Ümumi cərrahiyyə ixtisası üzrə nümunəvi test tapşırıqları 04. 05. 2014-cü il tarixində əlavə edilmişdir. Cərrahiyyə yardımın təşkili və sosial gigiyena


) Cərrah urun cərrahi müalicəsinə göstərişi təyin edərkən nəyi istisna etməlidir?



Yüklə 1,53 Mb.
səhifə12/16
tarix22.03.2018
ölçüsü1,53 Mb.
#33157
növüРуководство
1   ...   8   9   10   11   12   13   14   15   16

657) Cərrah urun cərrahi müalicəsinə göstərişi təyin edərkən nəyi istisna etməlidir?
A) Çoxdüyünlü uru

B) Tireotoksik uru

C) Tireotoksik urun visseropatik mərhələsini

D) Diffuz hipotirеoid uru

E) Düyünlü eutirеoid uru
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
658) Hansı simptom hipotirеoid vəziyyətə aid deyil?
A) Diqqəti toplama qabiliyyətinin zəifləməsi

B) Çəkinin artması

C) Saçın tökülməsi

D) Hiperhidroz

E) Taxikardiya
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г

659) 2 - ci dərəcəli urdan əziyyət çəkən xəstə ürək nahiyəsində olan ağrılardan şikayət edir. Hansı əlamətlər tireotoksik ürək üçün xarakterik deyil?
A) Kardiodilatasiya

B) Zirvədə sistolik küy

C) Sıxıcı perikardit

D) Aritmiya

E) Yüksək sistolik təzyiq
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
660) Cərrah 26 yaşlı xəstəni müayinə edərkən tireotoksikoza şübhə yaranmışdır. Hansını tireotoksikoz əlamətlərinə aid etmək olar?
A) Ortner simptomunu

B) Qıcqırmanı

C) Ürəkdöyünməni

D) Bədən çəkisinin artmasını

E) Ptozu
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г

661) Xəstədə ilkin yoxlama zamanı Bazedov xəstəliyi aşkarlanmışdır. Onun üçün hansı xarakterik deyil?
A) Ştelvaq simptomu

B) Bradikardiya

C) Ur

D) Mebius simptomu



E) Ekzoftalm
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
662) 20 yaşlı xəstə qadın boyunun ön səthində şişkinlik şikayəti ilə cərraha müraciət etmişdir. Müayinələr zamanı məlum olmuşdur ki, qalxanvari vəz diffuz böyüyüb, yumşaqdır, hərəkətlidir, zülalla birləşmiş yod, tiroksin və radioaktiv yodun mənimsənilməsi artmışdır, əsas mübadilə + 50 - dir. Xəstəni necə müalicə etməlisiz?
A) Prednizоlonla

B) Hemodializ

C) Plazmоforezlə

D) Konservativ - qalxanvari vəzin hormonları ilə

E) Cərrahi - subtotal strumektomiya
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г

663) Sadalananlardan hansı diffuz eutireoid ur üçün xarakterik deyil?
A) Yod və tiroksinlə müalicə vəzin ölçülərinin normallaşmasına gətirib çıxara bilər

B) Yod çatışmazlığı tireod stimuləedici hormonun hasilatını artırır

C) Tiroksin sintezinin azalması tireoid stimuləedici hormonun hasilatını azaldır

D) Xəstəlik anadangəlmə deyil, qazanılmadır

E) Qalxanvari vəzin hipertrofiya və hiperplaziyası hüceyrələrin ölçü və sayının artması ilə əlaqəlidir
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
664) Qalxanvari vəzin paylarından birində diametri 5 sm olan düyünlü törəmənin sitoloji müayinəsində düyünlü colloid ur olduğu təsdiq olunmuşdursa optimal müalicə variantını seçin.
A) Qalxanvari vəzin boyun hissəsini götürməklə hemitireoidektomiya

B) Düyünlü törəməni enukleasiya etmək

C) Subtotal strumektomiya icra etmək

D) Etil spirti ilə skleroterapiya

E) L - tiroksinlə konservativ müalicə
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
665) Qalxanvari vəzin əməliyyatlarında hansı intraoperasion ağırlaşma sayılmır?
A) Hava emboliyası

B) Traxeyanın zədələnməsi

C) Qanaxma

D) Qida borusunun zədələnməsi

E) Piy emboliyası
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
666) Аşağıdakılardan hansı qalxanvari vəzin böyüməsinə təsir etmir?
A) T3 - T4 sintezinin azalması

B) Tireoid stimuləedici hormonun sekresiyasının artması

C) Antitireoid preparatların qəbulu

D) Böyrəküstü vəzinin stimuləedici təsiri

E) Qida məhsullarında yod çatışmazlığı
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г

667) Diffuz toksiki ura görə qalxanvari vəzin subtotal rezeksiyası əməliyyatı zamanı tez - tez rast gəlinən ağırlaşma hansıdır?
A) Qayıdan sinirin zədələnməsi

B) Hipotireoz

C) Proqressivləşən ekzoftalm

D) Hipokalsiemiya

E) Residiv tireotoksikoz
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
668) Tireotoksik kriz simptomuna hansı aid deyil?
A) Taxikardiya

B) Arterial təzyiqin enməsi

C) Huşun itməsi

D) Hipertermiya

E) Oyanıqlıq
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
669) Qalxanvari vəzin sağ payının aşağı qütbündə kapsulaya keçməyən, limfa düyününü zədələnməyən 1, 0 х 1, 5 sm ölçüdə papilyar xərçəng olan xəstədə hansı əməliyyatı seçmək lazımdır?
A) Qalxanvari vəzin subtotal rezeksiyası

B) Subfassial hemitireoidektomiya

C) Ekstrafassial hemitireoidektomiya

D) Ekstrakapsulyar total strumektomiya

E) Krayl əməliyyatı
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
670) Boynun yan sisti və fistulları üçün hansı xarakterik deyil?
A) Sist zamanı malignizasiya ehtimalı artır

B) Fistul əsasən döş - körpücük - məməyəbənzər əzələnin ön kənarından açılır

C) Fistul yalnız yaşlılarda olur

D) Bütün sistlər boyun sinusundan başlayır

E) Bir qayda olaraq “15 yaşa qədər - fistula, 15 yaşdan sonra - sist” olur
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
671) Hansı səbəbə görə boynun orta və yan sistləri əməliyyat olunmalıdır?
A) İrinləyə bilər

B) Qonşu orqanları sıxar

C) Udlaqarxası absesə səbəb ola bilər

D) Kosmetik effekti bərpa edə bilər

E) Maliqnizasiya edə bilər
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
672) Qalxanvari vəzin əməliyyatdan sonrakı residivi üçün nə xarakterikdir?
A) Kalsitoninin səviyyəsinin artması

B) Mikrosomal antigenə qarşı anticism titrinin yüksəlməsi

C) TTH səviyyəsinin artması

D) TTH səviyyəsinin enməsi

E) Kalsitoninin səviyyəsinin enməsi
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
673) Tireotoksik krizin əmələ gəlməsində əsas rol oynayır:
A) Hiperqlikemiya

B) Su - elektrolit pozğunluğu

C) Kəskin böyrəküstü vəz çatışmazlığı

D) Katexolaminlərin səviyyəsinin gözlənilmədən kəskin artması

E) Qanda T3 və T4 səviyyəsinin kəskin artması
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
674) Strumektomiyadan sonra xəstənin həyatı üçün daha təhlükəlidir?
A) Kəskin qanaxma

B) Tənəffüs çatışmazlığı və asfiksiya

C) Poliorqan çatışmazlığı

D) Tireotoksik krizin inkişafı

E) Ürək dayanma
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г

675) Yarımkəskin tireoiditdə qalxanvari vəzin funksiyası necə olur?
A) Dəyişilmir

B) Eutireoz

C) Hipotireoz

D) Yüngül tireotoksikoz

E) Ağır tireotoksikoz
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
676) 30 yaşlı xəstə aybaşıönü dövrdə süd vəzində olan ağrıdan şikayət edir. Süd vəzinin palpasiyası zamanı çoxsaylı kiçik, ağrılı bərkimə ocaqları əllənir. Qoltuqaltı limfa düyünləri böyüməyib. Sizin diaqnoz aşağıdakılardan hansı ola bilər?
A) Fibroz - kistoz mastopatiya

B) Süd vəzinin ikitərəfli 1 - ci dərəcəli xərçəngi

C) İrinli mastit

D) Fibroadenoma

E) Axacaqdaxili papiloma
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
677) 32 yaşlı xəstəyə diffuz - kistoz mastopatiya diaqnozu qoyulub. Xəstəyə hansını təyin etmək lazımdır?
A) Fizioterapiya (YTC)

B) Süd vəzinin sektoral rezeksiyası

C) Uzun müddətli kalium - yod qəbulu

D) Statinlərin qəbulu

E) Estrogen preparatların qəbulu
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
678) 36 yaşlı qadının süd vəzində 2 düyün aşkarlanmışdır. Bir neçə ay öncə menstrural sikl ərəfəsində süd vəzilərində diskomfort olduğunu qeyd edir. Keniq simptomu müsbətdir. Törəmənin konturları dəqiq, üzəri hamar, hərəkətlidir. Diaqnoz aşağıdakılardan hansı ola bilər?
A) Multitop fibroadenoma

B) Medullyar xərçəng

C) Axacaqdaxili papilloma

D) Fibroz - kistoz mastopatiya

E) Yarpağabənzər sistosarkoma
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
679) Süd vəzinin punksion biopsiyası hansının diaqnozunu qoymağa imkan verir? Bütün düzgün cavabları seçin.

1. sklerozlaşdırıcı adenomatoz

2. plazma toxumalı mastit

3. lipoma

4. piyli nekroz

5. süd vəzinin fibroadenoması
A) 1, 3, 5

B) 1, 5


C) 3, 5

D) 1, 2, 3, 5

E) 1, 2, 3, 4, 5
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
680) Hansı Keniq simptomu üçün xarakterikdir?
A) Axacaqdaxili papilloma

B) Qalaktosele

C) Süd vəzinin xərçəngi

D) Kəskin mastit

E) Fibroz - kistoz mastopatiya
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
681) Xəstə cərraha ümumi zəiflik, bədən hərarətinin 38ºC - yə qədər yüksəlməsi şikayətləri ilə müraciət etmişdir. Anamnezindən məlum olur ki, 3 həftə ərzində sağ tərəfli aşağı pay pnevmоniyasına görə stasionar müalicədə olmuşdur. 6 gün öncə evə yazılıb. Rentgenoloji müayinə zamanı sağ ağ ciyərdə kölgəlik və kürək sümüyü bucağına qədər maye səviyyəsi görünür. Nə etmək lazımdır?
A) Plevra boşluğunu punksiya etmək

B) Plevra boşluğunu drenə etmək

C) Xəstəni stasionara göndərmək

D) Massiv antibiotikoterapiya təyin etmək

E) Sanator - kurort müalicəsini məsləhət görmək
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
682) Cərrah pnevmоniya keçirmiş xəstəyə baxarkən, döş qəfəsinin sağ yarısının tənəffüsdən qalmasını, bu nahiyyədə səs titrəməsinin olmamasını, Damuazo xətti üzrə tənəffüsün zəifləməsi və kəskin kütləşməsini aşkarlayır. Yazılan klinik əlamətlər hansı ağırlaşmaya dəlalət edir?
A) Eksudativ plevritə

B) Ağ ciyər absesinə

C) Pnevmоniyanın residivinə

D) Pnevmоtoraksa

E) Ağ ciyər qanqrenasına

Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г


683) Alkohol sərxoşluğu vəziyyətində olan 38 yaşlı kişi 6 saat bağda taxt üzərində yatmışdır. 2 gün sonra döş qəfəsinin sağ yarısında ağrı, hərarətinin yüksəldiyini hiss etmişdir. Həkimə müraciət etməmişdir. 2 həftə sonra bədən hərarətinin 37, 5 - 38 ºC yüksəlməsi, ümumi zəiflik hiss etmişdir. Səhər öskürən zaman qəflətən 200 ml kəskin iyli, irinli bəlğəm xaric olmuşdur. Sizdə daha çox hansı xəstəliyə şübhə yaranır?
A) Pnevmoniya

B) Ağciyər absesi

C) Ağ ciyər xərçəngi

D) Eksudativ plevrit

E) Bronxoektaziya
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г

684) Sağ ağ ciyərin xroniki absesinə görə ambulator müalicə alan xəstədə qəflətən döş qəfəsində ağrı, təngənəfəslik, boyun və sifətində artan göyərmə müşahidə olunur. Xəstəliyin hansı ağırlaşmasının baş verdiyini düşünmək lazımdır?
A) Diafraqmaaltı abses

B) Pnevmоtoraks

C) Eksudativ plevrit

D) Plevranın empieması

E) Miokard infarktı
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
685) Uzun illər tütün çəkən 58 yaşlı xəstədə ağciyər xərçəngi aşkarlanmışdır. Bəlğəmin hansı növü bu xəstəlik üçün xarakterikdir?
A) Irinli - çürüntülü

B) Selikli

C) Köpüklü - irinli

D) Üçqatlı

E) «Moruq cemi” rəngində
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
686) Xroniki ağciyər absesi ilə yatan xəstədə aşağıdakı hansı ağırlaşma xarakter deyil?
A) Qanaxma

B) Aortanın döş hissəsinin anevrizması

C) Sepsis

D) Pnevmoskleroz

E) Piopnevmоtoraks
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г

687) Ürəyin tamponadası zamanı nə etmək lazımdır?
A) Sidikqovucular təyin etmək

B) Perikardın punksiyası

C) Dövr edən qanın həcmini azaltmaq

D) Antikoaqulyantlar

E) Yüksək dozada antibiotiklər
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
688) Hansı xəstəliklərdə qanhayxırma özünü xəstəliyin simptomu kimi biruzə verir?

1. ağciyər xərçəngi

2. ağciyər vərəmi

3. birincili bronxoektazlarda

4. ağciyər absesi

5. ürək qüsurları
A) 3, 4

B) 1, 2, 3

C) 1, 2, 5

D) 2, 4, 5

E) 1, 2
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
689) Bud arteriyasının emboliyası zamanı IIIB dərəcəli işemiya olarsa hansı müalicə üsulunu seçmək lazımdır?
A) Trombolitik terapiya

B) Aşağı ətrafın amputasiyası

C) Antikoaqulyantla müalicə

D) Təxirəsalınmaz embolektomiya

E) Simptomatik terapiya
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г

690) Aşağı ətrafların varikoz genişlənməsində skleroterapiyaya əks - göstəriş nədir?
A) Əməliyyatdan sonrakı residiv

B) Dərin venalarda çatmamazlıq

C) Yumşaq, tez yapıxan varikoz düyün

D) Səpələnmiş zədələnmə

E) Anamnezində dərialtı venaların kəskin tromboflebiti
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
691) Aşağı ətrafların kommunikant venalarının çatışmazlığında hansı əməliyyat aparılmamаlıdır?
A) Madelunq

B) Bebkok

C) Narat

D) Troyanov - Trendelenburq

E) Linton
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
692) Hansı kəsiklə aorta bifurkasiyasından embolektomiya etmək olar?
A) Torakofrenolaparotomiya

B) Rob üsulu ilə peritonarxası kəsik

C) Birtərəfli bud kəsiyi

D) Ikitərəfli bud kəsiyi

E) Aşağı orta laparotomiya
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
693) Bud arteriyasının emboliyası nəticəsində inkişaf edən ətrafların kəskin işemiyası üçün hansı xarakterik deyil?
A) Ətrafların soyuması

B) Ətraf oynaqlarında aktiv hərəkətin olmaması

C) Ətraflarda ağrı

D) Dəri örtüyünün”mərmər”şəkili alması

E) Əzələ kontrakturası
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
694) 63 yaşlı xəstədə aortanın intrarenal hissəsinin anevrizması cırılmışdır. A / T 110 / 70 mm. c. süt. Sidik 400 ml. Müalicə taktikası necə olmalıdır?
A) Xəstəlik 2 saata qədər başlanmışdırsa əməliyyat etmək

B) Əməliyyatdan imtina etməklə, reanimasiya şöbəsində idarəolunan hipotenziyanın aparılması

C) Konservativ müalicə effekt vermədikdə cərrahi müalicə

D) Təcili əməliyyat

E) Arterial təzyiq və diurez stabilləşdikdən sonra cərrahi müdaxilə
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г

695) Pecet - Şretter xəstəliyinin kəskin mərhələsinin əsas klinik əlamətləri hansılardır?

1. sifətin, boyunun, gövdənin yuxarı hissəsinin ödemi

2. sifətin və boyunun sianozlaşması

3. qolda ağrının olması

4. qolun dəri örtüyünün sianozu, venoz şəklin güclənməsi

5. qolda ödem
A) 3, 4, 5

B) 1, 3, 4

C) 2, 3, 4

D) 1, 4, 5

E) 1, 2, 4
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
696) 67 yaşlı xəstəyə obliterasiyaedici ateroskleroz, sağ bud arteriyasının okllyuziyası diaqnozu qoyulmuşdur. Bu halda hansı ağırlaşma ola bilməz?
A) Işemik nevrit

B) Ağciyər arteriyasının tromboemboliyası

C) Trofiki xoralar

D) Ətrafların qanqrenası

E) Fasiləli axsama
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
697) Posttrombotik xəstəliyin rekanalizasiyası zamanı residiv trofik xoraların əmələ gəlməsinin qarşını almaq üçün hansı əməliyyat növünü seçərdiniz?
A) Linton əməliyyatı

B) Skleroterapiya

C) Koket əməliyyatı

D) Troyanov - Trendelenburq əməliyyatı

E) Baldırın arxa qamış arteriyasının rezeksiyası
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
698) 33 yaşlı xəstədə 5 il öncə appendektomiya əməliyyatı olunduqdan 4 gün sonra sol aşağı ətrafında ödem və sianoz olmuşdur. Konservativ müalicədən sonra ödem azalmış, vəziyyəti yaxşılaşmışdır. 6 ay sonra səthi venaların varikoz genişlənməsi aşkarlanmışdır. Baxış zamanı baldırın medial səthində dəridə trofiki xora var. Distal fleboqrafiya zamanı sol ayağın dərin venalarının tam rekanalizasiyası, baldır nahiyyəsində qanın dərin venalardan səthi venaya atılması aşkarlanmışdır. Baldırın trofiki xorasının residivinin qarşısını almaq üçün hansı əməliyyatı icra etmək lazımdır?
A) Arteriovenoz şuntun qoyulması

B) Karkas spiral vasitəsi ilə bud venası qapaqlarının korreksiyası

C) Baldırın perforant venalarının fassiyaüstü bağlanması

D) Linton əməliyyatı

E) Troyanov - Trendelenburq əməliyyatı
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
699) Obrazsov simptomu nə üçün xarakterikdir?
A) Soxulcanvari çıxıntının empieması üçün

B) Kəskin appendisit - soxulcanvari çıxıntının qaraciyəraltı yerləşməsi üçün

C) Mekkel divertikulunun iltihabı üçün

D) Kəskin appendisit - soxulcanvari çıxıntının çanaq yerləşməsi üçün

E) Kəskin appendisit - soxulcanvari çıxıntının retrosekal yerləşməsi üçün
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г

700) Hansı hallarda təcili appendektomiya əks - göstərişdir?
A) Yaşlılarda dəqiqləşdirilə bilməyən kəskin appendisitə şübhə olduqda

B) Hamiləliyin ikinci yarısinda inkişaf edən kəskin appendisit

C) Kəskin kataral appendisit

D) Uşaqlarda kəskin appendisit

E) Kəskin appendisitin ilk tutması
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
701) Bud yırtığına ən çox kimlərdə rast gəlinir?
A) Yaşlılarda

B) Uşaqlarda

C) Qadınlarda

D) Kişilərdə

E) Cinsin və yaşın əhəmiyyəti yoxdur
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
702) Miokard infarktına görə müalicə alan xəstədə 12 saat öncə qasıq yırtığının boğulması olmuşdur. Hansı taktikanı seçmək lazımdır?
A) Infarktın lokalizasiyasından asılı olaraq taktika seçmək

B) Peritonit inkişaf edən zaman əməliyyat

C) Spazmolitiklər və narkotik analgetiklər vurulduqdan sonra yırtıq möhtəviyyatını qarına yükləmək

D) Təcili əməliyyat

E) Yırtıq kisəsinin fleqmonası inkişaf edən zaman əməliyyat
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
703) Rixter boğulması hansıdır?
A) Bağırsağın duodeno - yeyunal keçid nahiyyəsində boğulması

B) Bağırsağın divarönü boğulması

C) Mədənin diafraqmal yırtıqda boğulması

D) Burulmuş siqmavari bağırsağın boğulması

E) Mekkel divertikulunun boğulması
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
704) Boğulmuş yırtığa görə icra edilən əməliyyat zamanı, yırtıq kisəsi açılan zaman nazik bağırsağın iki ilgəyi aşkarlanarsa, bu hansı növ boğulma hesab edilir?
A) Iki bağırsaq ilgəyinin boğulması

B) Divarönü

C) Retroqrad

D) Elastiki

E) Yırtıq kisəsində burulma
biyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
705) Boğulmuş yırtıq üçün aşağıdakılardan hansı səciyyəvi deyil deyil?

A) Yırtıq qabarması nahiyəsində kəskin ağrının olması

B) Yırtığın sərbəst düzəlməməsi

C) Bağırsaq keçməzliyi əlamətinin olması

D) Xəstəliyin kəskin başlaması

E) Yırtığın sərbəst düzəlməsi


Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
706) İnkişaf formasına və xarakterinə görə hansı termin mədə xərçəngi ücün xarakterik deyil?
A) Infiltrativ

B) Skirr


C) Ekzofit

D) Endofit

E) Qarışıq (ekzofit - endofit)
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
707) Sadalananlardan hansı mexaniki sarılığın səbəbi ola bilməz?
A) Mədəaltı vəzin başının xərçəngi

B) Xroniki indurativ pankreatit

C) Böyük duodenal məməciyin şişi

D) Kisə axarının daşı

E) Ümumi öd axarının daşı
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
708) Trixobezoar nədir?
A) Tərkibi qətran olan bezoar

B) Tərkibi heyvani yağlar( keçi, qoyun piyi, sala) olan bezoar

C) Tərkibi saçlar olan bezoar

D) Tərkibi müxtəlif laklar olan bezoar

E) Tərkibi kətan və yun saplar olan bezoar
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 185.
709) Sellakobezoar nədir?
A) Tərkibi heyvani yağlar( keçi, qoyun piyi, sala) olan bezoar

B) Tərkibi müxtəlif laklar olan bezoar

C) Tərkibi qətran olan bezoar

D) Tərkibi saçlar olan bezoar

E) Tərkibi kətan və yun saplar olan bezoar
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 185.


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə