8
РЕЗЮМЕ
ДОПОЛНИТЕЛЬНЫЕ ПРИДАТОЧНЫЕ ПРЕДЛОЖЕНИЯ В РАЗНОСИСТЕМНЫХ
АНГЛИЙСКОМ И АЗЕРБАЙДЖАНСКОМ ЯЗЫКАХ
И ИХ СРАВНИТЕЛЬНЫЙ АНАЛИЗ
Юнусова Ш.А.
Ключевые слова: сравнительно-типологическое исследование, союзы, союзные слова, прямое
дополнительное придаточное предложение, косвенное дополнительное
придаточное предложение.
В статье, исследованы дополнительные придаточные предложения в английском и
азербайджанском языках, определены их схожие и различные характеристики. Различия
особенностей в структурной системе дополнительных придаточных предложений связаны с
флективно-аналитической структурой английского и агглютинативно-синтетической структурой
азербайджанского языка.
SUMMARY
THE OBJECT SUBORDINATE CLAUSES IN DIFFERENT SYSTEMATIC ENGLISH AND
AZERBAIJANI LANGUAGES AND THEIR COMPARATIVE ANALYSIS.
Yunusova Sh.A.
Key words: typological –comparative research, conjunctions, conjunctive words, indirect object
subordinate clause, direct object subordinate clause.
In the article object subordinate clauses in the English and Azerbaijani languages have been
comparatively researched, and their similar and different characteristics have been defined. Different
characteristics in the structural system of object subordinate clauses are connected with flective-analytic
structure of the English language and agglutinative – synthetic structure of the Azerbaijani language.
Daxilolma tarixi:
İlkin variant
19.06.2017
Son variant
27.09.2017
Müxtəlifsistemli ingilis və Azərbaycan dillərində tamamlıq budaq cümlələri və onların müqayisəli təhlili
9
UOT 81-25
KOMMUNİKATİV KONFLİKT VƏ YA KONFLİKTLİ ÜNSİYYƏT
EMİNLİ BÖYÜKXANIM İBRAHİM qızı
Sumqayıt Dövlət Universiteti, f.f.d., baş müəlim
e-mail: sdu.elmixeberler@mail.ru
Açar sözlər: evfemizm, nitq mədəniyyəti, manipulyasiya, psixolinqvistika, sosiolinqvistika, konflikt
.
Sivilizasiyanın müasir inkişafı dövründə, vətəndaş cəmiyyəti quruculuğunun möhkəmləndiyi
bir zamanda mədəniyyət məsələlərinin öyrənilməsinə diqqət daha da gücləndirilməlidir.
Dil cəmiyyətdə, ilk növbədə, insanlar arasında ünsiyyətə xidmət edir. Münasibətlərin
formalarından asılı olaraq, ünsiyyətin səviyyələri də müxtəlif olur. Ünsiyyətin məna səviyyəsi ilə
anlam səviyyəsi arasında, informasiya və təsir aspektləri arasında kontekslə, bütün anlam şəraiti ilə
müəyyən edilən sıx qarşılıqlı əlaqə vardır. Bu əlaqəni informasiya və bu informasiya ilə necə
hərəkət etmək haqqında gostəriş, əmr arasındakı əlaqə kimi təsəvvür etmək olar. Beləliklə, əgər
məna özündə ümumi informasiya daşıyırsa, anlam ünsiyyətə girənlər arasında əlaqəni göstərir, nitq
davranışını təşkil edir və istiqamətləndirir, coxvariantlı, coxmənalı, konkret, təsirli səciyyə yaradır.
Nitq insana məxsusdur. İnsan öz nitqini unikal fərdi şəxsiyyət kimi, özünəməxsus səciyyəvi
əlamətlərin daşıyıcısı kimi, emosiyaların və temperamentin, fərdi ifadə keyfiyyətlərinin sahibi kimi
ifadə edir. Həm fərdi və səs xüsusiyyətləri, həm də psixoloji durum, zahiri görkəm və davranış
keyfiyyətləri – səciyyəvi şəxsiyyətin təzahür etməsi ücün vacib olan bütün bu keyfiyyətlər insana
təbiətdən verilir. Müxtəlif fəaliyyətlərdə bir-biri ilə eyni olan, bir-birini təkrar edən nitq mümkün
deyildir.
Nitqin xarakteristikaları mütəhərrikdir. Nitqin formaları və strukturu nitq şəraitindən və nitqin
motivindən, insanın psixoloji və fiziki vəziyyətindən, tərəf-muqabillər arasındakı münasibətlərin
səciyyəsindən asılı olaraq dəyişir.
Günün müxtəlif vaxtlarında insanın əhvali-ruhiyyəsi, fiziki vəziyyəti dəyişdiyi kimi, onun
nitqinin ifadəliliyi, tempi, aktivlik istiqaməti, nəhayət, üslubu da muxtəlif olur. Nitq həssas bir
barometr kimi şəraitə uyğunlaşır. Nitqin fərdi calarları, emosional xüsusiyyətləri tükənməz olub,
insanın davranışı kimi hüdudsuz və zəngindir.
Millətin və bəşəriyyətin xilası mədəniyyətdədir. Nitq etiketlərinin gücü ünsiyyətdə mübadilə
etdiyimiz məlumatın xüsusi səviyyəsini əks etdirməsindədir. «Nitq etiketinin sehri həm də ondadır
ki, bizim qarşılıqlı fəaliyyətimizə, həqiqətən də, qapı acır.» (199, 52-54). Nəzakətlilik insana
hörmətin ifadə formasıdır və bu forma da nitq etiketi stereotiplərində əks olunur. Məhz forma və
stereotip. Nitq davranışı forması kimi nəzakətliliyi müdafiə etmək lazım gəlir. Cünki bu, həm
nəzakətli olana, həm də nəzakətlə müraciət olunana lazımdır; burada hər 2 tərəf qalib gəlir; həm
«mən», həm «sən». Nəzakətlə danışan həm özünün, həm də muraciət olunanın qürurunu qoruyur.
Hər bir şəxsin qüruru, eyni zamanda cəmiyyətin qürurudur. Buna görə də nəzakətlilik uğrunda
mübarizə aparmağa dəyər. Nəzakətlilik öz-özünə yaranmır. Onu erkən vaxtlardan ailədə, uşaq
bağçasında, məktəbdə tərbiyə etmək lazım gəlir.
Dilə sahib olmaq şəxsiyyətin uğurlu sosiallaşmasının mütləq şərtidir. Şərqin müdrik fikrinə
görə, “həqiqət danışanın dilində deyil, dinləyənin qulağındadır”. Dinləmək bacarığı yaxşı xasiyyətin
ən vacib və effektli elementlərindən biridir. Balzak yazırdı ki, dinləmək təkcə nəzakətliliyin olması
demək deyil, həm də etinasızlığın əlamətidir. Insanlarla ünsiyyətdə hec nə diqqət mərhəməti qədər
yüksək dəyərləndirilmir. Ciddi, düzgün danışıq, sərtliyə, qayda-qanuna olan məhəbbətə, soyuq
hisslərə işarə edir. Dinləməyi bacarmaq rəhbərin (başçının, ağsaqqalın) peşəkarlıq əlamətidir. Dilin
zənginliyi insana özünü təsvir etməyin müxtəlif imkanlarını təqdim edir. İnsanın dilində öz daxili
aləminə, onun şəxsiyyətinin xüsusiyyətlərinə xas olan söz və ifadələr nə qədər cox olarsa, bu, ona
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 13 № 3 2017