Uot 81-116 MÜASİr diLÇİLİKDƏ koqniTİv paradiqmaya dair məHƏRRƏmova mətanət hidayəT qızı



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə23/43
tarix30.10.2018
ölçüsü1,3 Mb.
#76563
1   ...   19   20   21   22   23   24   25   26   ...   43

 

50 


 

“Mixaylov yoldaşlığı K”  fəaliyyət göstərdi. Çaxır çənlərinin tutumu 9 min vedrə idi. 1897-1898-ci 

illərdə zavod  120844 vedrə çaxır istehsal etmişdi. 1908-ci ildə o, yeni çaxır zavodunun qurulması 

üçün  Abakan  çay  hövzəsindəki  mis  zavodlarını  müddətsiz  icarəyə  götürdü.  Çaxır  çəkmə 

zavodlarında  payçı  kimi  iştirak  edən  Buryat  kapitalistləri  tacir  V.Xadeyev,  noyonqolçomaq 

V.İvanov və İ.Pirojkov idilər. Pirojkov iri kənd təsərürrüfat sahələrinin, çoxlu dəyirmanların və s. 

sahələrin sahibkarı idi. O, həmçinin Aleksandr-Nevski adına çaxır zavodunun payçısı idi. Bu zavod 

isə Şərqi Sibirdə  ən iri zavod idi. O, 1886-cı ildən 1899-cu ilə qədər öz  payı müqabilində 89987 

manat təmiz gəlir götürmüşdür. [10-150] 

1902-ci  ildə  Xorin  qolçomağı  D.Dobdanov  tacir  İ.A.Zaquzin  ilə  birlikdə  Xoxotuy 

stansiyasında ağac doğrama zavodu qurdular.  Bu zavod hər il 80 min manatlıq  məhsul buraxırdı. 

Buryat  tarixçisi  İ.A.Alsaxanovun  fikrinə  görə  isə  Buryat  noyonları  yalnız  kənd  burjuaziyasının 

rəhbəri  ola  bilərdi.  Bununla  o,  kapitalizmin  Buryatın  hər  yerində  inkişaf  etdiyini  göstərmək 

istəyirdi.  Rus  tədqiqatçısı  Y.P.Kolmanov  isə  buryat  kəndlərində  kapitalizmin  inkişafını,  rusların 

Sibirə gəlişi ilə əlaqələndirirdi. 1907-ci ildə Şərqi Sibirdə ticarət-sənaye burjuaziyasının 160, 1917-

ci ildə isə 190 nəfər nümayəndəsi var idi. Onları həyat yoldaşları və orta hesabla 2 uşaq  götürsək, 

640-760 nəfər ola bilərdi [4-330[. 

Sibirdə  kapitalist  münasibətləri  ləng  inkişaf  edirdi.  Belə  ki,  10  il  ərzində  sənaye-ticarət 

burjuaziyası 12% artmışdı.    

Elmi yeniliyi: Rusiyanın Sibirdə apardığı yeni iqtisadi siyasət nəticəsində Sibirdə kapitalizmin 

sürətli  inkişafını  göstərən  bazar  münasibətləri  təşəkkül  tapır,  fabrik  zavod  istehsalı    inkişaf  edir, 

regionlar arasında iqtisadi əlaqələr daha da güclənirdi. 

 

 



Tətbiqi əhəmiyyəti: Bu məqalədən tələbələr, müəllimlər və digər elm nümayəndələri öz elmi 

araşdırmalarında istifadə edə bilərlər. 

 

   


 

ƏDƏBİYYAT  

1. Крашвнинников С.П. Описание земли Камчатки. Т.1, ч.2.  М.-Л.: 1949, 220 с. 

2. История Бурят – Монгольской АССР  Т.1. Улан-Уде:1954, с.240-243. 

3. Дулов В.И. Очерк социлъно-экономической истории Тувы  ХIX-XX в.в. (до 1917 г.) 

Автореф.доктор.диссертации, 1950, с.4-5. 

4. Потапов Л.П. Очерки по истории алтайцев. М-Л.: 1953, с.134-162. 

5. Словцев П. Историческое обозрение Сибири. кн.1. М.: 1838, с.438. 

6. Стрелов Е.Д. Акты архивов Якутской области (с 1650 до 1800г). Якутск: 1916, с.29-31. 

7. История Сибири.  Т.1. Л.: Наука, 1968, с.350. 

8. Очерки истории Сибири. Иркутcк: 1971, с.273. 

9. Гагамейстер. Статистическое обозрение Сибири. Иркутcк:, 1969, с. 370. 

10.  Вопросы истории. №9. Москва: 1968, с.150. 

11. Берг Л.С. Байкал, его природа и значение в народном хозяйстве. М.: Наука, 1948, с.234. 

12. Народы и языки Сибири. Сб. статей. Новосибирск: 1980, с.290. 

13. Народы Сибири. М-Л.: Наука, 1965, с.375. 

14. Потопов Л.П. Краткие очерки истории и этнографии Хакасов (XIX-ХX в.в.). Абакан: 1952, с.377. 

15. Пыпин А.Н. История русской этнографии. СПб.: 1892, с.170. 

16. Сватиков С.Г. Россия и Сибирь. Прага: 1929, с. 279. 

 

РЕЗЮМЕ 

ЭКОНОМИЧЕСКОЕ ПОЛОЖЕНИЕ СИБИРИ ВО ВТОРОЙ ПОЛОВИНЕ XIX ВЕКА 

Ахмедов Р.В. 

 

   Ключевые слова: буржуазия, промышленность, завод, торговля, капитализм 

Развитие  капитализма  в  России  во  второй  половине  XIX  века  оказало  сильное  влияние  на 

развитие  экономики  в  Сибири  и  ее  окраинах.  Для  обеспечения  центральных  регионов  сырьем  в 

Сибири  открывались  новые  комбинаты,  заводы,  формировались  новая  буржуазия  и  рабочий  класс. 



XIX əsrin II yarısında  Sibirin iqtisadi vəziyyəti 

 



 

51 


 

Сформированная    новая  буржуазия  состояла  из  русских  капиталистов,  представителей  зарубежных 

капиталистов, еврейских купцов и местных племенных лидеров. Капитализм быстро внедрялся во все 

регионы Сибири, выводя ее на общероссийские и мировые рынки.  



 

SUMMARY 

THE ECONOMIC SITUATION  IN SIBERIA IN THE SECOND PART OF  XIX CENTURY 

 Akhmedov R.V. 

 

Keywords: bourgeoisie, industrial, factory, trade, capitalism 

The development of capitalism in Russia in the second half of the XIX century had a profound impact 

on  the  economic  development  of  Siberia  and  its  outskirts.  For  the  central  regions  of  the  raw  materials  in 

Siberia  opened  new  factories,  plants,  formed  a  new  bourgeoisie  and  the  working  class.  Formed  new 

bourgeoisie  consisted  of  Russian  capitalists,  representatives  of  foreign  capitalists,  Jewish  merchants  and 

local tribal leaders. Capitalism rapidly deploy in all regions of Siberia, bringing it to the national and world 

markets. 

 

 



 

Daxil olma tarixi: 

İlkin variant 

14.10.2016 

 

Son variant 



16.03.2017 

Əhmədov R.V.  


 

52 


 

 

UOT 93/99 

 

II DÜNYA MÜHARİBƏSİNDƏN SONRA TÜRKİYƏNİN  

SOSİAL-İQTİSADİ VƏ SİYASİ VƏZİYYƏTİ 

 

ƏSƏDOVA AYTƏN VAQİF qızı 

Sumqayıt Dövlət Universiteti, müəllim 

e-mail: Arv_321@mail.ru 

 

Açar sözlər: xalq, islahat, ticarət, seçki, partiya, müharibə 

 

II  Dünya  müharibəsində    SSRİ-nin  və  ona  tərəfdar  olan  dövlətlərin  qələbəsi  imperializm  



cəbhəsinə böyük zərbə vurdu. Almaniya  və Yaponiya imperalizmi  darmadağın edildi. Mərkəzi və 

Cənub  şərqi  Avropa  ölkələrinin  kapitalist  sisteminə  də  ağır  zərbə  vuruldu.    II  Dünya 

müharibəsindən sonra Türkiyə hökumətinin daxili, sosial-iqtisadi və siyasi həyatında olduğu kimi, 

xarici  siyasətində  də  dəyişikliklər  oldu.  İ.M.Lavrov  qeyd  edir  ki,  bu  dəyişikliklər  Balkanlarda  da 

özünü  göstərdi,  bu  da  SSRİ-nin  qələbəsi  ilə  əlaqədar  idi.  Bu  hadisələr  türk  xalqının    demokratik  

cəmiyyətin  qurulmasına  can  atmasını  da  gücləndirdi.  Torpağı  əlindən  alınmış  Türkiyə  kəndlisi 

Bolqariya,  Albaniya,  Rumıniya  və  sair  ölkələrdə  xalq  hərəkatının  aqrar  rejiminin  dəyişməsi 

xəbərlərini  ümidlə  qarşılayırdılar.  Kəndlilər  torpağın  mülkədarlardan  alınıb  onlara  qaytarılmasını 

səbirsizliklə  gözləyirdilər.  Bununla  da  ölkədə  demokratik  hərəkat  get-gedə  yüksəlirdi.  Hakim 

dairələrə qarşı xalqın narazılığının artdığı bir şəraitdə Türkiyə hökuməti ABŞ ilə daha çox  yaxınlıq 

edirdi.  Bu  da  sərhədləri  Türkiyə  ilə  qonşu  olan  SSRİ-nin  maraqlarına  tam  zidd  idi.  Türkiyə  bu 

dövrdə  ABŞ  və  İngiltərədən  iqtisadi  yardım  alırdı.  Bunu  da  qeyd  etmək  lazımdır  ki,  Türkiyə 

iqtisadiyyatı,  demək  olar  ki,  bütün  sahələrdə  ciddi  çətinliklərə  məruz  qalsa  da,  xarici  valyuta 

ehtiyatlarının çox böyük miqdarda artımı baş vermişdir. Hələ müharibə illərində Türkiyənin xarici 

ticarətində  ABŞ-ın  rolu  xeyli  artmışdır.  ABŞ  şirkətləri  ingilislərlə  birlikdə  bu  ölkədə  alman 

şirkətlərinə  qarşı  ticarət  müharibəsi  aparırdı  və  Türkiyənin  əsas  ixrac  məhsullarının  alıcılarına 

çevrilmişdir.  Əgər  1941-1944-cü  illərdə  Türkiyə  ixracatında  ABŞ-ın  payı  14-24%  arasında 

dəyişirdisə,  müharibədən  sonra    bu  rəqəm  44  faizi  keçirdi,  bunun  səbəbi    müharibədən  sonrakı 

illərdə  ABŞ-Türkiyə  yaxınlaşması  ilə  xarakterizə  edilirdi

1

.    Müasir  elmi  ədəbiyyatlarda  bu  bəhs 



edilən  tədbirlər  Türkiyənin  daxili  iqtisadi  həyatına  dünya  müharibəsinin  gətirdiyi  çətinliklərin  az-

çox dərəcədə də olsa, qarşısının alınması kimi qeyd edilirdi. Lakin sovet tarixşünaslığında isə Qərb 

imperializminin  yardımının  Xalq  Respublika  Partiyasının  (XRP)  vəziyyətini  heç  də 

yaxşılaşdırmadığı qeyd edilirdi. 1945-ci il may ayının 19-unda Türkiyə prezidenti İ.İnönü Avropada 

müharibələrin başa çatması ilə bağlı çıxış etdi. Prezident çıxışında qeyd etdi ki, ölkədə demokratik 

rejimə  keçiləcək  bu  mühüm  hadisələrin  başında  C.Bayar,  R.Koraltan,  F.Koprülü  və  A.Menderes 

tərəfindən  imzalanan  bir  təklifin  ÇXR  Məclis  qrupu  başqanlığına  təqdim  edilməsi  dururdu.  Artıq 

1945-ci  ildə  iyunun  18-də  Milli  dirçəliş    partiyası  yaradıldı.  Bunu  da  II  Dünya  müharibəsindən 

sonra  iki  super  güc  ABŞ  və  SSRİ  liderliyi  altında  Qərb  və  Şərq  bloklarına,  yəni  demokratik  və 

kommunist cəbhəsinə bölünməsi  və Türkiyənin  öz  yerini demokratik  cəbhədə müəyyənləşdirməsi 

ilə  izah  etmək  olar.  Lakin  onu  da  qeyd  etməliyik  ki,  hər  iki  tərəf    Türkiyəni  öz  maraq  və 

məqsədlərinə uyğun inkişaf etdirməyə çalışırdı.  1945-ci ilin iyununda Məclisə boş yerlərə «azad» 

seçki keçirilməsi elan edildi

1

. 1945-ci ilin sonunda Türkiyə Böyük Millət Məclisi (TBMM) sığorta 



haqqında  qanun  qəbul  etdi.  Bu  qanun  bədbəxt  hadisələr,  uzunmüddətli  xəstəliklər  və  hamiləliklə 

əlaqədar  olaraq,  fəhlələri  sığorta  etməyi  nəzərdə  tuturdu.  Bu  qanun  fəhlələrin  ictimai  sığorta 

haqqındakı tələblərini təmin etmirdi. Bu qanun şəhər yoxsullarının cəmi 25 faizinə  şamil edilirdi. 

Bu  qanunun  qəbulundan  sonra  fəhlələri  istismardan  mühafizə  etmək  üçün  əmək  nazirliyi  də 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 1                   2017 

  



Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə