Uşaq Kitabxanası



Yüklə 383,49 Kb.
Pdf görüntüsü
səhifə10/15
tarix04.11.2017
ölçüsü383,49 Kb.
#8408
1   ...   7   8   9   10   11   12   13   14   15

33 

 

Vətən  oğullarını  haraya  çağıran,  onlarda  ruh 



yüksəkliyi  oyadan,  torpaqlarımızı  düşmən  tapdağı  altından 

tezliklə  azad  olunması  üçün  mübarizəyə  səsləyən, 

yeniyetmə  və  gənclərdə  vətənə  daha  dərindən  məhəbbət 

hissini  oyadan  tədbirlərdən  biri  olan    ədəbi-bədii  gecənin 

keçirilməsi  uşaq  kitabxanaları  üçün  daha  zəruridir.  Ədəbi-

bədii  gecəni  “Vətən  mənə  oğul  desə  nə  dərdim”, 

“Vətəndaşlıq borcu”, “Azərbaycan mənim tacım-taxtım oy!” 

və  s...  başlıqlar  altında    keçirmək  olar.  “Vətən  mənə  oğul 



desə  nə  dərdim”  adlı  bədii  gecənin  ssenarisini  təqdim 

edirik: 


 

( Səhnə cəbhə bölgəsini xatırladan şəkillərlə bəzədilir. Milli 

Qəhrəmanların 

portretləri 

və 

Heydər 


Əliyevin 

vətənpərvərliklə  bağlı  söylədiyi  sitat  –  “Hər  bir  gənc 



müstəqil  Azərbaycanın  gələcəyini  təmin  etmək  üçün 

vətənini  sevməli,  xalqımızı  sevməli,  dilimizi  və  milli 

ənənələrimizi  sevməlidir”  əks  olunur.  Gecə  Müslüm 

Maqomayevin  bəstəsi  olan  “Azərbaycan”  mahnısının 

sədaları  altında  açılır.    Səhnəyə  iki  əsgər  geyimli  aparıcı 

daxil olur ). 

 

I aparıcı:   



Vətən!  Bu  söz  insanlarda  daha  dərin 

və 


əziz  hislər  oyadır.  Vətənə 

məhəbbət  öz  xalqına  məhəbbətdir. 

Vətən  uğrunda  hər  cür  fədakarlığa 

hazır  olmaq  lazımdır.  Vətənpərvərlik 

əsrlərlə insanların qan yaddaşına həkk 

olunmuş hisslərdəndir. 

 

 

II aparıcı:    



Bu  dünyaya  göz  açanda  ana 

görmüşük. 

Onun 

ilıq 


nəfəsinə, 

təbəssümlü  və  işıqlı  baxışlarına, 

məhəbbətlə  süzülən  şirin  kəlmələrinə, 

bütün  varlığımızı  bürüyən  sevgisinə 




34 

 

qızınmışıq, böyümüşük. Ilk kəlməmiz 



də “Ana” olub. Və illər ötdükcə,  yaşa 

dolduqca,  ağlımız  kəsdikcə  bilmişik 

ki, bizim üçün də, ata-anamız üçün də 

müqəddəs bir varlıq var. Ona  “Vətən” 

deyirlər.  “Vətən”-“Ana”  qoşa  çəkilən 

addır. 


I aparıcı:   

Bizim 


Vətənimiz 

Azərbaycandır. 

Onun başı ağ çalmalı uca dağlar, laləli 

çəmənlər,  çiçəkli  düzlər,  meyvəli 

bağlar, 

pambıq, 


taxıl 

sərvətli 

torpaqlardır. Vətən uzaq və qəhrəman 

keçmişimiz, 

bu 

günümüz, 



gələcəyimizdir.  Uzaq  və  qəhrəman 

keçmişimiz  sal  qayalar  üzərindəki 

silinməz  izlərdir.  Tomris  mərdliyidir, 

Cavanşir  yenilməzliyidir,  Nizami 

poeziyasıdır, Dədə Qorqud hikmətidir, 

Nəsirəddin 

Tusi 

və 


Yusif 

Məmmədəliyev 

elmidir, 

Füzuli 


məhəbbətidir, Koroğlu cəngidir, Xətai 

qılıncıdır,  Babək  harayıdır,  Nəbi 

iradəsidir, Heydər Əliyev qətiyyətidir.  

 

( Sonra səhnədə Məhəmməd Hüseyn Şəhriyarın 



“Azərbaycan” şeirinin sözlərinə bəstələnmiş mahnı ifa 

olunur). 

 

I aparıcı:   



 Lakin,  günlərin  bir  günü  qara  və 

müdhiş 


bir 

təhlükə 


anamız 

Azərbaycanın  başı  üstündə  dolaşdı. 

Bu  təhlükə  Azərbaycanın  ağ  çalmalı 

dağlarının  sakitliyini  pozub,  laləli-

çiçəkli  çəmənlərimizin  ətrinə  barıt, 



35 

 

mərmi 



qoxusu 

qarışdırdı, 

yaylaqlarımızı çoban tütəyinin səsinə 

həsrət  qoydu.  Azərbaycanın  20  faizi 

işğal 

olundu, 


milyondan 

çox 


vətəndaşı  öz  vətənində  qaçqına 

çevrildi. 

Biz 

hamılıqla 



vətəni 

qorumalı,  işğal  olunmuş  rayonları 

düşmənin  əlindən  təmizləməliyik. 

Hər  cür  nemətlə  zəngin  olan  vətənin 

bir  hissəsi  yanmış,  qanla  suvarılmış 

torpaqlarımızı  düşmən  tapdağından 

xilas  etmək  biz  övladların  müqəddəs 

borcudur.  Anaların,  bacıların  göz 

yaşlarını  qurutmaq,  qəddi  əyilmiş 

qoca  ataların  qəddini  düzəltmək, 

Azərbaycan  ordusunun  üzərinə  ağır 

və şərəfli vəzifə qoyur.  

II aparıcı:    

Bu  gün  nizami  ordumuz  var    və 

ordumuz  böyük  inkişaf      yolundadır. 

Mərhələ-mərhələ  təkmilləşir,  təcrübə 

qazanır,  peşəkarlığını  artırır,  döyüş 

qabiliyyətini  yüksəldir.  O  cümlədən 

ordunun 

təminatı 

artdıqca, 

xidmətkeçmə  də  asanlaşır.  Bu  həm 

əsgər  və  zabitlərimizdə,  həm  də  xalq 

arasında 

vətənpərvərlik 

hissinin 

artmasına  təkan  verir.  Vətənpərvərlik 

hissləri ülvi dəyərlərdir. Və bu hər bir 

xalqın,  dövlətin  inkişafında    mühüm 

rol  oynayır.  Azərbaycan  Prezidenti 

cənab  İlham  Əliyev  də  çıxışlarında 

əsgərlərimizin, 

gənclərimizin 

vətənpərvərlik 

ruhunda 

tərbiyə 


olunmasını  vacib  sayır:  “Azərbaycan 


36 

 

heç  vaxt  torpaqlarının  itirilməsi  ilə 



barışmayacaq,  nəyin  bahasına  olursa-

olsun,  öz  doğma  torpaqlarını  azad 

edəcəkdir.  

                                    Bunu 

etmək 

üçün 


cəmiyyətdə 

səfərbərlik  olmalıdır.  Gənclərimiz, 

əsgərlərimiz  vətənpərvərlik  ruhunda 

tərbiyə edilməlidir.”  

I aparıcı:   

Abbas  Səhhətin  “Vətən”  şeiri  bütün 

dövr  və  zamanlar  üçün  ən  sanballı 

örnəkdir.  Şeirin  son  misraları  insanın 

bəşəri  hisslərini  ifadə  etməklə  yanaşı, 

bəlkə  də  Vətəni  sevməyin  ən  gözəl 

tərifidir.  

 

(Oxucu Abbas Səhhətin “Vətən” şeirini 



söyləyir). 

 

II aparıcı:   



Bu  gün  vətənimizin  keşiyində  duran 

bir  çox  gənclərimiz  var.  Hal-hazırda 

onların  sayəsində  torpaq  üzərində 

rahat  gəzirik.  Bunun  üçün  onlara 

borcluyuq. 

Onlar 


ən  müqəddəs 

borclarını  yerinə  yetirirlər.  Vətənə 

olan  borclarını!  Məhz  bu  gənclər 

haqda 


Heydər 

Əliyev  demişdir:  

“Orduda  xidmət  edən  gənclər  bizim 

dəyərli  vətəndaşlarımızdır.  Onların 

əksəriyyəti  gənclərdir.  Onlar  vətəni 

qoruyurlar, 

düşmənlə 

üzbəüz 


mövqedə  dayanırlar,  Azərbaycanın 

müstəqilliyini 

qoruyur 

və 


möhkəmləndirirlər.  Lazım  gələn  anda 


Yüklə 383,49 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə