Uot 81-116 MÜASİr diLÇİLİKDƏ koqniTİv paradiqmaya dair məHƏRRƏmova mətanət hidayəT qızı



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə26/43
tarix30.10.2018
ölçüsü1,3 Mb.
#76563
1   ...   22   23   24   25   26   27   28   29   ...   43

 

57 


 

yazmışdır:  “Mühasibat  uçotu  bütün  elm  və  incəsənətdən  yuxarıda  durur,  çünki  onların  hamısının 

uçota ehtiyacı olduğu halda uçotun heç kimə ehtiyacı yoxdur. Mühasibat uçotu olmadan, yəqin ki, 

dünya  idarə  olunmaz  olardı  və  insanlar  bir-birini  başa  düşməzdilər”  [3].  XVIII-XIX  əsrlərdə 

mühasibat  uçotu  geniş  mənada  bir  elm  olduğunu  göstərdi.  Mühasibat  uçotunun  inkişaf  tarixi  bir 

neçə əsri əhatə edir və bu dövrdə hər bir ölkə mütəxəssisləri mühasibat uçotunun daha da inkişafı və 

mühasib peşəsinin təkmilləşdirilməsi üçün özlərinin əsaslı fəaliyyətlərini göstərmişdilər. Mühasibat 

uçotunun ümumi prinsipləri ilə yanaşı, hər bir ölkədə milli uçot məktəbi inkişaf etmiş və bununla da 

ölkələrin iqtisadi xüsusiyyətləri əks olunmuşdur. Hal- hazırda dünya ölkələrində müxtəlif təsərrüfat 

fəaliyyəti ilə əlaqədar  yeni informasiyalara olan tələbat elə səviyyədə artmışdır ki, onlar haqqında 

hətta  bir  neçə  il  əvvəl  düşünmək  belə  mümkün  deyildi.  Beləliklə,  mühasibat  uçotunun  dünya 

ölkələri arasında iqtisadi inteqrasiyanın genişlənməsi böyük miqdarda beynəlxalq korporasiyaların 

yaradılması uçotun milli metodoloji və texniki prinsiplərinin icra olunmasında müəyyən çətinliklər 

ortaya çıxardı. XX-ci əsrin 70-ci illərində uçot sistemləri arasında olan fərqli prinsiplərin olması da 

çətinliklərə  səbəb  olurdu  və    bu  şəraitdə  dünya  ölkələrində  mühasibat  uçotunun  standartlaşması 

ideyası  ortaya  çıxdı.  Nəticədə,  29  iyun  1973-cü  ildə  Mühasibat  uçotu  beynəlxalq  standartlar 

Komitəsi  yaradıldı  və  bu  günə  kimi  41  adda  Beynəlxalq  standart  hazırlanmışdır.  Müasir  dövrdə 

mühasibatlıq bütün təsərrüfat sahələrində maliyyə əməliyyatlarının uçotu ilə yanaşı - planlaşdırma 

idarəetmə  qərarlarının  qəbul  olunmasını,  müəssisə  fəaliyyətinin  təhlilini  və  qiymətləndirilməsini 

yerinə yetirir [1]. 

Mühasib  peşəsinin  fəaliyyətini  layiqli  qiymətləndirmək  və  onların  təsərrüfat  fəaliyyətində 

rolunu  artırmaq  məqsədilə  mühasiblərin  1946-cı  ildə  keçirilən  beynəlxalq  konqresində  mühasibin 

gerbi təsdiq edilmiş və bu münasibət mühasib peşəsinin rolunun daha da artdığını və həmin ixtisasa 

olan marağın genişləndiyini nümayiş etdirmişdir. Mühasibin ən vacib keyfiyyəti onun prinsipiallığı, 

həqiqətə olan iradəsi və vicdanının tələbi üzrə işləmək əsasında mövcud olan ölkə qanunvericiliyinə 

uyğun prinsipləri yerinə yetirməkdir. Mühasibin diqqətlilik, düzgünlük, əməksevərlik, dözümlülük 

keyfiyyətlərinə malik olması vacib şərtlərdir. Azərbaycan Respublikası müəssisələrində mühasibat 

xidməti 24 mart 1995-ci il tarixli “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası qanunu ilə 

tənzimlənir.  Həmin  Qanuna  görə,  müəssisələrdə  mühasibat  xidmətini  onun  müstəqil  struktur 

bölməsi  olan  mühasibatlıq  həyata  keçirir.  Mühasibatlıq  işlərinə  rəhbərlik  baş  mühasib  tərəfindən 

icra  olunur.  Müəssisənin  baş  mühasibi  müəssisə  tərəfindən  həyata  keçirilən  bütün  təsərrüfat 

əməliyyatlarının  mühasibat  uçotu  hesablarında  düzgün  əks  etdirilməsini,  ona  nəzarəti,  operativ 

məlumatların  təqdim  edilməsini, mühasibat hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və 

təqdim  edilməsini,  təsərrüfatın  daxili  ehtiyatlarının  aşkara  çıxarılmasını,  müəssisənin  maliyyə 

təsərrüfat fəaliyyətində iqtisadi təhlilin həyata keçirilməsini təmin edir. 

Peşəkar  mühasib  mütəxəssislərin  hazırlanması  təcrübəsini  ABŞ-ın  timsalında  nəzərdən 

keçirək. ABŞ-da mühasib ixtisasının iki yüz ildən artıq inkişaf tarixi vardır və dünya ölkələri uçot 

sistemində  yüksək etibar qazanmışdır. Sahibkarlıq fəaliyyətində mühasiblik üzrə biznes daimi və 

mənfəətli  sahələrdən  biri  hesab  olunur.  Kütləvi  ixtisaslar  içərisində  mühasib  ixtisası  ən  yüksək 

ödənişli,  geniş  yayılmış,  nüfuzlu  ixtisas  sayılır.  Qeyd  olunanlarla  yanaşı,  mühasib  biznesi  daha 

məsuliyyətli  sahibkarlıq  fəaliyyəti  hesab  olunur.  Mühasib  fəaliyyəti  üzrə  boş  yeri  tutmaq  üçün 

iddiaçı  bir  sıra  mürəkkəb  keyfiyyət  göstəriciləri  üzrə  sınaqdan    keçməlidir.  ABŞ-da  ancaq 

«Diplomlu  ictimai  mühasib»  rütbəsi  olan  şəxslər,  yəni  ali  təhsil  keyfiyyətinə  malik  mütəxəssis-

mühasiblər  peşəkar,  etik  normalara  cavab  verən  şəxs  hesab  olunur.  Belə  rütbə  ancaq  müstəqil 

mühasiblərin  Mili  Assosiasiyası  tərəfindən  verilir.  Bu  adı  almaq  istəyən  şəxsin  ali  universitet 

təhsili,  aşağı  mühasib  vəzifələrində  işləmək-təcrübəsi  olmaqla,  müstəqil  mühasiblər 

assosiasiyasında xüsusi tərtib olunmuş proqram üzrə imtahan verməlidir. Amerika müəssisələrində 

mühasibat  uçotunun    təşkili,  aparılması  və  onun  ümumiyyətlə  idarə  olunmasında  geniş  təşkilati 

quruluş mövcuddur. Mühasibat uçotunun idarə olunması ilə əlaqədar olaraq müəssisələrdə, əsasən, 

aşağıdakı vəzifələr müəyyən olunur: 



Abdullayev L.İ., Quluzadə Ç.Ə.  

 



 

58 


 

-maliyyə  məsələləri  üzrə  prezident  müavini;  (Maliyyə  məsələləri  üzrə  prezident  müavini 

amerika  müəssisəsinin  idarəetmə  quruluşunda  yüksək  vəzifə  hesab  olunmaqla,  onun  funksional 

vəzifəsinə müəssisənin iqtisadiyyatına rəhbərlik etməklə mühasibat xidmətinin faydalı fəaliyyətini 

icra etməsidir.) 

-daxili auditor (təftişçi); (Daxili auditor (təftişçi) vəzifəsi müəssisənin idarəetmə  quruluşunda 

əhəmiyyətinə görə prezident müavinindən sonra maliyyə məsələləri üzrə ikinci mühüm şəxs hesab 

olunur.) 

-nəzarətçi; (Nəzarətçi müəssisənin mühasibat uçotu xidmətinə bilavasitə rəhbərlik edir. Onun 

vəzifəsi  hazırda  bizdə  müəssisələrdəki  baş  mühasiblərin  apardıqları  funksional  vəzifələrə 

uyğundur.) 

-baş mühasib; (Baş mühasib vəzifəli şəxs olmaqla bilavasitə nəzarətçinin tabeçiliyində işləyir. 

Baş mühasib mühasibat uçotunun təşkili və müəyyən sahə uçotunun aparılması vəzifəsini icra edir.) 

Dünyanın bir sıra ölkələrində mühasibin etik kodeksinin əsas qaydalarına məsuliyyət, ictimai 

maraq,  düzgünlük,  qərəzsizlik,  müstəqillik,  vəzifəninin  tələb  olunan  səviyyədə  icrası,  məxfiliyi 

gözləmək normaları daxildir: 

-məsuliyyət prinsipinə görə - mühasib öz fəaliyyəti üzrə tam peşəkarlıq və mənəvi məsuliyyət 

daşıyır. 

-ictimai  maraq  prinsipinə  görə  -  mühasib  öhdəsinə  götürür  ki,  ictimai  marağı  yüksək 

səviyyədə gözləməklə, özünün bütün fəaliyyətində bunu əsas olaraq qəbul etməlidir.  

-düzgünlük  prinsipinə  görə  mühasib  özünün  peşəkarlıq  vəzifəsini  vicdanlı  və  düzgün  icra 

etməli,  bilərəkdən  aldanma  hallarına  yol  verməməli,  onu  əhatə  edən  işçi  heyətinin  inamını 

qazanmalıdır.  

-qərəzsizlik və müstəqillik prinsipinə görə - mühasib bütün hallarda peşəkarlıq obyektivliyini 

qorumalı və mübahisəli məsələlərin həllində həmin prinsiplərin saxlanmasını təmin etməlidir.  

-vəzifənin  tələb  olunan  səviyyədə  icra  olunması  prinsipinə    görə  -  mühasib  funksional 

vəzifəsini  ümumi  qəbul  olunmuş  uçot  standartları,  norma,  prinsiplərə  uyğun  olaraq  icra  etməklə 

yanaşı,  müasir  dövrdə  istifadə  olunan  mühasibat  uçotunun    metodoloji  prinsiplərini  yerinə 

yetirməlidir.  

-məxfiliyi  gözləmək  prinsipinə  görə  -  mühasib  müəyyən  informasiyanı  digər  şəxslərə 

bildirməməyi gözləməli və bu sahədə marağı olan şəxsin razılığı olmadan belə faktın kənar şəxsə 

bildirilməsinə yol verilməməlidir.                            



Elmi  yeniliyi:  Xarici  ölkələrdə  (ABŞ-ın  timsalında)  mühasib  fəaliyyətinin  öyrənilməsi 

əsasında uçotun müasir tələblərə uyğun olaraq formalaşması xüsusiyyəti məlum olur. Eyni zamanda 

mühasibat uçotunun idarə olunması ilə əlaqədar müəssisələrdə bir sıra vəzifələr də müəyyən olunur 

və bu vəzifələrin icrası nəticə etibarı ilə peşəkar mühasiblərin hazırlanmasını tələb edir. 



Tətbiqi  əhəmiyyəti:  Mühasiblik  fəaliyyətinin  səmərəli  şəkildə  təşkil  olunması  ölkədə 

beynəlxalq  standartlara  uyğun  uçot  qaydalarının  və  maliyyə  hesabatlarının  tətbiqi  əhəmiyyətini 

artırır. 

 

ƏDƏBİYYAT 

1.

 



Rzayev  Q.R.  Mühasibat  uçotunun  beynəlxalq  standartları  və  maliyyə  hesabatı.  Dərs  vəsaiti.  Bakı: 

Adiloğlu,  2004, 176 s. 

2.

 

Rzayev Q.R. Beynəlxalq mühasibat uçotu və audit. Dərs vəsaiti. Bakı: Təhsil,  2000, 171 s. 



3.

 

www.maliyye.gov.az



 

 

 

 

 

 

 

Xarici ölkələrdə mühasibatlıq fəaliyyəti (ABŞ-ın timsalında) 

 



Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə