Ümumi məlumat. İnformasiya sistemi nədir? Sistem


İnformasiya resurslarının xarakterinə görə təsnifat



Yüklə 0,63 Mb.
səhifə8/48
tarix30.12.2023
ölçüsü0,63 Mb.
#167951
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   48
mumi m lumat. nformasiya sistemi n dir Sistem.

2. İnformasiya resurslarının xarakterinə görə təsnifat
İstifadə olunan informasiyanın xarakterinə görə informasiya sistemlərinin təsnifatı şəkil 2-də verilmişdir.
Göründüyü kimi, toplanan və emal olunan informasiya resurslarının xarakterinə görə informasiya sistemləri 3 sinfə bölünür: sənədli, faktoqrafik və sənədli-faktoqrafik sistemlər.
Sənədli sistemlər təbii dildə ifadə olunmuş müxtəlif sənədlərlə (monoqrafiyalar, məqalələr, dövri nəşrlər, normativ və hüquqi sənədlər və s.) işləmək üçün istifadə olunurlar. Sənədli sistemlərin tipik nümayəndəsi informasiya-axtarış sistemləridir.

İnformasiya -axtarış sistemi təbii dildə sənədlərin toplanması və müxtəlif kriterilərə görə axtarışını təmin edir. Bu cür sistemlərdən həm müəssisə (korporasiya) səviyyəsində, həm də İnternet şəbəkəsində müxtəlif tip sənədlərin toplanması, sistemləşdirilməsi və axtarışı üçün istifadə olunur.
Sənəd dövriyyəsi sistemləri müəssisə (korporasiya) daxilində sənədlərin dövriyyəsini avtomatlaşdırılmaq üçün istifadə olunur. Müəssisənin bütün funksional bölmələrinin kompüterləşdirilməsi şəraitində kompüterlərin şəbəkəsini yaratmaqla və sənədlərin elektron variantlarından istifadə etməklə, onların dövriyyəsini tam avtomatlaşdırmaq olur.
Kargüzarlığın avtomatlaşdırılması sistemləri də müəssisədə İnternet-İntranet platforması ilə qurulan kompüter şəbəkəsinin fəaliyyət göstərdiyi şəraitdə rəhbərliyin, funksional bölmələrin və işçilərin xidməti və şəxsi işlərini əhatə edən kargüzarlığın elektron sənədlərdən və elektron poçtdan istifadə edilməsilə tam avtomatlaşdırılmasına imkan verir.
Faktoqrafik sistemlər kompüterdə verilənlərdən ibarət olan yazılar formasında saxlanan faktiki məlumatlarla əməliyyat aparırlar. Faktoqrafik informasiya sisteminin əsas funksional qovşağı verilənlər bazasının idarəetmə sistemidir. Faktoqrafik sistemlərdən təkcə verilənlərin saxlanması və axtarışı üçün deyil, həm də onların emalını tələb edən məsələlərin həlli üçün istifadə olunur. Yerinə yetirdikləri funksiyalara görə faktoqrafik sistemləri 3 qrupa bölmək olar: informasiya-arayış sistemləri, informasiya-idarəetmə sistemləri və informasiya-məsləhət sistemləri.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə