Ümumi TƏHSİl müƏSSİSƏLƏRİNİN İnformasiya sistemi” ÜZRƏ İSTİfadəÇİ TƏLİmati



Yüklə 0,51 Mb.
səhifə12/12
tarix20.04.2022
ölçüsü0,51 Mb.
#85709
1   ...   4   5   6   7   8   9   10   11   12
Telimat-Sinifler-uzre-bolgu
UTİS-suallar
ELEKTRON QƏBUL ALT BÖLMƏSİ

mektebeqebul.edu.az elektron sistemi vasitəsilə məktəbəhazırlıq qruplarına və 1-ci siniflərə qəbul edilmiş şagirdlərin siyahısı hər bir məktəbin Elektron qəbul alt bölməsinə yerləşdirilir və məktəb bu bölmədə hər bir şagirdi seçib (əgər həmin şagird məktəbə sənədlərini təqdim edibsə) Qəbul et düyməsi ilə şagirdi müvafiq sinfə yerləşdirir. Əgər adı bu bölmədə olan uşaq həmin məktəbə sənədlərini təqdim etməyibsə, yəni bu məktəbə qəbul olmayıbsa, məktəb həmin uşağı Şagirdlər bölməsinə qəbul etməməlidir, adı Elektron qəbul bölməsində qalmalıdır.

PTPK ALT BÖLMƏSİ

Bu bölmədə PTPK elektron sistemində Komissiya tərəfindən qərar verilən şagirdlərin siyahısı var. Əgər şagird təkrar müayinədən keçirsə, o zaman avtomatik Şagirdlər bölməsində həmin şagirdin Sağlamlığı məhdud şagird səhifəsində qərar qeyd olunacaq. Əgər fərqli məktəbə qəbul üzrə qərar verilibsə, o zaman PTPK menyusunda olacaq şagird. 1-ci sinfə qəbul olunan sağlamlığı məhdud şagirdlər də bu menyudan məktəbə qəbul olunmalıdır.

Şagirdi seçib Qəbul düyməsini vurduqda Əlavə et pəncərəsində qəbul səbəbi, qəbul tarixi və sinif məktəb tərəfindən verilən əmrə əsasən qeyd olunmalıdır. Qəbul olunan şagirdin adı Şagirdlər bölməsində görünəcək və PTPK menyusundan silinməyəcək, status “Qəbul olundu” olaraq qeyd olunacaq və şagirdin adı əvvəlki məktəbin Şagirdlər bölməsindən avtomatik çıxarılacaq.

HESABATLARIN TƏSDİQİ

Hesabatı təsdiq etməmişdən öncə Axtarış və Hesabat/Hesabat/Məktəb/Dinamik/Siniflər üzrə bölgü hesabatını seçməli, tədris ili 2021/2022, Digər, 20.09.2021 vəziyyətinə hesabata baxmalı, yükləməli və yoxlamalıdır. Əgər hesabat düzdürsə Hesabatların təsdiqi bölməsinə keçib Siniflər üzrə bölgü hesabatını təsdiq etmək lazımdır.




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə