Uşaq Kitabxanası



Yüklə 428,45 Kb.
səhifə2/16
tarix25.06.2018
ölçüsü428,45 Kb.
#51417
1   2   3   4   5   6   7   8   9   ...   16

 

 

 



 

 

 



 

            

 

sədri seçildi. Beləliklə, bu gün şanlı tariximizə “Tarixin dönüş anı”, 



kimi daxil oldu. 1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən 

bəzi  silahlı  dəstələrin  yol  verdikləri  başıpozuq  hərəkətlər, 

Azərbaycanın  daxilində  qardaş  qırğını  və  vətəndaş  müharibəsinə 

zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma 

meyllərinin  baş  qaldırması  Azərbaycanın  bir  dövlət  kimi  varlığına 

birdəfəlik  son  qoyulması  planını  tam  gücü  ilə  işə  salmışdı.  İki  illik 

müstəqillik  tarixinə  baxmayaraq,  ölkə  təlatüm  dalğasından  hələ  də 

xilas  ola  bilməmişdi.  1993-cü  il  iyunun  4-də    Gəncədə  polkovnik 

Surət  Hüseynovun  nəzarəti  altında  olan  hərbi  hissənin  hakimiyyətə 

itaətsizliyi  isə  ölkəni  tamamilə  xaosa  sürükləyirdi.  Situasiyanı 

nəzarətə  almaq  üçün  hakimiyyətin  atdığı  tələsik  addımlar  vəziyyəti 

düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov 

götürüldü.  Qiyamçı  hərbi  hissənin  rəhbərliyi  əvvəlcə  Baş  nazir  və 

Milli  Məclis  sədrinin,  sonra  isə  prezidentin  istefasını  tələb  etdi. 

Vəziyyət  nəzarətdən  çıxır,  ətraf  rayonların  icra  başçıları  zorla 

dəyişdirilir,  Surət  Hüseynovun  qiyamı  məhdud  Gəncə  civarlarından 

çıxaraq,  üzü  Bakıya  doğru  geniş  miqyas  alırdı.  Ölənlər  və 

yaralananlar  var  idi.  Belə  bir  vaxtda  dövləti  məhv  olmaqdan  xilas 

etmək  üçün  ölkə  rəhbərliyi  Naxçıvan  Ali  Məclisinin  sədri  Heydər 

Əliyevi  Bakıya  dəvət  etmək  qərarına  gəldi.  Bakıya  qayıtdandan 

sonra  Surət  Hüseynovla  danışıqlar  aparmaq  məqsədi  ilə  Gəncəyə 

yola düşən Heydər Əliyev Milli Məclisin iclasında Gəncə hadisələri 

ilə bağlı arayış verdi. Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər 

Əliyev istefa vermiş  İsa  Qəmbərin  yerinə parlamentin sədri  seçildi. 

Sonralar  millət  vəkilləri  15  iyun  tarixinin  təqvimə  Azərbaycanın 

Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis 




 

 

 



 

 

 



 

            

 

bu təklifi bəyəndi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə 



qayıdışı Milli Qurtuluş günü kimi qeyd edilir. Artıq bir neçə ildir ki, 

xalq  bu  günü  Heydər  Əliyevin  məzarını  ziyarət  etməklə  anır. 

Azərbaycan 

xalqının 

milli 

qurtuluş 



günü-Azərbaycan 

Respublikasında  rəsmi  bayramlardan  biri.  1997-ci  ilin  15  iyun 

günündən  bayram  elan  edilib.  1997-ci  ildən  qeyd  olunan  bayrama 

1998-ci  ildən  dövlət  statusu  verilmişdir.  Bu  bayram  münasibəti  ilə 

kitabxanada  sərgi    təşkil  olunur.  Sərgidə  Milli  Qurtuluş  Günündən 

bəhs edən ədəbiyyatla dövrü mətbuat materialları qoyulur. Həmçinin 

sərgidə görkəmli şəxsiyyətin Milli Qurtuluş Günü ilə bağlı söylədiyi 

kəlamlara  yer  verilir.  Sərgiyə  müxtəlif  başlıqlar,  “Qayıdışdan 

başlanan  Qurtuluş”,  “Qurtuluş  yolu”,  “Əzablı  yollarla  qurtuluşa 

doğru”,  “Ağ  atlı  xilaskar”,  “Günəşə  bənzər  ömür”,  “15  iyun  Milli 

Qurtuluş  Günüdür”,  “Tarixin  dönüş  anı”,  “Müstəqilliyimizin 

xilaskarı”, 

“Xiaskarlıq 

missiysı”, 

“Möhtəşəm 

qayıdış”, 

“Müstəqilliyimiz  dönməzdir  və  əbədidir”,  “Azərbaycanı  həqiqi 

müstəqilliyə  qovuşduran  gün”,  “Bitməyən  xalq  sevgisi  ilə  milli 

qurtuluş”,  “Tarix  yaradan  lider”,  “Xalqın  qurtuluş  və  özünü  təsdiq 

tarixi”,  “15  iyun  tarixə  düşən  gün”,  “Bir  oğul  göstərin  Heydərə 

bənzər”,  “Milli  Qurtuluşun  zəfər  yolu”,  “Milli  Qurtuluş-Xalqın  və 

onun  həqiqi  liderinin  möhtəşəm  zəfəri”,  “Milli  Qurtuluş  Günü-

millətin  özünə  inamının  bərqərar  olduğu  gün”,  “Günəşə  bənzər 

ömür” və s. verilə bilər. Sərgidə Milli Qurtuluş günündən bəhs edən 

ədəbiyyatlar,  bu  haqda  dövri  mətbuatda  dərc  olunmuş  materiallar 

sərgilənir. 

 



 

 

 



 

 

 



 

            

 

 



 

 

 



 

 

 



 

Kitabxanamızın  biblioqrafiya  şöbəsinin  müdiri  Əhmədova  Sevil  

“Milli Qurtuluş” günü münasibətilə uşaqlar üçün “Hamının babası”, 

yeniyetmələr üçün isə “Azərbaycan Heydərlərin yurdudur” adlı slayd 

təşkil  edərək  saitə  yerləşdirmiş,  bu  mövzuda  ədəbiyyat  siyahısı 

hazırlamışdır.  Saitimizə  girərək  həmin  materiallardan  yararlana 

bilərsiniz.  Bununla  yanaşı  kitabxanada  Milli  Qurtuluş  günü  ilə 

əlaqədar  bir  sıra  tədbirlər  keçirilə  bilər.  Bunlardan  biri  də 

“Konfrans”  dır.    Kitabxanada  yuxarı  sinif  şagirdlərinin  iştirakı  ilə 

“Milli  Qurtuluş  Günü”  ilə  bağlı  konfrans  da  təşkil  etmək 

mümkündür.  Konfransdan  əvvəl  onun  proqramı    tərtib  olunmalı, 

konfransın keçiriləcəyi dəqiq vaxt müəyyən olunmalıdır. Proqramda 

konfransda  çıxış  edərək  qonaqların,

 

tarixçilərin,  siyasətçilərin  və 




 

 

 



 

 

 



 

            

 

şagirdlərin  adları,  onların  çıxış  edəcəkləri  mövzular,  tədbirin 



keçiriləcəyi  dəqiq  vaxt  məkan  və  zaman  qeyd  olunur.  Konfrans 

zamanı  Milli  Qurtuluş  Günü  ilə  bağlı  və  ulu  öndər  Heydər  Əliyev 

haqqında  kitab  və  digər  yazılar  yazmış  jurnalist,  yazıçı  və  şairlərin 

çıxışları dinlənilir. Oxucu konfransının planını sizə təqdim edirik: 

1.

 

Giriş hissə (Milli Qurtuluş Gününün yaranması və bayram olaraq 



qeyd edilməsi haqqında məruzə).  

2.

 



Ümumilli  lider  Heydər  Əliyev  və  “Milli  Qurtuluş  Günü” 

haqqında kitabxana rəhbərliyinin, jurnalist,  yazıçı və tarixçilərin 

çıxışları. 

3.

 



Yuxarı sinif şagirdlərindən ibarət olan oxucuların Ümumilli lider 

Heydər Əliyev və “Milli Qurtuluş Günü” haqqında məruzələri.  

4.

 

Konfransın yekunu. 



  Kitabxanaçı: -Xalqımızın müstəqillik tarixində müstəsna yeri olan 

15  iyun-

 

Milli  Qurtuluş  Günü  ilə  ölkəmizin  həyatında  yeni  dövr 



başlanmış,  dövlətçiliyimizin  dönməz  və  əbədi  olması  üçün  mühüm 

və  səmərəli  fəaliyyətin  əsası  qoyulmuşdur.  Xalqımızın  tarixi 

yaddaşına  əbədi  həkk  olunmuş  qurtuluş  bayramı  ölkəmizin  hər 

yerində dahi lider Heydər Əliyevə dərin hörmət və məhəbbətlə, onun 

xalqa  göstərdiyi  təmənnasız  və  fədakar  xidmətlərinə  böyük 

minnətdarlıq hissi ilə qeyd olunur.

 

XX əsrin sonlarında Sovet ittifaqı  



kimi  nəhəng  bir  dövlətin  süqutu  imperiyadan  asılı  olan 

respublikalara  müstəqillik  bəxş  etdi  və  bu  müstəqil  dövlətlərin 

meydana  gəlməsi  ilə  nəticələndi.  Yaranmış    tarixi  şəraitdən  istifadə 

Azərbaycan  da  1991-ci  ilin  oktyabrında  dövlət  müstəqilliyini  elan 




Yüklə 428,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə