10
istiqamətində düĢünülmüĢ səylərin nəticəsimi, yoxsa təbii Ģəkildə meydana çıxan, bu səbəbdən
də yazıçının ondan heç cür qaça bilmədiyi bir Ģeymi olduğunu soruĢanda o, belə cavab
vermiĢdir: “Mən deyərdim ki, üslub zərurətin, qaçılmaz tələbatın nəticəsidir… Ġnsan bilir ki,
əbədi yaĢaya bilməz, həyat çox qısadır. Bununla belə, onun qəlbi, ürəyi hansısa ümumbəĢəri bir
həqiqəti ifadə etmək, bildirmək arzusu ilə alıĢıb-yanır. Doğrudur, o, ona ayrılan ömrün qısalığını
da daim dərk edir. Mənim timsalımda da hər Ģeyi bir cümləyə sığıĢdırmaq cəhdini məhz bu izah
edə bilər, çünki ola bilsin ki, ikinci cümləni yazmaq imkanı bir də ələ düĢməsin”.
Folkner yaradıcılığı ilə ilk dəfə geniĢ Ģəkildə bu kitab vasitəsilə tanıĢ olacaq
Azərbaycan oxucusu da yazıçının orijinal üslub və ifadə tərzini, həmçinin qrammatik
eksperimentlərini (bəzi hallarda, xüsusilə də düĢüncənin alt qatlarında baĢ verən prosesləri
göstərən kursivlərdə durğu iĢarələrindən və baĢ hərflərdən imtina etməsini) anlamaqda, qəbul
etməkdə, ola bilsin ki, müəyyən çətinlik çəksin. Biz onlara yalnız səbirli olmağı, hər bir əsəri
sonadək və diqqətlə oxumağı tövsiyə edə bilərik.
Tehran Vəliyev
11
AVQUST ĠġIĞI
roman
1
Yolun qırağında oturub, yamacla üzüyuxarı, ona sarı dırmaĢan arabaya baxa-baxa Lina
fikirləĢir: “Ta Alabamadan gəlirəm; uzun yolmuĢ. Düz Alabamadan buracan pay-piyada. Çox
uzun yolmuĢ.” FikirləĢir yola çıxdığım heç bircə ay deyil, artıq Missisipiyə çatmışam, ömrümdə
evdən bu qədər uzaqda olmamışam. On iki yaşımdan bəri heç Dounun taxta-şalban zavodundan
da bu qədər uzağa yolum düşməyib.
Atası ilə anası vəfat etməmiĢdən əvvəl heç Dounun taxta-Ģalban zavodunda da olmamıĢdı,
hərçənd ildə yeddi-səkkiz dəfə, özü də ancaq Ģənbə günləri arabada qəsəbəyə gedərdi; əynində
poçtla gətirilmiĢ don olardı, yalın ayaqlarını arabanın içində gizlədər, ayaqqabılarını isə kağıza
büküb oturacaqda yanına qoyardı. O ayaqqabıları bir də qəsəbənin lap girəcəyində geyinərdi.
Bir az böyüyəndən sonra isə qəsəbəyə çathaçatda atasından xahiĢ edib arabanı saxlatdırar, yerə
düĢər və piyada gedərdi. Nə üçün arabada yox, piyada getmək istədiyinin səbəbini atasına
deməzdi. Atası da elə bilərdi ki, hamar küçələrdə, səkilərdə piyada getmək qızının xoĢuna gəlir.
Lakin belə deyildi; Lina o vaxt elə bilirdi ki, piyada getsə, yolda görənlər və yanından ötüb
keçənlər onun da Ģəhərdə yaĢadığını güman edəcəklər.
On iki yaĢında ikən atası ilə anası eyni ilin yayında, üç otaqdan və bir dəhlizdən ibarət olan,
pəncərələri torsuz, ağacdan tikilmiĢ evlərində, baĢına çoxlu cücü yığıĢmıĢ ağ neft lampasının
iĢıqlandırdığı, yalın ayaqların tapdağından döĢəməsi qədim gümüĢ sikkəsi kimi pardaxlanıb
hamarlanmıĢ bir otaqda bu dünyadan köçdülər. Lina sağ qalmıĢ övladların ən kiçiyi idi. Birinci
anası öldü. Öləndə dedi ki, “Atandan muğayat ol”. Lina elə də elədi. Sonra günlərin birində atası
ona dedi: “Mak-Kinli ilə Dounun taxta-Ģalban zavoduna gedəcəksən. Nəyin var, yır-yığıĢ elə, o
gələnəcən yola hazır ol”. Sonra o da öldü. Mak-Kinli – qardaĢı arabada gəldi. Atalarını kənd
kilsəsinin arxasındakı meĢəlikdə basdırdılar, Ģam ağacından baĢdaĢı qoydular. Səhəri gün tezdən
o, arabada, Mak-Kinli ilə birlikdə həmiĢəlik – bəlkə də, o vaxt o bunu baĢa düĢmürdü – Dounun
taxta-Ģalban zavoduna yola düĢdü. Araba özgəninki idi, qardaĢı onu axĢamacan qaytaracağına
söz vermiĢdi.
QardaĢı taxta-Ģalban zavodunda iĢləyirdi. Kəndin bütün kiĢiləri bu zavodda, yaxud da
onunla bağlı iĢlərdə çalıĢırdılar. MeĢələrdəki Ģam ağaclarını qırırdılar. Yeddi il idi qırırdılar və
yeddi il də qırandan sonra ətrafdakı meĢələrin tamam kökünü kəsəcəkdilər. Və onda bu zavodu
iĢlədənlərin, onun hesabına və onun sayəsində yaĢayanların çoxu buradakı texnikanın bir
qismini söküb yük qatarlarına yükləyəcək, bu yerləri tərk edəcəkdilər. Ancaq avadanlıqların
12
çoxu elə yerindəcə atılıb qalacaqdı – çünki yenisini həmiĢə möhlətlə satın almaq mümkündür –
və cilik-cilik olmuĢ kərpic qalaqlarının və ya xırım-xırçın qara daĢ yığınlarının üstünə atılıb
qalmıĢ iri dəmir çarx kimsəsiz, yetim məxluq kimi adamın gözünə girəcəkdi; içi-içalatı çıxarılıb
təmizlənmiĢ qazanlar daha əkilməyən, malalanmayan, kör-kötük basmıĢ, narın, rütubətli payız və
Ģiddətli yaz yağıĢlarının sinəsinə qırmızı Ģırımlardan çalın-çarpaz dağ çəkdiyi ölü sükutuna qərq
olmuĢ çöllük üzərində öz paslanmıĢ və tüstüsü çıxmayan borularını inadla, pərtlik və çaĢqınlıq
içərisində göyə yüksəldəcəklər. Bax onda – bağırsaq qurdlarının sorub əldən saldığı saxta,
qondarma varislər, hətta ən yaxĢı günlərində belə adı poçt idarələrinin salnamələrinə düĢməyən
bu kəndin evlərini söküb aparanda, onları soba və ocaqlarda yandıranda heç onun adını da
xatırlamayacaqlar.
Lina buraya gələndə kənddə cəmi beĢcə ev qalmıĢdı. Bu beĢcə evdən savayı burada
dəmiryolu və bir stansiya da vardı, hər gün yük və sərniĢin vaqonları qarıĢıq bir qatar nərildəyə-
nərildəyə o stansiyadan gəlib keçirdi. O qatarı qırmızı bayraqla saxlatmaq olardı, lakin adətən o,
var-yoxu talan edilmiĢ təpələrin arasından kölgətək qəfil peyda olur və qulyabanı kimi bağıra-
bağıra, hələ kənd ola bilməmiĢ və sapdan qırılıb düĢmüĢ tənha muncuğu xatırladan bu
kəndciyəzdən yan keçirdi. QardaĢı ondan iyirmi yaĢ böyük idi. Onu öz yanına aparmağa gələndə
Lina heç onun sifətini də yaxĢı xatırlamırdı. QardaĢı dördotaqlı, ağardılmamıĢ bir evdə
iĢləməkdən və doğmaqdan tamam əldən düĢmüĢ arvadı ilə bir yerdə yaĢayırdı. Hər ilin, demək
olar ki, yarıdan çoxunu qardaĢı arvadı ya hamiləlik keçirərdi, ya da zahılıqdan dirçələrdi. Həmin
vaxtlar Lina həm bütün ev iĢlərini görər, həm də o biri körpələrə qulluq edərdi. Bir müddət sonra
isə öz-özünə bunu deməli oldu: “Yəqin, elə buna görə də bu tezliynən özüm də birini qazandım”.
Lina evin arxa tərəfində sonradan tikilmiĢ otaqda yatırdı. Bu otağın bircə pəncərəsi vardı və
orada əvvəlcə qardaĢının böyük oğlu, sonra iki böyük oğlu, daha sonra isə üç böyük oğlu ilə bir
yerdə yatdığı üçün istər-istəməz onu qaranlıqda səssiz-səmirsiz açıb-örtməyi öyrəndi. Ġlk dəfə o
pəncərəni, burada səkkiz il yaĢayandan sonra açmıĢdı. Və heç onca dəfə açıb-örtməmiĢ baĢa
düĢdü ki, gərək onu, ümumiyyətlə, heç açmayaydı. Öz-özünə dedi: “Görünür, alnıma belə
yazılıbmıĢ”.
QardaĢı arvadı ərinə xəbər verdi. O yalnız bundan sonra bacısının vəziyyətindəki
dəyiĢikliyə diqqət yetirdi, hərçənd bunu əvvəl də sezə bilərdi. QardaĢı çox sərt adam idi.
ÜrəyiyumĢaqlıq, mehribanlıq, cavanlıq (artıq qırx yaĢı olardı) və demək olar ki, hər cür hissiyyat
onun canından tərlə birlikdə çoxdan çıxıb yox olmuĢdu; onda inadcıl, ümidsiz dözümlülükdən,
bir də dəlisov nəsil təkəbbürlülüyündən savayı heç nə qalmamıĢdı. Bacısını “fahiĢə” deyə söydü.
Təqsirkarın kim olduğunu dəqiq baĢa düĢmüĢdü (cavan subayların, taxta-Ģalban donjuanlarının
sayı kənddəki ailələrin sayından da az idi), lakin bacısı boynuna almadı, halbuki, həmin təqsirkar
yarım il qabaq kəndi tərk etmiĢdi. Lina özünün dözümlü, möhkəm sədaqət hissinin son