13
ehtiyatını sərf edərək, sarsılmadan, qoyun kütlüyü ilə dönə-dönə yalnız bu sözləri təkrar edirdi:
“O məni yanına çağıracaq. Dedi ki, məni yanına çağıracaq”. Lukas Börç kimiləri də öz
niyyətlərini məhz bu cür möhkəm sədaqət hissinə hesablayırlar, lakin buna ehtiyac duyulanda
heç cür quyruqlarını ələ vermək istəmirlər. Ġki həftədən sonra o, yenə də pəncərəni açıb bayıra
çıxmalı oldu. Bu dəfə çox çətinliklə çıxa bildi. “Əvvəllər də belə çətin olsaydı, yəqin ki, bu gün
bu pəncərədən çıxmağa ehtiyac qalmazdı”, – deyə düĢündü. Günün günorta çağı qapıdan da
çıxıb gedə bilərdi. Heç kim onu saxlamayacaqdı. Bəlkə, özü də bunu baĢa düĢürdü. Ancaq məhz
gecə vaxtı, həm də pəncərədən çıxıb getmək qərarına gəlmiĢdi. Özü ilə palma yarpaqlarından
düzəldilmiĢ yelpik və səliqə ilə yaylığına bükdüyü yol bağlaması götürmüĢdü. Bu bağlamada
baĢqa Ģeylərlə yanaĢı beĢ və on sentliklərdən ibarət otuz beĢ sent pul da vardı. Ayağındakı
ayaqqabılar qardaĢınınkıydı, ona bağıĢlamıĢdı. Çox az geyilmiĢdi, çünki yayda onların heç biri
ayaqqabıda gəzmirdi. Lina ayaqları altındakı yolun toz-torpaqlı olduğunu hiss eləyəndə onları
çıxarıb əlinə aldı.
Düz bir ay idi ki, beləcə, ayaqyalın yol gəlirdi. Dörd həftəydi gəldiyi bu yol və Ģüuruna
həkk olunmuĢ uzaq anlayıĢı, sanki, dava-Ģavasız, dinc, xoĢnud bir dəhlizi andırırdı; bu dəhliz
yerindən laxlamayan, toxtaq sədaqət daĢları ilə döĢənmiĢ, xeyirxah, adsız sifətlər və səslərlə dolu
idi: Lukas Börç? Tanımıram. Bu ətrafda o adda adam yoxdur. Bu yolmu? Pokahontasa gedir.
Ola bilsin. Bax o araba, axıracan olmasa da, o tərəfə gedir. Yolun bir azını onunla gedə
bilərsən; və budur, sakitcə, heç nəyə məhəl qoymadan bir-birini əvəzləyən gecə və gündüzlərin
uzun, yeknəsəq sırası indi yerə düĢmüĢ yumaq kimi üzügeriyə çözələnir; o, allah bilir kimlərinsə,
adlarını bilmədiyi, üzlərini belə xatırlamadığı adamların bir-birinə bənzəyən arabalarında –
sanki, yağsız təkərləri zəif səslə cırıldayan avatarlarda bu gecə-gündüzləri qət etmiĢ, qədim
yunan vazalarının üstündəki rəsmlərdə olduğu kimi, irəliyə bir addım belə atmadan əbədi
hərəkətdə olmuĢdu.
Araba yoxuĢla üzüyuxarı ona sarı qalxır. O bu arabanı buradan bir mil arxada ötüb
keçmiĢdi. Araba yolun kənarında dayanmıĢdı, qatırlar üzü Linanın getdiyi tərəfə elə
boyunduruqdaca mürgüləyirdilər. Lina arabanı da gördü, hasarın o tayında, sarayın böyründə
çömbəlib oturan iki kiĢini də. O onlara – həm arabaya, həm də kiĢilərə eyni anda və bircə dəfə
gözünün ucuyla yığcam, cəld, sadəlövh və bəsirətli baxıĢla nəzər saldı. Amma ayaq saxlamadı,
çox güman ki, hasarın o tayındakı kiĢilər Linanın onlara və arabaya tərəf baxdığını heç hiss
etmədilər də. Lina da bir daha dönüb geriyə baxmadı. Ayaqqabılarının açıq bağları topuqlarına
dolaĢa-dolaĢa, arxayın və ləng addımlarla onlardan bir mil uzaqlaĢıb, təpəyə çatana qədər yoluna
davam etdi. Burada çox da dərin olmayan arxın qırağında oturdu, ayaqqabılarını çıxarıb,
ayaqlarını aĢağı salladı. Bir az keçəndən sonra arabanın səsini eĢitdi. Əvvəlcə onun səsi gəldi,
sonra isə özü göründü: yoxuĢla aram-aram üzüyuxarı qalxırdı.
14
YağlanmamıĢ, qupquru qurumuĢ ağacla metal bir-birinə sürtünərək tənbəl-tənbəl, aramla
cırıldayır və Ģaqqıldayır: qulaqları cingildədən bu Ģaqqıltılar isti avqust günortasının turĢumuĢ
bihuĢluğu və sükutu içərisində yarım mil uzağa yayılır. Qatırlar özlərini unutmuĢ kimi, ləhləyə-
ləhləyə aramla irəliləsələr də, araba, sanki, yerindən tərpənmir. O qədər ağır hərəkət edir ki, elə
bil, əbədi olaraq yerindəcə donub, yolun qırmızımtıl ipəyi üzərində parıltısız muncuq kimi
yoxuĢun ortasından asılıb qalıb. O qədər ağır hərəkət edir ki, ona dikilən baxıĢ onun obrazını
tutub saxlaya bilmir. Və gözün gördükləri gecəylə gündüzün dinc, yeknəsəq növbələĢməsilə
eyniləĢən yolun özü kimi, uzunluğu artıq ölçülüb qurtaran və təzədən qarqaraya sarınan sap kimi
yuxulu-yuxulu süzülür, bir-birinə qarıĢır. Nəhayət, o qədər ağır hərəkət edir ki, sanki, hansısa
məsafə deyil, nəsə ondan da böyük bir Ģey qədər uzaqda olan bir yerdən gələn bu boĢ və
əhəmiyyətsiz, xəfif, qeyri-adi, heç bir məna kəsb etməyən səs öz cismindən yarım mil aralıda
gəziĢən ruhu xatırladır. “Gözümün görmədiyi, qulağımın eĢitdiyi qədər uzaqda” – Lina düĢünür.
Özü haqda hələ də arabada yol gedirmiĢ kimi düĢünür. DüĢünür sonra mənə elə gələcək ki,
arabaya burda, gözlədiyim yerdə, o mənə gəlib çatanda yox, orda, yarım mil qabaqda
minmişəm, irəlidə, ondan düşəndən sonra da o hələ yarım mil mənimlə gedəcək Artıq arabaya
sarı baxmadan gözləyir, adsız mehriban sifətlər və səslərlə dolu düĢüncəsi isə boĢ-boĢuna,
sürətlə, rəvancasına axıb gedir: Lukas Börç? Deyirsən, Pokahontasda soruşmusan? Bu yolmu?
Sprinqveylə gedir. Burda bir az gözlə. Bir azdan o tərəfə gedən araba olacaq, getdiyi yerəcən
səni aparar FikirləĢir: “Əgər bu araba Ceffersonun özünə qədər gedirsə, Lukas məni
görməmiĢdən qabaq eĢidəcək. Arabanın səsini eĢidəcək, amma bilməyəcək. Buna görə də mən
onun üçün gəldiyini görməmiĢdən əvvəl eĢitdiyi bir adam olacam. Sonra isə məni görüb
həyəcanlanacaq. Yadına salmağa macal tapmamıĢ iki adamı birdən görəcək”.
Uinterbotomun at tövləsinin kölgəsində çömbəlib oturan Armstidlə Uinterbotom onu
yoldan keçərkən gördülər; gənc, hamilə və gəlmə olduğunu dərhal anladılar.
– Görən, o qarnındakı hardandı belə? – Uinterbotom dedi.
– Görən o, bu yükünən çoxmu uzaqdan gəlir? – Armstid dedi.
– Yəqin, o tərəflərdə kimlərəsə qonaq gəlib, – Uinterbotom dedi.
–Yox deyəsən. Elə bir Ģey olsaydı, eĢidərdim. Biz tərəflərdə də onun heç kəsi olmamalıdı.
Olsaydı eĢidərdim.
– BoĢ-boĢuna gəzənə də oxĢamır, – Uinterbotom dedi. –YeriĢi o yeriĢ deyil.
– Bu vəziyyətdə təkbaĢına çox gəzə bilməz, tezliynən ona da bir yol yoldaĢı tapılar, –
Armstid dedi. Qadın yavaĢ-yavaĢ uzaqlaĢdı, qarnındakı yükü açıq-aĢkar bilinirdi. Əynində
günəĢdən yanıb solmuĢ xələt, əlində palma yelpiyi və bir bağlama vardı. Yanlarından keçərkən,
sanki, onlar tərəfə heç baxmadı da. – Buralardan, yaxın yerlərdən gələnə oxĢamır, – Armstid