Uot 81-116 MÜASİr diLÇİLİKDƏ koqniTİv paradiqmaya dair məHƏRRƏmova mətanət hidayəT qızı



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə19/43
tarix30.10.2018
ölçüsü1,3 Mb.
#76563
1   ...   15   16   17   18   19   20   21   22   ...   43

 

42 


 

 

РЕЗЮМЕ 

ТРАГЕДИЯ ЧЕЛОВЕЧЕСТВА В ГЛОБАЛИЗИРУЮЩЕМСЯ МИРЕ В РОМАНЕ ЧИНГИЗА 

АЙТМАТОВА «КОГДА ПАДАЮТ ГОРЫ» (ВЕЧНАЯ НЕВЕСТА) 

Алиева А.А.  

 

 Ключевые слова: общество, глобализация, личность, легенда, опасность, характер 

В статье анализируется проблема трагедии человечества в глобализирующемся мире в романе 

Чингиза Айтматова «Когда падают горы»  «Вечная невеста». После распада СССР бывшие союзные 

республики, получившие независимость, столкнулись с рядом серьёзных проблем. Многие люди по 

всему  бывшему  Союзу  с  трудом  отходят  от  старой  идеологии  и  никак  не  могут  принять  новые 

товарно-рыночные  отношения.  С  этой  проблемой  столкнулись  в    тот  период  и  в  Киргизии. 

Глобализация  и  связанные  с  ней  проблемы  очень  беспокоят  Чингиза  Айтматова,  который 

неоднократно говорит об этом в своём творчестве, и в присущей только ему манере выражает свой 

протест против глобализации мира с помощью образов своих героев. 

 

SUMMARY 



GLOBALIZING HUMANITY TRAGEDY IN THE ROMAN “ETERNAL BRIDE” 

OF CHINGIZ AYTMATOV 

Aliyeva A.A. 

 

Key words: society, globalizing, personality, legends, dangerous, character 

Globalizing  humanity  tragedy  in  the  roman  “Əbədi  gəlin”  (Eternal  bride)  of  Chingiz  Aytimatov  is 

analyzed  in  the  article.  After  the  destruction of  SSR  republics lived  under the empire  became  independent 

but they have met some problems. Some people cannot like passing to market economic,  it was difficult to 

avoid old ideology yet. There were some people who had met this problem in Kirgizstan. Chingiz Aytimatov 

worried about globalizing problems and he protest it by the help of the images in dis creative.  

 

 

 



Daxil olma tarixi: 

İlkin variant 

08.11.2016 

 

Son variant 



16.03.2017

 

 



 

 

 



 

 

 



 

 

 



Çingiz Aytmatovun “Əbədi gəlin” romanında qloballaşan  dünyada insanlığın faciəsi  


 

43 


 

 

UOT 93.99 

 

AZƏRBAYCANIN QƏDİM VƏ İLK ORTA ƏSRLƏR DÖVRÜ 

DÖVLƏTÇİLİK TARİXİNƏ DAİR  

(e.ə. III minilliyin I yarısı – b.e VI əsrinin əvvəlləri



 

1

XASAYEV NEYMAN NƏRMAN oğlu 

2

BAYRAMOVA ÜLVİYYƏ MƏMMƏD qızı 

Sumqayıt Dövlət Universiteti, 1-dosent, 2-laborant 

e-mail: sdu.elmixeberler@mail.ru 

 

Acar sözlər:  Azərbaycan,  dövlət,  Albaniya,  Manna,  idarəçilik   

 

Azərbaycan  qədim  dövlətçilik  ənənəsinə  malik  sivilizasiyalı  ölkələrdən  biridir.  Öz 



başlanğıcını  e.ə.  III  minilliyin  I  yarısından  götürən  dövlətçilik  tariximizin  dövrlər  üzrə  bütün 

mərhələlərinin  öyrənilməsi    Azərbaycan  tarixşünaslığının  qarşısında  duran,  kompleks  şəkildə 

tədqiqini  gözləyən  ən  vacib  və  ən  aktual  problemlərindəndir.  Dövlətçilik  tariximizin  öyrənilməsi 

sahəsində  ilk  uğurlu  addımı  Azərbaycan  tarix  elminin  banisi    A.A.Bakıxanöv  1841-ci  ildə 

“Gülüstani-İrəm” əsərini yazmaqla atmışdır [1] 

  Qeyd edək ki, Azərbaycanın dövlətçilik tarixinin geniş və əhatəli şəkildə tədqiqinə XX əsrin 

50-ci  illərindən  etibarən  başlanmışdır.  Bu  günə  qədər  dövlətçilik  tariximizin  ayrı-ayrı 

mərhələlərinin  tədqiqi  ilə  bağlı  bir  sıra  samballı  araşdırmaların  aparılmasına,    monoqrafiyaların  

nəşr  olunmasına,  ümumiləşdirilmiş    əsərlərin  yazılmasına  baxmayaraq,  dövlətçilik  ənənlərimizin 

öyrənilməsi sahəsində nəzərə çarpaçaq boşluqlar hələ də qalmaqdadır. Bu boşluqların doldurulması 

üçün  ölü  dillərin  öyrəniləmsinə,  ən  azından,  Azərbaycanın  qədim  və  orta  əsrlər  dövrü  dövlətçilik 

tarixini  özündə  əks  etdirən    fars,  ərəb  dilli  qaynaqların  örginal  olaraq  tədqiqata  cəlb  edilməsinə 

böyük etiyac duyulmaqdadır. Onu da qeyd edək ki, Azərbaycanın dövlətçilik tarixinin qədim və ilk 

orta əsrlər dövrünə hələ tam şəkildə aydınlıq  gətirilməmişdir.  Bu səbəbdən də, qədim və ilk orta 

əsrlər dövrünün dövlətçilik məsələlərinə dair fikir ayrılığı  Azərbaycan tarixşünaslığında bu gündə 

qalmaqdadır. 

 Azərbaycanın  şimalı  ilə  müqayisədə  cənubunda  sinifli  cəmiyyətin,  dövlətçilik  ənənələrinin  

tez formalaşması bir neçə amillə bağlıdır.  İlk amil kimi cənub bölgələrinin  şimala nisbətən dünya 

sivlizasiyasının əsas mərkəzlərindən birinə - iki çayarasına yaxın olması faktı götürülür [2, 58-60]. 

Əlbəttə İkiçayarasında baş verən bütün ictimai, iqtisadi, sosial, mədəni, hərbi-diplomatik proseslər 

uzaq şimal regionuna nisbətən qonşu cənub regionuna öz təsirinin daha tez göstərməli idi. Cənub 

regionunun şimalla müqayisədə təbii resurslarla, yeraltı və yerüstü sərvətlərlə  daha zəngin olması 

faktı  isə  ikinci  amil  kimi  dəyərləndirilə  bilər.    Cənubda  sivilizasiyalı  cəmiyyətin    erkən  təşəkkül 

tapmasına  təkan  verən  digər  mühüm  amil  regionun  daha  əlverişli  coğrafi  ərazidə,  insan  yaşayışı 

üçün daha vacib iqlim qurşağında yerləşməsi götürülə bilər.  

Bütün bu amillər əsas olmaqla e.ə. III minilliyin başlanğıcında Urmiya gölünün cənubunu və 

cənub-şərqini  əhatə  edən  Aratta  dövlət  qurumu  tarix  səhnəsində  göründü.  Bununla  da, 

Azərbaycanın dövlətçilik ənənəsi özünün formalaşma mərhələsinə qədəm qoydu.  E.ə. III minilliyin 

II  yarısında  Urmiya  gölünün  cənubunda  Lullubi,  cənub-qərbində  isə  Kuti  dövlət  qurumunun 

meydana  gəlməsi  Azərbaycanda  dövlətçilik  ənənlərinin  davamlı  xarakter  almasını  təsdiqləməkdə 

idi.  Kutilərin  100  ilə  yaxın  bir  dövrdə  ikiçayarası  ərazilərində  hakimi  mütləq  olub,  şumer  və 

akkadları  ədalətlə  idarə  etmələri  Azərbaycanda  dövlətçilik  ənənlərinin  təkmil  və  demokratik  bir 

xarakter  almasından  xəbər  verir.  Lullubi  və  Kuti  dövlət  qurumları    e.ə.  III  minilliyin  sonlarında 

daxili  ixtilaflar  və  xarici  təzyiqlər  nəticəsində  zəifləyib  tənəzzülə  uğrasalar  da,  Azərbaycanda 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 1                   2017 

  



Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə