8
daha doğrusu, ayrı-ayrı tənqidçilər onun əsərlərini təqdim və izah etməklə bu yazıçı ilə oxucular
arasında körpü yarada biliblər.
Bir müddət, 1930–40-cı illərdə Folkner həqiqətən, sanki, təcrid vəziyyətində qalır.
Onun əvvəlki kitabları təkrar nəĢr olunmur. Özünün də dediyi kimi, həmin dövrdə Folkner
Hollivudda “xaltura” ilə – ssenari, hətta onları da tam Ģəkildə deyil, yalnız dialoqlarını yazmaqla
– məĢğul olur, bu yolla pul qazanır: bu “film fabrikində” süjetlərin hazırlanması baĢqalarına
həvalə edilmiĢdi. Həmin dövr Folkner yaradıcılığı üçün çox ağır keçir: 1942–1948-ci illər
ərzində onun cəmi üç hekayəsi çap olunur.
Lakin məhz həmin dövrdə baĢ verən daha bir görüĢ Folknerin sonrakı ədəbi taleyinə
ciddi təsir göstərir. Təcrübəli ədəbiyyatĢünas, tənqidçi və nəĢriyyat məsləhətçisi Malkolm Kauli
40-cı illərin ortalarında müasir Amerika nəsr ustalarının bircildliklərindən ibarət seriya tərtib
etməyə baĢlayır. Folknerin çoxdankı pərəstiĢkarı kimi o bu seriyaya onun da bircildliyini daxil
etmək qərarına gəlir və nəĢriyyat rəhbərliyinin bu təklifə rəğbətlə yanaĢmadığını görüb
təəccüblənir. Kitab ticarəti və kitabxana kataloqlarında yazıçının əsərlərinin adına rast
gəlməyəndə tamam çaĢ-baĢ qalır. Ancaq öz fikrindən dönmür. Əvvəlcə yazıçının özü ilə
yazıĢmağa baĢlayır və tədricən həm onu, həm də nəĢriyyat rəhbərliyini belə bir cildin nəĢrinin
gərəkli olduğuna inandıra bilir.
Bu cild, nəhayət ki, 1946-cı ildə nəĢr olunur. Həmin kitab dərhal uğur qazanmasa da,
mətbuatda çıxan yazıların, o cümlədən tanınmıĢ yazıçı, Ģair və tənqidçi Robert Penn Uorrenin
məqalələri sayəsində bir müddət sonra Folknerə geniĢ Ģöhrət gətirir. Yeri gəlmiĢkən, bu günə
kimi təkrar-təkrar nəĢr olunan həmin bircildlik, Folknerin əsərləri məcburi qaydada universitet
proqramlarına daxil edildikdən sonra baĢlıca tədris vəsaitinə çevrilmiĢdir.
1948-ci ildə iĢıq üzü görən “Meyiti murdarlayanlar” romanı isə onunla oxucular
arasındakı buzu birdəfəlik əridir. Bu roman “Məbədgah”ın nəĢrindən (1931) sonra ona az və ya
çox dərəcədə kütləvi uğur qazandıran ilk əsər olur. Bu yeni romanında Folkner irqçiliyi on altı
yaĢlı bir yeniyetmənin gözləri ilə nəzərdən keçirir. Ġrqçi mühitdə böyüyən və istər-istəməz onun
bütün mənfi xüsusiyyətlərini özündə daĢıyan bu yeniyetmə sonda bir zəncini haqsız yerə daĢ-
qalaq olunmaqdan xilas edərək insani ləyaqət və cəsarət nümayiĢ etdirir.
1949-cu ildə bu roman əsasında film çəkilir və buradakı kütləvi səhnələrə Oksford
Ģəhərinin sakinləri, o cümlədən, yazıçının uĢaqkən Ģahidi olduğu Linç məhkəmələrinin bilavasitə
iĢtirakçıları da cəlb olunur. Beləliklə, Folkner öz əsərlərində meydana çıxardığı problemlərin nə
qədər dərin, amansız və dəhĢətli olduğunu bir daha əyani surətdə görür: linç vəhĢiliyini bir
vaxtlar əməli Ģəkildə həyata keçirənlər indi bu filmdə özlərini çox böyük həvəslə oynayırdılar.
1948-ci ildə Folkneri Amerika Ədəbiyyat və Ġncəsənət Akademiyasına üzv seçirlər. Bir
il sonra isə Amerikada ona ilk ədəbiyyat mükafatı verilir. Eyni zamanda, yazıçı xarici ölkələrdə
9
də geniĢ tanınmağa baĢlayır. Burada qazandığı Ģöhrətin səbəbləri isə baĢqa idi. Amerika
hüdudlarından kənarda Folkner əvvəlcə Fransada tanınmıĢdır. Bunda Alber Kamyu və Jan-Pol
Sartrın müəyyən əməyi olmuĢdur.
1950-ci ildə isə Folkner “müasir Amerika romanının inkiĢafına verdiyi özünəməxsus
yaradıcı töhfələrə görə” Nobel mükafatına layiq görülür.
Folkner ömrünün son on ilini öz mövzularının bir çoxunu yenidən nəzərdən keçirmək
və onları yekunlaĢdırmaqla məĢğul olur. Onun yaradıcılıq yolunun ən layiqli yekunu 1940-cı
ildə “Kənd” romanı ilə baĢlayan, 1957-ci ildə “ġəhər” romanı ilə davam etdirilən trilogiyanın
baĢa çatdırılmasıdır. Bu trilogiyanın sonuncu hissəsi olan “Malikanə” romanı formal olaraq heç
də yazıçının son əsəri deyil (ölümündən bir ay əvvəl onun “Oğrular” romanı çapdan çıxmıĢdır).
Ancaq “Malikanə” yazıçının bütün ömrü boyu ifadə etməyə çalıĢdığı bir çox Ģeyi özündə
cəmləĢdirmiĢdir: insan düĢdüyü Ģəraitlə, özüylə mübarizədə necə davam gətirə bilər.
Romanda öz ifadə tərzinə görə dünya ədəbiyyatının ən parlaq səhifələri ilə bir sırada
dayana biləcək gözəl bir epizod var. Əsərin qəhrəmanlarından biri – fağır, əqlən zəif, primitiv,
amma özünə görə ləyaqətli adam olan Mink Snoups həbsxanada otuz il yatıb çıxdıqdan sonra
yorğun-arğın, heydən düĢmüĢ halda Nuh əyyamından qalma, paslı, cəmi bircə gülləsi olan
tapança ilə ona xəyanət edən Flem Snoupsu öldürməyə gedir. O inanır ki, “Onlar” – yəni ilahi
ədalət qüvvələri onu pis vəziyyətdə qoymayacaqlar, onların buna ixtiyarı yoxdur və Minklə
bərabər oxucu da bu son ədalət ümidinə inanmağa baĢlayır.
Folkner o yazıçılar sırasına daxildir ki, onların əsərləri dərhal deyil, tədricən, illər
ötdükcə mənimsənilir, qavranılır. Bu heç də təkcə oxucunun yaĢından yox, həm də onun
əsərlərinin əsl bədii dəyərinin, bədii həqiqətinin aĢkarlanmasını, üzə çıxarılmasını obyektiv
Ģəkildə Ģərtləndirən zamandan asılıdır. Yuxarıda da qeyd edildiyi kimi, Folknerin əsərləri ilk
vaxtlar heç də rəğbətlə qarĢılanmamıĢdır. Onun ötən əsrin 30-cu illərində yazdığı “Sartoris”,
“Hay-küy və qəzəb”, “Avqustda iĢıq”, “Avessalom, Avessalom” kimi ədəbi-bədii dəyərləri
baxımından ən güclü və orijinal romanları yalnız 50-ci illərdən baĢlayaraq əsl qiymətini almağa
baĢlamıĢdır. Bu mənada onların taleyi Avropada daha uğurlu olub.
Folknerin bu cür gec, çətin qavranılmasının baĢlıca səbəbi onun hər cür standartlardan,
hamı tərəfindən qəbul edilmiĢ stilistik priyomlardan uzaq, ilk baxıĢdan qarma-qarıĢıq forma
təsiri bağıĢlayan orijinal təhkiyə üslubunun mürəkkəbliyidir. Bu üslub ilk dövrlərdə o qədər yeni
və anlaĢılmaz görünmüĢdür ki, onun bir əsərini üç dəfə oxuduqdan sonra belə baĢa düĢmədiyini
bildirən oxuculara yazıçı onu dördüncü dəfə oxumağı məsləhət görmək məcburiyyətində
qalmıĢdır. Bir çox söhbətlərində və müsahibələrində Folkner hazırlıqsız oxucunu mat
vəziyyətində qoyan bədii metodu və üslubunu izah etməyə çalıĢmıĢdır. Bir dəfə Yaponiyada
yazıçıdan onun bu mürəkkəb üslubunun, nəsr sahəsində cürbəcür yeni formalar axtarıĢı