46
onun bu sevincini, həyəcanını soyutmağa çalıĢdılar. ġəhər adamları Bayrona danıĢdılar ki, hətta
yarım ildən sonra da cavan keĢiĢ hələ də həyəcanlıydı, hələ də uzun-uzadı – ta kələfin ucunu
itirənəcən VətəndaĢ müharibəsindən, o müharibədə öldürülən süvari əsgər babasından,
Ceffersonda general Qrantın yanan anbarlarından odlu-alovlu bir dillə bəhs edirdi. Bayrona
dedilər ki, o, kafedrada da beləydi, oradan moizə oxuyanda da bu cür coĢub özünü unudur, dini
anlaĢılmaz bir yuxuya çevirirdi. Bu, qorxulu, qarabasmalı yuxuya yox, nəsə, Müqəddəs kitabdakı
sözdən də sürətlə yayılan bir Ģeyə – bir növ, yerə enməyə ehtiyac duymayan qasırğaya
bənzəyirdi. Qoca kiĢilərin, qarıların isə bundan xoĢu gəlmirdi.
Elə bil, o, kafedrada da dini döyüĢ meydanında at səyirdən süvari dəstəsindən, at belində
hücuma keçərkən vurulan babasından ayıra bilmirdi. Yəqin ki, Ģəxsi həyatında, öz evində də
beləydi, onları heç nədən ayıra bilmirdi. Bəlkə də, heç buna can atmırdı da, Bayron düĢündü,
fikirləĢdi ki, sahib olduğu qadının baĢına bu cür oyun açmaq kiĢilərə xas olan Ģeydir, buna görə
də qadınlar güclü olmağa məcburdurlar, kiĢilərlə törətdikləri yaxud kiĢilər üçün qurĢandıqları
pis əməllərə görə onları günahlandırmaq olmaz, zira Allah özü yaxĢı görür ki, birinin övrəti
olmaq nə qədər çətin iĢdir. Ona danıĢdılar ki, keĢiĢin arvadı boydan balaca, üzdən sakit bir qız
idi və əvvəlcə Ģəhərə elə gəldi ki, o, dilsiz-ağızsızın biridir. Ancaq Ģəhərdə danıĢırdılar ki, əgər
Haytauer bütün ömrü boyu yaĢadığı o yeganə gündən – babasının at belində hücuma keçərkən
vurulduğu gündən otuz il sonra doğulan adam deyil, müstəqil, heç nədən asılı olmayan biri
olsaydı – keĢiĢ də məhz belə olmalıdır – o qadının baĢına heç nə gəlməzdi. Ancaq Haytauer
belə adam deyildi və qonĢular onun arvadının prixod evində gündüzlər, ya da gecədən xeyli
keçmiĢ tez-tez ağladığını eĢidirdilər və onu da baĢa düĢürdülər ki, ər onun dərdinə əlac eləməyi
bacarmır, çünki dərdin nə olduğunu bilmir. Bəzən elə olurdu ki, bu qadın öz ərinin qulluq etdiyi
kilsəyə – hətta bazar günləri belə – gəlmirdi, ibadətə yığıĢan camaat da ərin üzünə baxır və mat-
məəttəl qalırdı ki, bu adam əl-qolunu ata-ata kafedrada ağzından od püskürəndə öz arvadının
burada olmadığını görür, ya yox; heç olmasa, ümumiyyətlə, arvadı olduğunu xatırlayır, ya yox
və moizə etdiyi ehkamı döyüĢ meydanında urrayla hücuma keçən süvari dəstəsi, rəĢadət və
məğlubiyyətlə əməlli-baĢlı qarıĢıq saldığını – küçədə onlara döyüĢ meydanında urrayla hücuma
keçən süvari dəstəsindən söz açarkən, onu da eynilə günahların bağıĢlanmasıyla, döyüĢ
mələklərinin xoruyla bir-birinə qarıĢdırırdı – hiss eləyir, ya yox və əlbəttə, qocalar – ağsaqqallar
və ağbirçəklər axırda bu qənaətə gəldilər ki, onun Allahın evində, Allahın günündə oxuduğu bu
moizələr, əslində, küfr kimi bir Ģeydi.
Bayrona danıĢdılar ki, bir il Ceffersonda yaĢadıqdan sonra o qadının sifətinə somsoyuq buz
kimi bir ifadə çökdü; bir dəfə kilsə əhli onların evini ziyarət edəndə Haytauer vurnuxa-vurnuxa,
pencəksiz, əynində yaxalıqsız köynək onları tək qarĢıladı və ilk dəqiqələrdə müsafirlərə elə gəldi
ki, o, ümumiyyətlə, onların nə üçün gəldiklərini, ondan nə istədiklərini anlaya bilmir. Sonra o,
47
gələnləri içəri dəvət etdi, özü isə üzr istəyib harasa yox oldu. Əyinlərinə bazar gününə uyğun
təzə libaslar geyinmiĢ kilsə əhli bir-birinin üzünə, otağa baxa-baxa orada oturub onu gözləyəndə
nə qədər qulaq kəsilsələr də, heç nə eĢitmədilər, evdən heç bir səs-səmir gəlmirdi. Sonra o,
geyinmiĢ, yaxalığını bağlamıĢ halda geri qayıdıb kilsə iĢləri, xəstələr barədə söhbət açanda onlar
onun suallarını təmkinlə, can-baĢla cavablandırsalar da, qulaqları hələ də səsdəydi, bəlkə də,
xəlvətcə içəriyə göz qoyub, artıq özlərinə məlum olan Ģeyin ona məlum olub-olmadığını
müəyyən etməyə çalıĢırdılar.
Qadınlar bir daha onun evinə ayaq basmadılar. Bir müddət keçəndən sonra onun arvadıyla
heç küçədə də rastlaĢmadılar. O isə özünü elə aparırdı ki, sanki, heç nə olmamıĢdı. Sonra arvadı
bir günlüyə, iki günlüyə harasa yox olmağa baĢladı; adamlar onun səhərlər qatara mindiyini
görmüĢdülər, sifəti tədricən arıqlayıb sivriləĢmiĢdi, elə bil, heç vaxt doyunca yeməmiĢdi,
baxıĢları korĢalmıĢdı, sanki, baxdığı Ģeyi görə bilmirdi. O isə hər dəfə arvadının haradasa Ģtatın
cənubunda yaĢayan qohumunu yoluxmağa getdiyini söyləyirdi. Amma bir gün iĢin üstü açıldı:
bir dəfə yenə də arvadı Ģəhərdə olmayanda Memfisə bazarlıq etməyə gedən ceffersonlu bir qadın
onun tələm-tələsik mehmanxanaya girdiyini gördü. ĠĢ elə gətirdi ki, həmin qadın elə Ģənbə günü
də evə qayıtdı, gördükləri barədə hamıya danıĢdı. Sabahı gün isə Haytauer yenə kafedraya çıxdı,
yenə də dinlə döyüĢən süvari dəstəsi bir-birinə qarıĢdı; arvadı isə bazar ertəsi geri qayıtdı və
növbəti bazar günü – son altı və ya yeddi ay ərzində ilk dəfə – yenə kilsəyə gəlib, hamıdan
arxada ayrıca oturdu. O gündən hər bazar günü kilsəyə gəlməyə baĢladı. Sonra yenə çıxıb getdi,
amma bu dəfə həftənin ortasında (iyul ayında, isti havada); Haytauer yenə də dedi ki, arvadı
kəndə qohumlarıgilə gedib, orada havalar sərindir; yaĢlılar – ağsaqqallar və ağbirçəklər yenə də
mat-məəttəl onun üzünə baxıb anlaya bilmədilər ki, bu adam nə dediyinə özü inanır, yoxsa yox,
cavanlar isə arxasınca qeybət qırmağa baĢladılar.
Ancaq onlar da bu adamın öz danıĢdıqlarına özünün inanıb-inanmadığını, dini mövzularla
baba rəvayətini – at belində hücuma keçərkən vurulan baba hekayətini bir-birinə qarıĢdırarkən
bundan əzab çəkib-çəkmədiyini dəqiq deyə bilməzdilər; sanki, onun riĢəsini təĢkil edən baba
toxumu da həmin gecə həmin atın belində olmuĢ, o da o gecə öldürülmüĢ, zaman əbədi olaraq o
toxum üçün dayanmıĢ və o vaxtdan bəri heç nə baĢ verməmiĢ, hətta o özü belə əmələ
gəlməmiĢdi.
Arvadı bazar günündən əvvəl geri qayıtdı. Bərk istiydi, qocalar haçansa belə bir isti
olduğunu xatırlamadıqlarını deyirdilər. Bazar günü o qadın kilsəyə gəldi, arxa skamyada təkcə
oturdu. Moizənin ortasında yerindən sıçrayıb zingildəməyə, ərinin artıq susduğu, bir az qabağa
əyilərək əlləri göydə donub qaldığı kafedraya tərəf nə isə qıĢqırmağa, yumruqları ilə kafedranı
hədələməyə baĢladı. Yaxınlıqda oturanlar onu tutub saxlamağa çalıĢsalar da o, var gücü ilə
onlara müqavimət göstərirdi, – Bayrona dedilər, – artıq yerindən sıçrayıb ortalığa atılmıĢdı və