Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə11/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   ...   7   8   9   10   11   12   13   14   ...   192

 

23 


Missis Armstid sübh obaĢdan yerindən durdu, səhər naharı hazırladı. Armstid inəkləri sağıb 

qayıdanda süfrə artıq açılmıĢdı. 

– Get de, gəlsin nahar eləsin, – missis Armstid  ərini buyurdu. 

O, Linanı gətirəndə ev  sahibəsi  mətbəxdə  yox  idi. Qapının ağzında  büzüĢüb qalan, bəlkə 

də, heç büzüĢüb qalmayan Lina mətbəxə göz gəzdirdi; sifəti təbəssüm, nitq üçün –  əvvəlcədən 

götür-qoy  edilmiĢ  nitq  üçün  hazırlaĢmıĢdı,  Armstid  bunu  anladı.  Ancaq  Lina  heç  nə  demədi; 

onun susmağı belə susmağa oxĢamırdı. 

– Çörəyini  ye,  yola  çıxaq,  – Armstid dedi.  – Sənin  yolun  hələ çox uzundu.  – Onun  necə 

rahatlıqla,  dünən  axĢam  Ģam  yeməyində  olduğu  kimi    necə  səliqə-sahmanlı  bir  arxayınlıqla 

yediyinə  göz  qoydu;  hərçənd  o  səliqə-sahman  bu  gün  azca  hiss  olunan  mehribanlıqla, 

mülayimliklə  bir  az  korlanmıĢdı.  Sonra  boğçanı  ona  uzatdı.  Qadın  onu  məmnunluqla,  amma  o 

qədər də təəccüblənmədən qəbul etdi. 

– Oyy,  mən ona çox  minnətdaram,  – dedi.  – Ancaq bunlar  mənə  lazım olmayacaq. Mən, 

demək olar ki,  mənzil baĢına  çatmıĢam. 

–  Hər  halda,  sən  götür.  Özün  gördün  də,  bir  Ģey  ki  Martanın  ağlına  girdi,    onun  əksinə 

getməsən yaxĢıdır. 

– Çox minnətdaram, – Lina dedi. Boğçanı öz bağlamasının içində gizlətdi, yaylığını baĢına 

bağladı. Araba onları gözləyirdi. Ara yoldan  keçib gedərkən, dönüb onların evinə sarı baxdı. – 

Mən sizin hamınıza çox minnətdaram. 

–  Bu  onun,  arvadın  iĢidir,  –  Armstid  dedi.  –  Deyəsən,  mənim  bunda  heç  bir  xidmətim 

olmayıb. 

–  Olsun,  mən  yenə  də  çox  minnətdaram.  Siz  mənim  əvəzimdən  ona  “çox  sağ  ol”  deyin. 

Özüm onu görmək, vidalaĢmaq istəyirdim, amma... 

– Aha, – Armstid dedi. – Yəqin haradasa ev iĢləriynən məĢğuludu. Mən deyərəm. 

Dükana  lap  erkən  çatdılar,  burada  artıq  kiĢilər  çömbəltmə  oturub,  ayaqqabı  dabanlarının 

dəlmə-deĢik  elədiyi  artırmanın  üstündən  kənara  tüpürür,  onun  bir  əlində  bağlama  və  yelpik 

arabadan  necə  yavaĢ-yavaĢ, ehtiyatla  aĢağı  endiyinə  tamaĢa edirdilər. Ona kömək eləmək üçün 

Armstid yenə də yerindən tərpənmədi. Elə oturduğu yerdən, yuxarıdan dedi: 

– Bu xanım  miss Berçdir. O, Ceffersona gedəsidi. Əgər bu gün ora gedən olsa, onu da özü 

ilə aparsın, ona çox minnətdar olar. 

Lina ağır, toz-torpaqlı ayaqqabılarda arabadan düĢdüyü yerdəcə dayandı. AĢağıdan yuxarı 

sakitcə, əndiĢəsiz ona baxdı. 

– Mən sizə çox minnətdaram. 

–  Aha,  –  Armstid  dedi.  –  Ġndi,  güman  etmək  olar  ki,  Ģəhərə  gedib  çıxa  biləcəksən.  – 

Yuxarıdan aĢağıya, ona sarı baxdı. Və dilin əbədi ləngliklə sözləri necə seçdiyinə diqqətlə qulaq 



 

24 


kəsilib, düĢüncənin ardınca zorla yetiĢərək lal-dinməz halda sürətlə fikirləĢdi Kişi. Bütün kişilər. 

Yaxşılıq  eləmək  üçün  əlinə  düşən  yüz  fürsəti,  bir  dəfə  ilişmək,  istənilməyən  yerə,  istənilməyən 

şeyə ilişmək fürsətini bada verəcək. Zəngin olmaq, ad-san qazanmaq, xeyirxah iş görmək, bəzən 

hətta ziyankarlıq etmək üçün qarşısına çıxan istənilən fürsəti, istənilən imkanı gözü görməyəcək, 

əldən verəcək. Amma ilişmək fürsətini əldən buraxmayacaq Sonra dili sözə toxundu və  o bunları 

eĢidəndə,  yəqin  ki,  Linadan  az  təəccüblənmədi:  “Ancaq  mən  ona  o  qədər  də  ümid 

bağlamazdım...  güvənməzdim...”    FikirləĢdi  O  mənə  qulaq  asmır.  Əgər  bu  sözləri  eşitmiş 

olsaydı, indi bu arabadan yerə düşməzdi, qarnı burnunda, bağlaması, yelpiyi əlində,  tək-tənha 

ömründə tanımadığı, bilmədiyi şəhərə yollanmazdı, bir də heç zaman görə bilməyəcəyi, bir dəfə 

görməyinin  də  əslində  ona  çox  baha  oturduğunu  hələ  dərk  etmədiyi  bir  oğlanın  ardınca 

qaçmazdı   ... əgər bu yolla qayıtmalı olsa, sabah, birisi gün – haçan olur-olsun...” 

–  Elə  bilirəm  ki,  artıq  hər  Ģey  yoluna  düĢəcək,  –  o  cavab  verdi.  –  Mənə  deyiblər  ki,  o, 

Ceffersondadır. 

Arabanı geri döndərib beli bükülü, gözləri mürgülü halda  evinə tərəf sürdü; ortası çökmüĢ 

oturacaqda  oturub  fikirləĢdi:  “Havayı  söhbətdir.  Yad  sözlərə,  öz  qulaqlarına  inanmır,  heç 

insanların onun  barəsində  nə düĢündüklərinə də  inanmır artıq... Dörd həftədir,  – o dedi. Ġndiki 

kimi  nə  hiss eləmir, nə  də  inanmır. Orda,  pilləkənin  yuxarı pilləsində,   əlləri dizlərinin üstündə 

əyləĢib, onlar da ətrafda çömbəltmə oturub, onun böyür-baĢından yola tüpürürlər. Gözləmir ki, 

ondan  bir  Ģey  soruĢsunlar,  özü  danıĢır.  Bu  lənətə  gəlmiĢ  oğlan  barəsində  özü  hər  Ģeyi  açıb 

danıĢır,  sanki,  bunda  onun  gizlətməli  və  yaxud  gizlətməməli  olduğu  elə  bir  əhəmiyyətli  Ģey 

yoxdur.  Hətta  Coudi  Varner  və  yaxud  onlardan  biri  Ceffersondakı  yonqar  sexində  iĢləyən 

oğlanın adının Berç yox, Banç olduğunu deyəndə belə. Çünki, vallah, o özü Martadan da yaxĢı 

bilir ki  – axĢam Martaya necə dedi? – Allah özü hər Ģeyin ədalətli olmasının qayğısına qalacaq”. 

 

Ġki sual kifayət etmədi. Və Lina pilləkənin yuxarı pilləsində bağlaması və yelpiyi dizlərinin 



üstündə əyləĢib, öz hekayəsini uĢaq yalanına xas inadkarlıq və Ģəffaflıqla, sözbəsöz təkrar edərək 

yenidən danıĢır, çömbəltmə oturmuĢ kombinzolu kiĢilərsə sakitcə onu dinləyirlər. 

– O oğlanın soyadı Bançdır, – Varner deyir. – Düz yeddi ildir o sexdə iĢləyir. Nə bilirsən 

ki, sənin Berçin də ordadır? 

Qadın  gözlərini  yola,  Ceffersona  gedən  yola  dikib.  Təmkinlə,  intizar  içində,  sanki,  bir 

qədər də heç nə vecinə deyilmiĢ kimi  o yola baxır, amma baxıĢlarında heç bir dalğınlıq yoxdur. 

– Yəqin ki, ordadır. O yonqar sexindədir. Lukas həmiĢə əylənməyi sevib. Sakit həyat onun 

üçün deyil.  Buna görə  də taxta-Ģalban  zavodu onun  xoĢuna gəlmirdi.  Buna görə də o... biz pul 

qazana bilmək, əylənə bilmək xətrinə ordan köçmək qərarına gəldik. 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə