Uġlyam folkner



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə3/192
tarix03.10.2017
ölçüsü4,05 Mb.
#3053
1   2   3   4   5   6   7   8   9   ...   192

 

bitirmiĢdi.    Parisdə  yeni  bir  romanını  –  “Moskitlər”i  yazmağa  baĢlamıĢ,    bitirilməmiĢ  qalan 



üçüncü romanı – “Elmer” üzərində iĢləməyə davam etmiĢdi. 

Yazıçının  bioqraflarının  qeyd  etdiyi  kimi,  Folkner  ədəbiyyat  haqqında  hər  hansı  bir 

suala  cavab  vermək  istəməyəndə  sınanmıĢ  bir  üsula  əl  ataraq,  “Əslində  mən  fermerəm, 

ədəbiyyatçı deyiləm,” deyirdi.  Onda hər hansı yazıçının təsirini görmək istəyənlərə isə, məsələn: 

“Mən Joysu oxumamıĢam,” – deyə cavab verirdi.  

Hər  bir  yazıçı  kimi  Folkner  də  gənc  yaĢlarında  çətin  və  ağır  formalaĢma  dövrü 

keçmiĢdir.    Bu  dövrdə  müstəqilliyə,  özünəməxsusluğa  can  atsa  da,  eyni  zamanda  hamı  kimi 

hərəkət etmiĢ, çox oxumuĢ, çox öyrənmiĢ, amma artıq keçilmiĢ yolların onun üçün yaramadığını 

hiss edərək, inadla öz yolunu tapmağa çalıĢmıĢdır.  

Cəbhəyə  gedə  bilmədiyinə  və  tale  etibarı  ilə  “itirilmiĢ  nəsl”ə  mənsub  olmadığına 

baxmayaraq,  Folkner  müharibədən  Ģikəst  qayıdan  və  bunun  əvəzində  öz  həmvətənlərindən  heç  

təĢəkkür  belə  almayan    bir  əsgərin  həyatından  bəhs  edən  “Əsgər  mükafatı”  romanını  yazır. 

Yazıçının  öz  həyat  təcrübəsinə  yad  bir  material  əsasında  iĢlənən  və  onun  ədəbi  nailiyyətləri 

sırasına  daxil  edilməyən  bu  roman,  təbii  ki,  eyni  mövzuda  yazılmıĢ  digər  əsərlərlə  –  nə 

Heminqueyin  “Əlvida, silah”, nə də  ingilis  yazıçısı  Riçard  Oldinqtonun  “Qəhrəmanın ölümü” 

romanları  ilə  müqayisə edilə  bilməz.     Folkner özü də  bu eksperimentin süniliyini dərhal dərk 

edərək, bu mövzudan, bu yoldan birdəfəlik əl çəkir. Folkner hər hansı bir ədəbi cərəyana, bu və 

ya  digər  ədəbi  məktəbə  aid  olunmaq  istəməsə  də,  bütün  mümkün  ədəbi  məktəblərdən  keçir,  

müxtəlif istiqamətlərdə öz gücünü sınayır.  

Folknerin  ədəbi  taleyində,  onun  bir  yazıçı  kimi  formalaĢmasında    tanınmıĢ  Amerika 

yazıçısı  ġervud  Andersonla  1925-ci  ildə  baĢ  tutan  tanıĢlığı  böyük  rol  oynayıb.  Folknerin  öz 

dövrünə  mənsub  yazıçıların  “atası”    adlandırdığı  ġervud  Anderson  nəinki  “Əsgər  mükafatı” 

romanının  nəĢr  olunmasına,  həm  də  Folknerə  öz  yolunu,  məhz  ona  məxsus  yolu  tapmaqda  – 

bunsuz  isə  əsl  yazıçı  olmaq  mümkün  deyil    –  yaxından  kömək  edib.  Anderson  Folknerə  “öz 

dünyasını”  yaratmaq  ideyasını  verib.  “Siz  sadə  bir  oğlansınız,  Folkner,  bildiyiniz  yeganə  Ģey 

sizin oralarda, Cənubda üstündə yaĢadığınız çox da böyük olmayan torpaq parçasıdır. Amma elə 

bu da kifayətdir”. Andersonun bu sözləri gənc yazıçının gələcək tale yolunu müəyyən edib.  

Folkner “öz dünyasını” yaratmağa çalıĢarkən Amerika ədəbi ənənələri tarixinin ABġ-ın 

öz  tarixi  kimi  qısa  olduğunu  kəskin  surətdə  hiss  edir  və  buna  görə  də    inadla  bu  qısa  və  dar 

çərçivə  daxilində  hər  bir  faktı  geniĢ  tarixi  perspektivdə  inkiĢaf  etdirməyə,  hər  bir  epizodu 

keçmiĢə  və  gələcəyə  doğru  geniĢləndirməyə  çalıĢır.  Bir  amerikalı  haqda  sadəcə  bir  əhvalatı 

danıĢmaq  kifayət  etmir,  çünki  onun  həyatının  hər  anında  bütün  keçmiĢi  –  və  ola  bilsin  ki, 

gələcəyi  də – öz ifadəsini tapmazsa,  haqqında deyilən heç bir həqiqət  tam həqiqət olmayacaq.  



 

Burnunun ucunda tapdığı “öz dünyasını” yaratmağa baĢlayarkən Folknerin heç bir ilkin 



ümumi planı olmamıĢıdır. Yoknapatofa saqası  bir, yaxud bir-birinə cəlpəĢik bir neçə ağac kimi 

tədricən  boy  atıb  böyümüĢdür.  Bu  silsilədən  olan  ilk  roman  –  “Sartoris”    (1929)    ġervud 

Andersona  ithaf  edilmiĢdir.  Bunun  ardınca  elə  həmin  ildə  tamam  ayrı  bir  əsər  kimi  iĢıq  üzü 

görən “Hay-küy  və  qəzəb” romanı  müəyyən  vaxtdan  –  bu romanın personajları olan Snoupslar 

yazıçının sonrakı kitablarında Sartorislərlə təmasa, daha doğrusu, münaqiĢəyə girdikdən sonra – 

saqanın  tərkib  hissəsinə  çevrilmiĢdir.  Artıq  yazıb  bitirmiĢ  olduğu  bəzi  romanlarını  isə  saqaya 

daxil  etmək üçün  Folkner  yenidən  iĢləmiĢdir. Yeri gəlmiĢkən, o, bəzi  hallarda  bunun üçün  heç 

bir  səy  göstərməmiĢ,  həmin  romanlar  arasında  meydana  çıxan  ziddiyyətləri  görməmiĢ,  yaxud 

görmək istəməmiĢ və bunun özünü belə, özünəməxsus Ģəkildə, canlı, təbii inkiĢaf hesab etmiĢdir.  

 “Əsgər  mükafatı”,  “Pilon”  (1935)  və  s.  kimi  bəzi  əsərləri  isə,  ümumiyyətlə,  bu 

silsilədən kənarda qalmıĢdır. 

 Yazıçının  Yoknapatofa saqasına daxil olan baĢlıca romanları bunlardır: “Mən öləndə” 

(1930), “Məbədgah” (1931), “Avqustda iĢıq” (1932), “Avessalom, Avessalom” (1936), “Kənd”  

(1940),  “ġəhər”    (1957),  “Malikanə”  (1959).  Onun  bu  silsiləyə  aid  edilən  çoxlu  povest  və 

hekayələri də mövcuddur.  

Folknerin personajları özünəməxsus bir həyat yaĢayır. Onlar bir əsərdən o birinə köçür, 

bəzən ikiləĢir, bəzən də əksinə, bir Ģəxsdə birləĢir, yaxud bir personajın adı altında növbəti, daha 

doğrusu,  sonrakı  əsərlərdə  baĢqa  bir  personaj  çıxıĢ  edir.  Bəzi  hallarda  Folkner  bu  keçid  və 

çevrilmələrin səbəbini göstərsə də, bir çox hallarda onları izahsız buraxmıĢdır.  

Bütün bunların, əlbəttə ki, izahı vardı. Daha doğrusu, Folknerin kitablarında baĢ verən 

hadisələrin məhz o cür baĢ verməsini Ģərtləndirən nəsə çox güclü – hər Ģeyi əhatə edən, hər Ģeyə 

sirayət edə bilən bir düĢüncə mövcud idi. Bu düĢüncə bütün baĢ verənlərin son dərəcə mürəkkəb, 

izahedilməz  və  haqlını  haqsızdan  ayırmağın,  xüsusilə  də  insanı  bu  və  ya  digər  hərəkətə  sövq 

edən  motivi  müəyyən  etməyin  xeyli  çətin  olması  ilə  bağlı  idi.  Eyni  zamanda,  bu  əsərlərdə 

yazıçının belə bir Ģəxsi təsəvvürü, Ģəxsi qənaəti də özünü son dərəcə aydın Ģəkildə büruzə verir: 

Ġnsan hansısa irsi, tarixi  və artıq silinməsi heç cür mümkün olmayan lənət damğası nəticəsində 

ġəri daim öz içində yaĢadır, özündə daĢıyır. Onun  personajları özlərini doğma torpağa bağlı hiss 

edir,  onu  özününkü  sayır,  amma  bununla  belə,  qəlblərinin  ən  dərin  guĢəsində  bilirlər  ki,  bura 

gəlmədirlər,  baĢqalarının  hüquqlarını  qəsb  ediblər.  Bu  hiss  bir  amerikalı  kimi  Ģəxsən  yazıçının 

özü üçün də yad deyildi. 

Folknerin əsərləri ilk vaxtlar həm oxucular, həm də ədəbi tənqid tərəfindən heç də asan 

qəbul  olunmayıb.  Ümumiyyətlə,  Folknerlə  oxucu  ictimaiyyəti  və  ədəbi  tənqid  arasındakı 

münasibət ayrı bir mövzudur, bu mövzunun öz  paradoksları var. Belə  ki, Folkner, sanki, bütün 

ömrü  boyu  ədəbi  tənqidə  qarĢı  düĢmən  mövqedə  olub,  ancaq  son  nəticədə  məhz  ədəbi  tənqid, 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə