Uot 81-116 MÜASİr diLÇİLİKDƏ koqniTİv paradiqmaya dair məHƏRRƏmova mətanət hidayəT qızı



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə27/43
tarix30.10.2018
ölçüsü1,3 Mb.
#76563
1   ...   23   24   25   26   27   28   29   30   ...   43

 

59 


 

РЕЗЮМE 

БУХГАЛТЕРСКАЯ ДЕЯТЕЛЬНОСТИ В ЗАРУБЕЖНЫХ СТРАНАХ  

(на примере США) 

Абдуллаев Л.И., Гулузаде Ч.А. 

 

Ключевые  слова:  бухгалтер,  бизнес,  финансовый,  международный  cтандарт,  импорт, 

экспорт, учет 

В  статье  исследованы  вопросы  формирования  бухгалтерии,  история  развития  бухгалтерии, 

необходимость  введения  учета,  этично-кодексные  правила,  существующие  в  странах  мира, 

проведенные  конгрессы  по  развитию  этой  сферы,  исследованы  законы  по  этим  вопросам  и 

предусмотрена практика подготовки профессиональных специалистов на примере США. 

 

SUMMARY 

ACCOUNTING ACTIVITY IN FOREIGN COUNTRIES  

(

US example) 

Abdullayev L.I.,  Guluzade C.A. 

     

Key words: accountant, business, financial, international standard, import, export, accounting 

Formation  of  accountancy,  the  history  of  accounting  development,  an  importance  of  acounting 

application, the rules of ethic code in the countries of the world, conducted congresses for  the development 

of  this  field  are  invistigated  in  the  article  as  the  rules  of  current  matter  and  preparation  practise  of  the 

professional specialists in US is considered as the sample. 

 

 

 



Daxil olma tarixi: 

İlkin variant 

26.02.2016 

 

Son variant 



16.03.2017 

Abdullayev L.İ., Quluzadə Ç.Ə.  

 



 

60 


 

    

UOT 334.012 

 

AZƏRBAYCANDA SAHİBKARLIĞIN MALİYYƏ TƏMİNATININ 

GÜCLƏNDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ 

 

İBRAHİMOVA ÇİMNAZ İSA qızı 

Sumqayıt Dövlət Universiteti,baş müəllimi 

e-mail:ElnareMemmedova@box.az 

 

Açar  sözlər:  sahibkarlıq,  maliyyə,  bazar  iqtisadiyyatı,  lizinq,  iqtisadi  inkişaf,  vergi, 

investisiya  

 

Milli  iqtisadiyyatı  formalaşdırmaq  və  inkişaf  etdirmək  üçün  sağlam  sahibkarlıq  mühitinin 



yaradılması,  insanların  sahibkarlıq  ruhunda  tərbiyə  olunması  və  sahibkarlıq  fəaliyyətinin  öncül 

inkişaf  istiqamətlərinin  müəyyənləşdirilməsi  zəruridir.  Ölkədə  bazar  iqtisadiyyatının  normal 

fəaliyyət  göstərməsi  üçün  onun  əsasını  təşkil  edən  bütün  zəruri  ünsürlərin,  xüsusilə  sahibkarlıq 

fəaliyyətinin  formalaşması  və  inkişafı  təmin  edilməlidir.  Son  illər  həyata  keçirilən  iqtisadi 

islahatlar  Azərbaycan  Respublikasında  sahibkarlığın  inkişafina  təkan  vermiş,  əhalinin  həyat 

səviyyəsinin yaxşılaşdırılmasında və iqtisadiyyatının inkişafında sahibkarlığın rolunu artırmışdır. 

Müasir dövrdə sahibkarlığın inkişafında əsas məsələlərdən biri onun maliyyələşdirilməsidir. 

Ölkəmizdə  sahibkarlığın,  xüsusilə  də  kiçik  və  orta  sahibkarlığın  inkişafının  maliyyələşdirilməsi 

məqsədilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi nəzdində Sahibkarlığa Kömək Milli 

Fondu yaradılmışdır. 

Sahibkarlığa  Kömək  Milli  Fondu  tərəfindən  verilən  güzəştli  kreditlər  Azərbaycan 

Respublikası Prezidentinin fərman və sərəncamlarında, məqsədli dövlət proqramlarında müəyyən 

edilmiş,  ölkənin  sosial  iqtisadi  inkişafının  prioritet  istiqamətlərinə  uyğun  olaraq  qeyri-neft 

sektorunun  və  regionların  tarazlı  inkişafı,  sahibkarlığın,  o  cümlədən  kiçik  və  orta  sahibkarlığın 

dəstəklənməsi,  yoxsulluğun  azaldılması,  məşğulluğun  təmin  edilməsi  ilə  bilavasitə  əlaqəli  olan 

sahələrdə dinamik iqtisadi inkişafın təmin edilməsinə yönəldilir [1]. 

Sahibkarlıq fəaliyyətində həyata keçirilən investisiya layihələri həm  dövlət vəsaiti,  həm  də 

sahibkarlıq subyektinin özünün vəsaitindən maliyyələşir. Bazar iqtisadiyyatlı ölkələrdə sahibkarlıq 

fəaliyyətində  müxtəlif  maliyyələşmə  metodlarından  istifadə  edilir.  Hər  bir  ölkədə  sahibkarlıq 

fəaliyyətində  müxtəlif  metodlardan  istifadə  edilməsi  məsələsi  bu  istiqamətdə  formalaşan 

siyasətdən  asılıdır.  Hazırda  Azərbaycan  hökumətinin  investisiya  siyasəti,  pul  vəsaitinin  qıtlığı 

səbəbindən,  büdcə  ödəmələrinə  qənaət  etməklə  sahibkarların  şəxsi  vəsaitlərdən,  həmçinin 

kənardan  cəlb  edilən  vəsaitlərdən  daha  geniş  istifadə  etmək  siyasətini  gündəmdə  saxlayır.  Buna 

baxmayaraq, sahibkarlıq fəaliyyətinin dövlət vəsaiti hesabına maliyyələşdirilməsi davam etdirilir. 

Bu məqsədlə Azərbaycanın İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə birlikdə ayrı-ayrı sahələrin 

iqtisadi  inkişafının  istiqamətlərini  müəyyənləşdirərək  müvafiq  investisiya  layihələrinin  həyata 

keçirilməsinə  təminat  yaradır.  Sahibkarlığın  maliyyələşdirilməsi  metodlarından  biri  olan  qarışıq 

birbaşa maliyyələşdirmə qaytarılan və bağışlanan əsasda həyata keçirilir. Belə maliyyələşmə həm 

dövlət büdcəsindən, həm də təşkilatların şəxsi vəsaitindən ödənilir. Təəssüflə qeyd olunmalıdır ki, 

birbaşa  bağışlanan  maliyyələşmə  metodundan  ölkəmizdə  geniş  istifadə  olunmur.  Bu  metodun 

tətbiqi  sahibkarlıq  fəaliyyətində  əsas  vəsaitlərin  alınıb  quraşdırılmasına  yönəldilməlidir.  Belə 

vəsait  sahibkara  nağd  şəkildə  ödənildikdə  onun  təyinatı  ilə  xərclənməsində  çoxlu  kənarlaşmalar 

olur.  Bağışlanan  birbaşa  dövlət  vəsaitinin  yeni  növ  məhsul  istehsalına  yönəldilməsi  bütövlükdə 

müəssisələrin  rəqabət  qabiliyyətinin  artmasına  təminat  yaradar.  Büdcədənkənar  maliyyələşdirmə 

metodu-  sahibkarlıq  fəaliyyətinin  inkişafı  və  müvafiq  məqsədli  kompleks  proqramların  həyata 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 1                   2017 

  



Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə