Uot 81-116 MÜASİr diLÇİLİKDƏ koqniTİv paradiqmaya dair məHƏRRƏmova mətanət hidayəT qızı



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə18/43
tarix30.10.2018
ölçüsü1,3 Mb.
#76563
1   ...   14   15   16   17   18   19   20   21   ...   43

 

40 


 

fərdiyyət kimi şəxsiyyət həmişə müxtəlif, rəngarəng amillərin qarşılıqlı təsir və sintezinin konkret 

yekunudur. Şəxsiyyət özü insanın sosial-mədəni təcrübəsini toplaya bilməsi dərəcəsi ilə bir o qədər 

daşıyır və öz növbəsində insanın inkişafına fərdi töhfəsini verir” [2, 234]. 

Dəyişən, yenilənən dünyada insan xarakterində sabit qalan, bərkiyib möhkəmlənən və əriyib 

itən cəhətlər olur. Milliliyi, əxlaqi-mənəvi dəyərləri qoruyub saxlayan insanlar az olur. Az olsa da, 

milyon illərdir ki, cəmiyyət belə insanların sayəsində nəsildən-nəslə ötürülür, yaşayır. 

Arsen Samançin şəhərdən ayrılıb kəndə gedəndə onu nələrin gözləyəcəyini bilsəydi...  Kəndə 

qayıdandan sonra beşinci gün qeyd dəftərinə “Sirli qapılar” və ya “Məhkumluq düsturu” yazmışdı. 

Qəflətən otağa doluşan və tavanda çırpınan qaranquşlar da sanki bunu xəbərdarlıq edirdilər. “Arsen 

Samançinin qələmindən çıxan gələcəyin əlaməti idi” [1, 93]. 

Ərəb milyonçularına tərcüməçilik etmək məqsədi ilə kəndə gələn Arsenin Eleslə görüşü onu 

yenidən  həyata  bağlayır  və  daha  çox  bu  qadında  özünü  tapmış  olur.  Sanki  hər  ikisi  bir-biri  üçün 

yaranmış,  bu  zamana  qədər  bir-birini  axtarırmışlar.  Eleslə  Arsenin  “Əbədi  gəlin”  əfsanəsi  haqda 

fikirləri  bir-birini  tamamlayır.  Hər  ikisi  əfsanədən  danışdıqca  olmuşları  yaşayır  və  özlərini 

hadisələrin içində hiss edirlər. “Bax Arsen, bu dağlar mənim məhəbbətimi gözləyirmiş, mən də ona 

görə tez-tez buralara gəlirmişəm. Mən də gözləyirdim: amma belə olacağını heç düşünməzdim...” 

[1, 153]. Elesin gitarada ifa etməsi, “Əbədi gəlin”i xatırlamaları da ustalıqla qələmə alınıb: “Əbədi 

gəlin onların xoşbəxtliyini qəlbi ilə hiss edərək bir dağdan digərinə uçub onlara doğru gəlir, Elesin 

gitaranın müşayiəti ilə oxuduğu mahnını duyur, dağın zirvəsində dayanaraq dinləyir: “Mən də bunu 

arzulayırdım. Hardasan,  hardasan mənim  ovcum? Səni  nə zaman tapacağam”,  - deyərək ağlayırdı 

[1, 155].  

“Əbədi  gəlin” əfsanəsi qırğızlar arasında geniş  yayılmış mifoloji mətnlərdən biridir. Hər bir 

əsərində  olduğu  kimi,  bu  romanda  da  Ç.Aytmatov  yenə  də  qırğız  xalqının  tarixinə,  əfsanəsinə 

müraciət etməklə öz prinsipinə sadiq qalmış, keçmişlə bu günü vəhdətdə qələmə almşdır. Bu əfsanə 

müxtəlif  formalarda  bir  çox  xalqların  folklorunda  var.  Müəllif  bu  əfsanəni  də  təsvir  edərkən 

özünəməxsus  formada  bir  eşq  hekayəsi  yaratmışdır.  Ç.Aytmatov  özü  əfsanə  haqqında  bunları 

demişdir:  “Əbədi  gəlinə  gəlincə  bu  mənim  əfsanəm.  Əbədi  gəlin  motivi  müxtəlif  xalqların 

ədəbiyyatında fərqli formalardadır. Amma heç biri mənim əsərimdəki kimi  deyil. Əbədi gəlin sırf 

mifoloji qəhrəmandır. 200-300 il keçməsinə baxmayaraq, iftira atılmış qız hələ də dağlarda dolaşır 

və sevgilisinin həsrəti ilə yanır. Ona olan sədqətini anlatmağa və sübut etməyə çalışır. Bu əfsanənin 

əsas məğzini göstərən dəyər var. Sevgi – insanın sahib olduğu ən uca dəyər...” (“Əbədi gəlin” üz 

qabığı) Arsen əvvəl şəhərdə sevdiyi Aydanaya bu əfsanəni danışır və opera səhnəsində onun “Əbədi 

gəlin” operasında çıxış etməsini arzulayır.  Lakin Aydana bu dağlardan uzaqda şəhərdə böyüdüyünə 

görə  Arsenin  hissini,  duyğusunu  anlaya  bilməzdi.  Ona  görə  hər  dəfə  bu  əfsanədən,  gələcək 

operadan  söz  düşəndə  bunları  bir  zarafat  kimi  qəbul  edirdi.  Lakin  Eles  bu  dağlarda  böyümüş, 

uşaqlıqda əfsanəni eşitmişdir. Hətta yaz aylarında bu kənddə yaşayanlar əfsanədə olduğu kimi dağın 

zirvəsində, tonqalın ətrafında toplaşar və ozan-akınlar da xalq üçün əfsanəni söyləyərlərmiş. O anda 

hamı  sanki  bu  hadisələrin  iştirakçısı  və  şahidi  olurmuş.  Bu  haqda  Arsen  Aydanaya  deyir:  “Mən 

uşaq ikən bir neçə dəfə Əbədi gəlin üçün tonqal yandırma mərasimlərində olmuş və bunları ozan-

akınlarımızın dilindən eşitmişəm. Onları bu gecələrdə dastanı söyləyən zaman bir görsən! Hər biri 

əbədi gəlin üçün başqa cür üzülür, onu çağırmaq üçün yardımçı  ruhları dağlara göndərirlər. Ozan-

akınlar onlarla birgə kədərlənən dinləyicilərdən daha da ilham alır, gah dərin xəyallara dalır, gah da 

xəyalən külək kimi çöllərdən keçərlər...” [1, 65]. Sözsüz ki, Eleslə Arsen bu əfsanə ilə yaşayır və 

onu qəlbən duyurdular. Hətta Arsen ölüm anında da Əbədi gəlinin səsini eşitdi. “Ölərkən həyatının 

son anlarında Əbədi gəlinin uzaqdan gələn səsini duydu: “Hardasan, hardasan, ovcum mənim?” O 

da güclə pıçıldadı: “Əlvida, biz bir daha görüşməyəcəyik...” [1, 196]. Eyni hadisəni Eles də yaşadı. 

Arsenin meyitini aparmaq üçün bacısı və bacısı əri ilə Molotaş mağarasına gələn Eles gecə tonqalın 

ətrafında oturub olanları düşünəndə aydınca Əbədi gəlini eşidirdi: “Görəsən, elə bir gün olacaq ki, 

uşağının  əlindən  tutub  onun  məzarını  ziyarət  edəcək?  Dağlarda,  çox  uzaqlarda  Əbədi  gəlinin: 



Çingiz Aytmatovun “Əbədi gəlin” romanında qloballaşan  dünyada insanlığın faciəsi  


 

41 


 

“Hardasan,  hardasan,  ovçum  mənim?  Cavab  ver!”  çağırışlarını  eşitdiyi  vaxt,  pıçıltıyla  ona  cavab 

verdi: “Eşidirəm səni, eşidirəm, əbədi gəlin. İndi mən də sənin kimiyəm” [1, 200]. 

SSRİ  dağıldıqdan  sonra  müstəqil  dövlətlər  bazar  iqtisadiyyatına  keçmiş  və  bu  da  bir  sıra 

problemlərə  yol  açmışdır.  Müstəqilliyin  ilk  illərində    Qırğızıstanda  da  işsizlik  artır,  insanlar 

gündəlik tələbalarını ödəmək üçün çətinliklərlə  üzləşirdilər. Bəziləri bu vəziyyətdə özünə yaxşı iş 

qura  bilmiş,  varlanmış,  məsələn,  Arsenin  əmisi  Bektur  ağa  kimi,  bəziləri  isə  işsiz-gücsüz  qalmış, 

daha tez varlanmaq üçün əyri yollar axtarırlar, məsələn, Taştanafqan kimi. Əslində, Arsen də daha 

asan  yolla  xeyli  pul  əldə  etmək  istəyirdi.  Çünki  Ertaş  Kurçalı  (Aydananı  onun  əlindən  alan) 

öldürmək  üçün  ona  silah  lazım  idi.  Silahı  almaq  üçün  isə  o  qədər  pulu  yox  idi.  Ov  üçün  ərəb 

ölkələrindən  gələnlərə  tərcüməçilik  etsəydi  qazanacağı  pullar  buna  yetərdi.  Əvvəlcə  bu  fikirlər 

tərcüməçilik etməyə razılaşan Arsen nə biləydi ki, hər şey əksinə olacaq? 

Qloballaşma, onun ortaya çıxardığı problemləri qələmə alan Ç.Aytmatov bu vəziyyətdən çox 

narahat olur, öz etiraz səsini əsərdə obrazların dilindən Aytmatovsayağı bildirir. 

Bektur  ağa,  Ertaş  Kurçal  əsil  zəmanə  adamlarıdır.  Bazar  iqtisadiyyatının  tələblərinə  uyğun 

olaraq özlərinə biznes yaratmış və bundan məmnundurlar. Taştanafqan isə birdən varlanmaq üçün 

cinayət  etməyə  də  hazırdır.  Arsen  əhatəsində  olan  Ertaş,  Taştanafqan  kimilərini  görür  və  mənəvi 

əzab  çəkir.  Düzdür,  Ertaş  pulu,  səlahiyyəti  ilə  Arsenə  qalib  gəlmiş,  Aydananaı  onun  əlindən 

almışdır. Arsen heç cür onu dəyişə və doğru yola gətirə bilməzdi. Lakin Taştanafqanı fikirlərindən 

daşındırmaq  istəsə  də,  buna  nail  ola  bilmədi.  Dünyada  xalqının  biabır  olmasına  heç  cür 

razılaşmayan Arsen bu  yolda özünü qurban verdi. Qar parslarının ovu heç onun ürəyincə deyildi. 

Uzun  əsrlər  Üzəngili  dağlarda  məskən  salan,  buranın  əbədi  sakini  olan  qar  parslarının  xaricilər 

tərəfindən  ovlanmasına  razı  olmaq,  mənəvi  dəyərlərini  unutmaq  və  mənəviyyatına  düşmən 

kəsilmək  demək  idi.  Hətta  Eles  də  buna  qarşı  idi.  Arsenlə  söhbətində  demişdi  ki,  ov  üçün  gələn 

milyonçu ərəb şeyxlərinin qarşısına “Parslarımıza toxunmayın!” plakatı ilə çıxacaq. Arsen özü də 

bu  ovun  baş  tutmasını  xalqına  təhqir  kimi  qəbul  etsə  də,  nəsə  etməkdə  çarəsizdi.  Axi  o  hansı 

səlahiyyətə malik idi ki, bunun qarşısını alsın. Bundan dəhşətlisi isə həmyerlilərinin milyonçu ərəb 

şeyxlərini  girov  götürüb  əvəzində  pul  istəməsi  idi.  O,  buna  heç cür  razı  ola bilməzdi.  Amma baş 

verən  burulğanın  qarşısını  necə  ala  bilərdi?  Bu  yolda  acizliyini  duyur  və  daha  çox  əzab  çəkirdi. 

Həmkəndlilərinin    planlarını  açıb  əmisinə  demək  də  işə  yaramayacaqdı.  Odur  ki,  özü  çıxış  yolu 

tapmalıydı.    Yenə  də  fəlakətlər  qarşısında  tək  qalan  obraz.  Avdi  kimi  (“Qiyamət”),  Robert  Bork 

kimi  (“Kassandranın  damğası”)  Arsen  də  özünü  qurban  verməklə  insanlığı  düz  yola,  həqiqətə 

çağırırdı. 

Sonda  Arsenlə  birlikdə  bu  dağların  əbədi  sakini  qocalmış  Jaarbasın  ölümü  elə  dağların 

yıxılmağı deməkdir. Hər iki canlının son dəqiqələri birlikdə Molotaş mağarasında can vermələrini 

müəllif belə təsvir edir: “Amma təsadüf idi, ya taleyin yazısı idi. Can verən iki canlı: insan və vəhşi 

heyvan.  Hər  ikisi  də  bu  dünyadan  yolunu  eyni  şəkildə  başa  vururdu.  Onları  yaralayan  silahların 

təsadüfənmi,  ya  da  nişan  alınaraq  satıldığını,  güllənin  nə  üçün  və  kim  tərəfindən  atıldığını  kim 

araşdıracaqdı  ki?  İndi,  əbədiyyətə  qovuşduqları  vaxt  bunların  heç  bir  önəmi  yox  idi”  [1,  194]. 

Arsenin sön sözləri isə bu oldu: “Budur, sonunda görüşdük...” [1, 194]. 



Elmi  yeniliyi.  Məqalədə  “Əbədi  gəlin”  romanıında  qloballaşan  dünyada  insanlığın  faciəsi 

təhlil predmeti kimi götürülmüşdür. 



Tətbiqi əhəmiyyəti. Məqalə tədqiqatçılar və tələbələr üçün önəmli mənbə hesab oluna bilər.  

 

ƏDƏBİYYAT 

1.

 

Aytmatov Ç. Ebedi gelin. Elips kitap. Haziran, 2012, 239 s. 



2.

 

Şükürov A. Fəlsəfə. Bakı: Elm, 1997, s.381. 



3.

 

www.aytmatov.org/tr/dağlar-devrildiginzeman-ga-tanıtım. 



 

 

 

Aliyeva A.A. 

 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə