42
Qadın döĢəkcənin üstündə oturub dinməzcə, maraq içində ona qulaq asır. Elə düĢünmək
olardı ki, bu gün bazar günüdür və bu cütlük bayır-bacaq paltarında kənd evinin önündə yumĢaq,
paxır təbəqəylə örtülmüĢ torpağın üstündə həsir kətildə oturublar.
– O birinin də adı Codur?
– Bəli. Co Braun. Bəlkə də, bu onun əsl adıdır. Çünki Co Braun adlı adam haqda fikirləĢən
kimi dərhal ağlına elə o cür – daim yerli-yersiz hırıldayan, hay-küynən danıĢan zəvzəyin biri
gəlir. Ona görə də elə bilirəm ki, bu, onun əsl adıdır, hərçənd Co Braun əsl ad kimi həddən artıq
tələm-tələsik, sadə səslənir. Ancaq elə bilirəm bu onun əsl adıdı. Çünki boĢboğazlığa görə ona
əmək haqqı ödəsəydilər, çoxdan bu sexin sahibi olmuĢdu. Hərçənd, deyəsən, camaatın ondan
xoĢu gəlir. Ən azı, Kristmasla yola gedə bilir.
Qadın gözünü ondan çəkmir. Sifəti əvvəlki kimi apaydındı, amma indi çox ciddidi –
baxıĢları çox ciddi və çox diqqətlidi.
– Onlar nə iĢlə məĢğuldular?
– Elə bir iĢlə ki, məncə, onu görməməlidilər. Hər halda, onları hələ o iĢ üstündə
yaxalamayıblar. Braun, əgər belə demək mümkündüsə, hırıldamaqdan, onu-bunu lağa
qoymaqdan boĢ vaxt tapanda elə burda iĢləyirdi. Sonra Kristmas iĢdən çıxdı. O da onun ardınca.
Onlar hardasa, bax, orda, o ev yanan yerdə yaĢayırlar. Pul qazanmaq üçün nəylə məĢğul
olduqları barədə çox Ģey eĢitmiĢəm. Ancaq, əvvəla, mənim nə iĢimə, kim neyləyir, özü bilər.
Ġkincisi də, insanlar bir-biri haqqında getdikcə daha çox yalan Ģeylər danıĢırlar – əsas olan da
budu. Deyəsən, heç mən özüm də onlardan geri qalan deyiləm.
Qadın gözünü ondan çəkmir. Heç gözünü də qırpmır.
– Deməli, o deyir ki, adı Braundu. – Bu, bəlkə də, sual idi, amma cavabını gözləmir. – Bəs
siz onların nə iĢlə məĢğul olduqları barədə nə eĢitmisiniz?
– Camaatın adına qara yaxmaq istəməzdim. Nahaq yerə bu söhbəti açdım. Doğrudan da
belədi, adam ki iĢdən çıxdı, dərhal onun dalınca ağızlarına gələni danıĢırlar.
– Axı siz nə eĢitmisiniz? – qadın soruĢur. O, yerində belə qurcalanmır. Səsi çox rahatdır,
ancaq Bayron, hələ özü bilməsə də, artıq aĢiq olub. O ona tərəf baxmasa da, bu qadının ciddi,
diqqətli baxıĢlarını öz sifətində, dodaqlarında hiss edir.
– Buralarda danıĢırlar ki, guya, onlar viski satırlar. Onu, bax o, ev yanan yerdə gizlədirlər.
Hələ bunu da danıĢırlar ki, bir dəfə Ģənbə günü axĢam Braun Ģəhərdə sərxoĢ imiĢ, az qalıb
ağzından nəsə qaçırsın, halbuki o Ģeyi danıĢmaq olmazmıĢ – Kristmasla birlikdə haçansa bir gecə
Memfisdəmi, yoxsa Memfisə çatmamıĢ yoldamı, gecə qaranlığında, tapançayla nəsə
eləyiblər...Yoxsa iki tapançamı olub. Ancaq Kristmas dərhal iĢə qarıĢıb, onun ağzını yumub və
oradan aparıb. Bir sözlə, orada elə bir Ģey olub ki, Kristmas onun aləmə car çəkilməsini
istəmirmiĢ. Elə Braun da içkili olmasaymıĢ, bunu dilinə gətirməməli olduğunu ağlı kəsərmiĢ.
43
Mən belə eĢitmiĢəm. Özüm orda olmamıĢam. – BaĢını qaldıranda birdən dərk edir ki, qadının
baxıĢları ilə qarĢılaĢmamıĢdan qabaq gözlərini yerə dikib. Sanki, o – burda, bu sexdə, Ģənbə günü
iĢ saatı bitdikdən sonra, təkbaĢına qaldığı vaxt bir baĢqasına pislik etmək, ya da ona ziyan
vurmaq fürsəti olmayacağına inanan bir adam – nəsə geri qaytarılması, düzəldilməsi mümkün
olmayan bir Ģey baĢ verdiyini qabaqcadan hiss edir, duyur.
– O, boy-buxundan necə adamdı? – qadın soruĢur.
– Kristmasmı? Deməli...
– Kristması demirəm.
– Hə-ə, Braunu deyirsən. Belə də. Ucaboy, cavan oğlandı. Qarabənizdi; qadınlara daha
maraqlı görünür – həm də deyilənlərə görə onların çoxuna... Deyib-gülmək, Ģıltaqlıq eləmək,
baĢqalarını lağa qoymaqdan ötrü ölür. Mənə qalsa...– Səsi birdən kəsilir. Gözünü qaldırıb onun
üzünə baxmağa, qadının inadkar ayıq baxıĢlarına tab gətirməyə taqəti çatmır.
– Co Braun, – qadın deyir. – Onun ağzının qırağında, bax, burasında belə, ağımtıl bir çapıq
yoxdu ki?
Gözlərini yuxarı qaldırmağa taqəti çatmır; taxta qalağının üstündə əyləĢib, ancaq ağzından
çıxanı daha geri qaytarmaq mümkün deyil və o bu dəqiqə dilini kəsib atmağa hazırdır.
3
Kabinetin pəncərəsindən küçəni yaxĢı görür. Çox uzaq deyil, çünki çəmənlik ensizdi.
Xırdadı, cəmi beĢ-altı qısaboy Ģam ağacı var orda. Ev də – bomboz, rənglənməmiĢ, sadə,
birmərtəbəli, artırmalı tikili də xırdadı, qapısı da bağlıdı, ətrafını mirtalar, alteylər, bağça
yasəmənləri basıb, yalnız onun küçəyə baxdığı pəncərənin önü açıqdı. Evin ətrafı o qədər
basırıqdı ki, hətta küçə fənərinin iĢığı belə bura güclə düĢür.
O pəncərədən öz abidəsi adlandırdığı lövhəni də görə bilir. Həyətin künc tərəfindəki, çox
da hündür olmayan bu lövhənin üzü küçəyə baxır. Uzunsov, eni yarım, hündürlüyü bir metr olan
bu taxta parçasının üzü küçədən ötənlərə, arxası isə ona tərəfdir. Ancaq o lövhədə yazılanları
oxumağın onun üçün heç bir əhəmiyyəti yoxdur, çünki o lövhəni çəkicin, miĢarın köməyi ilə özü
düzəldib – o yazıları onun üstünə səliqəylə, ciddi səylə özü yazıb – çörək, odun və paltar almaq
üçün ona pul lazım olduğunu baĢa düĢəndən sonra. Seminariyanı atanda atasındanqalma
kapitaldan bir az gəliri vardı, amma kilsəyə keĢiĢ təyin ediləndən sonra öz rüblük kapital
çeklərini dərhal Memfisdəki qızlar üçün islah düĢərgəsinə köçürməyə baĢladı. Sonra kilsəni
əlindən aldılar, Kilsəni aldılar və onun üçün həyatında ən acı Ģey – ən ağır itkidən, ən böyük
rüsvayçılıqdan da acı Ģey – bundan sonra islah düĢərgəsinə əvvəlki məbləğin yalnız yarısını
göndərə biləcəyini xəbər verən məktub oldu.