Uot 81-116 MÜASİr diLÇİLİKDƏ koqniTİv paradiqmaya dair məHƏRRƏmova mətanət hidayəT qızı



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə20/43
tarix30.10.2018
ölçüsü1,3 Mb.
#76563
1   ...   16   17   18   19   20   21   22   23   ...   43

 

44 


 

dövlətçilik  ənənələrinin  təşəkkül  tapıb  fasiləsiz  xarakter  almasında  danılmaz  rol  oynamarı  ilə 

silinməz iz qodular. Aratta, Lullubi və Kuti dövlət qurumlarının  varisi kimi e.ə. IX əsrdən etibarən 

assur  və  urartu  mixi  yazılı  abidələrində  tez-tez  adı  çəkilən  Manna  dövləti  də  Urmiya  sahilində 

yüksəlməyə  başladı  [3].  Manna  e.ə.  IX  əsrin  ikinci  yarısından  etibarən  qonşuları  ilə  mübarizədə 

mətinləşib  güclü    dövlətə  çevrildi.  E.ə.  VIII  əsrin  II  yarısında  isə  Manna  siyasi    hakimiyyətin 

varislik  ənənəsi  ilə  irsən  ötürüldüyü  mərkəzi  dövlət  kimi  tanınmağa  başladı.    Azərbaycanın  ilk  

dövləti kimi tarixə düşmüş və erkən dövlət qurumlarının ərazilərini əhatə etməklə təşəkkül tapmış, 

Mannanın xarici siyasət kursunda onu müttəfiq kimi görən assuriya ilə dostluq, ərazilərini zəbt edib 

dövlətçiliyinə son qoymaq istəyən Urartu ilə isə düşmənçilik münasibətləri əsas mərkəzi xətti təşkil 

edirdi.  Qeyd  edək  ki,  Mannanın  bu  xarici  siyasət  kursu    Assur  çarı  II  Sarqon  tərəfindən  Urartu 

çarlığının zəiflədilib  bir daha Mannaya müdaxilə etmək iqtidarında olmadığı dövrə- e.ə. VIII əsrin 

sonuna  qədər davamlı olmuşdur. Ümumiyyətlə, bəzi istisnaları çıxmaq şərti ilə Mannanın Assuriya 

ilə müttəfiqlik sazişie.ə VII əsrin sonlarına- Assuriyyanın Midiya və Yeni Babil çarlıqları tərərindən 

süquta uğradılmasına qədər qorunmuş, öz əhəmiyyətini itirməmişdir. 

E.ə  VI  əsrin  başlanğıcında  regionun  güclü  dövləti  Midiya  tərəfindən  süquta  uğradılan 

Mannanın  dövlətçilik  ənənələri    Azərbaycanın  cənubunda  Atropatena,  şimalında    Albaniya 

dövlətlərinin yüksəlişi üçün tarixi zəmin rolunu oynamışdır [4]. E.ə. IV əsrin sonlarında  Albaniya 

və Atropatena dövlətlərinin tarix səhnəsinə çıxması Azərbaycanda dövlətçilik ənənlərinin dərin bir 

özül  üzərində  dayandığını  bir  daha  təsdiqləyir.  Onu  da  qeyd  edək  ki,  Atropatena  və  Albaniya 

dövlətləri    Makedoniyalı  Aleksandırın  e.ə.  IV  əsrin  sonlarında  Şərqə  böyük  yürşünün  nəticəsində 

formalaşan  ellinizm  dövrü  siyasi  idrəçilikləri  sırasına  daxil  edilməkdədir.  Mövcud  tarixi 

ədəbiyyatlara istinad etməklə Atropotena və Albaniyanın antik dövrünü (e.ə. IV əsrin sonu-b.ə-nın 

III  əsrinin  əvvələri)  izləsək,  onların  geniş  ərazilərinin  keşiyində  layiqincə  durduqlarını,  selevki, 

parfiya,  roma,  alan  kimi  yadellilərin  hücumlarından  vətən  torpaqlarını  mərdliklə  qoruduqlarını 

aydın şəkildə gərə bilərik. Bu zaman cənubda  Zərdüştlüyün,  şimalda isə çoxdinliliyi özündə əks 

etdirən  müxtəlif  təlimlərin  yayılmasını  da  izləmək  mümkündür.  Antik  dövrdə  Atropatenanı  türk 

mənşəli  Atropatın,  Albaniyanı  isə  türk  soylu  Aranşahın  varisləri  idarə  edirdi.  Atropatena  və 

Albaniyanın antik dövrdə regionda söz sahibi olan  dövlətlər kimi tanınmalarını o dövrə aid yazılı 

qaynaqlara  istinad  etməklə  söyləyə  bilərik.  224-cü  ildə  baş  vermiş  Sızyan  döyüşündə  Parfiyanın 

süqutundan  sonra  Atropatenanın  yenidən  dirçəlməsinin  qarşısının  Sasanilər  tərəfindən  alınmasını 

bir  sıra  mühüm  amillərlə,  əsasən  də,  onun  düşmən  hücumlarından  müdafiə  üçün  əlverişli  strateji 

mövqeyə malik olması  və imperiyaya tabe digər ərazilərlə müqayisədə daha zəngin resurslara sahib 

olması ilə əlaqələndirə bilərik. Tədqiqatçılar bunu həm də Atropatenanın mərkəzi Kazaka şəhərində 

Sasanilərin dövlət dini zərdüştlüyün baş məbədinin yerləşməsi amili ilə də bağlayırlar. Albaniyaya 

gəldikdə isə, III əsrin I yarısından-VI əsrin əvvəllərinə qədər onu türksoylu yerli Arşakilər sülaləsi 

idarə  etmişdir.  Yerli  arşakilərin  ilk  hökmdarı  I  Cəsur  Vaçaqanın  III  əsrin  I  yarısında  Albaniyada 

qərarlaşan  bütün  siyasi  idarəçilikləri  bir  araya  gətirib  vahid  mərkəzi  bir  dövlət  yaratması 

M.Kalankatlının  “Albaniya  tarixi”  əsərində  müfəssəl  şəkildə  verilir.  Sasani  imperiyası  qonşu  

Albaniya  dövlətini  öz  tərkibinə  qatmağa  cəhd  göstərsə  də,  Romanın  şərqə  doğru  nüfuz  dairəsini 

genişləndirmək siyasəti ilə bağlı buna nail ola bilmir. Alban hökmdarı I Vaçenin (255-262) Roma 

meyilli  siyasət  yeritməsi  də  Albaniyanın  sasanilər  tərəfindən  işğalını  ləngidən  səbəblərdən  sayıla 

bilər.  Sasani  hökmdarı  I  Şapur  (241-272)  tərəfindən  260-cı  ildə  Romanın  ağır  məğlubiyyətə 

uğradılmasından  sonra    Albaniya  sasani  asılılığını  qəbul  etdi.  Lakin  bu  siyasi  asılılıq  müvəqqəti 

xarakter  daşımış,  Albaniya  I  Şapurun    ölümündən  sonra  yenidən  müstəqil  siyasət  yeritməyə 

başlamışdı.  Alban  hakimi  Sanatürkün  (298-338)  erməni  və  gürcülərə,  eyni  zamanda  onlara 

havadarlıq  etməklə  Şərqə  doğru  genişlənmək  planını  reallaşdırmaq  istəyən  Romaya  qarşı  Sasani 

hökmdarı  II  Şapurla  (309-379)  və  türk  tayfaları  ilə  ittifaq  bağlayıb  erməni  çarlığının  mərkəzi 

Valarşapatı  337-ci  ildə  ələ  keçirməsi  faktı  tarixşünaslıqda  öz  əksini  tapmışdır.    Alban  hakimi 

Sanatürkün , eyni zamanda güclü Romadan çəkinməyib ermənilərin paytaxtını tutması Albaniyanın 



Azərbaycanın qədim və ilk orta əsrlər dövrü dövlətçilik tarixinə dair  

(e.ə. III minilliyin I yarısı – b.e VI əsrinin əvvəlləri

) 

 



 

45 


 

sasani asılılığından qurtulub müstəqil siyasət  yeritməsini də  təsdiq etməkdədir. Sanatürkdən sonra 

Albaniyanı  idarə  etmiş  Urnayırın  (350-371)  da  Sanatürk  kimi  müstəqil  siyasət  yeritməsini  tarixi 

faktlar  təsdiqləyir.  Alban  hökmdarı  Urnayırın  Romaya  və  onun  himayə  etdiyi  ermənilərə  qarşı 

sasanilərin  apardığı  359-cu  il  Amid  və  371-ci  il  Dzirav  savaşlarında    ölkəsinin  bütövlüyü, 

müstəqilliyi  naminə  hərbi-müttəfiq  kimi  fəal  iştirak  etməsi,  hətta  torpaqlarının  azadlığı  uğrunda 

Dizirav  vuruşmasında  canını  qurban  verməsi  amilləri  də  Albaniya  hökmdarının  müstəqil  siyasət 

yeritməsini təsdiqləməkdədir.  

Albaniyada  I  əsrdən  yayılmağa  başlayan  və  313-cü  ildən  etibarən  dövlət  dininə  çevrilən 

xristianlığın  ləğvi  istiqamətində  II  Yəzdəgirdin  (438-457)  dövründə  ciddi  addımlar  atılmışdır.  II 

Yezdəgird Alban hakimi-bacısı oğlu II Vaçenin xristian amilindən istifadə edib öz ölkəsinin siyasi 

müstəqilliyinə  nail  olmasından  ehtiyat  edirdi.    Buna  görə  də  o,  II  Vaçeni  hüzuruna  çağırtdırıb  

atəşpərəstliyi  ona  zorla  qəbul  etdirmişdi.  Bununla  kifayətlənməyib  II  Vaçeyə  atəşpərəstliyi  

təbəələri içərisində yaymaq haqqında  xüsusi göstəriş vermişdi. II Vaçe II Yəzdəgirdin 457-ci ildə 

ölümündən  sonra  sasani  imperiyasında  siyasi  çəkişmələrin  artmasından  istifadə  edib  yenidən 

Albaniyanın  müstəqil  olmasını  reallaşdırmağa  çalışmışdı.  Buna  nail  olmağın  yolunu  öz  sələfləri 

kimi  xristian  dinini    dövlət  dininə  çevirib,  xristian  dinin  təbliğatını  əhali  arasında  geniş  şəkildə 

aparmaqda  görmüşdü.  Bu  isə  II  Yəzdigirdin  vəfatından  sonra  hakimiyyət  uğrunda  gedən 

savaşlardan girovluğunda olduğu Eftalit hökmdarının köməyi ilə qalib çıxıb özünü sasani hökmdarı 

elan  edən  I  Firuzun  (459-484)  kəskin  etirazına  səbəb  olmuşdu.  I  Firuzun  hədələri  və  təkidləri 

Albaniyanın siyasi müstəqilliyini bərpa etmiş II Vaçeni nəinki qorxutmamış, hətta sasanilərə qarşı 

hərbi ittifaq yaratmağa vadar etmişdi. I Firuz  Albaniyanı yenidən sasani imperiyasına tabe etmək 

üçün  muzdlu  döyüşçülər  kimi  ələ  aldığı    haylandur  türklərini  (onoqurları)  462-ci  ildə  II  Vaçenin 

üzərinə göndərmişdi. 463-cü ildə yüksək döyüş təcrübəsinə malik haylandur türklərinin hərbi gücü 

qarşısında  təslim  olan  II  Vaçe  hakimiyyətdən  əl  çəkmişdi  [5,  65-72].  Nəticədə  Albaniyada  30  il  

müddətinə hökmdarın olmadığı bir dövr başlanmışdı. Görünür, bu dövrdə ölkəni müvəqqəti olaraq 

Sasani  mərzibanları  idarə  etmişdi.  Lakin  I  Firuzun  çiyinləri  üzərində  hakimiyyətə  gəldiyi  Eftalit  

hökmdarı  Ağsuvar  xaqana  naxələf  çıxması  ona  baha  başa  gəlmişdi.    Xəyanəti  bağışlamayan  türk 

soylu  Ağsuvar  484-cü  ildə  I  Firuzu,  “çanavar  tələsi”nə  (Canavar  tələsi  dedikdə  türklərin  hiyləgər 

düşmənə  qalib  gəlmək  üçün  onun  keçəcəyi  yolda  dərin  quyular  qazıb  üzərini  ağac  budaqları  ilə 

örtməsi  nəzərdə  tutulur.  Onlar  canavarı  da  bu  yol  ilə  ovladıqlarına  görə,  onu  canavar  tələsi 

adlandırırdılar)  salıb  ac-susuz  saxlamaqla  rüsvayçı  şəkildə  öldürmüşdü.  Bundan  sonra  Sasani 

taxtına Balaş(484-488) adlı demokratik idarə üsuluna meyilli  bir hökmdar əyləşmişdi. O, bir çox 

demokratik  tədbirlər  həyata  keçirməklə  yanaşı,  tolerant  olub  çoxdinliliyə  də  yol  açmışdı.  Bundan 

istifadə edən II Vaçenin qardaşı(qardaşı oğlu kimi də göstərirlər) Vaçaqan III Mömin Vaçaqan adı 

altında  alban  taxtına  çıxır.  493-510-cu  iliərdə  son  yerli  Arşaki  hökmdarı  kimi  Albaniyanı  idarə 

etmiş  III  Mömin  Vaçaqan  digər  alban  hökmdarlarının  ənənəvi  daxili  siyasət  kursunu  davam 

etdirməklə  ölkənin  siyasi  müstəqilliyi  naminə  xristian  dininin  geniş  təbliğinə,  digər  dinlərin  isə 

məhdudlaşdırılmasına  başlamışdı.  Bu  böyük  işi  sürətləndirmək  və  ümumalban  istiqlaliyyət 

mübarizəsinə çevirmək məqsədi ilə Aquen kilsə məclisini çağırmışdı.  

Qeyd edək ki, Aquen kilsə məclisinin çağırıldığı tarixlə bağlı da tarixşünaslıqda fikir ayrılığı  

vardır. Bir qrup tarixçi Aquen kilsə məclisinin 488-ci ildə çağırıldığını, digər araşdırmaçılar isə bu 

dini  məclisin  498-ci  ildə  keçirildiyini  iddia  etməkdədir.  Əslində,  ikinci  yanaşma  həqiqətə  daha 

yaxındır. Belə ki, əgər III Vaçaqanın Alban taxtına çıxdığı tarix 493-cü ilə təsadüf edirsə, onda o, 

Aquen kilsə məclisini hakimyyətə  gəlməmişdən  əvvəl-488-ci  ildə  çağıra  bilməzdi.  Digər tərəfdən 

Alban hökmdarları adətən, taxta çıxdıqdan  sonra həm dini, həm də dünyəvi başçıya çevrilb və hər 

hansı dini tədbiri həyata keçirə bilirdilər.İkinci fikrə dəstək duracaq başqa  yardımçı arqument kimi  

Mömin Vaçaqanın  II Vaçenin qardaşı kimi Alban taxtına oturması  yalnız sasani dövlətində siyasi 

vəziyyətin qarışıq bir hal aldığı zaman mümkün ola bilərdi. Məlumdur ki, 488-ci ildə Sasani taxtına 

oturan  I  Qubadın(488-531)  hakimiyyəti  dövründə  imperiyanı  həm  mərkəzdənqaçma-seperatçlıq 



XasayevN.N., Bayramova Ü.M.  

 



Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə