Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə15/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   11   12   13   14   15   16   17   18   ...   192

 

32 


xoĢhal olar, sevinər ki, sanki,  bu adı  ilk dəfə o kəĢf edib. ĠĢ ondaydı ki, ad, ümumiyyətlə, ona 

lazım deyildi. Onun adı heç kəsi maraqlandırmırdı, eləcə də, – Bayron fikirləĢdi, – onun haradan 

gəldiyi,  hara  gedəcəyi,  burada  qalıb-qalmayacağı  heç  kimin  (ən  azı  Ģalvar  geyinənlərin  heç 

birinin)  vecinə  deyildi.  Zira,  haradan  gəlmiĢ  olursa  olsun,  əvvəllər  harada  yaĢayıbsa  yaĢasın, 

hamıya  aydın  idi  ki,  o,  sürüngən  çəyirtkə  kimi  çölə  atılan  yemlə  dolanır.  Özü  də  deyəsən, 

bununla  o  qədər  çoxdan  məĢğul  olur  ki,  tamam  tökülüb  itib,  içi  boĢalıb  və  onda  məqsədsiz, 

məramsız, küləyin istədiyi səmtə uçurtduğu Ģəffaf, yüngül qabıqdan savayı heç nə qalmayıb. 

Nə isə, o  necə bilirdi, o cür də iĢləyirdi. Onun hətta, – Bayron fikirləĢdi,  – iĢdə girlənmək 

fəndgirliyi də yoxdur – heç bu cür arzusu da. ĠĢdə ustalıqla girlənmək bacarığı, istənilən sahədə 

çox  az  insana  verilir,  hətta  oğurluqda  və  yaxud  adam  öldürməkdə  belə.  QarĢıya  müəyyən  bir 

məqsəd  qoymaq,  ona  nail  olmağa  can  atmaq  lazımdır.  Bayronsa  görürdü  ki,  bunların  heç  biri 

onda  yoxdur.  Sonra  onlar  Braunun  bütün  maaĢını  elə  ilk  Ģənbə  axĢamındaca  qumarda  –  aĢıq 

oyununda uduzduğunu öyrəndilər. Bayron Muniyə dedi: 

– Məəttəl qalmıĢam. Mən elə bilirdim, o heç olmasa, aĢıq atmağı əməlli-baĢlı bacarır. 

– Omu? – Muni dedi. – Sən nə ağılnan fikirləĢirsən ki,  taxta kəpəyini qırağa atmağı belə 

bacarmayan bir adam hansısa bir iĢdə fəndgir ola bilsin?  Əgər o, sadə bir iĢin – kürək atmağın 

öhdəsindən gələ  bilmirsə, aĢıq atmaq kimi  bic  bir oyunda kimə  kələk gələ  bilər?  –  Sonra  əlavə 

etdi.  –  Ancaq  məncə,  dünyada  elə  bir  fərsiz  adam  yoxdur  ki,  ən  azı,  hansısa  bir  iĢdə  digərini 

üstələyə bilməsin. Bu isə, ən azı Kristması veyillikdə üstələyir. 

– Elədi, – Bayron dedi. – Məncə, yaxĢı olmaq tənbəl adam üçün dünyada ən asan iĢdir. 

– Amma məncə, öyrədən olsaydı, – Muni dedi, – lap tezliklə pis adam olardı. 

–  Gec-tez özünə  belə  bir  müəllim  tapacaq,  bu  gün  olmasa  da  sabah,  –  Bayron  dedi.  Hər 

ikisi çevrilib kəpək topasına, Braunla Kristmasın iĢlədiyi yerə baxdı; biri qaĢqabaqlı, acıqlı, ciddi 

səylə, digəri isə hətta özünü belə aldada bilməyəcək boĢ və təlaĢlı çalıĢqanlıqla iĢləyirdi. 

– Hə, düz deyirsən, elədir,  –  Muni onunla razılaĢdı.  – Əgər pis  bir  iĢ görmək  niyyətində 

olsam,  Allah məni beləsiylə yoldaĢlıq etməkdən saxlasın. 

Braun da Kristmas kimi iĢə əynində olanıyla gəlmiĢdi. Ancaq Kristmasdan fərqli olaraq, o, 

paltarını elə də tez dəyiĢmədi. 

– Bir də gördün Ģənbə günlərinin birində qumarda o qədər uddu ki, həm bir təzə kostyuma 

bəs elədi, həm də  cibində  bir dollar, dollar yarım  xırda pul qaldı, – Muni dedi. – Onda növbəti 

bazar ertəsi biz onu burada görməyəcəyik. 

Amma  Braun  hələ  də  hər  gün  iĢə  gəlirdi  –  Ceffersonda  ilk  dəfə  peyda  olduğu  həmin 

kombinezonda,  həmin  köynəkdə;  hər  dəfə  də  həftəlik  qazancını  Ģənbə  günləri  qumarda 

uduzurdu, bəlkə də, az-çox udduğu vaxtlar da olurdu, amma bunun hər ikisini eyni dərəcədə boĢ, 

anlamsız  qəhqəhəylə  qarĢılayır  və  hər  gün  onu  ütüb  buraxan  adamlara  məzəli  lətifələr  danıĢır, 



 

33 


deyib-gülürdü. Bir dəfə  belə  bir söz yayıldı ki, o, altmıĢ  dollar udub.  “Hə,  indi onunla  vidalaĢa 

bilərsiniz”, – kimsə dedi. 

– Heç nə deyə bilmərəm, – Muni dedi.– AltmıĢ dollar o məbləğ deyil. Əgər bu, on dollar və 

yaxud əksinə, beĢ yüz dollar olsaydı, onda, bəlkə də, sən haqlı olardın. AltmıĢ dollar üçün – yox. 

Əksinə,  o  indi  elə  biləcək  ki,  burda  iĢi  lap  yaxĢı  gedir:  bir  həftədə  qazandığını  bir  gündə 

qapazlayıb. 

Və o, doğrudan da bazar ertəsi iĢə çıxdı, elə həmin kombinezonda; səhər tezdən onların hər 

ikisini – Braunu da, Kristması da  kəpək topasının baĢında gördülər. Braun burada peyda olduğu 

gündən  bu  cütlüyə  göz  qoyurdular.  Kristmas  əlindəki  beli  tələsmədən,  üsulluca,  var  gücü  ilə, 

sanki,  torpağın  altında  gizlənmiĢ  ilanı  (“və  yaxud  adamı”  Muni  dedi)  doğrayırmıĢ  kimi  kəpək 

yığınının içinə soxur, Braun isə hərdənbir əlindəki belə söykənib, yəqin ki, nəsə  məzəli əhvalat, 

lətifə danıĢırdı. Çünki az keçməmiĢ baĢını geri atıb, Ģaqqanaq çəkir, gülməkdən uğunub gedir, o 

biri  isə  həmiĢəki  kimi  lal-dinməz,  yumĢalmaq  bilməyən  qeyzliliklə  iĢinə  davam  edirdi.  Sonra 

Braun  da  iĢə  giriĢir  və  bir  müddət    Kristmasdan  heç  də  ləng  iĢləmirdi.  Lakin  onun  kürək  beli 

havada  get-gedə  kiçilən  qövs  üzrə  uçur,  daha  az  kəpək  götürür  və  nəhayət,  kəpək  topasına 

toxunmadan geri qayıdırdı. Onda o, yenə də kürək belin sapına dirsəklənir və bəlkə də, yarımçıq 

qalmıĢ  əhvalatın ardını, özü də, deyəsən, heç onun səsini belə eĢitməyən adama danıĢır. Sanki, 

bu  adam  ondan  neçə  mil  uzaqda  idi,  ya  da  o,  onun  baĢa  düĢmədiyi  bir  dildə  danıĢır,  Bayron 

fikirləĢdi.  Bəzən  Ģənbə  axĢamları  Ģəhərdə  onları  bir  yerdə  –  Kristması  heç  vaxt  dəyiĢməyən, 

səliqə-sahmanlı,  ciddi  diaqonal  Ģalvar  və  ağ  köynəkdə,  Braunu  isə  yeni  kostyumda  (qırmızı 

damaları  olan  açıq-qəhvəyi  rəngli  kostyumda,  güllü  köynəkdə,  Kristmasınkı  kimi,  amma  ala-

bəzək lentli həsir Ģlyapada) görənlər də olurdu: Braun bir yandan üyüdüb-tökür, gah da Ģaqqanaq 

çəkib gülür, səsi bütün meydana yayılır, sonra da əks-səda verərək geri qayıdır, kilsədəki yad səs 

kimi, elə bil, eyni vaxtda hər tərəfdən gəlirdi. Sanki, o, Kristmasla necə dost olduqlarını hamıya 

göstərmək  istəyirdi,  Bayron  fikirləĢdi.  Sonra,  Braunun  səsinin  boĢ  cingiltisinə  yığıĢanların  sayı 

nə qədər az olsa da,  Kristmas soyuqqanlı və qaĢqabaqlı halda dönüb oradan uzaqlaĢır, Braun isə 

zəvzəyə-zəvzəyə,  qəhqəhəsinə  ara  vermədən  onun  dalınca  gedirdi.  Və  hər  dəfə  o  biri  fəhlələr 

deyirdi:  “Hə, bu bazar ertəsi o, daha iĢə qayıtmayacaq”. Ancaq o, yenə də hər bazar ertəsi öz 

iĢinə qayıdırdı. ĠĢi birinci Kristmas buraxdı. 

Düz  üç  il  sonra,  bir  Ģənbə  axĢamı,  heç  kimə  heç  nə  demədən  iĢdən  çıxıb  getdi.    Özü  də 

Kristmasın iĢdən getdiyini onlara baĢqa heç kim  yox, Braun  xəbər verdi. ĠĢçilərin arasında hər 

yaĢdan olanı vardı, kimisi evli, kimisi subaydı, hərəsi bir cür yaĢayırdı, amma bazar ertəsi səhər 

tezdən  hamısı  bir  qaydada,  demək  olar  ki,  təntənəylə  iĢə  çıxırdı.  Onların  arasında  cavanlar  da 

vardı  və  Ģənbə  günləri  onlar  da  içir,  pulla  qumar  da  oynayırdılar;  hətta  Memfisə  gedənləri  də 

olurdu. Ancaq hamısı hər bazar ertəsi səhər tezdən tər-təmiz kombinezonda, tərtəmiz köynəkdə, 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə