Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə9/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   5   6   7   8   9   10   11   12   ...   192

 

19 


–  Onun  soyadı  Berçdir,  –  deyir.  –  Daha  doğrusu,  onun  axtardığı  oğlanın  soyadı  belədi. 

Lukas Berç. Yolda ona deyiblər ki, guya, o indi Ceffersondadır.  –  Arxası ona tərəf yuyunmağa 

baĢlayır. – Deyir düz Alabamadan gəlir, tək-tənha və payi-piyada. 

Ev sahibəsi dönüb baxmır. Stolun üstündə öz iĢiylə məĢğuldu. 

–  Bu  vəziyyətdə  çox  gəzə  bilməz,  öz  Alabamasına  qucağında  biriylə  qayıtmalı  olacaq,  – 

arvadı deyir. 

– Deyəsən, elə o oğlanın, Lukas Berçin də yanına o cür gedib çıxacaq, – Armstid hələ də 

əlüzyuyanın  yanındadır,  cani-dildən  suyla,  sabunla  əlləĢir.  Arvadının  baxıĢlarını  öz  üzərində,  

boynunun ardında hiss eləyir, bu baxıĢlar onun tərdən soluxmuĢ göy köynəyini deĢərək kürəyini 

yandırır.  –  Samsonun  dükanının  yanında  kimsə  ona  Berç  və  ya  buna  bənzər  soyadı  olan  bir 

oğlanın Ceffersonda yonqar sexində iĢlədiyini deyib. 

– Bu da onu orda  tapacağına  ümid eləyir. Ay tapdı ha. Yox bir, hələ ona ev də düzəldib. 

Səsinin ahəngindən baĢa düĢə bilmir ki, arvadı hələ də ona sarı baxır, yoxsa üzünü o yana 

döndərib. Kisə cırığı ilə əl-üzünü silir. 

– Bəlkə də tapdı. Əgər o oğlan  bu qızdan qaçıb yaxa qurtarmaq fikrində olubsa, onda vay 

onun halına, bir də onda ayılacaq ki, Missisipidən də uzağa qaçmamaqla böyük səhvə yol verib. 

– Ġndi bilir ki, arvadı ona baxır: ağ saçlarıynan, nə kök, nə də arıq, iĢləməkdən daĢ kimi bərkimiĢ 

kiĢi  cüssəsiynən,  əynindəki  dərdsiz  və  qayğısız,  möhkəm  boz  donuynan;  əllərini  yanlarına 

dirəyib, sifəti döyüĢdə darmadağın edilmiĢ generalların sifətinə bənzəyir. 

– Eh, kiĢilər... 

– Ġndi deyirsən neyləyək? Onu qovaq burdan? Bəlkə, sarayda yer düzəldək ona? 

– Eh, kiĢilər, – arvadı deyir, – görüm sizi lənətə gələsiniz. 

 

Mətbəxə  keçirlər,  missis  Armstid  birinci keçir. O, birbaĢ pilətəyə  sarı gedir. Lina qapının 



ağzında dayanır. Ġndi baĢı örtülü deyil, saçları daranıb, hamarlanıb. Hətta, elə bil,  mavi xələt də 

dincəlib, gümrahlaĢıb. Gözünü ev sahibəsinə dikib; o, çuqun qapaqları qəzəblə Ģaqqıldadır, odun 

parçalarını bir həmləylə, kiĢisayağı sobaya doldurur. 

– Qoyun mən də kömək eləyim, – Lina deyir. 

Missis Armstid geriyə dönmür. Qəzəblə qapını çırpır. 

– Otur yerində. Ayaqlarına dinclik ver, bəlkə, kürəyin də dincələ. 

– Kömək eləməyimə icazə versəydiniz, sizə çox minnətdar olardım. 

–  Otur  yerində.  Mən  bu  sobanı  otuz  ildir  gündə  üç  dəfə  qalayıram.  Köməyə  ehtiyacım 

olduğu vaxtlar çoxdan keçib. – O hələ də pilətəylə məĢğuldu, dönüb ona sarı baxmır. – Armstid 

deyir ki, sənin soyadın Berçdir? 




 

20 


– Bəli, – Lina cavab verir. Səsinin ahəngi çox təmkinlidir, çox sakitdir. DaĢ kimi tərpənməz 

oturub,  dizlərinin  üstündəki  əlləri  də  tərpənməzdir.  Missis  Armstid  ona  sarı  baxmır.  O  hələ  də 

pilətəylə əlləĢir. Sobanın tələb etdiyi diqqət onun qalandığı amansız qətiyyətlə heç cür uzlaĢmır. 

Bu qadın ona elə diqqət yetirir ki, sanki,  o soba yox, çox qiymətli bir saatdır. 

– Belə çıxır ki, sənin soyadın artıq Berçdir? – missis Armstid soruĢur. 

Bu dəfə Lina dərhal cavab vermir. Missis Armstidin arxası hələ də ona tərəf olsa da, daha 

sobada  taqqatuk  salmır.  Nəhayət,  ona  sarı  dönür.  Onlar  gizlətmədən,  açıq  Ģəkildə  bir-birinə 

baxır, bir-birini diqqətlə süzürlər: cavan qadın stulda əyləĢib, saçları səliqəylə daranıb, dizlərinin 

üstünə qoyduğu əlləri tərpənib-eləmir; yaĢlı qadın da pilətədən ayrıldıqdan sonra yerində donub 

qalıb, ağarmıĢ saçları amansızcasına boynunun arxasına yığılıb, sifəti, sanki, qum dənələrindən 

tökülüb. Nəhayət cavan qadın deyir: 

–  Mən  sizə  düzünü  demədim.  Mənim  soyadım  hələ  Berç  deyil.  Mənim  əsl  adım  Lina 

Qrouvdur. 

Onlar  diqqətlə  bir-birilərini  süzürlər.  Ev  sahibəsinin  səsi  nə  soyuqdur,  nə  də  isti.  Heç  nə 

ifadə eləmir. 

– Deməli, qaçıb ona çatmaq istəyirsən ki, soyadını vaxtında dəyiĢib Berç eləyə biləsən. Elə 

deyil? 

Lina  baĢını  aĢağı  salır,  sanki,  dizlərinin  üstünə  qoyduğu  əllərinə  baxmaq  istəyir.  Sakit 



səsində  möhkəm bir inadkarlıq duyulur. Həm də rahatlıq. 

–  Axı  mənə  Lukasın  heç  bir  vədi  lazım  deyil.  ĠĢi  alınmadı,  buna  görə  də  ordan  çıxıb 

getməli oldu. Sonra, özü fikirləĢdiyi kimi, mənim dalımca qayıtmağa, görünür, imkanı olmayıb. 

Bir-birimizə söz vermək isə bizə lazım deyil. O gecə, o biləndə ki, hökmən getməlidi, onda... 

– Hansı gecə bunu bildi? Sən ona uĢaq barədə danıĢandan sonra? 

Cavan  qadın  dərhal  cavab  vermir.  Sifəti  daĢ  kimi  ifadəsizdir,  amma  sərt  deyil.  Onun  bu 

inadkarlığında  nəsə  çox  zərif  bir  yumĢaqlıq  var  və  bu  yumĢaqlıq  daxilən  sakit,  qayğısız  bir 

rahatlıqla, biganəliklə yoğurulub. Missis Armstid gözünü ondan çəkmir. Lina ev sahibəsinə tərəf 

baxmadan danıĢmağa baĢlayır. 

–  O  çoxdan  anlamıĢdı  ki,  gec-tez    iĢdən  çıxmalı  olacaq.  Ancaq  bunu  mənə  deməmiĢdi, 

çünki  narahat olmağımı  istəmirdi.  Lakin  ilk  dəfə  eĢidəndə  ki  onu  hökmən  iĢdən    çıxaracaqlar, 

oradan çıxıb getməyin onun üçün daha faydalı olacağını anladı. FikirləĢdi ki,  bəlkə də,  təzə iĢ 

yerində  usta  onu  bu  qədər    gözümçıxdıya  salmayacaq,  orada  iĢi  daha  yaxĢı  olacaq.  Amma  hər 

dəfə  bunu  sonraya  saxlayırdı.  Bu  iĢ  olanda  isə  sonraya  saxlamaq  mümkün  olmadı.  Usta 

həqiqətən  də  Lukası  gözümçıxdıya  salmıĢdı,  onu  sevmirdi,  çünki  Lukas  cavanıdı,  heç  vaxt 

yorulub  usanmırdı,  həm  də  usta  onun  yerinə  öz  qohumunu  düzəltmək  istəyirdi.  O  isə  bunları 

məndən  gizlədirdi,  narahat  olmağımı  istəmirdi.  Amma  o  iĢ  olanda,  artıq  gözləyə  bilməzdik. 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə