Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə5/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   2   3   4   5   6   7   8   9   ...   192

 

10 


istiqamətində  düĢünülmüĢ  səylərin  nəticəsimi,  yoxsa  təbii  Ģəkildə  meydana  çıxan,  bu  səbəbdən 

də  yazıçının  ondan  heç  cür  qaça  bilmədiyi  bir  Ģeymi  olduğunu  soruĢanda  o,  belə  cavab 

vermiĢdir:    “Mən  deyərdim  ki,  üslub  zərurətin,  qaçılmaz  tələbatın  nəticəsidir…  Ġnsan  bilir  ki, 

əbədi yaĢaya bilməz, həyat çox qısadır. Bununla belə, onun qəlbi, ürəyi hansısa ümumbəĢəri bir 

həqiqəti ifadə etmək, bildirmək arzusu ilə alıĢıb-yanır. Doğrudur, o, ona ayrılan ömrün qısalığını 

da daim dərk edir. Mənim timsalımda da hər Ģeyi bir cümləyə sığıĢdırmaq cəhdini məhz bu izah 

edə bilər, çünki ola bilsin ki, ikinci cümləni yazmaq imkanı bir də ələ düĢməsin”.  

Folkner  yaradıcılığı  ilə  ilk  dəfə  geniĢ  Ģəkildə  bu  kitab  vasitəsilə  tanıĢ  olacaq 

Azərbaycan  oxucusu  da  yazıçının  orijinal  üslub  və  ifadə  tərzini,  həmçinin  qrammatik 

eksperimentlərini  (bəzi  hallarda,  xüsusilə  də  düĢüncənin  alt  qatlarında  baĢ  verən  prosesləri 

göstərən  kursivlərdə  durğu  iĢarələrindən  və  baĢ  hərflərdən    imtina  etməsini)  anlamaqda,  qəbul 

etməkdə,  ola  bilsin  ki,  müəyyən  çətinlik  çəksin.  Biz  onlara  yalnız  səbirli  olmağı,  hər  bir  əsəri 

sonadək və diqqətlə oxumağı tövsiyə edə bilərik. 

                                                                                             

 

                                                                                             Tehran Vəliyev                                                                



 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

11 


                                                                             AVQUST  ĠġIĞI 

                                                                                                           roman 



 

 



Yolun  qırağında  oturub,  yamacla  üzüyuxarı,  ona  sarı  dırmaĢan  arabaya  baxa-baxa  Lina 

fikirləĢir:  “Ta  Alabamadan  gəlirəm;  uzun  yolmuĢ.  Düz  Alabamadan  buracan  pay-piyada.  Çox 

uzun yolmuĢ.” FikirləĢir yola çıxdığım heç bircə ay deyil, artıq Missisipiyə çatmışam, ömrümdə 

evdən bu qədər uzaqda olmamışam. On iki yaşımdan bəri heç Dounun taxta-şalban zavodundan 

da bu qədər uzağa yolum düşməyib. 

Atası ilə anası vəfat etməmiĢdən əvvəl heç Dounun taxta-Ģalban zavodunda da olmamıĢdı, 

hərçənd ildə  yeddi-səkkiz dəfə, özü də ancaq Ģənbə günləri  arabada qəsəbəyə gedərdi; əynində 

poçtla gətirilmiĢ don olardı,  yalın  ayaqlarını arabanın  içində gizlədər, ayaqqabılarını  isə kağıza 

büküb  oturacaqda  yanına  qoyardı.  O  ayaqqabıları    bir  də  qəsəbənin  lap  girəcəyində  geyinərdi. 

Bir az  böyüyəndən sonra  isə  qəsəbəyə  çathaçatda atasından xahiĢ edib  arabanı  saxlatdırar,  yerə 

düĢər  və  piyada  gedərdi.  Nə  üçün  arabada  yox,  piyada  getmək  istədiyinin  səbəbini  atasına 

deməzdi. Atası da elə bilərdi ki, hamar küçələrdə, səkilərdə piyada getmək qızının xoĢuna gəlir. 

Lakin  belə  deyildi;  Lina  o  vaxt  elə  bilirdi  ki,  piyada  getsə,  yolda    görənlər  və  yanından  ötüb 

keçənlər onun da Ģəhərdə yaĢadığını güman edəcəklər. 

On iki yaĢında ikən atası ilə anası eyni ilin yayında, üç otaqdan və bir dəhlizdən ibarət olan, 

pəncərələri  torsuz,  ağacdan  tikilmiĢ  evlərində,  baĢına  çoxlu  cücü  yığıĢmıĢ  ağ  neft  lampasının 

iĢıqlandırdığı,  yalın  ayaqların  tapdağından  döĢəməsi  qədim  gümüĢ  sikkəsi  kimi  pardaxlanıb 

hamarlanmıĢ bir otaqda bu dünyadan köçdülər. Lina sağ qalmıĢ övladların ən kiçiyi idi. Birinci 

anası öldü. Öləndə dedi ki, “Atandan muğayat ol”. Lina elə də elədi. Sonra günlərin birində atası 

ona dedi: “Mak-Kinli ilə Dounun taxta-Ģalban zavoduna gedəcəksən. Nəyin var, yır-yığıĢ elə, o 

gələnəcən  yola  hazır  ol”.  Sonra  o  da  öldü.  Mak-Kinli  –  qardaĢı  arabada  gəldi.  Atalarını  kənd 

kilsəsinin arxasındakı meĢəlikdə basdırdılar, Ģam ağacından baĢdaĢı qoydular. Səhəri gün tezdən 

o, arabada, Mak-Kinli ilə birlikdə həmiĢəlik – bəlkə də, o vaxt o bunu baĢa düĢmürdü – Dounun 

taxta-Ģalban  zavoduna  yola  düĢdü.  Araba  özgəninki  idi,  qardaĢı  onu  axĢamacan  qaytaracağına 

söz vermiĢdi. 

QardaĢı  taxta-Ģalban  zavodunda  iĢləyirdi.  Kəndin  bütün  kiĢiləri  bu  zavodda,  yaxud  da 

onunla  bağlı  iĢlərdə çalıĢırdılar. MeĢələrdəki  Ģam  ağaclarını qırırdılar. Yeddi  il  idi qırırdılar  və 

yeddi il də qırandan sonra  ətrafdakı meĢələrin  tamam kökünü  kəsəcəkdilər. Və onda bu zavodu 

iĢlədənlərin,    onun  hesabına  və    onun  sayəsində  yaĢayanların  çoxu  buradakı  texnikanın    bir 

qismini  söküb  yük  qatarlarına  yükləyəcək,  bu  yerləri  tərk  edəcəkdilər.  Ancaq    avadanlıqların 




 

12 


çoxu elə  yerindəcə atılıb qalacaqdı – çünki yenisini həmiĢə  möhlətlə satın almaq mümkündür – 

və  cilik-cilik  olmuĢ  kərpic  qalaqlarının  və  ya  xırım-xırçın    qara  daĢ  yığınlarının  üstünə  atılıb 

qalmıĢ iri dəmir çarx kimsəsiz, yetim məxluq kimi adamın gözünə girəcəkdi; içi-içalatı çıxarılıb 

təmizlənmiĢ qazanlar daha əkilməyən, malalanmayan, kör-kötük basmıĢ, narın, rütubətli payız və 

Ģiddətli yaz yağıĢlarının sinəsinə qırmızı Ģırımlardan çalın-çarpaz dağ çəkdiyi ölü sükutuna qərq 

olmuĢ çöllük üzərində öz paslanmıĢ və tüstüsü çıxmayan borularını inadla, pərtlik və çaĢqınlıq 

içərisində  göyə  yüksəldəcəklər.  Bax  onda  –  bağırsaq  qurdlarının    sorub  əldən  saldığı  saxta, 

qondarma varislər, hətta  ən  yaxĢı günlərində  belə  adı poçt idarələrinin salnamələrinə  düĢməyən 

bu  kəndin  evlərini  söküb  aparanda,  onları  soba  və  ocaqlarda  yandıranda  heç  onun  adını  da 

xatırlamayacaqlar. 

Lina  buraya  gələndə  kənddə  cəmi  beĢcə  ev  qalmıĢdı.  Bu  beĢcə  evdən  savayı  burada 

dəmiryolu və bir stansiya da vardı, hər gün yük və sərniĢin vaqonları qarıĢıq bir qatar nərildəyə-

nərildəyə o stansiyadan gəlib keçirdi. O qatarı qırmızı bayraqla saxlatmaq olardı, lakin adətən o, 

var-yoxu  talan  edilmiĢ  təpələrin  arasından  kölgətək  qəfil  peyda  olur  və  qulyabanı  kimi  bağıra-

bağıra,  hələ  kənd  ola  bilməmiĢ  və  sapdan  qırılıb  düĢmüĢ  tənha  muncuğu  xatırladan  bu 

kəndciyəzdən yan keçirdi. QardaĢı ondan iyirmi yaĢ böyük idi. Onu öz yanına aparmağa gələndə 

Lina  heç  onun  sifətini  də  yaxĢı  xatırlamırdı.  QardaĢı  dördotaqlı,  ağardılmamıĢ  bir  evdə 

iĢləməkdən və doğmaqdan tamam əldən düĢmüĢ arvadı ilə bir yerdə yaĢayırdı. Hər ilin, demək 

olar ki, yarıdan çoxunu qardaĢı arvadı ya hamiləlik keçirərdi, ya da zahılıqdan dirçələrdi. Həmin 

vaxtlar Lina həm bütün ev iĢlərini görər, həm də o biri körpələrə qulluq edərdi. Bir müddət sonra 

isə öz-özünə bunu deməli oldu: “Yəqin, elə buna görə də bu tezliynən özüm də birini qazandım”. 

Lina evin arxa tərəfində sonradan tikilmiĢ otaqda yatırdı. Bu otağın bircə pəncərəsi vardı və 

orada əvvəlcə qardaĢının böyük oğlu, sonra iki böyük oğlu, daha sonra isə üç böyük oğlu ilə bir 

yerdə  yatdığı üçün istər-istəməz onu qaranlıqda səssiz-səmirsiz açıb-örtməyi öyrəndi. Ġlk dəfə o 

pəncərəni,  burada  səkkiz  il  yaĢayandan  sonra  açmıĢdı.  Və  heç  onca  dəfə  açıb-örtməmiĢ  baĢa 

düĢdü  ki,  gərək  onu,  ümumiyyətlə,  heç  açmayaydı.  Öz-özünə  dedi:  “Görünür,  alnıma  belə 

yazılıbmıĢ”.  

QardaĢı  arvadı  ərinə  xəbər  verdi.  O  yalnız  bundan  sonra  bacısının  vəziyyətindəki 

dəyiĢikliyə  diqqət  yetirdi,  hərçənd  bunu  əvvəl  də  sezə  bilərdi.  QardaĢı  çox  sərt  adam  idi. 

ÜrəyiyumĢaqlıq, mehribanlıq, cavanlıq (artıq qırx yaĢı olardı) və demək olar ki, hər cür hissiyyat 

onun canından tərlə birlikdə çoxdan çıxıb yox olmuĢdu; onda inadcıl, ümidsiz dözümlülükdən, 

bir də dəlisov nəsil təkəbbürlülüyündən savayı heç nə qalmamıĢdı. Bacısını “fahiĢə” deyə söydü. 

Təqsirkarın kim olduğunu  dəqiq baĢa düĢmüĢdü (cavan subayların,  taxta-Ģalban donjuanlarının 

sayı kənddəki ailələrin sayından da az idi), lakin bacısı boynuna almadı, halbuki, həmin təqsirkar 

yarım  il  qabaq    kəndi  tərk  etmiĢdi.  Lina  özünün  dözümlü,  möhkəm  sədaqət  hissinin  son 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə