Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə14/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   10   11   12   13   14   15   16   17   ...   192

 

30 


etdi. Təzə gələn yaxınlıqdakı dirəyə söykənib siqaret çəkirdi. Bayron baĢa düĢdü ki, o daha əvvəl 

gəlib və kənara çəkilmək fikri də yoxdur. Ya da daha pis: buraya qəsdən gəlib, ortalıqdakı dirək 

kimi  Bayron  onun  vecinə  də  deyil.  “Nədi,  yoxsa  iĢ  gününü  hələ  baĢa  vurmamısan?”  –  Bayron 

soruĢdu. 

O ağzındakı tüstünü bayıra üfürdü. Sonra Bayrona baxdı. Arıq sifəti vardı, rəngi lap hamar 

üzlü  perqamenti  xatırladırdı.  Dərisi  deyil,  sifətin  özü  dümdüz  idi,  sanki,  baĢı  ifrat  bir 

soyuqqanlılıqla    düzgün  ölçülüb-biçilmiĢ  qəlibə  salınmıĢ,  sonra    da  qızmar  sobada  ütülmüĢdü. 

“Əlavə iĢ vaxtına görə burda nə qədər ödəyirlər?” – o soruĢdu. Bayron  yalnız onda baĢa düĢdü. 

BaĢa düĢdü ki, o nə üçün bayır-bacaq paltarında iĢləyir, nə üçün dünən də, bu gün də özüylə iĢə 

nahar gətirməyib, nə üçün baĢqaları kimi nahardan sonra iĢi buraxıb getməyib. Onu da, sanki, o 

özü  ona  açıb  deyibmiĢ  kimi,  dəqiq  bildi  ki,  bu  adamın  cibində  bir  qəpiyi  də  yoxdur  və  çox 

güman  ki,  iki-üç  gündür  yalnız  siqaretlə  keçinir.  O,  bunu  fikrində  götür-qoy  eləməyə  macal 

tapmamıĢ, qeyri-ixtiyari – bu düĢüncənin özü kimi qeyri-ixtiyari bir hərəkətlə öz qazançasını ona 

tərəf uzatdı. Amma  bu hərəkət hələ baĢa çatmamıĢ, həmin adam öz sifətindəki ikrah dolu tənbəl 

ifadəni dəyiĢmədən baĢını çevirib, gözünün önündəki siqaret  dumanı arasından ona təklif edilən 

qazançaya tərs-tərs baxdı. “Mən ac deyiləm. O yana rədd elə bu zibilini”. 

Bazar  ertəsi  tezdən  Bayron  gümanında  yanılmadığını  bir  daha  anladı.  O,  iĢə  təzə 

kombinezonda  gəlmiĢdi  və  kağız  kisədə  özüylə  yemək  gətirmiĢdi.  Ancaq    günorta  hamıyla 

birlikdə nasosxanada çömbəltmə oturub nahar eləmədi və yenə də sifətində həmin o ifadə vardı. 

“Özü  bilər,  orda  durmaq  istəyirsə,  qoy  dursun,  –  usta  dedi.  –    Sims  onun  kostyumunu  iĢə  

götürmədiyi kimi, heç o andır sifətini də iĢə götürməyib”. 

Sims  heç onun dilini  də  iĢə  götürməyib,  –  Bayron  fikirləĢdi. Hər  halda, göründüyü qədər  

Kristmas  özü  də  belə  düĢünürdü,  ona  görə  də  özünü  bu  cür  aparırdı.  Hətta  yarım  il  keçəndən 

sonra  da  heç  kimlə  bir  kəlmə    kəsməmiĢdi.  Heç  kim  onun  iĢ  vaxtından  sonra  nəylə  məĢğul 

olduğunu bilmirdi. ĠĢ yoldaĢlarından Ģam yeməyindən sonra onunla mərkəzi meydanda təsadüfən 

qarĢılaĢanlar olmuĢdu, amma Kristmas özünü elə aparmıĢdı ki, guya onları birinci dəfədir görür. 

ġəhərdə o, baĢında təzə Ģlyapa,  əynində ütülü Ģalvar gəzirdi və daim də damağındakı yanpörtü 

siqaretin tüstüsü, sanki, sifətində dərin Ģırım açırmıĢ kimi burula-burula havaya qalxırdı. Harada 

yaĢadığını, harada gecələdiyini bilən yox idi, yalnız ara-sıra bəzi adamlar onu Ģəhər kənarındakı 

meĢə cığırından keçən görmüĢ, fikirləĢmiĢdilər ki, bəlkə də, o tərəflərdə yaĢayır. 

Ġndi  Bayronun  bildikləri  təkcə  bunlardan  ibarət  deyil.  Bunları  o,  onda,  o  vaxt  bilirdi  – 

eĢitdikləri, gördükləri tədricən, yavaĢ-yavaĢ onun bilgisinə çevrilmiĢdi. Ancaq o zaman onlardan 

heç biri bilmirdi ki, Kristmas harada yaĢayır, qara fəhlə iĢinin arxasında gizlənərək, əslində nəylə 

məĢğul olur. Əgər sexə daha bir təzə iĢçi – Braun gəlməsəydi, bəlkə də, axıracan bunu heç kim 

bilməyəcəkdi. Braun hər Ģeyi açıb danıĢanda isə azı on adam üç ildir Kristmasla Ģəhərdən iki mil 



 

31 


aralıda  yerləĢən,  Berden  soyadlı  qarımıĢ  qadının  tək-tənha  yaĢadığı  köhnə,  müstəmləkə 

dövründən  qalma  bir  plantasiyaçı  evinin  arxasında  gecə  vaxtı  təkbətək  görüĢdüyünü  və  ondan 

viski satın aldığını etiraf etdi. Ancaq Kristmasdan viski alanlar belə bilmirdilər ki, o – özü də iki 

ildən artıqdır – miss Berdenin mülkündəki zənci komasında yaĢayır. 

Beləliklə, yarım il bundan əvvəl, vaxtilə  Kristmas kimi iĢ axtaran, heç kimin tanımadığı  –

daha  bir  adam  sexdə  peyda  oldu.  O  da  cavan  idi,  ucaboyluydu,  artıq  iĢ  paltarında  – 

kombinezonda gəlmiĢdi, göründüyü qədər, bu paltarı çoxdan idi ki, əynindən çıxarmırdı, onun da 

sərgərdan görkəmi vardı. Ağzının qırağında ağ çapığı olan canlı, yaraĢıqlı sifətindən iradəsizlik 

yağırdı  və    o  çapıq  elə  iddialı  görünürdü  ki,  sanki,  gündə  yüz  dəfə  güzgüdə  ona  uzun-uzadı 

tamaĢa  eləyirdilər;  o,  tez-tez  baĢını  geri  atıb,  çiyninin  üstündən  arxasına  boylanırdı;  arxadan 

sürətlə  gələn  maĢına  dönüb  baxan  qatır  kimi,  –  Bayron  fikirləĢdi.  Ancaq  bu,  sadəcə,  arxaya 

baxmaq  deyildi,  əndiĢəydi;  Bayrona  elə  gəldi  ki,  ondan  həm  də  özündənrazılıq,  sırtıqlıq  yağır, 

sanki o, arxadan onu gözləyən və yaxud gözləyə bilən heç bir təhlükədən qorxmadığını aramsız 

olaraq  təkrar-təkrar  nümayiĢ  etdirməyə,  sübut  etməyə  çalıĢır.  Və  usta  Muni,  bu  yeni  iĢçini 

görəndə, Bayron fikirləĢdi ki, elə ustanın da ağlından eyni Ģeylər keçir. 

–  Həə,  –  Muni  dedi,  –  bu  oğlana  baxanda,  demək  olar  ki,  Sims  əslində  iĢə  heç  nə 

götürməyib. Bunun heç iĢə yarayan əməlli-baĢlı Ģalvarı da yoxdur. 

–  Düz  deyirsən,  –  Bayron  onun  fikrini  təsdiqlədi.  –  Ona  baxanda  mənim  ağlıma  küçədə 

avaralanan  radiolu  maĢın  gəlir.  O  radio  nə  deyir,  nə  danıĢır,    maĢın  özü  hara  gedir  –    heç  nə 

anlaya bilmirsən, lap yaxından baxanda isə məlum olur ki, içində heç kim yoxdur.  

– Elədi, – Muni dedi. – Mənim də ağlıma ayğır at gəlir. Özü də cins yox. Elə-belə, əzvay 

bir ayğır. Kənardan baxanda elə bilirsən ondan yaxĢısı yoxdu, amma əlində yüyən yaxınına gələn 

kimi  görürsən  ki,  ayaq  üstə  ölür.  Qaçmağına  pis  gaçmır,  amma  yəhərləyən  kimi  topal  yabıya 

dönür. 


– Amma, deyəsən, madyanların yaman xoĢuna gəlir, – Bayron dedi. 

–  Əlbəttə,  –  Muni  onu  təsdiqlədi.  –  Amma  məncə, o  heç  madyana  da  elə  bir  ciddi  xətər 

yetirə bilməz. 

Təzə gələn iĢçi Kristmasla bir yerdə iĢləməyə, kəpək təmizləməyə baĢladı. Özü də zəvzəyə-

zəvzəyə  –  çənəsi durmadan  iĢləyir, kim olduğunu, hardan gəldiyini  hamıya,  hər kəsə  danıĢırdı, 

səsinin  ahəngi,  danıĢıq  tərzi  onun  bütün  varlığını,  məğzini  açıb  göstərirdi;  hər    sözündən,  hər 

hərəkətindən  baĢdan-ayağa  yalan,  özünə  aludəçilik  yağırdı.  Həm  də  o  dərəcədə  ki,  nəinki  özü 

haqqında danıĢdıqlarına, heç adını belə düz dediyinə inana bilmirsən, Bayron fikirləĢdi. Adının 

Con Braun olduğuna Ģübhə etməyə, əlbəttə, heç bir əsas yox idi. Ancaq sir-sifətinə baxan kimi 

adam dərhal baĢa düĢürdü ki, beləsi həyatının hansısa çətin  anında axmaqlığın son həddinə çata 

və öz adını dəyiĢmək qərarına gələ  bilər; və onu Con Brauna dəyiĢəndən sonra bundan o qədər 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə