuyla səyridiyi o alleqorik dövrün qəflətən kəsildiyi anda sifəti əyilib
eybəcərləĢmiĢ halda yerində donub qalmıĢdı. Bilinmirdi ki, kimi – ərinimi, yoxsa Allahımı
hədələyir. Sonra ər kafedradan düĢdü, onun yanına gəldi, arvad bir az sakitləĢdi, ər onu küçəyə
çıxardı və baĢ keĢiĢ orqançıya çalmağı əmr edənəcən bütün baĢlar dönüb onların arxasınca
baxdı. Günün ikinci yarısında ağsaqqallar bağlı qapı arxasında bir yerə toplaĢdılar. Orada nə
danıĢıldı, heç kimin xəbəri olmadı, bircə onu gördülər ki, Haytauer də geri qayıdan kimi iclas
otağına girdi və o da qapını öz arxasınca bağladı.
Ancaq o otaqda nə baĢ verdi, heç kim bilmədi. Bircə onu bildilər ki, kilsə onun arvadını
müalicəxanaya – sanatoriyaya göndərmək üçün pul yığdı, Haytauer də onu aparıb ora qoydu və
qayıdandan sonra bazar günü yenə də həmiĢəki kimi kilsəyə gəlib moizə oxumağa baĢladı.
Qadınlar, qonĢular – hətta neçə ay idi keĢiĢin evinə ayaq basmayanlar belə – onun halına acıyır,
ona yemək-içmək aparır və bir-birlərinə, öz ərlərinə bu adamın evində necə bir qarmaqarıĢıqlıq
hökm sürdüyündən, onun, sən demə, heyvan kimi, haçan istədi və əlinə nə düĢdü yediyindən
danıĢırdılar. O, həftədə iki dəfə sanatoriyaya arvadını yoluxmağa gedir, ancaq elə həmin günün
sabahı da geri qayıdırdı, bazar günləri isə yenə də heç nə olmayıbmıĢ kimi kafedraya çıxırdı.
Adamlar həm maraq xətrinə, həm də halına acıdıqları üçün ondan tez-tez arvadının səhhətini
soruĢurdular, o da buna görə onlara öz təĢəkkürünü bildirirdi. Bazar günü isə yenə də yuxarıda –
kafedrada əl-qolunu ata-ata coĢub-daĢır, həyəcanlı səsində xəyali Allah və nicat yolu, döyüĢdə
çarpıĢan süvari dəstəsi və öldürülən baba gur-gur guruldayır, aĢağıda isə ağsaqqallar, kilsə
mənsubları çaĢqınlıq və təhqir içində oturub ona baxırdılar. Payızda arvadı evinə qayıtdı. Sanki,
xeyli yaxĢılaĢmıĢdı. KökəlmiĢdi. Ancaq onda baĢ verən əsas dəyiĢiklik bu deyildi. Bəlkə də,
ondaydı ki, o təmizlənmiĢ, arınmıĢ, ən azı, oyanmıĢ kimi görünürdü. Bir sözlə, xanımların
həmiĢə onu görmək istədikləri kimi, onların əqidəsincə keĢiĢ arvadı necə olmalıydısa, elə
olmuĢdu. O, indi müntəzəm olaraq kilsəyə gəlir, ibadət məclislərində iĢtirak edirdi, xanımlar
onun, o da onların evində olurdu; hətta xanımlar ev iĢlərini necə aparmağı, necə geyinməyi,
ərinə hansı xörəkləri hazırlamağı ona öz evində öyrədəndə belə sakitcə, lal-dinməz oturub onlara
qulaq asırdı.
Demək olar ki, onlar bu qadını bağıĢlamıĢdılar. Heç bir cinayətin, yaxud müəyyən bir
hərəkətin adını belə dillərinə gətirmir, ona heç bir cəza kəsmirdilər. Amma Ģəhər bu xanımların o
qadının son mənzili Memfis olan sirli səfərlərini, ora nə məqsədlə getdiyini – heç kim bunu
sözlə ifadə etməsə, dilə gətirməsə də hamı bu barədə eyni fikirdəydi – unutduqlarına inanmırdı;
zira Ģəhər belə hesab edirdi ki, bu mömin və əməlisaleh qadınlar bağıĢlamağın – bu Ģirin vicdan
çərəzinin dadı, ətri qaçmasın deyə yaxĢını da, pisi də belə asanlıqla unutmurlar. Zira Ģəhər bu
xanımların həqiqəti bildiyinə inanırdı, çünki əmin idi ki, pis Ģeylər yalnız pis qadınları yolundan
49
azdırır, ona görə də onlar heç bir Ģübhə doğurmamaq üçün vaxtlarının bir qismini buna sərf
etməyə məcburdurlar. Amma onlar, yəni pis Ģeylər yaxĢı qadını yolundan azdıra bilməz; əgər o,
yaxĢıdırsa, deməli, nə özünün, nə də baĢqasının yaxĢılığına heç bir ehtiyacı yoxdur, çünki
günahın iyini duymaq üçün onun həddən artıq vaxtı və zamanı var. Bax, elə buna görə də Ģəhər
əhli belə hesab edirdi ki, yaxĢılıq, xeyirxahlıq hər dəqiqə onun ağlını baĢından çıxara bilər və o
bunu Ģər kimi qəbul edər, Ģər isə onu heç vaxt öz yolundan azdıra bilməz. Bir sözlə, dördmü,
yoxsa beĢmi aydan sonra arvad yenə də harasa yox olmağa baĢlayanda, ər isə yenə də onun
qohumlarını yoluxmağa getdiyini deyəndə, Ģəhərdə bu qərara gəldilər ki, bu dəfə o özü də
həqiqəti yaxĢı bilir. Hər halda, qadın geri qayıtdı, o isə yenə də heç nə olmayıbmıĢ kimi bazar
günləri moizə oxumağına, dindarlara və xəstələrə baĢ çəkməyinə, öz kilsəsi barədə danıĢmağına
davam etdi. Amma arvadı bir daha kilsəyə gəlmədi, xanımlar da onu ziyarət etmədilər və
ümumiyyətlə, keĢiĢin evində görünmədilər. Hətta hər iki tərəfdəki qonĢuları belə o qadını bir
daha qapıda-bacada görmədilər. Tezliklə elə oldu ki, sanki, bu qadın, ümumiyyətlə, yox imiĢ,
sanki, hamı sözü bir yerə qoymuĢdu: heç vaxt burda belə bir adam olmayıb və onların keĢiĢi evli
deyil. O isə hər bazar günü kilsədə onlara moizə oxuyur və artıq arvadının qohumlarıgilə
getdiyini demirdi. Bəlkə də, o buna sevinir də, – Ģəhər fikirləĢdi. Bəlkə də, sevinir ki, bir daha
yalan danıĢmalı olmayacaq.
Buna görə də o cümə günü – bəlkə də elə həmin gün, Ģənbə günü – bu qadın qatara
minəndə heç kim onu görmədi. Onlar yalnız bazar günü səhər qəzetini gördülər; orada yazılmıĢdı
ki, o, Memfisdəki mehmanxananın pəncərəsindən özünü yerə atıb, ya da yıxılıb və ölümcül
əzilib. Otaqda onunla bir kiĢi olub. KiĢi sərxoĢ imiĢ. Onlar mehmanxanada baĢqa ad altında ər-
arvad kimi qeydə alınıblarmıĢ. Qadın əsl adını bir kağız parçasına yazıb, sonra da onu cırıb zibil
yeĢiyinə atıb – polislər də onu orda tapıblar. Kağızda nə yazıldığını qəzet məqaləsində də
vermiĢdilər: pastor Geyl Haytauerin arvadı, Cefferson, Missisipi. Qəzet onu da yazmıĢdı ki,
redaksiyadan gecə saat ikidə qadının ərinə zəng vurulub, ər isə heç bir sözünün olmadığını
bildirib. Bazar günü səhər tezdən, adamlar kilsəyə yığıĢanda isə həyət müxbirlərlə doluydu, onlar
kilsənin, keĢiĢin evinin Ģəklini çəkirdilər. Sonra Haytauer gəldi. Müxbirlər onu saxlamağa
çalıĢdılar, amma o onların arasından keçib, birbaĢ kilsəyə girdi və kafedraya qalxdı. Qoca
xanımlar və qoca kiĢilərdən bəziləri artıq içəridəydi, onlar Memfis əhvalatından daha çox
müxbirlərin burda olmasından özlərini təhqir olunmuĢ hesab edərək bərk qəzəblənmiĢdilər.
Ancaq Haytauer içəri girib, onların gözü önündə kafedraya qalxanda bu adamlar müxbirləri belə
unutdular. Əvvəlcə xanımlar yerlərindən qalxıb kilsədən çıxdılar. Sonra kiĢilər də getdilər,
içəridə bircə keĢiĢ (bir az qabağa əyilmiĢ, açıq Bibliyanı əlində tutmuĢ halda stola
dirsəklənmiĢdi, amma baĢını belə aĢağı salmamıĢdı) və bir də arxa skamyada cərgə ilə əyləĢmiĢ