6
bitirmiĢdi. Parisdə yeni bir romanını – “Moskitlər”i yazmağa baĢlamıĢ, bitirilməmiĢ qalan
üçüncü romanı – “Elmer” üzərində iĢləməyə davam etmiĢdi.
Yazıçının bioqraflarının qeyd etdiyi kimi, Folkner ədəbiyyat haqqında hər hansı bir
suala cavab vermək istəməyəndə sınanmıĢ bir üsula əl ataraq, “Əslində mən fermerəm,
ədəbiyyatçı deyiləm,” deyirdi. Onda hər hansı yazıçının təsirini görmək istəyənlərə isə, məsələn:
“Mən Joysu oxumamıĢam,” – deyə cavab verirdi.
Hər bir yazıçı kimi Folkner də gənc yaĢlarında çətin və ağır formalaĢma dövrü
keçmiĢdir. Bu dövrdə müstəqilliyə, özünəməxsusluğa can atsa da, eyni zamanda hamı kimi
hərəkət etmiĢ, çox oxumuĢ, çox öyrənmiĢ, amma artıq keçilmiĢ yolların onun üçün yaramadığını
hiss edərək, inadla öz yolunu tapmağa çalıĢmıĢdır.
Cəbhəyə gedə bilmədiyinə və tale etibarı ilə “itirilmiĢ nəsl”ə mənsub olmadığına
baxmayaraq, Folkner müharibədən Ģikəst qayıdan və bunun əvəzində öz həmvətənlərindən heç
təĢəkkür belə almayan bir əsgərin həyatından bəhs edən “Əsgər mükafatı” romanını yazır.
Yazıçının öz həyat təcrübəsinə yad bir material əsasında iĢlənən və onun ədəbi nailiyyətləri
sırasına daxil edilməyən bu roman, təbii ki, eyni mövzuda yazılmıĢ digər əsərlərlə – nə
Heminqueyin “Əlvida, silah”, nə də ingilis yazıçısı Riçard Oldinqtonun “Qəhrəmanın ölümü”
romanları ilə müqayisə edilə bilməz. Folkner özü də bu eksperimentin süniliyini dərhal dərk
edərək, bu mövzudan, bu yoldan birdəfəlik əl çəkir. Folkner hər hansı bir ədəbi cərəyana, bu və
ya digər ədəbi məktəbə aid olunmaq istəməsə də, bütün mümkün ədəbi məktəblərdən keçir,
müxtəlif istiqamətlərdə öz gücünü sınayır.
Folknerin ədəbi taleyində, onun bir yazıçı kimi formalaĢmasında tanınmıĢ Amerika
yazıçısı ġervud Andersonla 1925-ci ildə baĢ tutan tanıĢlığı böyük rol oynayıb. Folknerin öz
dövrünə mənsub yazıçıların “atası” adlandırdığı ġervud Anderson nəinki “Əsgər mükafatı”
romanının nəĢr olunmasına, həm də Folknerə öz yolunu, məhz ona məxsus yolu tapmaqda –
bunsuz isə əsl yazıçı olmaq mümkün deyil – yaxından kömək edib. Anderson Folknerə “öz
dünyasını” yaratmaq ideyasını verib. “Siz sadə bir oğlansınız, Folkner, bildiyiniz yeganə Ģey
sizin oralarda, Cənubda üstündə yaĢadığınız çox da böyük olmayan torpaq parçasıdır. Amma elə
bu da kifayətdir”. Andersonun bu sözləri gənc yazıçının gələcək tale yolunu müəyyən edib.
Folkner “öz dünyasını” yaratmağa çalıĢarkən Amerika ədəbi ənənələri tarixinin ABġ-ın
öz tarixi kimi qısa olduğunu kəskin surətdə hiss edir və buna görə də inadla bu qısa və dar
çərçivə daxilində hər bir faktı geniĢ tarixi perspektivdə inkiĢaf etdirməyə, hər bir epizodu
keçmiĢə və gələcəyə doğru geniĢləndirməyə çalıĢır. Bir amerikalı haqda sadəcə bir əhvalatı
danıĢmaq kifayət etmir, çünki onun həyatının hər anında bütün keçmiĢi – və ola bilsin ki,
gələcəyi də – öz ifadəsini tapmazsa, haqqında deyilən heç bir həqiqət tam həqiqət olmayacaq.
7
Burnunun ucunda tapdığı “öz dünyasını” yaratmağa baĢlayarkən Folknerin heç bir ilkin
ümumi planı olmamıĢıdır. Yoknapatofa saqası bir, yaxud bir-birinə cəlpəĢik bir neçə ağac kimi
tədricən boy atıb böyümüĢdür. Bu silsilədən olan ilk roman – “Sartoris” (1929) ġervud
Andersona ithaf edilmiĢdir. Bunun ardınca elə həmin ildə tamam ayrı bir əsər kimi iĢıq üzü
görən “Hay-küy və qəzəb” romanı müəyyən vaxtdan – bu romanın personajları olan Snoupslar
yazıçının sonrakı kitablarında Sartorislərlə təmasa, daha doğrusu, münaqiĢəyə girdikdən sonra –
saqanın tərkib hissəsinə çevrilmiĢdir. Artıq yazıb bitirmiĢ olduğu bəzi romanlarını isə saqaya
daxil etmək üçün Folkner yenidən iĢləmiĢdir. Yeri gəlmiĢkən, o, bəzi hallarda bunun üçün heç
bir səy göstərməmiĢ, həmin romanlar arasında meydana çıxan ziddiyyətləri görməmiĢ, yaxud
görmək istəməmiĢ və bunun özünü belə, özünəməxsus Ģəkildə, canlı, təbii inkiĢaf hesab etmiĢdir.
“Əsgər mükafatı”, “Pilon” (1935) və s. kimi bəzi əsərləri isə, ümumiyyətlə, bu
silsilədən kənarda qalmıĢdır.
Yazıçının Yoknapatofa saqasına daxil olan baĢlıca romanları bunlardır: “Mən öləndə”
(1930), “Məbədgah” (1931), “Avqustda iĢıq” (1932), “Avessalom, Avessalom” (1936), “Kənd”
(1940), “ġəhər” (1957), “Malikanə” (1959). Onun bu silsiləyə aid edilən çoxlu povest və
hekayələri də mövcuddur.
Folknerin personajları özünəməxsus bir həyat yaĢayır. Onlar bir əsərdən o birinə köçür,
bəzən ikiləĢir, bəzən də əksinə, bir Ģəxsdə birləĢir, yaxud bir personajın adı altında növbəti, daha
doğrusu, sonrakı əsərlərdə baĢqa bir personaj çıxıĢ edir. Bəzi hallarda Folkner bu keçid və
çevrilmələrin səbəbini göstərsə də, bir çox hallarda onları izahsız buraxmıĢdır.
Bütün bunların, əlbəttə ki, izahı vardı. Daha doğrusu, Folknerin kitablarında baĢ verən
hadisələrin məhz o cür baĢ verməsini Ģərtləndirən nəsə çox güclü – hər Ģeyi əhatə edən, hər Ģeyə
sirayət edə bilən bir düĢüncə mövcud idi. Bu düĢüncə bütün baĢ verənlərin son dərəcə mürəkkəb,
izahedilməz və haqlını haqsızdan ayırmağın, xüsusilə də insanı bu və ya digər hərəkətə sövq
edən motivi müəyyən etməyin xeyli çətin olması ilə bağlı idi. Eyni zamanda, bu əsərlərdə
yazıçının belə bir Ģəxsi təsəvvürü, Ģəxsi qənaəti də özünü son dərəcə aydın Ģəkildə büruzə verir:
Ġnsan hansısa irsi, tarixi və artıq silinməsi heç cür mümkün olmayan lənət damğası nəticəsində
ġəri daim öz içində yaĢadır, özündə daĢıyır. Onun personajları özlərini doğma torpağa bağlı hiss
edir, onu özününkü sayır, amma bununla belə, qəlblərinin ən dərin guĢəsində bilirlər ki, bura
gəlmədirlər, baĢqalarının hüquqlarını qəsb ediblər. Bu hiss bir amerikalı kimi Ģəxsən yazıçının
özü üçün də yad deyildi.
Folknerin əsərləri ilk vaxtlar həm oxucular, həm də ədəbi tənqid tərəfindən heç də asan
qəbul olunmayıb. Ümumiyyətlə, Folknerlə oxucu ictimaiyyəti və ədəbi tənqid arasındakı
münasibət ayrı bir mövzudur, bu mövzunun öz paradoksları var. Belə ki, Folkner, sanki, bütün
ömrü boyu ədəbi tənqidə qarĢı düĢmən mövqedə olub, ancaq son nəticədə məhz ədəbi tənqid,