Ümumi məlumat. İnformasiya sistemi nədir? Sistem


Lokal informasiya sisteminin arxitekturası



Yüklə 0,63 Mb.
səhifə13/48
tarix30.12.2023
ölçüsü0,63 Mb.
#167951
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   48
mumi m lumat. nformasiya sistemi n dir Sistem.

Lokal informasiya sisteminin arxitekturası
Lokal və ya biristifadəçili informasiya sisteminin funksional hissəsi bir kompüterdə reallaşdırılır. Müəyyən əməliyyat sistemi mühitində fəaliyyət göstərən informasiya sisteminin işini 3 variantda təşkil etmək olar [6]:
1-bütöv VBİS-dən istifadə etməklə,
2-VBİS-in nüvəsi ilə işləyən tətbiqi proqram vasitəsilə,
3-müstəqil işləyən tətbiqi proqram vasitəsilə.
1-ci variantda VBİS kompüterin disk yaddaşında yerləşdirilir və İS-in fəaliyyətində bilavasitə iştirak edir. VBİS-ə daxil olmayan funksiyaların yerinə yetirilməsi üçün (istifadəçi interfeysinə əlavələr, reqlamentli sorğuların emalı, hesabatların hazırlanması və s.) əlavə olaraq üstqurum proqramları yaradılır.Bu variantla qurulan İS-in arxitekturası şəkil 2-də verilmişdir.
Göründüyü kimi, bu halda İS üçsəviyyəli arxitektura üzrə təşkil olunur və bu arxitektura verilənlərin idarəetmə sistemləri üzrə tədqiqat qrupunun (ANSI/SPARC) təklif etdiyi arxitekturaya uyğundur [4]. Verilənlərin xarici, məntiqi və fiziki təsvirinə uyğun olan 3 səviyyə ilə təşkili verilənlərin məntiqi və fiziki müstəqilliyini təmin etmək məqsədini güdür. Hər səviyyəyə uyğun verilənlərin modeli yaradılır.
Xarici model istifadəçilərin informasiya sorğularını ifadə edir və xüsusi sorğu dilində (SQL, QBE və s.) təsvir olunur.
Məntiqi model verilənlərin kompüterdən kənar və müəyyən mənada mücərrəd təsvirini əks etdirir. Bu təsvirdə verilənlər bazasına daxil edilən bütün verilənlərin strukturu və onlar arasındakı əlaqələr göstərilir. Məntiqi model əsas sayılır, odur ki, ona başqa adla konseptual model deyilir. Məntiqi model xüsusi dil (DL, SQL və s.) vasitəsilə təsvir olunur.

şəkil 2. VBİS əsasında qurulan lokal İS-in arxitekturası

İdeal halda məntiqi model verilənlərin bütün xarakteristikalarını və əlaqələrini əhatə etməlidir. Lakin real sistemdə bu tam mümkün olmur. Hər bir halda müəyyən məhdudluqlar olur və bu da özünü məntiqi modelin formal təsviri üçün istifadə olunan iyerarxik, şəbəkə və relyasiya sxemlərində göstərir. Yığcamlığı, əyaniliyi, zənginliyi və verilənlər üzərində lazımi əməliyyatların aparılmasının mümkünlüyü baxımından relyasiya modeli daha geniş tətbiq tapmışdır və müasir sistemlərin böyük əksəriyyəti relyasiya modelinin əsasında yaradılır.
Fiziki model verilənlərin kompüterin xarici yaddaşında necə təşkil olunmasını əks etdirir. Bu modeldə verilənlər bazasının daxili (maşın) sxemi təsvir edilir. Həmin sxemdə xarici yaddaşın xarakteristikaları, fiziki yazıların formatları, indekslər, kataloqlar və s. haqqında məlumat verilir. Verilənlər bazası xarici yaddaşda fiziki modelə uyğun saxlanır.
Xarici, məntiqi və fiziki modellər VBİS vasitəsilə bir-birilə əlaqələndirilir, yəni bir-birində əks olunur. Bu əks olunmaların təsviri verilənlər bazasının adminstratoru və ya VBİS tərəfindən aparılır.
şəxsi istifadəçilərin və tətbiqi proqramların sorğuları istifadəçi-sistem interfeysi vasitəsilə VBİS-ə ötürülür. Sorğular istənilən dildə ifadə oluna bilər, lakin onlar interfeys vasitəsilə əməliyyat sisteminin tələb etdiyi dilə çevrilib, əsas yaddaşın işçi sahəsində yazılır. İşçi sahələrin sayı eyni vaxda sistemdə emal oluna bilən sorğuların sayı ilə təyin olunur. Verilənlər bazası ilə tətbiqi proqramlar arasında verilənlər mübadiləsi işçi sahə vasitəsilə aparılır. Modellərin və onlar arasındakı əksolunmaların təsvirləri əsasında VBİS əməliyyat sisteminə müraciət edir və verilənlərin axtarış üsullarından istifadə etməklə verilənlər bazasında lazımi əməliyyatlar aparır.
İnformasiya sistemində istifadəçilərlə sistem arasında, sistemlə verilənlər bazasının adminstratoru arasında və müxtəlif səviyyələrdə verilənlərin təsvir modelləri arasında informasiya mübadiləsinin təşkili üçün uyğun interfeyslər yaradılır. İstifadəçi-sistem interfeysi istifadəçilərin və (və ya) tətbiqi proqramların sorğularının VBİS-in və əməliyyat sisteminin tələb etdiyi formaya və dilə çevirir. VBİS-in tərkibində sistemdaxili interfeyslər fəaliyyət göstərir. Modellərlə işləmək üçün verilənlər bazasının adminstratoru uyğun interfeyslərlə təmin olunur.
İS-in üçsəviyyəli arxitekturası hər səviyyədə verilənlərin bir-birindən asılı olmayaraq dəyişdirilməsinə imkan verir, çünki məntiqi model xarici modellə daxili modeli bir-birindən ayırır. Odur ki, məntiqi model stabil olmalıdır və sistemin uzun müddətli işini təmin etməlidir. Xarici modelin dəyişilməsi təbii haldır və bu dəyişilmələr məntiqi model çərçivəsində olmalıdır. Xarici modelin obyektləri istifadəçilərin sorğuları əsasında onların reallışdırılması zamanı yaradılır. Daxili modelin obyektləri (fiziki yazılar) isə saxlanan verilənləri ifadə edir. Məntiqi modelin obyektləri (məntiqi yazılar) xarici və daxili modeldə əks olunan verilənlərin hamısını və hətta hələlik daxili modeldə əks olunmayan verilənləri də əhatə edir. Bununla da verilənlər bazasının uzun müddətli istismarı təmin edilir.
VBİS vasitəsilə modellər arasında əksolunma funksiyalarının və verilənlərin emalı üçün funksiyaların reallaşdırılması bir neçə variantla aparıla bilər. Məsələn, sadə halda hər bir məntiqi yazıya bir fiziki yazı və hər bir xarici yazıya bir məntiqi yazı uyğun gələ bilər.Onda xarici yazı birmənalı olaraq daxili yazıdan alınır. Digər halda məntiqi model əsasında lazımi əksolunmanı həyata keçirən proqram yaradılır və onun köməyilə daxili yazılardan xarici yazılar formalaşdırılır. Praktikada aralıq variantına da rast gəlinir. Bu halda daxili yazılar əsasında məntiqi yazılar formalaşdırılır, sonra isə məntiqi yazılardan xarici yazılar alınır.
İnformasiya sistemi tətbiq edilən müəssisədə verilənlərin mərkəzləşdirilmiş emalına və idarəolunmasına məsuliyyəti verilənlərin adminstratoru adlanan bir və ya bir neçə şəxsdən ibarət qrup daşıyır. Verilənlərin administratoru verilənləri yaxşı anlamalı və müəssisənin idarə olunması üçün hansı verilənlərə ehtiyac olmasını bilməlidir. Verilənlərin administratorunun vəzifələrinə aşağıdakılar aiddir: verilənlərin aktuallığını təmin etmək; verilənlərə xidmət zamanı mövcud qaydalara əməl olunmasına və istifadəçilərin sorğularının təmin olunmasına nəzarət etmək; verilənlərin mühafizəsini təmin etmək.
Verilənlərin adminstratorunun tələblərinin yerinə yetirilməsi verilənlər bazasının adminstratoru tərəfindən aparılır. Verilənlər bazasının admistratoru bir və ya bir neçə peşəkar mütəxəssisdən ibarət olan qrupdur. Verilənlər bazası adminstratorunun vəzifəsi verilənlər bazasını yaratmaq, onun yeniləşdirilməsini, təshihini və istifadəçilərin sorğularının cavablandırılmasını təmin etməkdir. O, həmçinin sistemin operativliyinə və texniki təminatına da cavabdehlik edir.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə