Uot 81-116 MÜASİr diLÇİLİKDƏ koqniTİv paradiqmaya dair məHƏRRƏmova mətanət hidayəT qızı



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə28/43
tarix30.10.2018
ölçüsü1,3 Mb.
#76563
1   ...   24   25   26   27   28   29   30   31   ...   43

 

61 


 

keçirilməsində  istifadə  edilir.  Büdcədənkənar  fondlardan  istifadənin  mümkünlüyü,  təyinatı 

Azərbaycan  Respublikasının  “Sahibkarlıq  fəaliyyəti  haqqında”,  “Sosial  siğorta  haqqında”, 

“Qiymətli  kağızlar  haqqında”,  “Vətəndaşların  pensiya  təminatı  haqqında”  qanunlarının  tələbinə 

uyğunlaşdırılır.  Sahibkarlıq  fəaliyyətinin  maliyyələşdirilməsində  istifadə  edilən  metodlar 

içərisində icarə mülkiyyəti və lizinq xüsusi əhəmiyyət kəsb edir. Lizinq, sahibkarlıq fəaliyyətinin 

bir  növü  olub,  müvəqqəti  istifadə  olunmayan  maliyyə  vəsaitinin  investisiya  kimi  digər 

təsərrüfatçılıq  subyektlərinə  istiqamətlənmişdir.  Hazırda  ölkəmizdə  lizinq  metodu  özünün 

inkişafının  başlanğıc  mərhələsindədir.  İstehsalat  sferasında  sənaye  potensialının  yeniləşməsində 

yüksək rəqabət qabiliyyətli məhsul istehsal etmək, həm də investisiya fəaliyyətini stimullaşdırmaq 

məqsədilə Azərbaycanda lizinq münasibətlərinin genişlənməsinə ehtiyac duyulur [2].  

Azərbaycanda  lizinq  bazarı  üçün  geniş  perspektivlər  vardır:  qeyri-neft  sektorunun  inkişafı, 

kiçik və orta sahibkarlığın stimullaşdırılması, ölkədə dünya səviyyəli yarışların, tədbirlərin həyata 

keçirilməsi üçün tikinti və yenidənqurma işlərinin artması bunun üçün real imkanlardır.  

Sahibkarlıq fəaliyyətinin investisiyalaşdırılmasında tətbiq edilən, lakin Azərbaycanda hələ az 

istifadə  olunan  metodlardan  biri  də  françayzinqdir.  Azərbaycanda  françayzinq  metodunun 

tətbiqinin genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində tədbirlər görülməlidir.  

Uzunmüddətə  beynəlxalq  yeni  maliyyələşdirmə  formalarından  biri  layihə  üzrə 

maliyyələşdirmə  metodudur.  Onun  digər  əvvəlki  metodlardan  üstün  cəhəti  ondan  ibarətdir  ki, 

maliyyələşmə obyektin layihələndirmə mərhələsindən onun istismara verilməsinədək davam edir. 

Layihə  üzrə  maliyyələşdirmə  metodu  Azərbaycanda  neft  və  qaz  yataqlarının  işlənilməsi  və 

istismarı prosesində daha geniş istifadə edilir.  

İnvestisiya  meyilli  vergi  krediti  metodu  dünya  təcrübəsində  kiçik  və  orta  sahibkarlığın 

maliyyələşdirilməsində geniş istifadə olunur. Təəssüflə qeyd edilməlidir ki, yuxarıda şərh olunan 

metodlardan  Azərbaycanda  sahibkarlığın  investisiyalaşdırılmasında  lazımınca  istifadə  edilmir. 

Sahibkarlıq  fəaliyyətini  genişləndirmək  və  ölkə  iqtisadiyyatında  sahibkarlığın  rolunu  artırmaq 

üçün məhz bu metodlardan geniş istifadə olunmalıdır. 

Məlum olduğu kimi, 2015-ci il qlobal maliyyə-iqtisadi qurumlarının proqnozlarına rəğmən, 

dünya iqtisadiyyatının inkişaf templərinin artımı ilə deyil, gözlənilməz azalması ilə səciyyələnib. 

Qlobal  iqtisadiyyatda  cərəyan  edən  proseslərin  yaratdığı  yeni  çağırışlara,  Azərbaycanın 

yerləşdiyi regionda geosiyasi gərginliyin artmasına baxmayaraq, 2015-ci ildə ölkə iqtisadiyyatının 

artımı,  büdcə  -  fiskal  dayanıqlılığı  təmin  edilib.  Lakin  dövlət  büdcəsinin  gəlirləri  nəzərdə 

tutulduğundan 2,3 milyard manat və ya 11,6 faiz az olub. 

Gəlirlərin  azalmasının  əsas  səbəbi  neftin  qiymətinin  dünya  bazarlarında  kəskin  aşağı 

düşməsi nəticəsində hökumət tərəfindən Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan 

transferinin azaldılması və bununla Neft Fondunun valyuta ehtiyatlarına qənaət etməsi qərarı olub. 

Neftin qiymətinin ucuzlaşmasının davam etməsi, həmçinin Mərkəzi Bank tərəfindən yeni məzənnə 

siyasətinə  keçid  2016-cı  il  üçün  təsdiq  olunmuş  dövlət  büdcəsində  bir  sıra  dəyişikliklərin 

edilməsini  şərtləndirir.  Bu  dəyişikliklər  qeyri-neft  sektorunun  və  sahibkarlığın  inkişafına  əlavə 

təkan  verilməsi  kimi  hədəfləri  də  güdməlidir. 

Qeyd  edək  ki,  ölkə  rəhbəri  cənab  İlham  Əliyev 

sahibkarlığın  inkişafını  xüsusi  diqqət  mərkəzində  saxlayır.  Son  illər  bu  sahədə  qanunvericiliyin 

təkmilləşdirilməsi,  inzibati  prosedurların  sadələşdirilməsi,  dövlət  dəstəyinin  genişləndirilməsi,  o 

cümlədən  vergi  güzəştləri  və  subsidiyalarla  bağlı  əhəmiyyətli  işlər  görülmüş,  Azərbaycan 

İnvestisiya Şirkəti, Sahibkarlığa Kömək Milli Fondu, “Aqrolizinq” ASC və digər vasitələrlə real 

sektora investisiya dəstəyi göstərilmişdir. 

Sahibkarlığın  inkişafına  mənfi  təsir  edən  süni  maneə  və  əngəllərin  aradan  qaldırılması 

istiqamətində Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarının icrası sürətlə davam etdirilib. 

Dövlət başçısının təşəbbüsü ilə Milli Məclisdə qəbul olunmuş qanun da sahibkarlıq subyektlərində 

2015-ci il noyabrın 1-dən iki il müddətində yoxlamaların dayandırılmasını nəzərdə tutur. Bu sənəd 

xüsusən  də  kiçik  və  orta  sahibkarların  mənafelərinin  qorunması,  onların  fəaliyyətinə  əsassız 

İbrahimova Ç.İ.  



 

62 


 

müdaxilələrin  aradan  qaldırılması  baxımından  vacib  əhəmiyyətə  malikdir.  Sahibkarlıq 

fəaliyyətinin  xüsusi  razılıq  tələb  olunan  növlərinin  sayının  59-dan  37-dək  azaldılmasına  və 

sənədləşmə  prosedurlarının  sadələşdirilməsinə,  bu  işlərin  "ASAN  xidmət"  mərkəzlərində  həyata 

keçirilməsinə  başlanılıb.  Vergilər  Məcəlləsinə  edilən  dəyişikliklərlə  ticarət,  ictimai  iaşə,  mülki 

tikinti sahələrində sahibkarların fəaliyyəti üçün sadələşdirilmiş vergi rejiminin tətbiqinə 2016-cı il 

yanvarın 1-dən başlanılıb. 

2015-ci  ilin  ilkin  yekunlarına  görə,  ölkə  sahibkarlarına  dövlət  büdcəsinin  vəsaiti  hesabına 

müvəkkil  kredit  təşkilatları  üzrə  kredit  portfeli  1  milyard  15  milyon  manat,  o  cümlədən 

Sahibkarlığa  Kömək  Milli  Fondu  üzrə  945  milyon  manat,  Kənd  Təsərrüfatı  Layihələri  və 

Kreditlərinin  İdarə  Edilməsi  Dövlət  Xidməti  üzrə  70  milyon  manat  təşkil  edib.  Ötən  il  həmin 

mənbələrdən  və  dövlət  büdcəsindən  ayrılmış  vəsait  hesabına  5243  sahibkara  249  milyon  manat 

məbləğində güzəştli kredit verilib. Verilən kreditlərin 40 faizi və yaxud 100 milyon manatı dövlət 

büdcəsindən,  60  faizi  və  yaxud  149  milyon  manatı  isə  kredit  portfelinin  vəsaiti  hesabına,  yəni 

qaytarılmış  kreditlər  hesabına  olub.  Bütövlükdə  ayrılan  güzəştli  kreditlərin  85,6  faizi  aqrar 

sektorun,  14,4  faizi  müxtəlif  sənaye  və  digər  sahələrin  inkişafına  yönəldilib.  Bununla  yanaşı, 

2015-ci  ildə  5160  sahibkara  56  milyon  manat  məbləğində  kiçikhəcmli  güzəştli  kredit 

verilib. Ümumiyyətlə, Sahibkarlığa Kömək Milli Fondu fəaliyyətə başlayandan bəri qurumun xətti 

ilə sahibkarlara 2 milyard manatadək yardım göstərilib və sahibkarlıq subyektlərində yüz minlərlə 

yeni iş yerlərinin yaradılması təmin edilib [3]. 

Kiçik  və  orta  sahibkarlıq  subyektlərinin  iqtisadi  inkişafda  mühüm  rol  oynadığını  nəzərə 

alaraq bu istiqamətdə də maliyyələşdirmə problemlərinin aradan qaldırılması daim dövlətin diqqət 

mərkəzində olmalıdır.  

Azərbaycanda  da  kiçik  və  orta  sahibkarlıq  subyektlərinə  maliyyə  yardımı  həyata  keçirən 

dövlətin  bu  sahədəki  fəaliyyəti  qənaətbəxş  hesab  edilməsə  də,  həmin  işi  aparmaq  üçün 

qanunvericilik bazasının təkmilləşdirilməsi və genişləndirilməsi məsələləri diqqətdən kənarda qala 

bilməz. Bununla belə, ölkəmizdə kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşmə mənbələri 

arasında  adı  çəkilən  mənbə  xüsusilə  fərqlənmir.  Bu  sahədəki  qanunvericilik  bazasında  bir  sıra 

çatışmazlıqlar vardır. Son illər kiçik sahibkarlığa  yardım maddəsində dövlət büdcəsində nəzərdə 

tutulan  vəsaitləri  vaxtında  və  tam  həcmdə  sahibkarlara  çatdırmaq  mümkün  olmamışdır. 

Azərbaycanda  sahibkarlığın  inkişafına  dövlət  maliyyə  yardımının  konsepsiyasına  yenidən 

baxılması  məqsədəuyğun  hesab  edilə  bilər.  Dövlət  büdcəsində  kiçik  və  orta  sahibkarlığa 

investisiya  köməyinin  həyata  keçirilməsi  üçün  nəzərdə  tutulan  vəsaitlərin  öz  təyinatı  üzrə  tam 

həcmdə  istifadəsinin  təmin  edilməsi  əsas  hesab  oluna  bilər.  Bununla  yanaşı,  bir  sıra  məsələrin 

həlli  kiçik  və  orta  sahibkarlıq  subyektlərinin  inkişafını  stimullaşdıran  addımlar  hesab  edilir  və 

burada  da  dövlətin  rolu  əhəmiyyətlidir.  Dövlət  tərəfindən  sahibkarlıq  sahəsində  aşağıdakı 

məsələlərin həllinə diqqət yetirilməlidir:  

-  sahibkarlıq  fəaliyyətinin  lisenziyalaşdırma  qaydalarının  sadələşməsi  və  lisenziyalaşdırılan 

fəaliyyət növlərinin siyahısının azaldılması;  

-  Azərbaycan  Respublikasında  iqtisadi  fəaliyyət  sferasında  dövlət  nəzarəti  sisteminin 

təkmilləşdirilməsi ilə əlaqədar olaraq süni maneələrin aradan qaldırılması.  

Büdcədən  ayrılan  bütün  vəsaitlərin  kredit  şəklində  müxtəlif  sahələrlə  məşğul  olan 

sahibkarlara  eyni  qaydalarla  çatdırılması  heç  də  uğurlu  deyildir.  Bunun  üçün  sahələrin  bölgüsü 

aparılmalıdır  və  ölkə  üçün  inkişafı  mühüm  əhəmiyyət  daşıyan,  Azərbaycanın  iqtisadi 

təhlükəsizliyinin  qorunmasına  xidmət  edən  sahələrə  maliyyə  yardımının  verilməsi  daha  önəmli 

sayılmalıdır. 

Bütün bunlarla yanaşı, dövlət kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı maliyyə siyasəti 

həyata keçirərkən regional amil də ön plana çəkilməlidir. Məlumdur ki, kiçik və orta müəssisələrin 

Bakıda  cəmlənməsi  meyli  güclüdür  və  bu  da  yerlərdə  sahibkarlığın  az  inkişaf  etməsi  deməkdir. 

Kiçik  və orta sahibkarlığın  inkişaf etdirilməsi  ilə əlaqədar dövlət siyasəti  həyata keçirilərkən bu 



Azərbaycanda sahibkarlığın maliyyə təminatının gücləndirilməsi istiqamətləri 

 



Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə