Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə6/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   2   3   4   5   6   7   8   9   ...   192

 

13 


ehtiyatını sərf edərək, sarsılmadan, qoyun kütlüyü ilə dönə-dönə yalnız bu sözləri təkrar edirdi: 

“O  məni  yanına  çağıracaq.  Dedi  ki,  məni  yanına  çağıracaq”.  Lukas  Börç  kimiləri  də  öz 

niyyətlərini  məhz  bu  cür  möhkəm  sədaqət  hissinə  hesablayırlar,  lakin  buna  ehtiyac  duyulanda 

heç cür quyruqlarını  ələ  vermək istəmirlər. Ġki həftədən sonra o, yenə də pəncərəni açıb bayıra 

çıxmalı oldu. Bu dəfə çox çətinliklə çıxa bildi. “Əvvəllər də belə çətin olsaydı, yəqin ki, bu gün 

bu  pəncərədən  çıxmağa  ehtiyac  qalmazdı”,  –  deyə  düĢündü.  Günün  günorta  çağı    qapıdan  da 

çıxıb gedə bilərdi. Heç kim onu saxlamayacaqdı. Bəlkə,  özü də bunu baĢa düĢürdü. Ancaq məhz 

gecə  vaxtı,  həm  də  pəncərədən  çıxıb  getmək  qərarına  gəlmiĢdi.  Özü  ilə  palma  yarpaqlarından 

düzəldilmiĢ  yelpik  və  səliqə  ilə  yaylığına  bükdüyü  yol  bağlaması  götürmüĢdü.  Bu  bağlamada 

baĢqa  Ģeylərlə  yanaĢı  beĢ  və  on  sentliklərdən  ibarət  otuz  beĢ  sent  pul  da  vardı.  Ayağındakı 

ayaqqabılar qardaĢınınkıydı, ona bağıĢlamıĢdı. Çox az geyilmiĢdi, çünki yayda onların heç biri 

ayaqqabıda  gəzmirdi.  Lina  ayaqları  altındakı  yolun  toz-torpaqlı  olduğunu  hiss  eləyəndə  onları 

çıxarıb əlinə aldı. 

Düz  bir  ay  idi  ki,  beləcə,  ayaqyalın  yol  gəlirdi.  Dörd  həftəydi  gəldiyi  bu  yol  və  Ģüuruna 

həkk  olunmuĢ  uzaq  anlayıĢı,  sanki,    dava-Ģavasız,  dinc,  xoĢnud  bir  dəhlizi  andırırdı;  bu  dəhliz 

yerindən laxlamayan, toxtaq sədaqət daĢları ilə döĢənmiĢ, xeyirxah, adsız sifətlər və səslərlə dolu 

idi:  Lukas  Börç?  Tanımıram.  Bu  ətrafda  o  adda  adam  yoxdur.  Bu  yolmu?  Pokahontasa  gedir. 

Ola  bilsin.  Bax  o  araba,  axıracan  olmasa  da,  o  tərəfə  gedir.  Yolun  bir  azını  onunla  gedə 

bilərsən; və budur,  sakitcə, heç nəyə məhəl qoymadan bir-birini əvəzləyən gecə və gündüzlərin 

uzun, yeknəsəq sırası indi yerə düĢmüĢ yumaq kimi üzügeriyə çözələnir; o, allah bilir kimlərinsə, 

adlarını  bilmədiyi,  üzlərini  belə  xatırlamadığı  adamların  bir-birinə  bənzəyən  arabalarında  – 

sanki,  yağsız  təkərləri  zəif  səslə  cırıldayan  avatarlarda    bu  gecə-gündüzləri  qət  etmiĢ,  qədim 

yunan  vazalarının  üstündəki  rəsmlərdə  olduğu  kimi,  irəliyə  bir  addım  belə  atmadan  əbədi 

hərəkətdə olmuĢdu. 

Araba  yoxuĢla  üzüyuxarı  ona  sarı  qalxır.  O  bu  arabanı  buradan  bir  mil  arxada  ötüb 

keçmiĢdi.  Araba  yolun  kənarında  dayanmıĢdı,  qatırlar    üzü  Linanın    getdiyi    tərəfə  elə 

boyunduruqdaca  mürgüləyirdilər.  Lina  arabanı  da  gördü,  hasarın  o  tayında,  sarayın  böyründə 

çömbəlib oturan iki kiĢini də. O onlara –  həm arabaya, həm də kiĢilərə eyni anda və bircə dəfə 

gözünün ucuyla  yığcam, cəld, sadəlövh və bəsirətli baxıĢla nəzər saldı. Amma ayaq saxlamadı, 

çox  güman  ki,  hasarın  o  tayındakı  kiĢilər  Linanın  onlara  və  arabaya  tərəf  baxdığını  heç    hiss 

etmədilər də. Lina da  bir daha dönüb geriyə  baxmadı.  Ayaqqabılarının açıq  bağları topuqlarına 

dolaĢa-dolaĢa, arxayın və ləng addımlarla  onlardan bir mil uzaqlaĢıb, təpəyə çatana qədər yoluna 

davam  etdi.  Burada  çox  da  dərin  olmayan  arxın  qırağında  oturdu,  ayaqqabılarını  çıxarıb, 

ayaqlarını aĢağı  salladı.  Bir  az keçəndən sonra arabanın  səsini  eĢitdi. Əvvəlcə onun səsi gəldi, 

sonra isə özü göründü: yoxuĢla aram-aram üzüyuxarı qalxırdı. 



 

14 


YağlanmamıĢ,  qupquru  qurumuĢ  ağacla  metal  bir-birinə  sürtünərək  tənbəl-tənbəl,  aramla 

cırıldayır  və  Ģaqqıldayır:  qulaqları  cingildədən  bu  Ģaqqıltılar  isti  avqust  günortasının  turĢumuĢ 

bihuĢluğu və sükutu  içərisində yarım mil uzağa yayılır. Qatırlar özlərini unutmuĢ kimi, ləhləyə-

ləhləyə aramla irəliləsələr də, araba, sanki, yerindən tərpənmir. O qədər ağır hərəkət edir ki, elə 

bil,  əbədi  olaraq  yerindəcə  donub,  yolun  qırmızımtıl  ipəyi  üzərində  parıltısız    muncuq  kimi 

yoxuĢun  ortasından  asılıb  qalıb.  O  qədər  ağır  hərəkət  edir  ki,  ona  dikilən  baxıĢ  onun  obrazını 

tutub  saxlaya  bilmir.  Və  gözün  gördükləri  gecəylə  gündüzün  dinc,  yeknəsəq  növbələĢməsilə 

eyniləĢən yolun özü kimi, uzunluğu artıq ölçülüb qurtaran və təzədən qarqaraya sarınan sap kimi 

yuxulu-yuxulu  süzülür,  bir-birinə  qarıĢır.  Nəhayət,  o  qədər  ağır  hərəkət  edir  ki,  sanki,  hansısa 

məsafə  deyil,  nəsə  ondan  da  böyük  bir  Ģey  qədər  uzaqda  olan  bir  yerdən  gələn  bu  boĢ  və 

əhəmiyyətsiz, xəfif, qeyri-adi,  heç  bir  məna kəsb etməyən səs  öz cismindən  yarım  mil aralıda 

gəziĢən ruhu xatırladır. “Gözümün görmədiyi, qulağımın eĢitdiyi qədər uzaqda” – Lina düĢünür. 

Özü  haqda  hələ  də  arabada  yol  gedirmiĢ  kimi  düĢünür.  DüĢünür    sonra  mənə    elə  gələcək  ki,  

arabaya  burda,  gözlədiyim  yerdə,  o  mənə  gəlib  çatanda  yox,  orda,  yarım  mil  qabaqda 

minmişəm, irəlidə,  ondan düşəndən sonra da o hələ yarım mil mənimlə gedəcək Artıq arabaya 

sarı  baxmadan  gözləyir,  adsız  mehriban    sifətlər  və  səslərlə  dolu  düĢüncəsi  isə  boĢ-boĢuna, 

sürətlə, rəvancasına axıb gedir: Lukas Börç? Deyirsən, Pokahontasda  soruşmusan? Bu yolmu? 

Sprinqveylə  gedir.  Burda  bir  az  gözlə.  Bir  azdan  o  tərəfə  gedən  araba  olacaq,  getdiyi  yerəcən 

səni  aparar  FikirləĢir:  “Əgər  bu  araba  Ceffersonun  özünə  qədər  gedirsə,  Lukas  məni 

görməmiĢdən  qabaq  eĢidəcək.  Arabanın  səsini  eĢidəcək,  amma  bilməyəcək.  Buna  görə  də  mən 

onun  üçün  gəldiyini  görməmiĢdən  əvvəl  eĢitdiyi  bir  adam  olacam.  Sonra  isə  məni  görüb 

həyəcanlanacaq. Yadına salmağa macal tapmamıĢ iki adamı birdən görəcək”. 

 

Uinterbotomun  at  tövləsinin  kölgəsində  çömbəlib  oturan  Armstidlə  Uinterbotom  onu 



yoldan keçərkən gördülər; gənc, hamilə və gəlmə olduğunu dərhal anladılar. 

– Görən, o qarnındakı hardandı belə? – Uinterbotom dedi. 

– Görən o, bu yükünən çoxmu uzaqdan gəlir? – Armstid dedi. 

– Yəqin, o tərəflərdə kimlərəsə qonaq gəlib, – Uinterbotom dedi. 

–Yox deyəsən. Elə bir Ģey olsaydı, eĢidərdim. Biz tərəflərdə də onun heç kəsi olmamalıdı. 

Olsaydı eĢidərdim. 

– BoĢ-boĢuna gəzənə də oxĢamır, – Uinterbotom dedi. –YeriĢi o yeriĢ deyil. 

–  Bu  vəziyyətdə  təkbaĢına  çox  gəzə  bilməz,  tezliynən  ona  da  bir  yol  yoldaĢı  tapılar,  – 

Armstid  dedi.  Qadın  yavaĢ-yavaĢ  uzaqlaĢdı,  qarnındakı  yükü  açıq-aĢkar  bilinirdi.  Əynində 

günəĢdən yanıb solmuĢ xələt, əlində  palma yelpiyi və bir bağlama vardı. Yanlarından keçərkən, 

sanki,  onlar  tərəfə  heç  baxmadı  da.  –  Buralardan,  yaxın  yerlərdən  gələnə  oxĢamır,  –  Armstid 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə