Ümumi məlumat. İnformasiya sistemi nədir? Sistem



Yüklə 0,63 Mb.
səhifə10/48
tarix30.12.2023
ölçüsü0,63 Mb.
#167951
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   48
mumi m lumat. nformasiya sistemi n dir Sistem.

MühazirƏ 4


İnformasiya sisteminin arxitekturası
İnformasiya sisteminin ümumi strukturu
Miqyasından, informasiya resurslarının xarakterindən və tətbiq sahəsindən asılı olmayaraq istənilən tip informasiya sisteminin ümumiləşdirilmiş strukturunu şəkil 1-dəki kimi təsvir etmək olar. Göründüyü kimi, informasiya sistemi altsistem adlanan bir necə hissədən ibarətdir.
Altsistem ümumi sistemin müəyyən əlamətə görə ayrılmış bir hissəsidir. Altsistemlər informasiya sisteminin bütövlükdə fəaliyyətinin təmin edilməsinə xitmət edirlər. Odur ki, onlara təminedici altsistemlər deyilir. Həmin altsistemlərə texniki, riyazi, proqram, informasiya, təşkilati və hüquqi təminat altsistemləri aiddir.

Texniki təminat.
Texniki təminat – informasiya sisteminin işləməsinə xidmət edən texniki vasitələr kompleksindən və həmçinin həmin vasitələr və texnoloji proseslər üçün uyğun sənədlərdən ibarətdir. Texniki vasitələr kompleksinə aşağıdakılar daxildir.
-hər hansı modelə aid kompüterlər;
-informasiyanın toplanması, saxlanması, emalı, ötürülməsi və əks etdirilməsi üçün qurğular;
-kommunikasıya vasitələri (informasiyanı ötürən və qəbul edən qurğular və rabitə kanalları);
- təşkilati-texniki vasitələr;
-istismar materialları və s.
Səndlərdə texniki vasitələrin ilkin seçimi, onların istismarının təşkili, verilənlərin emalının texnologiyası, texnoloji təchizat kimi məsələlər öz əksini tapır. Sənədləri şərti olaraq 3 qrupa bölmək olar:
- texniki təminata aid dövlət və sahə standartlarını əhatə edən ümumsistem sənədləri;
- texniki təminatın həyata keçirilməsinin bütün mərhələlərinə aid metodikanı əhatə edən xüsusi sənədlər;
- texniki təminata aid hesabatların aparılmasında istifadə olunan normativ-arayış sənədləri.
Texniki təminatın təşkilində əsasən 2 formadan istifadə olunur: mərkəzləşdirilmiş və qismən və ya tam mərkəzləşdirilməmiş. Mərkəzləşdirilmiş texniki təminat böyük kompüterlərdən və hesablama mərkəzlərindən istifadə olunmasına əsaslanır. Mərkəzləşdirilməmiş texniki təminatda isə funksional altsistemlərin bilavasitə istifadəçilərin iş yerlərində quraşdırılmış fərdi kompüterlərdə reallaşdırılması nəzərdə tutulur.
Daha təkmil və müasir yol texniki təminatın kompüter şəbəkələri bazasında qismən mərkəzləşdirilməmiş formada təşkilidir. Bu halda İS-in texniki təminatı bütün funksional altsistemlər üçün ümumi xarakter daşıyan verilənlər bazalarını saxlayan böyük kompüterdən (meyn-freymdən) və ayrı-ayrı funksional altsisemlərdə quraşdırılmış və onlara aid verilənlərin saxlanması və emalı üçün istifadə olunan fərdi kompüterlərdən və kommunikasiya vasitələrindən ibarət olur.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə