Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə17/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   13   14   15   16   17   18   19   20   ...   192

 

36 


get-gedə  yavaĢıdı,  sonra  kürək  belin  sapından  qırmanc  kimi  yapıĢıb  tamam  dayandı;    bir  də 

gördülər ki, o öz-özünə danıĢır. 

 

Hə də, axı orda onu dinləyəcək baĢqa bir adam yoxdur, – kimsə dedi. 



 

ĠĢ  onda  deyil,  –  Muni  dedi.  –  O  hələ  özünü  ram  edə  bilməyib.  Özünü  tam  inandıra 



bilməyib. 

 



Nəyə? 

 



Mən düĢündüyümdən də ağılsız olduğuna, – Muni dedi. 

Ertəsi gün tezdən Braun iĢə çıxmadı. 

– Bundan sonra onun məskəni bərbərxana olacaq, – biri dedi. 

– Yaxud da bərbərxananın arxasındakı dalan, – digəri əlavə etdi. 

– Məncə, biz onun üzünü hələ bir dəfə də görəcəyik, – Muni dedi. – Dünənki iĢ gününün 

pulunu almağa gələcək. 

Həqiqətən belə oldu. Saat on birdə gəlib çıxdı. Əynində təzə kostyum, baĢında həsir Ģlyapa 

vardı;  qapının  ağzında  dayanıb,  üç  il  bundan  əvvəl  Kristmas  bu  fəhlələrə  necə  baxırdısa,  o  da 

onlara elə  o cür baxırdı  – sanki,  yaddaĢı  və götürmə qabiliyyəti o qədər də  güclü olmayan   bu 

Ģəyirdin  üzüyola  əzələlərində,  özü  də  bilmədən,  təsadüfən  ustadın  o  vaxtkı  duruĢu  təkrar 

olunmuĢdu.  Amma  ustadın  o  duruĢundan  ilan  kimi  amansız  sükut  və  zəhrimar,  hətta  ölüm 

yağırdısa,  Braunda  bu  duruĢ  baĢıpozuqluq,  boĢ  və  mənasız  lovğalıqdan  baĢqa  heç  nə  ifadə 

etmirdi. Gedin ölənə kimi iĢləyin, kölə uĢağı kölə! – Braun diĢini ağarda-ağarda Ģaqraq, uca səslə 

dedi. 


Muni baĢını qaldırıb ona sarı baxdı. Braunun diĢləri dərhal örtüldü. 

– Təsadüfən sən o sözü mənə demirsən ki? Hə? – Muni ondan soruĢdu. 

Braunun daim  haldan-hala düĢən sifətində, hamının çoxdan öyrəĢdiyi ani dəyiĢikliklərdən 

biri  baĢ verdi. Sanki, canlı  bir sapa düzülmüĢ olan  bu üz  ifadələri tez-tez iĢlənməkdən o qədər  

genəlib  ki, onları tez-tez dəyiĢmək hətta Braun üçün də  çətin iĢ deyil, Bayron fikirləĢdi. 

– Mənim səninlə nə iĢim var, – Braun dedi. 

– Hə, baĢa düĢdüm. – Muninin səsi sakit, mehriban idi. – Onda bu uĢaqlara kölə deyirsən? 

Dərhal baĢqa birisi dilləndi: 

– Deməli, mənə deyirsən, hə? 

– Mən öz-özümə danıĢıram, – Braun dedi. 

–  Axır  ki,  ömründə  bir  dəfə  əsl  həqiqəti  dedin,  –  Muni  dedi.  –  Daha  doğrusu,    yarısını. 

Ġstəyirsən, gəlim o biri yarısını da qulağına mən pıçıldayım?! 

Bir daha sexdə onu görən olmadı, hərçənd Bayron yeni avtomobilin (artıq ön tərəfdən hər 

iki  yan  əzilmiĢ  halda)  Ģəhərin  küçələrində    necə  məqsədsiz-filansız,  boĢ-boĢuna,  aramsız 

dolaĢdığını,  Braunun  da    sükan  arxasında  yayxanıb  dərd-sərsiz,  avara,  yelbeyin  görkəmilə  



 

37 


uğursuzcasına  baĢqalarında  özünə  qarĢı  həsəd  oyatmağa  çalıĢdığını  bilir  və  indi  də  xatırlayır. 

Tez-tez  olmasa  da,  bəzən  Kristmas  da  onun  böyründə    otururdu.  Və  indi  onların  nəylə  məĢğul 

olduqları heç kim üçün sirr deyildi. Bütün cavanların, hətta bütün yeniyetmələrin dilində belə bir 

söhbət dolaĢırdı ki, Braundan viskini harada gəldi, almaq olar; və Ģəhər onun haçan iliĢəcəyini – 

viski  ĢüĢəsini  yağmurluğunun  ətəyinin  altından  çıxarıb  mülki  geyimdə  olan  agentə  satarkən 

yaxalanacağını  gözləyirdi.  Hələ  də  Kristmasın  bu  iĢlə  əlaqəsi  olub-olmadığını  dəqiq  bilən  yox 

idi,  ancaq  butlegerlik  yoluyla  bu  qədər  varlanmağa  Braunun  öz  ağlı  çatacağına  da  heç  kəs 

inanmırdı. Üstəlik bəzilərinə o da məlum idi ki, Braunla Kristmas Berdenlərin malikanəsindəki 

daxmada  bir  yerdə  yaĢayırlar.  Amma  heç  onlar  da  dəqiq  bilmirdilər  ki,  miss  Berdenin  öz 

mülkündə yaĢayanların nə iĢlə məĢğul olduqlarından  xəbəri  var, ya yox – bilsəydilər  belə, yenə 

ona heç nə deməzdilər. Miss Berden – orta yaĢlarında olan  bu qadın, böyük bir evdə tək-tənha 

yaĢayırdı. O, doğulduğu gündən bu evdə yaĢasa da, hələ də bu Ģəhər üçün gəlmə, yad idi: onun 

valideynləri  bura  lap  çoxdan  –  Rekonstruksiya  dövründə  ġimaldan  köçmüĢdülər.  Amma  o, 

buradakılar  üçün  indi  də  yankiydi,  zənci  vurğunuydu;  Ģəhərdə  onun  yerli  və  gəlmə  zəncilərlə 

qəribə  münasibətləri  barədə  Ģayiələr  gəzirdi;  halbuki,  keçmiĢ  qul  sahibləri  onun  babasıyla  

qardaĢını zəncilərin yerli seçkilərdə iĢtirakı üstündə mübahisəyə görə Ģəhər meydanında hamının 

gözü  qabağında  altmıĢ  il  bundan  əvvəl  qətlə  yetirmiĢdilər.  Elə  indinin  özündə  də    onun  və  bu 

malikanənin baĢı üzərində nəsə qara, yad, təhlükəli bir Ģey dolanırdı; hərçənd, o yalnız qadın və 

Ģəhərin  əsasını  qoyan  əcdadların  heç  də  əsassız  olmayaraq  (ən  azı,  onlar  belə  hesab  edirdilər) 

qorxduqları, nifrət etdikləri bir nəslin törəməsi idi. Və bu da nəticə: çoxdan, lap çoxdan tökülmüĢ 

qanın, dəhĢətin, qəzəbin və qorxunun izi hələ də silinməyib, hər iki tərəfin indiki törəmələri də 

bir-birinə qənim kəsilib, onların arasında dərin bir uçurum var. 

 

Əgər onun həyatında eĢq deyilən  bir  Ģey olmuĢdusa da, hər kəs –  istər kiĢi,  istər qadın  – 



deyə bilər ki, Bayron Banç onu çoxdan unudub. Daha doğrusu, artıq otuz yaĢlarını bir daha geri 

qaytara bilməyəcək,  yeddi  ildi  hər  həftənin altı gününü taxta sexində, taxtaları dəzgahın ağzına 

verməklə keçirən bu bəstəboy adamı eĢq  özü  çoxdan unudub. Hər Ģənbə gününün ikinci yarısını 

o  bu  sexdə  təkbaĢına  keçirir,  halbuki,  baĢqaları  bayır-bacaq  kostyumlarını  geyib,  qalstuklarını 

boyunlarına  taxır,  özlərini  Ģəhərin  mərkəzinə  –  iĢçi  insanın  boĢ-boĢuna,  yorğun-arğın,  adamın 

canını giciĢdirən asudəliyinə verirlər. 

ġənbə gününün ikinci yarısı dəzgah arxasında təkbaĢına iĢləmək mümkün olmadığından o, 

taxtaları vaqonlara yükləyir və vaxt hesabını özü aparır, iĢ gününün son saniyəsinədək, xəyali fit 

səsinədək  orada  çalıĢır.  Qalan  iĢçilər,  bütün  Ģəhər  –  daha  doğrusu,  onu  xatırlayanlar  və  onun 

haqqında düĢünənlər – elə bilirlər ki, o bu iĢi  əmək haqqına əlavə pul qazanmaq naminə görür. 

Bəlkə də, səbəb buydu. Ġnsan ətrafındakılar haqda o qədər az Ģey bilir ki... Onun aləmində bütün 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə