Uşaq Kitabxanası



Yüklə 428,45 Kb.
səhifə3/16
tarix25.06.2018
ölçüsü428,45 Kb.
#51417
1   2   3   4   5   6   7   8   9   ...   16

 

 

 



 

 

 



 

            

 

etdi.  Bu  vaxta  qədər  isə,  80-cı  illərin  axırında,  90-cı  illərin 



əvvəllərində  respublikaya  rəhbərlik  etmiş  şəxslərin  kölə 

psixalogiyası,  prinsipsizliyi,  qətiyyətsizliyi  və  düşünülməmiş  kor-

koranə  addımları  Azərbaycanı  getdikcə  tənəzzülə  doğru  aparmış, 

torpaqlarımızın  bir-birinin ardınca düşmənlərimizin  əlinə  keçmişinə 

şərait  yaratmışdır.  1988-ci  ildən  başlayaraq  Azərbaycanda 

dərinləşməkdə olan içtimai-siyasi, hərbi böhran 1993-cü ilin yayında 

özünün son həddinə çatdı. Ölkəmiz müstəqillik  yoluna qədəm qoysa 

da,  hələ müstəqil dövlətçilik ənənələri  formalaşmamışdır. Bir-birini 

əvəz edən səriştəsiz, idarəetmədə naşı olan o vaxtkı dövlət rəhbərləri 

ölkədə  elə  xaos,  anarxiya,  özbaşınalıq  yaratmışdılar  ki,  xalqın  qanı 

bahasına  qazanılmış  müstəqillik  artıq  uçuruma  doğru  yuvarlanırdı. 

Savadsız  rəhbərlərin  məntiqsiz  siyasəti  nəticəsində  torpaqlarımız 

erməni  işğalçıları  tərəfindən  zəbt  olunur,  günahsız  insanlar  qətlə 

yetirilir,  öz  ata-baba  yurdlarından  didərgin  salınanların  sayı 

durmadan  artırdı.  Özbaşınalıq,  anarxiya  o  həddə  çatmışdı  ki,  dinc 

əhali nəinki küçələrə çıxır, hətta evlərində də rahat yata bilmirdilər. 

Siyasi hakimiyyətsizlik Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi 

təhlükəsi  qarşısında  qoymuşdu.  Müstəqil  Azərbaycanı  xarici 

işğaldan  və  daxili  parçalanmadan  qoruya  biləcək  şəxsiyyət  və  milli 

lider yox idi. O zaman xalqın belə bir milli liderə çox böyük ehtiyacı 

vardı.  Xalq  öz  nicat  yolunu,  ömrünə  Azərbaycan  xalqının 

Azərbaycanın  xilaskarlıq  missiyası  yazılmış  Ümumilli  lider,  tarixi 

şəxsiyyət  Heydər Əliyevdə görürdü.

 

Heydər Əliyevin yenidən siyasi 



hakimiyyətində  görür,  təkidli,  çoxsaylı  çağırışlarla  onu  gözləyirdi. 

Bu  böyük  ümumxalq  inamını,  etibarını,  etimadını  Heydər  Əliyev 

Azərbaycan  xalqına  sədaqətli,  şərəfli  xidməti  ilə  qazanmışdı. 



 

 

 



 

 

 



 

            

10 

 

Ümumiyyətlə,  Azərbaycanın  içtimai-siyasi  həyatının  müxtəlif 



sahələrində  əldə  olunmuş  uğur  və  nailiyyətlər  birbaşa  Heydər 

Əliyevin    adı  ilə  bağlıdır.  Çünki  dövlətimizin  başçısı  İlham  Əliyev 

də məhz Ulu öndərin layiqli yetirməsidir. 

Kitabxanaçının  çıxışından  sonra  konfransda  iştirak  edən 

məruzəçilərə söz verilir. 

I məruzəçi: Ulu öndər Heydər Əliyevin  yenidən siyasi hakimiyyətə 

qayıdışı  tarixi  zərurət  idi.  Bu  qayıdışın  daha  bir  nəticəsi  xalqın 

özünəinam  hissinin  bərpası  idi.  Təsadüfü  deyil  ki,  Heydər  Əliyev 

Naxçıvandan Bakıya dönən gün bütün Azərbaycan sevinc içərisində 

idi.  Ürəklərin  kədərinə,  həsrətinə,  ümidsizlik  və  iztiraba  son 

qoyulmuşdu.  Xalq  inandığı,  etibar  etdiyi  oğlunu  və  rəhbərini  gül-

çiçəklə, qəlbinin  ən böyük sevinci ilə  qarşılayırdı.  Heydər Əliyevin 

müdrikliyi  ilə  Azərbaycanın  bir  sıra  ciddi  problemləri  həllini  tapdı. 

Azərbaycan  ən  əvvəl  vətəndaş  müharibəsi  təhlükəsindən,  daxili 

parçalanmadan,  sonra  isə    beynəlxalq  aləmdən  təcrid  olunmaqdan 

xilas  oldu.  Ötən  müddət  ərzində  respublikada  baş  verənləri  tək-tək 

sadalamağa  ehtiyac  yoxdur.  Böyük  zəhmət,  gərgin  fəaliyyət 

sayəsində  başa  gələn  daxili,  içtimai-siyasi  sabitlik,  sosial  inkişaf  və 

nəhayət,  olduqca  böyük  iqtisadi  tərəqqi...  Məhz    Ümumilli  lider, 

tarixi şəxsiyyət  Heydər Əliyevin xalqa, millətə hədsiz sevgisi və bu 

sevginin  əməli  nəticəsi  olan  yorulmaz  fəaliyyəti  nəticəsində  bu  gün 

respublikamızın  öz  inkişaf  tempinə  nəinki  MDB  ölkələrindən,  hətta 

dünyanın bir çox iri və inkişaf etmiş dövlətlərindən də öndədir.  




 

 

 



 

 

 



 

            

11 

 

II  məruzəçi:  -Azadlıq,  müstəqillik  hər  bir  xalq,  dövlət  üçün  ən 



müqəddəs    nemətdir.  Azərbaycan  xalqı  öz  azadlığı,  müstəqilliyi 

uğrunda illərlə mübarizə apararaq, xalqımız bu yolda minlərlə şəhid 

verdi.  Ulu  öndər  Heydər  Əliyevin  “Müstəqilliyin  əldə  olunması  nə 

qədər  çətindirsə,  onun  saxlanılması,  daimi,  əbədi  olması  bundan  da 

çətindir”  tezisi  hər  bir  dövr  üçün  aktuallığını  qoruyur,  birliyə, 

həmrəyliyə, bir çağırış kimi önə çəkilir. Bu baxımdan  Azərbaycanın 

dövlət  müstəqilliyininn  yenidən  bərpa  edilməsi  ulu  öndər  Heydər 

Əliyevin siyasi hakimiyyətə qayıdışıdır. Bu iki hadisə bir-biri ilə sıx 

bağlıdır.  Ümumilli  liderin  1993-cü  ildə  xalqın  təkidli  tələbi    ilə 

hakimiyyətə  qayıdışı  o  zaman  yenicə  bərpa  edilmiş  dövlət 

müstəqilliyimizin başı üzərini almış və çox ciddi təhlükələrin aradan 

qaldırılması  ilə  əlaqədar  idi.  Bu  təhlükələri  yaşayan  Azərbaycan 

xalqı  ölkəni  düçar  olduğu  vəziyyətdən  xilas  etmək  üçün  dahi 

şəxsiyyət  Heydər  Əliyevi  hakimiyyətə  dəvət  etməklə  Azərbaycanın 

qarşısında bugünkü uğurlarımız üçün imkanlar yaratdı.  

III  məruzəçi:  Azadlıq,  müstəqillik  həm  ayrıca  bir  vətəndaş  üçün, 

həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. 

Biz  azadlığımızın,  müstəqilliyimizin  yolunu  illərlə  gözləmişik, 

mübarizə  aparmışıq,  bu  yolda  minlərlə  şəhid  vermişik.  Azadlığı, 

müstəqilliyi  əldə  etmək  nə  qədər  çətindirsə  onu  qoruyub  saxlamaq 

bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət 

olmadan azadlıq və müstəqillik də yoxdur.Tariximizə Milli Qurtuluş 

Günü  kimi  daxil  olmuş  1993-cü  ilin  15  iyun  günü  onu 

qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, 

xalqını  sevən  həmin  çətin,  ağrılı  günlərin  dəhşətlərini  yaşayan, 




Yüklə 428,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə