Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə13/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   9   10   11   12   13   14   15   16   ...   192

 

28 


Bayron Banç yalnız bunu bilir: üç il əvvəl cümə günü səhər tezdən  yonqar sexində dəzgah 

altında  iĢləyənlər  baĢlarını  qaldıranda,  tanımadıqları  bir  adamın  dayanıb  onlara  baxdığını 

gördülər.  Onlar  onun  burada  çoxdan  dayanıb-dayanmadığını  bilmirdilər.    Avaranın  birinə 

oxĢayırdı,  amma  həm  də  oxĢamırdı.  Çəkmələrini  toz-torpaq  basmıĢdı,  Ģalvarı  tamam  kir 

içindəydi.  Ancaq  xeyli  bahalı  diaqonal parçadan tikilmiĢdi  və  ütülüydü, köynəyi çirkli olsa da, 

ağ  köynək  idi;  boynunda  qalstuku  vardı  və  baĢındakı  təptəzə,  qıraqları  möhkəm  qatlı  həsir 

Ģlyapanı  sırtıq  və  məĢumcasına  əzib  lap  sifətinin  üstünə  salmıĢdı.  Daim  sərgərdan  yaĢayan  əsl 

səfilə də bənzəmirdi, amma sur-sumbatından o qədər ev-eĢiksizlik tökülürdü ki, sanki,  nə doğma 

bir Ģəhəri, nə kənd-kəsəyi, nə küçəsi, nə dörd divarı, nə də bir ovuc torpağı vardı. Bu görünüĢü o, 

öz müstəqilliyini, amansızlığını, az qala, məğrurluğunu ifadə  edən bir bayraq kimi daim özüylə 

gəzdirirdi. “Sanki, – sonralar adamlar dedilər, – uğursuzluq zolağına düĢmüĢdü, amma orada çox 

qalmaq fikrində deyildi və bu zolaqdan hansı yolla çıxacağına tüpürmək belə istəməzdi.”  Xeyli 

cavan idi. Bayron bu adamın ağzının qırağında siqaret, bir əzələsi belə tərpənməyən, qaĢqabaqlı, 

siqaret çəkməkdən azca  yana  əyilmiĢ  sifətinə  nəzər salanda, onun tər kəsmiĢ kombinezonlarda 

iĢləyən  fəhlələrə  necə  ikrahla  baxdığını  gördü.  Sonra  o,  ağzındakı  siqareti,  əlini  belə 

toxundurmadan, yerə tüpürdü və kontora tərəf getdi, bozarmıĢ, çirkli iĢ paltarındakı adamlar isə 

qeyzli bir çaĢqınlıqla onun arxasınca baxdılar. 

–  Onu  bu  miĢardan  keçirmək  heç  də  pis  olmazdı,  –  usta  dedi.  –  MiĢar  onun  bu  lovğa 

qırımını birdəfəlik yonub atardı.  

Onlar bu adamın kim olduğunu bilmirdilər. Heç biri əvvəllər onu görməmiĢdi. 

– Amma bu ədalı sir-sifətnən camaat arasında gəzmək o qədər də təhlükəsiz deyil, – digəri 

dedi.  –  BaĢqa  bir  yerdə  də  özünü  unudub  bu  sifətini  göstərsə,    kiminsə  bundan  xoĢu  gəlməyə 

bilər. 

Sonra  onu  yaddan  çıxardılar;  hər  halda,  daha  ondan  danıĢmadılar.  Hərə  öz  iĢ  yerinə  –  



Ģkivlərin, ötürücü qayıĢların hay-küyü arasına qayıtdı. Ancaq heç on dəqiqə keçməmiĢ sex rəisi 

həmin adamı geri gətirdi. 

– Ona bir iĢ verin, – sex rəisi ustaya dedi, – dediyinə görə, bəd ayaqda bellə, kürəklə rəftar 

etməyi yaxĢı bacarır. Ona  taxta kəpəyini yığmağı da tapĢıra bilərsiniz. 

Qalan  fəhlələr  əllərini  iĢdən  saxlamasalar  da,  çirkli  Ģəhər  geyimindəki  bu  yad  adamdan, 

onun qaĢqabaqlı, dözülməz sifətindən, som-soyuq və ətrafa  nifrət püskürən ədasından gözlərini 

çəkə bilmirdilər.  

– Bəyəm  bu paltarda iĢləyəcək? 

– Öz iĢidir, – sex rəisi cavab verdi. – Mən onun paltarını iĢə götürmürəm. 

– Sizə də, ona da bu cür əl verirsə, mənim üçün də fərqi yoxdur, – usta dedi. – Hə, mister, 

bax, ora get, kürək beli götür, o kəpəyi yığıb atmaqda uĢaqlara kömək elə. 



 

29 


Təzə  gələn  bir  söz  demədən  dönüb  göstərilən  yerə  getdi.  Qalanlar  onun  kəpək  topasının 

arxa  tərəfinə  necə  keçdiyinə  və  oradan  kürək  beli  götürüb  necə  iĢləməyə  baĢladığına  tamaĢa 

edirdilər. Sex rəisi  ilə  usta qapının ağzında dayanıb  nəsə  danıĢdılar. Sonra rəis çıxıb getdi, usta 

yerinə qayıtdı. 

– Onun adı Kristmasdır, – o dedi. 

– Necədi? – iĢçilərdən biri təkrar soruĢdu. 

– Kristmas. 

– Xaricidi, nədi? 

– Sən heç eĢitmisən ki, ağ adama Kristmas adı qoyalar? – usta dedi. 

– Mən, ümumiyyətlə, kiməsə belə ad qoyduqlarını eĢitməmiĢəm, – o biri dedi. 

Və  budur,  xatırladığı  qədər,  Bayronun  ilk  dəfə  ağlına  belə  bir  fikir  gəldi  ki,  insanın  adı, 

sadəcə, onu baĢqalarından  fərqləndirməyə xidmət edən bir səs, bir iĢarə deyil, həm də o adamın 

nə  törədəcəyinin  müjdəçisi  ola  bilər;  əlbəttə,  əgər  baĢqaları  onun  mənasını  vaxtında  anlaya 

bilərlərsə. Ona elə gəldi ki, təzə gələnin adını eĢitməyənə qədər burdakıların heç biri ona elə də 

ciddi  diqqət  yetirmirdi.  Ancaq  eĢidəndə  onlarda  belə  bir  təsəvvür  yarandı  ki,  sanki,  bu  ad  bu 

adamdan  nə  gözləməyin  mümkün olduğuna  iĢarədir:  sanki, çiçək öz  ətrini, zınqırovlu  ilansa öz 

zınqırovunu  özüylə  daĢıdığı  kimi,  o  da  taleyi  haqqında  faciəvi  xəbərdarlığı  öz  adının  üstündə 

gəzdirir. Amma bu iĢarəni anlamağa heç kimin ağlı çatmadı. Onlar, sadəcə, bu qərara gəldilər ki, 

bu adam hansısa xarici ölkədən gəlib  və həmin cümə gününün qalan hissəsini onun, boynunda 

qalstuk, baĢında  həsir  Ģlyapa,  əynində ütülü Ģalvar necə  iĢlədiyinə göz qoydular, öz aralarında,  

bəlkə  də,  onun  vətənində  hamının  bu  cür  paltarda  iĢlədiyindən  danıĢdılar;  doğrudur,  bəziləri 

buna  Ģübhəylə  yanaĢdı  və  “Əzəl-axır  paltarını  dəyiĢəcək.  Sabah  iĢə  o,  bu  bayram  libasında 

gəlməyəcək” dedilər. 

ġənbə səhəri açıldı. Fit səsi çalınanda isə özünü iĢə güclə yetirənlər qapıdan içəri girməyə 

macal tapmamıĢ soruĢdular: “Noldu o?... Hardadır?...Harda?...” O biriləri dərhal onu göstərdilər. 

Təzə  gələn  kəpək  yığınının  böyründə  dayanmıĢdı,  kürək  beli  yerdə  atılıb  qalmıĢdı,  özü  isə 

dünənki  paltarda,  dünənki  sırtıq  Ģlyapada  dimdik  dayanıb  siqaret  çəkirdi.  “Biz  gələndə  o  artıq 

burdaydı,  –  əvvəl  gələnlər  izah  etdilər.  –  Elə  beləcə  dayanmıĢdı,  vəssalam.  Sanki,  heç  gedib 

yerdə yatmayıb da”. 

O  heç  kimlə  bir  kəlmə  də  kəsmədi.  Heç  kim  də  onunla  danıĢmağa  cəhd  eləmədi.  Ancaq  

onun  burada  olduğunu,    kürəyinin  inamla  qalxıb-endiyini  (heç  də  pis  iĢləmirdi,  qaĢqabaqlı  və 

mütəvazi  bir  səylə  çalıĢırdı)  və  əllərinin  hərəkətini  hamı  yaxĢı  hiss  edirdi.  Günorta  gəlib  çatdı. 

Bayrondan baĢqa iĢçilərin heç biri bu gün özüylə nahar gətirməmiĢdi, bazar ertəsinədək istirahətə 

buraxıldıqları  üçün  əĢyalarını  toplamağa  baĢladılar.  Bayron,  adətən,  nahar  elədikləri  yerə  – 

nasosxanaya  təkcə  getdi  və  içəri  girən  kimi  oturdu.  Birdən  nəsə  onu  baĢını  qaldırmağa  vadar 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə