Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə16/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   12   13   14   15   16   17   18   19   ...   192

 

34 


ciddi  görkəmdə  dinməzcə  iĢə  çıxır,  dinməzcə  fit  səsini  gözləyir,  sonra  da  dinməzcə  öz  iĢlərinə 

baĢlayırdılar; sanki, havada hələ də bazar günündən nəsə –  bu bayramı necə keçirmiĢ olsan da, 

bazar ertəsi hökmən üst-baĢı tərtəmiz və dinməzcə iĢə çıxmalı olduğunu təsdiq edən ehkam kimi 

bir Ģey asılıb qalmıĢdı. 

Braun hamıdan bax bununla fərqlənirdi. Bazar ertəsi o, bir qayda olaraq, keçən həftəki kirli 

paltarda, ülgüc dəyməmiĢ qara tüklü sifətlə iĢə çıxırdı. Bəzən həmiĢəkindən də möhkəm hay-küy 

salır, qıĢqırıb-bağırır, on yaĢında uĢaqlara xas zarafatlar edirdi. Onun bu hərəkətləri onların – bu 

ciddi  adamların  heysiyyətinə  toxunurdu.  Onlar  üçün    bu,  Braunun  iĢə  çıl-çılpaq,  yaxud  sərxoĢ 

gəlməsi kimi bir Ģeydi. Elə buna görə də Kristmasın iĢdən çıxıb getdiyini bir bazar ertəsi  onlara 

məhz  Braun    xəbər  vermiĢ  oldu.  O,  iĢə  gec  gəlmiĢdi,  ancaq  məsələ  bunda  deyildi.  Üzünü  də 

qırxmamıĢdı,  amma  iĢ  bunda  da  deyildi.  ĠĢ  ondaydı  ki,  o  daha  dinib-danıĢmırdı,  elə  bil,  dili 

tutulmuĢdu.  Onun  burada,  iĢdə  olduğunu  da  dərhal  hiss  etmədilər,  halbuki  baĢqa  vaxt olsaydı, 

onların  tən  yarısı  artıq  onu  ən  biədəb  sözlərlə,  bəzilərisə  lap  ürəkdən  söymüĢ  olardı.  O,  səhər 

tezdən  fit  səsiylə  birgə  peyda  oldu,  birbaĢa  kəpək  yığınının  baĢına  gedib,  onu  danıĢdırmaq 

istəyənlərə  belə    heç  nə  demədən  öz  iĢinə  baĢladı.  Bax,  elə  onda  fikir  verdilər  ki,  o  təkdir,  iĢ 

yoldaĢı Kristmas yanında yoxdur. Usta onların yanına gələndə kimsə dedi:  “Hə, deyəsən, sənin 

fitilə od qoyan Ģəyirdinin biri havaya buxarlanıb.” 

Muni Brauna tərəf baxdı; o, əlindəki kürək beli taxta kəpəyinin içinə elə soxurdu ki, elə bil,  

bu,  kəpək  yox,  yumurtaydı.  Muni  yerə  tüpürüb:  “Elədi.  Çox  tez  varlandı.  Bundan  sonra  onu 

burda heç cür, lap ayağından bağlasan da saxlaya bilməzsən”,  – dedi. 

– Varlandı? – o birisi bir də soruĢdu. 

–  Bəli,  onlardan  biri,  –  Muni  hələ  də  Brauna  tərəf  baxa-baxa  dedi.  –  Dünən  onları  təzə 

maĢında gördüm. O,  – Muni  baĢı  ilə Braunu göstərdi,  – sükanın arxasında oturmuĢdu. Buna o 

qədər də təəccüb eləmirəm. Ancaq ona məəttəl qalmıĢam ki, nə əcəb bu biri bu gün iĢə çıxıb.  

– Eh, indiki zamanda onun yerinə təzə iĢçi tapmaq Simsə o qədər də çətin olmayacaq. 

– Ġstənilən vaxt çətin olmazdı, – Muni dedi. 

– Axı o, deyəsən, iĢin öhdəsindən heç də pis gəlmirdi. 

– Hə-ə, – Muni dedi. – Sən Kristmasdan danıĢırsan. 

–Bəs sən kimi deyirsən? Braun da iĢdən çıxır? 

–  Sən  elə  bilirsən  dostu  Ģəhərdə  təzə  maĢında  gəzib  kef  eləyəndə,  o    burda  qalıb  kəpək 

atacaq? 

–  Hə-ə.  –  O  da  dönüb  Brauna  baxdı.  –  Mənim  üçün  çox  maraqlıdır,  görəsən  onlar  bu 

maĢını hardan tapıblar. 

– Mənimçünsə,  yox, – Muni dedi. – Mən ancaq onu bilmək istərdim ki, nahardan sonramı 

gedəcək, yoxsa saat altıya kimi hövsələsini basıb gözləyəcək. 



 

35 


–  Bəs  necə?  –  Bayron  dedi.  –  Mən  də  burda  təzə  maĢın  üçün  pul  yığa  bilsəydim,  o  saat 

iĢdən çıxardım. 

        Bəziləri eyni anda dönüb Bayrona baxdılar. Yüngülcə qımıĢdılar. “Onlar o pulu burda heç 

vaxt yığa bilməzdilər,” – biri dedi. Bayron ona baxdı.  “Görünür, Bayron pis Ģeylərdən o qədər 

uzaq qaçır ki, həyatda çox Ģeydən xəbəri olmur”, – digəri dedi. Onlar Bayrona baxdılar. “Braun, 

necə  deyərlər,  xalqın  nökəridi.  Kristmas  o  xalqı  miss  Berdenin  malikanəsinin  arxasındakı 

meĢəliyə  gəlməyə  məcbur  edirdi,  özü  də  gecə  vaxtı.  Braun  isə  indi  özü  onu  birbaĢ  onların 

yanına, Ģəhərə daĢıyır. Deyirlər ki, əgər parolu bilsən, hər Ģənbə axĢam vaxtı dalanların birində 

ondan bir ĢüĢə viski ala bilərsən, dərhal toqqasının altından çıxarıb verir”. 

– Bəs o parol necədir? – baĢqa birisi dedi. – YetmiĢ beĢ sentmi? 

Bayron gah birinə, gah da digərinə baxdı.  

–  Doğrudan? Onlar həqiqətən bu iĢlə məĢğuldular?  

– Braun bu iĢlə məĢğuldu. Kristması bilmirəm. Ona görə and içə bilmərəm. Ancaq Braun 

Kristmasdan bircə addım da aralı durmur. Necə deyərlər, su axıb, çuxurunu tapıb. 

– Doğrudur, –  digəri dedi. –  Kristmas bu iĢlə məĢğul olurmu, olmurmu, məncə, biz bunu 

heç vaxt bilməyəcəyik. O, heç vaxt Braun kimi Ģalvarını çıxarıb camaat arasında çılpaq gəzməz. 

– Bu heç ona lazım da deyil, – Muni Brauna baxa-baxa dedi. 

Muni haqlıydı. Onlar kəpək yığınının baĢında tək-tənha qalan Braundan nahar vaxtına kimi 

gözlərini  çəkmədilər.  Sonra  fit  səsi  eĢidildi,  qazançalarını  götürüb  nasosxanaya  keçdilər, 

çömbəltmə oturub nahar eləməyə  baĢladılar. Braun qaĢqabaqlı, körpə  uĢaq kimi  sifəti pörtmüĢ, 

qaĢları çatılmıĢ halda içəri girdi, onlarla bir yerdə çömbəltmə oturub, əllərini dizlərinin arasından 

aĢağı salladı. Bu gün onun naharı yox idi. 

– Nolub, nahar eləməyəcəksən? – kimsə soruĢdu. 

–  Yağlav  vedrədəki  soyuq  zirzibilimi?  –  Braun  dedi.  –  Səhərdən  axĢamacan  qotur  zənci 

kimi  muzdurluq  eləyirsən,  sonra  da  bircə  saat  fasilə  verirlər  ki,  o  dəmir  vedrədəki  zirzibili 

tıxıĢdırasan. 

–  Bilmirəm,  bəlkə  də,  kimsə  öz  məmləkətindəki  zəncilər  kimi  muzdurluq  eləyir,  –  Muni 

dedi. – Ancaq zənci də bəzi ağlar kimi iĢləsəydi, burda heç yarım gün də duruĢ gətirə bilməzdi. 

QaĢqabağını tökərək çömbəltmə oturub  əllərini dizlərinin arasından aĢağı sallayan Braun, 

sanki, bunu eĢitmədi, onu dinləmək istəmədi. Deyəsən, o özündən baĢqa heç kimə qulaq asmır, 

yalnız özünü dinləyirdi: “Axmaq adam. Yalnız axmaq adam belə  iĢ tutar”. 

– Səni o kürək belə zorla bağlamayıblar, – Muni dedi. 

– Düzdür, görüm onu andıra qalsın, – Braun cavab verdi. 

Fit çalındı. Fəhlələr iĢ yerlərinə dağılıĢdılar. Onlar Braundan gözlərini çəkmir, onun necə 

iĢlədiyinə  göz  qoyurdular.  Bir-iki  ağız  kəpək  atdıqdan  sonra,  sanki,  qolları  boĢalmağa  baĢladı,  



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə