Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə4/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   2   3   4   5   6   7   8   9   ...   192

 

daha doğrusu, ayrı-ayrı tənqidçilər onun əsərlərini təqdim və izah etməklə bu yazıçı ilə oxucular 



arasında körpü yarada biliblər.     

Bir  müddət,  1930–40-cı  illərdə  Folkner  həqiqətən,  sanki,  təcrid  vəziyyətində  qalır. 

Onun  əvvəlki  kitabları  təkrar  nəĢr  olunmur.  Özünün  də  dediyi  kimi,  həmin  dövrdə  Folkner 

Hollivudda “xaltura” ilə – ssenari, hətta onları da tam Ģəkildə deyil, yalnız dialoqlarını yazmaqla 

–  məĢğul  olur,  bu  yolla  pul  qazanır:  bu  “film      fabrikində”  süjetlərin  hazırlanması  baĢqalarına 

həvalə  edilmiĢdi.  Həmin  dövr  Folkner  yaradıcılığı  üçün  çox  ağır  keçir:  1942–1948-ci  illər 

ərzində onun cəmi üç hekayəsi çap olunur. 

Lakin  məhz  həmin  dövrdə  baĢ  verən  daha  bir  görüĢ  Folknerin  sonrakı  ədəbi  taleyinə 

ciddi təsir göstərir. Təcrübəli ədəbiyyatĢünas, tənqidçi və nəĢriyyat məsləhətçisi Malkolm Kauli 

40-cı  illərin  ortalarında  müasir  Amerika  nəsr  ustalarının  bircildliklərindən  ibarət  seriya  tərtib 

etməyə  baĢlayır.  Folknerin çoxdankı pərəstiĢkarı  kimi o  bu seriyaya onun da  bircildliyini daxil 

etmək  qərarına  gəlir  və  nəĢriyyat  rəhbərliyinin  bu  təklifə  rəğbətlə  yanaĢmadığını  görüb 

təəccüblənir.  Kitab  ticarəti  və  kitabxana  kataloqlarında  yazıçının  əsərlərinin  adına  rast 

gəlməyəndə  tamam  çaĢ-baĢ  qalır.  Ancaq  öz  fikrindən  dönmür.  Əvvəlcə  yazıçının  özü  ilə 

yazıĢmağa  baĢlayır  və tədricən  həm onu, həm də nəĢriyyat rəhbərliyini  belə  bir  cildin  nəĢrinin 

gərəkli olduğuna inandıra bilir.   

Bu cild, nəhayət ki, 1946-cı ildə  nəĢr olunur.  Həmin kitab dərhal uğur qazanmasa da, 

mətbuatda  çıxan  yazıların,  o  cümlədən  tanınmıĢ  yazıçı,  Ģair  və  tənqidçi  Robert  Penn  Uorrenin 

məqalələri  sayəsində  bir  müddət  sonra  Folknerə  geniĢ  Ģöhrət  gətirir.  Yeri  gəlmiĢkən,  bu  günə 

kimi  təkrar-təkrar  nəĢr  olunan  həmin  bircildlik,  Folknerin  əsərləri  məcburi  qaydada  universitet 

proqramlarına daxil edildikdən sonra baĢlıca tədris vəsaitinə çevrilmiĢdir. 

1948-ci  ildə  iĢıq  üzü  görən  “Meyiti  murdarlayanlar”  romanı  isə  onunla  oxucular 

arasındakı buzu birdəfəlik əridir. Bu roman “Məbədgah”ın nəĢrindən (1931) sonra ona az və ya 

çox dərəcədə  kütləvi uğur qazandıran  ilk  əsər olur. Bu yeni romanında  Folkner  irqçiliyi on altı 

yaĢlı bir yeniyetmənin gözləri ilə nəzərdən keçirir. Ġrqçi mühitdə böyüyən və istər-istəməz onun 

bütün  mənfi  xüsusiyyətlərini  özündə  daĢıyan  bu  yeniyetmə  sonda  bir  zəncini  haqsız  yerə  daĢ-

qalaq olunmaqdan xilas edərək insani ləyaqət və cəsarət nümayiĢ etdirir. 

1949-cu  ildə  bu  roman  əsasında  film  çəkilir  və  buradakı  kütləvi  səhnələrə  Oksford 

Ģəhərinin sakinləri, o cümlədən, yazıçının uĢaqkən Ģahidi olduğu Linç məhkəmələrinin bilavasitə 

iĢtirakçıları da cəlb olunur. Beləliklə,  Folkner öz əsərlərində meydana çıxardığı problemlərin nə 

qədər  dərin,  amansız  və  dəhĢətli  olduğunu  bir  daha  əyani  surətdə  görür:  linç  vəhĢiliyini  bir 

vaxtlar əməli Ģəkildə həyata keçirənlər indi bu filmdə özlərini çox böyük həvəslə oynayırdılar.     

1948-ci ildə Folkneri Amerika Ədəbiyyat və Ġncəsənət Akademiyasına üzv seçirlər. Bir 

il sonra isə Amerikada ona ilk ədəbiyyat mükafatı verilir. Eyni zamanda, yazıçı xarici ölkələrdə 




 

də  geniĢ  tanınmağa  baĢlayır.  Burada  qazandığı  Ģöhrətin  səbəbləri  isə  baĢqa  idi.  Amerika 



hüdudlarından kənarda Folkner əvvəlcə Fransada tanınmıĢdır.  Bunda Alber Kamyu və Jan-Pol 

Sartrın müəyyən əməyi olmuĢdur.  

1950-ci  ildə  isə  Folkner  “müasir  Amerika  romanının  inkiĢafına  verdiyi  özünəməxsus  

yaradıcı töhfələrə görə”  Nobel mükafatına layiq görülür. 

Folkner ömrünün son on ilini öz mövzularının bir çoxunu yenidən nəzərdən keçirmək 

və  onları  yekunlaĢdırmaqla  məĢğul  olur.  Onun  yaradıcılıq  yolunun  ən  layiqli  yekunu    1940-cı 

ildə  “Kənd”  romanı  ilə  baĢlayan,  1957-ci  ildə  “ġəhər”  romanı  ilə  davam  etdirilən  trilogiyanın 

baĢa çatdırılmasıdır. Bu trilogiyanın  sonuncu hissəsi olan “Malikanə” romanı formal olaraq heç 

də yazıçının son əsəri deyil (ölümündən bir ay əvvəl onun “Oğrular” romanı çapdan çıxmıĢdır). 

Ancaq  “Malikanə”  yazıçının  bütün  ömrü  boyu  ifadə  etməyə  çalıĢdığı  bir  çox  Ģeyi  özündə 

cəmləĢdirmiĢdir: insan düĢdüyü Ģəraitlə, özüylə mübarizədə necə davam gətirə bilər.  

Romanda  öz  ifadə  tərzinə  görə  dünya  ədəbiyyatının  ən  parlaq  səhifələri  ilə  bir  sırada 

dayana biləcək gözəl bir epizod var.  Əsərin qəhrəmanlarından biri – fağır, əqlən zəif, primitiv, 

amma  özünə  görə  ləyaqətli  adam  olan  Mink  Snoups  həbsxanada  otuz  il  yatıb  çıxdıqdan  sonra  

yorğun-arğın,  heydən  düĢmüĢ  halda  Nuh  əyyamından  qalma,  paslı,  cəmi  bircə  gülləsi  olan 

tapança ilə ona  xəyanət edən Flem Snoupsu öldürməyə gedir. O inanır ki, “Onlar” –  yəni ilahi 

ədalət  qüvvələri  onu  pis  vəziyyətdə  qoymayacaqlar,  onların  buna    ixtiyarı  yoxdur  və  Minklə 

bərabər oxucu da bu son ədalət ümidinə inanmağa baĢlayır. 

Folkner  o  yazıçılar  sırasına  daxildir  ki,  onların  əsərləri  dərhal  deyil,  tədricən,  illər 

ötdükcə  mənimsənilir,  qavranılır.  Bu  heç  də  təkcə    oxucunun  yaĢından  yox,  həm  də  onun 

əsərlərinin  əsl  bədii  dəyərinin,  bədii  həqiqətinin  aĢkarlanmasını,  üzə  çıxarılmasını  obyektiv 

Ģəkildə  Ģərtləndirən  zamandan  asılıdır.  Yuxarıda  da  qeyd  edildiyi  kimi,  Folknerin  əsərləri  ilk 

vaxtlar  heç  də  rəğbətlə  qarĢılanmamıĢdır.  Onun  ötən  əsrin  30-cu  illərində  yazdığı  “Sartoris”,  

“Hay-küy  və  qəzəb”,  “Avqustda  iĢıq”,  “Avessalom,  Avessalom”  kimi  ədəbi-bədii  dəyərləri 

baxımından ən güclü və orijinal romanları yalnız 50-ci illərdən baĢlayaraq əsl qiymətini  almağa 

baĢlamıĢdır. Bu mənada onların taleyi Avropada  daha uğurlu olub. 

Folknerin bu cür gec, çətin qavranılmasının baĢlıca səbəbi onun hər cür standartlardan, 

hamı  tərəfindən  qəbul  edilmiĢ  stilistik  priyomlardan  uzaq,  ilk  baxıĢdan  qarma-qarıĢıq  forma 

təsiri bağıĢlayan orijinal təhkiyə üslubunun mürəkkəbliyidir. Bu üslub ilk dövrlərdə o qədər yeni 

və anlaĢılmaz görünmüĢdür ki,  onun bir əsərini üç dəfə oxuduqdan sonra belə baĢa düĢmədiyini 

bildirən  oxuculara  yazıçı  onu  dördüncü  dəfə  oxumağı  məsləhət  görmək  məcburiyyətində 

qalmıĢdır.  Bir  çox  söhbətlərində  və  müsahibələrində  Folkner  hazırlıqsız  oxucunu  mat 

vəziyyətində  qoyan  bədii  metodu  və  üslubunu  izah  etməyə  çalıĢmıĢdır.  Bir  dəfə  Yaponiyada 

yazıçıdan  onun    bu  mürəkkəb  üslubunun,  nəsr  sahəsində  cürbəcür  yeni  formalar  axtarıĢı 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə