Uşaq Kitabxanası



Yüklə 428,45 Kb.
səhifə6/16
tarix25.06.2018
ölçüsü428,45 Kb.
#51417
1   2   3   4   5   6   7   8   9   ...   16

 

 

 



 

 

 



 

            

18 

 

insanların  gələcək  həyatında  mühüm  rol  oynayan  strateji  qərarlar 



qəbul  etmələridir.  Başlanğıcda  bəlkə  də  qanunauyğunluq  kimi 

nəzərdən  keçirilən  bu  qərarların  sonradan  ümumilikdə  xalqın, 

dövlətin  tərəqqisi,  inkiaf  baxımından  necə  əlahiddə  əhəmiyyət 

daşıdığı  daha  aydın  görünür.  Bu  mənada  ümummilli  lider,  dünya 

şöhrətli siyasətçi Heydər Əliyevin dövlət və xalq naminə qəbul etdiyi 

qərarların  strateji  əhəmiyyətini  bugünün  özündə  də  duyur,  gündəlik 

həyatımızda, taleyimizdə qabarıq hiss edirik... Hamımız üçün doğma 

və əziz olan Heydər Əliyev dünya şöhrətli siyasətçi, zəmanəsinin ən 

böyük  şəxsiyyəti  idi.  O,  Azərbaycanın  güclü,  inkişaf  etmiş  qüdrətli 

dövlətə  çevrilməsi  yolunda  əlindən  gələni  əsirgəməmişdir.  Heydər 

Əliyevin  timsalında  biz  əyani  şəkildə  görürük  ki,  şəxsiyyətlərin 

tarixdəki  rolu  bəzi  hallarda  əvəzolunmaz  olur.  Heydər  Əliyev 

şəxsiyyəti,

 

Heydər  Əliyev  dühası  bugünkü  Azərbaycanın  uğurlu 



inkişafının təməlində dayanan bir amildir. 

 I  iştirakçı  səhnəyə  yaxınlaşaraq  qiraətli  bir  şəkildə  şeiri  deməyə 



başlayır.

  

Şöhrətim vətəndir. 

          Müəllif:  Məstan Günər 

 

 



 

Heydər yer üzünə  

Tək gəldi-getdi. 

Hələ sağlığında 

 Heykəldi-getdi. 

Millətin əlindən  

Yapışdı bərk-bərk 

Əzmi dahilərə 




 

 

 



 

 

 



 

            

19 

 

 Diz çökdürərək. 



 

Dedi ki, tanıyın  

 

   


Azərbaycanı! 

 

Yurduma bənzəyən 



 

   


 Bir torpaq hanı? 

                                Onun imzasına  

 

   


İmza atdılar, 

 

Qızıl kəlməsinə  



 

   


Qızıl qatdılar. 

 

Onun bir kəlməsi  



 

   


İki olmadı. 

 

  Çəkdi, ağır dağlar 



 

   


Yükü olmadı, 

 

Hər yerdə, hər zaman  



 

   


“Millətim” dedi. 

 

Şöhrətim Vətəndir



 

   


 Qüdrətim, dedi. 

II iştirakçı:  

 

Azərbaycan deyəndə.  

 

Müəllif: Tofiq Bayram 

Vətən mənim bu günüm,  

Sabahkı toy-düyünüm.  

Haqqım var ki, öyünüm  

Azərbaycan deyəndə.  

Ürəklərdə döyünüm,  

Azərbaycan deyəndə.  



 

 

 



 

 

 



 

            

20 

 

“Hər ölkəyə, hər elə,  



 Olsun hörmət”, deyirəm.  

 “Vətənindir, vətənin,  

 İlk məhəbbət”, deyirəm.  

          “Onun şöhrət tacıdır,  

           Şeir-sənət” deyirəm.  

           Mən vətənə, “Füzuli,  

           Abbas Səhhət” deyirəm!  

           Mən vətənə, “Sabiri  

          Doğan qeyrət”, deyirəm!  

           Mən vətənə, “Üzeyir,  

          Müşfiq, Səməd”, deyirəm!  

         “Günəş kimi müqəddəs  

          Bir həqiqət”, deyirəm,  

         Azərbaycan deyəndə.  

         “Dünya məni dinləsin,  

          – Diqqət, diqqət!”,  

                         deyirəm.  

        Azərbaycan deyəndə! 

        Azərbaycan deyəndə,  

         Ləpələr şairləşir.  

        Anaların bətnində,  

Qara gözlü körpələr  

Pələngləşir şirləşir.  

Azərbaycan deyəndə,  

Müdrik qocalar kimi  



 

 

 



 

 

 



 

            

21 

 

Dağlar da fikirləşir.  



Azərbaycan deyəndə  

“Haralısan?” sualı,  

Verənlərə ar olur.  

Qeyrətlilər birləşir,  

Qeyrətsizlər xar olur  

Azərbaycan deyəndə!  

Dostdan sovqat, muştuluq,  

Düşməndən bac alaram,  

Azərbaycan deyəndə!  

İşıq sütunu kimi  

Sabaha ucalaram,  

Azərbaycan deyəndə!  

Körpüləri, səddləri  

Sinəmlə parçalaram.  

Sərhəd məftillərində,  

Bu kobud əllərimlə  

Bir muğamat çalaram,  

Azərbaycan deyəndə! 

Azərbaycan! – Bu nida  

 Qayaları silkələr.  

 Sal daşların köksündə  

 Çiçək bitər, gül bitər.  

   Azərbaycan deyəndə,  

   Təbim coşar, sel gələr,  

    Sanma şöhrət pərdəsi,  

     Ürəyimi kölgələr,  




 

 

 



 

 

 



 

            

22 

 

     Azərbaycan deyəndə.  



     Gözümdə doğmalaşar  

      Bütün xalqlar, ölkələr,  

     Azərbaycan deyəndə! 

III iştirakçı:  

 

Mübariz İbrahimov 



 

Müəllif: Rusif Hüseynov 

 

Halal olsun sənə VƏTƏN çörəyi, 



 

Halal olsun sənə xalqın əməyi, 

 

Gör necə olarmış igid ürəyi, 



 

Yazdın yaddaşlara silinməz bir iz! 

 

Qəbrin nurla dolsun sənin MÜBARİZ! 



 

Düşmənin gülləsi qırmaz əzmini, 

 

İstər yüzü olsun istərsə mini, 



 

Qürurla anırıq sənin ismini, 

 

Üzün nur, qəlbin saf, ruhun tər təmiz! 



 

Qəbrin nurla dolsun sənin MÜBARİZ! 

 

Yas tutub Qarabağ, Ağdam, Ağdərə, 



 

Quruyub bulaqlar, solub dağ, dərə, 

 

Rəhmət diləyirik sənə min kərə, 



Səninçün ağlayır bu çay, bu dəniz! 

 

Qəbrin nurla dolsun sənin MÜBARİZ! 



 

Oyatdı millətdə VƏTƏN hissini, 

 

Susdurdu, düşmənin kəsdi səsini, 



 

Kişi tək ödədi vəzifəsini

 

Sən bizə örnəksən! Sən şərəfimiz! 




Yüklə 428,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə